• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Sürücüləri polisdən narazı salan Afiyəddin Leysanovun – “Nömrə manapoliya biznesi”

Araşdırma / Video

14-07-2022, 16:13

Prezident İlham Əliyevin bir sıra islahatları nəticəsində Daxili İşlər Naziri dəyişdirilmiş və cənab Vilayət Eyvazov nazir təyin edilmişdir. Təyinatından sonar rəhbər olduğu qurumda bir sıra islahatlara imza atan V.Eyvazov xalq arasında böyük rəğbət qazandı. Polis özbaşınalığına son qoymaqla digər yandan polis sıralarına yeni gənc və aktiv üzvlər qəbul etməklə bir sıra problərin köklü həllinə nail olunmuşdur. Bu isə Nazirliyin aktiv fəaliyyətindən xəbər verməkdədir. Nazirlik hər bir narahatçılığı şikayəti həsas yanaşma göstərməklə anında həl edilməsində yüksək təşəbüs göstərməkdədir. Şikayətlərin olduğu idarələrin rəhbər və bir sıra əməkdaşları işindən azad edilməklə eyni zamanda yeni təyinatlarda oldu. Bu təyinatların olması korrupsiya hallarının aradan qaldırılmasında böyük xidmətləridə oldu. Lakin yeni təyinatlar içində bəzi məmurlar var ki, onlarorqanda çoxdan işlədikləri üçün əvvəlki vərdişlərindən əl çəkə bilmirlər. Qanunla təyin edilən dövlət rüsumları ilə deyil şəxsi təyin edilən rüsumlar əsasında işlənilir. Bu təyinatlardan birisidə Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin rəis müavini vəzifəsinə təyin olunan polkovnik-leytenant Leysanov Afiyyədin Bahəddin oğlu xüsusilə diqqət çəkir. Bu şəxsin əvvəlki fəaliyyətinə nəzər saldıqda medianın fenomeni olduğu açıq görünməkdədir. Meyvəli deyilən ərazidə yerləşən Qeydiyyat-İmtahan İdarəsinin rəis vəzifəsində çalışdığı dövrdə media gündəmindən düşməməsi onun vəzifəsində nöqsanlı idarəçi olduğunun bariz nümunəsi idi. Bəs bu şəxs necə və kimlərin himayəsi ilə Respublika Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin rəis müavini vəzifəsinə gətirilib. Qeyd etdiyimiz kimi, təyinata qədər A.Leysanovun adı mətbuatda bir çox qalmaqallı məsələlərlə bağlı hallanıb. Bu kimi hallar mediada “Pambıq zavodu prorablığından BDYP-ya geden yol – Nömrə baronu Bahəddin Leysanov kimdir? (VİDEO +QİYMƏTLƏR)”, “50 min manata nömrə satan DYP inspektoru Afiyyədin Leysanovun kimliyi bəlli oldu” başlıqlı yazılarda şəxsin barəsində və əməlləri barədə bütün məlumatlar yer almaqdadır.

Afiyyədin Leysanovun təyinata qədər sözügedən idarədə inspektor vəzifəsində çalışıb. Qeyd edək ki, bunadək Qeydiyyat-İmtahan İdarəsinin rəis müavini vəzifəsini uzun illər yol polisinin əsas simalarından biri olmuş polis polkovniki Müşfiq Rəhimov icra edib. O, avqustun 13-də öz raportuna əsasən, vəzifəsindən azad olunaraq sərəncama götürülüb.

Söz Tv xəbər verir ki, AzFakt.com-un yaydığı məlumatlara görə, paytaxt Bakıda nömrə biznesi ilə məşğul olan Baş Dövlət Yol Polisi İdarəsinin “Meyvəli terminalı”na yaxın ərazidə fəaliyyət göstərən Qeydiyyat-imtahan şöbəsində bir müddət öncə 50 min manata nömrə satılıb.
Məlumata görə, 11-111 və orta seriyası da cüt hərfli olan həmin nömrəni iş adamlarından biri alıb. Məlumatda qeyd edilir ki, 11-111 nömrəsini Qeydiyyat-imtahan şöbəsinin inspektoru Afiyyədin Leysanov satıb.

Yerli media üzərəndən apardığımız araşdırmalar nəticəsində əldə etdiyimiz məlumatlara görə Afiyəddin Leysanov hələ 90-cı ilin sonlarında Səlyan rayon icra Hakimiyyəti başçısının müavını olmuş, daha sonra uzun müddət Səlyan rayonunda Pambıq zavodunun direktoru işləmiş Bahəddin Leysanovun oğludur. Bahəddin Leysanovun bu rayonda iki yanacaqdoldurma məntəqəsi,”Salyan-Pambıq”Açıq Tipli Səhmdar Cəmiyyəti, eyni zamanda Neftçala, Salyan, Şirvan, Sabirabad və Biləsuvar Pambıq Zavodlarının səhmlərinin 50% nə sahibdir. Məlumatlarda Bahəddin Leysanovun adıçəkilən rayonlarda minlərlə hektar ərazisi olduğu halda vətəndaşların halal torpaqlarını da ələ keçirib və müxtəlif kəndlərdən olan sakinlər onun bu əməlləri ucbatından torpaq üzünə həsrət qaldıqlarını bildirirlər.B.Leysanovun bu kimi qanunsuz yollarla qazandığı pullar hesabına Bakının müxtəlif yerlərində onlarla mülkü olduğu da bildirilir.

A.Leysanovun atası Cənub bölgəsinin pambıq “baronu” Bahəddin Leysanov kimdir?


Leysanov Bahəddin Dəyyan oğlu Masallı rayonunda doğulub. O zamankı İnşaat institutunu bitirib və Neftçalaya təyinat alıb. Həmin vaxt Neftçala rayonunun Aşağı Qaramanlı kəndində inşa olunan Pambıq zavodunda “prorab” olaraq əmək fəaliyyətinə başlayıb. Həddindən artıq aktiv adam olan Leysanov həmin dönəmdə təkcə Neftçalada deyil, bütün Azərbaycanda nüfuzlu şəxs kimi tanınan, Sosialist Əməyi Qəhrəmanı Nuruş Əliyevin saqızın oğurlayıb və bir müddət sonra məhz Nuruş Əliyevin köməyi ilə Neftçala Pambıq Zavodunun müdiri təyin olunub. Və gənc Leysanovun əvvəl Neftçalaya, sonra isə bütün cənub bölgəsinə sirayət edən hakimiyyəti başlayıb. 80-ci illərin əvvəlindən başlayaraq o, Neftçalada artıq qeyri-rəsmi milyoner olaraq tanınınrdı. Onunla bağlı yerli mediada yayılan məlumatlara istinadən cumhuriyyet.az bildirir ki, Xalq Cəbhəsi dönəmində yeni hakimiyyətlə də asanlıqla dil tapan Leysanov (cənub bölgəsində onu hamı soyadı ilə tanıyır) yeni hakimiyyətə gələn gənc cəbhəçilərə rüşvətin dadını tanıtdırır və pulun nə qədər şirin daddığını onlara əyani olaraq göstərir. 1993-cü ildə cəbhəçilərə arxa çevirən Leysanov yeni azərbaycanlıların düşərgəsində yer alır.

Kolxozların ləğvindən sonra pambıqçılığın tam iflas etməsi ilə hamı düşünür ki, Leysanovun erası bitir. Lakin bu heç də elə olmur. Leysanov kolxozların ləğvindən sonra Neftçalada torpaqları ələ keçirməyə başlayır. Bir ildən sonra bəlli olur ki, Neftçalada əkinə yararlı bütün bələdiyyə və dövlət torpaqları, o cümlədən geniş örüş sahələrinin yarıdan çoxu 99 illik müqavilə ilə Leysanova verilib. Həmin torpaqlar hələ də Leysanovun mülkiyyəti altındadır. Lakin Leysanov təkcə Neftçala ilə kifayətlənmir. Bu gün Salyan rayonunun bələdiyyə və dövlət torpaqlarının yarısından çoxu Qərib Məmmədovun verdiyi şəhadətnamələrə əsasən 99 illik müddətdə onun mülkiyyətindədir.

Afiyəddin Leysanovun “nömrə biznesi” Yeni krallıq!

Afiyəddin Leysanovun rəhbərliyi altında Bakı Dövlət Yol Polis İdarəsinin (BDYPİ) “Meyvəli” terminalına yaxın ərazidə fəaliyyət göstərən qeydiyyat-imtahan şöbəsində baş verənlər isə heç bir çərçivəyə sığmır. Cumhuriyyet.az-a müraciət edən onlarla vətəndaşın əsas şikayəti BDYPİ-nin qeyd olunan ərazidə fəaliyyət göstərən qeydiyyat-imtahan şöbəsində baş alıb gedən qanunsuzluqlar barəsindədir. Şikayətçilər bildirirlər ki, idarədə hər hansı xidmət üçün ödəniləcək dövlət rüsumunu xatırlatmaq oranın əməkdaşları tərəfindən istehzalı gülüşlə qarşılanır. Vətəndaşlardan dövlət rüsumu əvəzinə alınan pulların məbləği isə xidmətdən asılı olaraq, dəyişir. İdarədə növbə gözləməkdən və qəbul zamanı üzləşdikləri süründürməçilikdən bezənlərin köməyinə isə maklerlər çatır – onlar idarənin qarşısında hazır dayanıblar.

Şikayətçilərin söylədiklərinə əsasən, idarədə rəsmi iş vaxtı 18:00-da başa çatsa da, əməkdaşlar saat 20:00, hətta 21:00-a qədər oranı tərk etmirlər. Təbii, iş vaxtından sonra bu qədər çox “işləməyə” səbəb vətəndaşlara xidmət göstərmək yox, daha çox qazanc əldə etməkdir. Vətəndaşların bizə edilən şikayətlərinin nə dərəcədə əsaslı olduğunu müəyyənləşdirmək üçün BDYPİ-nin “Meyvəli” terminalına yaxın ərazidə fəaliyyət göstərən qeydiyyat-imtahan şöbəsinə yollandıq. “Avtomobilimizi dövlət qeydiyyatına aldırmaq” adı ilə idarəyə keçmək istəsək də, müvafiq sənədlərimiz olmadığı üçün bu cəhdimiz baş tutmadı. “İdarəyə sənədlə gəlmək lazımdır” cavabı ilə bizi qapıdan geri qaytardılar.

Təəssüf hissi ilə ərazini tərk etməyə hazırlaşdığımız vaxt idarənin əməkdaşlarından biri bizə yaxınlaşaraq, birbaşa mətləbə keçdi:

– Maşının ili neçədir?

Olmayan maşınımızın ilini “2013” deyə bildiririk.

– Motoru neçədir?

Bu dəfə daha arxayınlıqla motorun “2” olduğunu deyirik.

Cavabımızı eşidən əməkdaş həmin göstəricilərə malik avtomobil üçün 250-300 manat xərcimizin çıxacağını söyləyir. Qeyri-ixtiyari soruşuruq:

– Bəs dövlət rüsumu nə qədərdir?

Qeydiyyat-imtahan şöbəsinin əməkdaşı gülərək, sualımıza ironik sualla cavab verir:

– Dövlət rüsumu? Dövlət rüsumu üçün başqa qeydiyyat idarələrinə gedin.

Əməkdaş bildirir ki, adi vətəndaşların xaricdən maşın gətirmələri mənasız işdir. Onlar gəlib gömrükdə, burada o qədər bezirlər ki, həyata nifrət edirlər. Şirkətlər, bir də bəzi alverçilər bu işdə ustadırlar. “Yol”u yaxşı bilirlər. Adi vətəndaşın maşını xaricdən deyil, elə ölkə daxilində alması onlar üçün daha sərfəlidir. Qeydiyyat-imtahan şöbəsinin bizə “yazılmamış qaydaları başa salan” əməkdaşıxəbərdarlıq etməyi də unutmur:

– Görürəm naşısız, qeydiyyat üçün azı 200 manatınızı alacaqlar. Burada isə cəmi 200-250 manatınız çıxacaq. Ancaq gömrükdə çıxacaq xərcin yanında bu nədir ki?

BDYPİ-nin qeydiyyat-imtahan şöbəsinin qarşısında müşahidə apararkən “naşı” olduğumuzun fərqinə varan bir neçə makler də bizə yaxınlaşır. Onlar avtomobilin qeydiyyat məsələsinin həlli üçün 300 manat istəyirlər. “Niyə 300 manat” sualına isə konkret cavab alırıq:

– Orada zəhləniz tökülənə qədər, bizim əlaqəmiz var, gedib tez həll edərik.

Belə. BDYPİ-nin qeydiyyat-imtahan şöbəsinin qarşısı sözün əsl mənasında “açıq bazar”ı xatırladır. İdarənin əməkdaşları və yuxarıda bəhs olunan maklerlər vətəndaşların timsalında “müştəri ovu”na çıxıblar. Soyulanlar həyətdə, soyanlar isə kabinetlərdə hazır dayanıblar…

P.S. Bu günün reallığı danmaqla hər hansı problem həl edilmir. Nazirin etimadını doğrultmayan və Polis orqanlarına qarşı əhalidə nifrət aşılanmasına səbəb olan A.Leysanov nömrə biznesində yüksək qiymətlər qoymaqla insanların seçim hüququnu əlindən alıb. Vətəndaşların hüquqlarını kobud şəkildə pozan Leysanov cüt serialı nömrələrin minimal qiyməti 5000 manatdan başladılması dövlət siyasətinə görə, cəmiyyət haqlarının tapdalanmasına gətirib çıxarır. Bu azmış kimi bokslara girmədən whatsapp ilə reallığda olub-olmaması yoxlanılmadan texniki baxışdan maşınlar keçirilir. DYP əməkdaşları yox Texniki Baxışlar, Nömrə alqı-satqısı maklerlərə həvalə edilir. Böyük olan pulların vətəndaşdan alınması riskini ortadan qaldıraraq üçün özlərinin etibar etdiyi maklerlər vasitəsi ilə “biznesin” ləngimədən aktiv saxlanılması təmin edilir. Meyvəli Terminalında Azərbaycan xaricdən yenicə daxil olan ilkin qeydiyyata görə dövlət rüsumu 50-70 manat arası dəyişir. Lakin bu qayda Leysanovlar terminalarında keçərli deyil. 2 matora görə 300 azn, 2 matordan yuxarı motorlara görə isə 400-450 manata tələb edilir. Vətəndaş dövlət rüsumu ilə qeydiyyat tələb etdikdə isə ona maşını hardan alması və həmin sənədlərin natarial qaydada tərcümənin təsdiq edilərək onlara təqdim edilməsi tələbi qarşıya qoyulur. Bu tələbin icrasının ən azı bir hətəyə başa gələcəyin düşünən vətəndaş məcburiyyət qarşısında maklerlər vasitəsi ilə maşına görə tələb olunan vəsaiti verərək əlavə problemlərdən qaçır. Rüşvətin alınması bir yolla leqalaşır amma hansı yola onu proses zamanı bgörmək dahada həyacan vici olur. Avtomobilin qeydiyyat edilə bilməsi mümkün olmayan bütün avtomobiləri Leysanovun maklerləri problemsiz həl edirlər. Həmdə bir saatdan artıq müddət keçmədən.

Məsələ ilə bağlı araşdırmamız davam edəcək….
SÖZ TV

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Siyasət

27-07-2022, 14:20

Vilayət Eyvazov onu rəis TƏYİN ETDİ

Cəmiyyət

2-09-2022, 13:02

Vilayət Eyvazov yeni rəis TƏYİN ETDİ

Siyasət

9-07-2022, 12:35

Daxili İşlər Nazirliyində yeni təyinat

Cəmiyyət

18-04-2023, 18:28

Vilayət Eyvazov DYP rəisi vəzifəsindən azad etdi

Siyasət

2-08-2022, 18:20

Vilayət Eyvazov sabiq səfirin qardaşına yüksək vəzifə verdi

Siyasət

18-07-2022, 13:27

Vilayət Eyvazov Elnur Zeynalovu Bakıda yüksək vəzifəyə TƏYİN ETDİ

Cəmiyyət

20-07-2022, 13:06

Polis mayoruna yeni vəzifə verildi

Cəmiyyət

15-08-2022, 11:39

Vilayət Eyvazovdan TƏYİNAT

Siyasət

9-08-2022, 12:20

Nazir polkovnik-leytenanta yeni vəzifə verdi

Siyasət

18-07-2022, 17:49

Nazir rəisi təqaüdə göndərdi

Cəmiyyət

7-07-2022, 14:32

DİN-də polis mayoruna yüksək vəzifə verilib

Cəmiyyət

12-08-2022, 15:13

"Azərbaycan Turizm Agentlikləri Assosiasiyası"na yeni üzvlər qəbul edilib

Araşdırma
Təcili Yardım qarajında qalmaqal: Özünü rəhbər kimi tanıdan işçi, iki müdir iddiası və özbaşınalıq səs-küy yaradıb
Abşeronda qanunsuz tikinti iddiaları artır: Bu dəfə "SARAY H" MTK gündəmdə
“Pulumu qaytarmadılar, yenidən əməliyyat təklif etdilər” – Vətəndaş estetik əməliyyatdan şikayətçidir
Qaz İxrac İdarəsində Sərxan Babaşovla bağlı yeni iddialar
Saxta ştatlar, maaş pozuntuları və polis təzyiqi iddiası – Füzulidə təhsil qalmaqalı
Siyəzəndə təhsil sistemi silkələnir: Himayədarlıq və saxta qeydiyyat iddiaları
Hadisə
Bu gün, 09:04
Zaqatalada iki avtomobil toqquşub, sürücülərdən biri ölüb, digəri xəsarət alıb
4-07-2026, 15:59
21 yaşlı Fatimənin faciəsi: Əmisi oğlu iki həftə işgəncə verdi, sonra öldürdü
4-07-2026, 13:41
Sürdüyü maşında öldü
4-07-2026, 12:32
Yasamalda evdə partlayış olub, 16 yaşlı gənc ölüb, üç nəfər xəsarət alıb
3-07-2026, 17:45
Coratda dənizdə iki nəfər batıb, birinin meyiti çıxarılıb
2-07-2026, 12:46
Gəncədə 29 yaşlı kişi bıçaqlandı
Xəbər lenti
  • Bu gün, 19:00
    FHN küləkli hava ilə əlaqədar çimərliklərə gedənlərə müraciət edib
  • Bu gün, 18:53
    Yeni Dehlidən İrəvana “Pralay” kartı - Kim hədəfdədir?
  • Bu gün, 18:38
    Rusiya Silahlı Qüvvələrinin Kiyevə zərbəsi nəticəsində ölənlərin sayı 15-ə çatıb - YENİLƏNİB
  • Bu gün, 18:25
    KATV1 internet abunəçilərinin səbr kasası daşır – Aylarla davam edən kəsintilər müştəri hüquqlarının pozulması iddialarını gündəmə gətirir
  • Bu gün, 18:11
    Azərbaycanla Sudan arasında diplomatik pasport sahibləri vizadan qarşılıqlı azad ediləcək
  • Bu gün, 17:25
    Xətai bələdiyyəsinin sədri bıçaqlandı - Restoranında ofisant işləyən şəxs həbs edildi
  • Bu gün, 16:58
    Azərbaycan Rusiyaya nota verib
  • Bu gün, 16:38
    DSMF məhkəmə qərarını icra etmir - Şikayət
  • Bu gün, 16:07
    Kikboksinq və Sambo Federasiyasının sabiq vitse-prezidentinə və üçqat dünya çempionuna hökm oxunub
  • Bu gün, 15:50
    “Caspian İnternational Hospital”da vaxtı keçmiş, qeydiyyatsız dərmanlar aşkarlandı
  • Bu gün, 15:16
    Bəzi rayonlara intensiv yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
  • Bu gün, 15:01
    İş adamlarına TORBA TİKƏN Nazim Tahirovla bağlı ŞOK FAKT - 9 İL ƏVVƏLKİ İNTİHARIN İZİ İLƏ...
  • Bu gün, 14:31
    DSX-nin Logistika Mərkəzi və Sərhəd Nəzarətinin Tədris Mərkəzi xidməti istifadəyə verilib
  • Bu gün, 13:07
    Sabah 37 dərəcə isti olacaq
  • Bu gün, 12:55
    Bakının mərkəzi piyada zonalarında ödənişsiz şatllar fəaliyyətə başlayıb
  • Bu gün, 12:45
    İL MMC vətəndaşı müqaviləsiz işlədib pulunu vermir
  • Bu gün, 12:24
    "Bakı Hövsan Beynəlxalq Dəniz Limanı"nın səhmdarlarının sayı azalıb
  • Bu gün, 12:04
    Rayonlarda fərdi təsərrüfatlarda süni mayalanma xidmətinin göstərilməsi üçün 50 manat kimlər alır?
  • Bu gün, 11:36
    İlham Əliyev Malavi Prezidentini təbrik edib
  • Bu gün, 10:53
    Mürsəl İbrahimov Goranboyda vətəndaş qəbulu keçirəcək
  • Bu gün, 10:20
    Şuşada mədəni və etnik müxtəliflik üzrə beynəlxalq konfrans keçirilir
  • Bu gün, 10:15
    MƏHKƏMƏLƏR KRALI Azərbaycan qanunlarına rəsmən TÜPÜRÜR... - Tək deyil... cinayət ortaqları var...
  • Bu gün, 09:37
    Bakının iki rayonunun bəzi ərazilərində işıq olmayacaq
  • Bu gün, 09:31
    “Laçını bu şəbəkənin əlindən qurtarın!” – Qazidən Prezidentə və hüquq-mühafizə orqanlarına müraciət
  • Bu gün, 09:04
    Zaqatalada iki avtomobil toqquşub, sürücülərdən biri ölüb, digəri xəsarət alıb
  • Dünən, 22:42
    Təcili Yardım qarajında qalmaqal: Özünü rəhbər kimi tanıdan işçi, iki müdir iddiası və özbaşınalıq səs-küy yaradıb
  • Dünən, 17:00
    Hindistanın cənubunda qayıq qəzasında altı balıqçı itkin düşüb
  • Dünən, 16:00
    "OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
  • Dünən, 15:00
    Sabah Bakıda 34 dərəcə isti olacaq
  • Dünən, 14:30
    Rusiyanın Xarkova endirdiyi zərbələrdə üç nəfər ölüb, səkkiz nəfər yaralanıb
  • Dünən, 14:00
    FHN: Həkəri çayında batan şəxsin axtarışları aparılır
  • Dünən, 13:00
    İranın sərt nəzarət tədbirlərinə görə Hörmüzdən keçən gəmilərin sayı kəskin şəkildə azalıb
  • Dünən, 12:30
    Azərbaycan XİN Venesuelanı Milli Günü münasibətilə təbrik edib
  • Dünən, 12:00
    Əraqçi "Hizbullah" və HƏMAS üzvləri ilə görüşüb
  • Dünən, 11:00
    Bruklində atışma zamanı dördü uşaq olmaqla, səkkiz nəfər xəsarət alıb
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə