• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

DSX-nın istintaq qrupu ölkəyə 31.5 kiloqram narkotik gətirən Emin Əsgərovu azadlığa buraxdı... - Bu cinayət əməlinin başında duranlar isə öz işlərini davam etdirirlər...

Araşdırma / Kriminal

23-08-2023, 15:32

Yazıya giriş olaraq qısa xatırlatma üçün qeyd edək ki, təxminən 3 ay əvvəl, daha dəqiq desək 10 may 2023-cü il tarixdə APA-nın Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinə istinadla yaydığı məlumatdan bəlli olurdu ki, 2023-cü il may ayının 1-də saat 04:25 radələrində Dövlət Sərhəd Xidmətinin “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş əməliyyat tədbirləri nəticəsində 99-KU-990 dövlət nömrə nişanlı “KİA” markalı avtomobillə ərazidən uzaqlaşmağa cəhd göstərən Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü, Əliyev Murad Əkbər oğlu və Şərur rayon sakini, 1983-cü il təvəllüdlü, Əsgərov Emin Xubeş oğlu saxlanılıb.
Avtomobilə baxış keçirilən zaman, ümumi çəkisi 31 kiloqram 500 qram narkotik vasitə - marixuana aşkar olunaraq götürülüb. Qeyd olunan faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Rəsmi məlumata fikir verdinizmi, ....KİA markalı avtomobillə ərazidən uzaqlaşmağa cəhd göstərən... Yəni bu şəxslər heç sərhədçilərin əmrinə də tabe olmaq istəmirmişlər...sonra sadəcə məcburiyyət qarşısında tabe olublar...
Digər tərəfdən, söhbət 31.5 kiloqram narkotikdən gedir. Yəni bunlar həvəskar, xırda narkotik alverçiləri deyillər ee, Azərbaycanda və qonşu İranda dayaqları, güclü arxaları olan mütəşəkkil cinayətkar dəstədirlər...
Əlimizdə olan məlumatlardan bəlli olur ki, sərhədçilər narkotikin daşındığı avtomobilin, oradakı narkotik maddənin və Emin Əsgərovun birgə fotolarını çəkib dəlil-sübut kimi istintaq materialına əlavə ediblər.
Çox maraqlıdır ki, başqa vaxt qaşınmayan yerdən qan çıxardan ölkə mediası bu boyda faktın üstündən sakitcə keçib, nəinki bu məlumatı araşdırmaq, heç öz saytlarında verməyiblər, verənlər isə sonradan siliblər. Sonradan bir media olaraq biz problemin cəmiyyətimiz üçün nə dərəcədə önəm kəsb etdiyini görüb araşdırma aparmalı olduq.
İlk növbədə avtmobilin sahibini müəyyən edə bildik. Apardığımız araşdırma nəticəsində bəlli oldu ki, narkotik maddənin daşınmasında istifadə olunan 99-KU-990 dövlət nömrə nişanlı KİA markalı avtomobilin sahibi Naxçıvanın Şərur rayonundan olan Cəlilov Azəddin Əbülfəz oğludur. Onun hazırda yaşadığı ünvan: Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, ev32, giriş 2A, mənzil 30.
İndi ortaya xeyli suallar çıxır. Avtomobilin sahibi Azəddin Cəlilov hadisə yerində olubmu..? Olubsa, o necə aradan çıxıb, daha doğrusu, aradan çıxardılıb..? Əgər Azəddin hadisə yerində olmayıbsa, ona məxsus avtomobili Emin Əsgərov hansı əsasla idarə edib və üstəlik narkotik daşıyıb..? İstintaq nə üçün demir ki, Azəddin avtomobilin istifadəsi üçün Emin Əsgərova ETİBARNAMƏ veribmi..? Əgər verməyibsə, Emin Əsgərov həm də avtomobil oğurluğu ilə ittiham olunmalıdır...
Bütün bu suallar barədə DSX-nın yaydığı məlumatlarda nəinki bir cümlə, heç bir söz də yoxdur. Belə istintaq ola bilməz. Hələ bu harasıdır..? DSX-nın istintaq qrupu istintaq başa çatmadan 31.5 kiloqram narkotik maddənin daşındığı KİA avtomobilini öz sahibinə, yəni Azəddin Cəlilova qaytarıb. Niyə və hansı əsasla...?
Bu barədə gəlin Azəddin Cəlilovun dediklərinə nəzər salaq: Ömrüm boyu yığdıqlarımı may ayından bu günədək dağıtdım getdi... Görəsən, Azəddin Cəlilov ömrü boyu yığdıqlarını son 3 ayda kimlərə və niyə verib..? Xoruzun quyruğu göründümü, cənablar...? Deməli, Azəddin öz şəxsi avtomobilini, sonra öz canını qurtarmaq üçün pulundan, malından keçib. Amma məsələ bununla bitmir.
Həbs olunan Emin Əsgərov xəbər göndərib ki, azad olunmasam, əsl cinayətkarın adını açıb deyəcəm. Biz bir media olaraq yazdıq ki, Azəddin Cəlilov deyib ki, 150 min vermişəm, yaxın zamanda Emini azad etdirəcəm...
Onda hələ Emin Əsgərov istintaq altında Kürdəxanı Təcridxanasında karantində idi. Və bizim xəbərdən bir müddət sonra Emin Əsgərovun cinayət əməlinə xitam verilərək o azadlığa buraxıldı. Hansı ki, biz bunu bir neçə gün öncə yazmışdıq.
Təsəvvür edirsiniz, ölkəyə 31.5 kiloqram narkotik gətirən şəxsin işinə xitam verib azadlığa buraxırlar ki, get işini davam etdir. Bundan böyük cinayət əməli ola bilməz.
Yəqin ki, DSX-nın şanlı müstəntiqləri bütün cinayəti yoğurub 3-cü şəxsin üzərinə atıblar... Bu, dünyada qəbul olunmuş HÜQUQ anlayışına tüpürməkdir, bunun başqa adı yoxdur.
Bir daha qeyd etmək istəyirik ki, bizim nə Azəddinlə, nə qeyrisi ilə, nə də DSX ilə heç bir problemimiz yoxdur. Bizim problemimiz odur ki, bu qədər narkotik minlərlə gəncimizin həyatına son qoyacaq. Və üzümüzü DSX-nın rəisi, hörmətli Elçin Quliyev cənablarına tutub deyirik ki, sizi uzun illər öncədən tanıyırıq, gördüyünüz müsbət işləri həmişə təqdir etmişik, amma 31.5 kiloqram narkotik məsələsindən geri çəkilən deyilik, lap bizi öldürsələr də, bu bizim üçün prinsipial məsələdir.
Cənab Elçin Quliyev əgər DSX-nin İstintaq qrupu bu məsələni araşdıra bilmirsə, yaxud başqa bir səbəb varsa, buyurun araşdırmanı DTX-ya, yaxud Baş Prokurorluğun İstintaq İdarəsinə, ya da DİN-ə verin. Ümid edirik ki, həmin qurumlar 31.5 kiloqram narkotik məsələsinin başında kimlərin durduğunu, kimlərin bunlara dəstək verdiyini qısa vaxtda açıb ortaya qoyacaq. Amma bütün bunları etmək əvəzinə siz ən qatı cinayətkarları, narkotacirləri açıb buraxırsınız.
Biz bir media olaraq sonda üzümüzü möhtərəm Prezidentimizə, medianın ən yaxın dostu olan cənab İlham Əliyevə tutaraq deyirik ki, bizim məqsədimiz Sizin narkomaniya ilə mübarizə siyasətinizə real dəstək olmaqdır. Bu yolda bizi asıb-kəssələr də, öldürsələr də, lap tikə-tikə eləsələr də bu yoldan döbnən deyilik. Qoy bizi yandırıb külümüzü sulara axıtsınlar, ancaq bir addım geri çəkilən deyilik.
Cənab Prezident, narkotacilərlə mübarizənin nə qədər riskli bir məsələ olduğunu biz gözəl bilirik, ona görə, sizdən xahiş edirik ki, bu məsələdə bizim təhlükəsizliyimizə təminat verin, biz ən dəhşətli faktları sizə təqdim etməyə hazırıq. Cənab Prezident, bu narkotacir şəbəkəsi o qədər özlərinə arxayındırlar ki, hətta media rəhbərlərinə hədə-qorxu gəlir, ölümlə hədələyirlər. Biz dövlətimizə, onun rəhbərinə güvənirik və bu yolda sonadək Sizin siyasətinizə dəstək verəcəyik.
(gundelik baki.com)

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Kriminal

8-08-2023, 10:31

31 kiloqram 500 qram narkotik vasitənin sahibi Emin Əsgərov həbsdən azad olmaq istəyir... - Emin Əsgərovun həbsdən azad olunmasına həmyerlisi Azəddin Cəlilov kömək edir?...

Kriminal

22-08-2023, 12:08

29 kiloqram narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb

Kriminal

4-07-2023, 12:15

DSX: “Külli miqdarda narkotikin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb”

Cəmiyyət

27-07-2022, 20:00

Dövlət sərhədini pozan şəxslər saxlanıldı - Rəsmi açıqlama

Kriminal

15-08-2023, 14:15

İrandan Azərbaycana 11 kq narkotik keçirmək istədilər

Hadisə

10-08-2022, 12:11

İrandan Azərbaycana narkotik keçirmək istədilər - FOTO

Cəmiyyət

13-07-2022, 10:52

Son 15 gündə İranla sərhəddə beş insident qeydə alınıb - FOTO

Kriminal

28-07-2023, 10:30

İrandan Azərbaycana külli miqdarda narkotikin keçirilməsinin qarşısı alınıb - FOTO

Cəmiyyət

25-08-2022, 13:31

İran vətəndaşı yük avtomobilində 15 kq narkotik keçirmək istədi

Hadisə

23-08-2022, 11:50

Gürcüstanla sərhədi pozan şəxs tutuldu

Gündəm

12-08-2022, 12:34

Azərbaycan-İran sərhədində atışma: Yaralanan var - RƏSMİ

Kriminal

9-12-2022, 11:55

Cəlilabadda saxlanılan 3 nəfərdən 7 kiloqramdan artıq narkotik aşkarlanıb

Araşdırma
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Hadisə
Bu gün, 11:26
Gədəbəydə avtomobil aşıb, ölən var
Dünən, 15:49
Qaradağda məktəb direktorunun avtomobilini yandırmaqda təqsirləndirilən şəxs həbs edilib
12-10-2026, 09:06
Biləsuvarda toyda bıçaqlanma olub
11-10-2026, 15:00
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb
8-10-2026, 19:00
TƏBİB: Cəbrayılda minaya düşən şəxsin vəziyyəti ağırdır - Yenilənib
8-10-2026, 16:55
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
Xəbər lenti
  • Bu gün, 18:31
    Özbəkistan Prezidenti Azərbaycana səfərə gəlib
  • Bu gün, 18:25
    "Məni aldatdılar..." - "Kontakt Home" İŞ BAŞINDA!
  • Bu gün, 17:41
    Qazaxıstan Prezidenti Azərbaycana gəlib
  • Bu gün, 17:26
    Aygül Şahüseynzadə təyinatla bağlı paylaşımını sildi
  • Bu gün, 16:59
    Bağçalı: Azərbaycan və Türkiyənin qardaşlığına xələl gətirəcək hər cür hərəkətin qarşısı alınmalıdır
  • Bu gün, 16:40
    Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır - GİLEY
  • Bu gün, 16:17
    Zelenski Britaniyada səfərdədir
  • Bu gün, 16:08
    Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır - GİLEY
  • Bu gün, 15:43
    Bakının mərkəzində QHT-lər kəlağayı ilə yürüş keçirib
  • Bu gün, 15:34
    Ermənistan və Rusiya dəmir yolu problemlərinin həlli üçün birgə işçi qrup yaradacaq
  • Bu gün, 15:13
    Hakan Fidan Bakıda keçiriləcək AQEM konfransında Türkiyə Prezidentini təmsil edəcək
  • Bu gün, 14:59
    30 min hektarlıq dövlət otlağı necə talanıb? – Neftçalanın 8 kəndini birləşdirən bərbad yolun pərdəarxası
  • Bu gün, 14:33
    Əli Əsədov Laosun Prezidenti ilə ikitərəfli əməkdaşlığı müzakirə edib
  • Bu gün, 14:27
    Azərbaycan və Kamboca parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
  • Bu gün, 13:09
    Sabah Bakıda 28, rayonlarda 29 dərəcə isti olacaq
  • Bu gün, 12:59
    Təhsil sisteminin KOLLEC BAZARI... - ÖZBAŞINA QALIBLAR...
  • Bu gün, 12:44
    Laos Prezidenti "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olub
  • Bu gün, 12:26
    İcra başçısı “Instagram”da astrologiya, oyun, gözəllik səhifələri izləyir? - FOTO
  • Bu gün, 12:06
    Makron süni intellektlə bağlı Müdafiə və Mili Təhlükəsizlik Şurasının iclasını keçirəcək
  • Bu gün, 11:41
    LOR həkimlərə təkmilləşmə kurslarında yer tapılmır: 500 LOR-a 126 yer? - ARAŞDIRMA
  • Bu gün, 11:26
    Gədəbəydə avtomobil aşıb, ölən var
  • Bu gün, 11:09
    "Mən o adamdan fəhlələrin, maşınların pulunu ala bilməmişəm..." - Həbsxanadan Vüsal Nəsirliyə məktub var
  • Bu gün, 10:47
    Prezident "Rebuild Karabakh" sərgisinin iştirakçılarına müraciət edib - YENİLƏNİB
  • Bu gün, 10:38
    Aftil Aydınovun tikinti şirkəti valyuta əməliyyatına görə CƏRİMƏLƏNDİ - TƏFƏRRÜAT
  • Bu gün, 09:54
    Azərbaycan neftinin qiyməti 128 dollardan aşağı düşüb
  • Bu gün, 09:47
    NDU-nun qovduğu etirazçı müəllimi Qlazqo Universiteti İŞƏ GÖTÜRDÜ... - BELƏ HARA GEDİRİK?
  • Bu gün, 09:26
    Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib
  • Bu gün, 09:07
    "Marketə gedəndə çeklərinizə diqqətlə baxın.." - YOXSA...
  • Bu gün, 08:48
    Yasamal və Binəqədinin bir sıra ərazilərində işıq olmayacaq
  • Dünən, 19:00
    Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək
  • Dünən, 18:30
    Yeni doğulmuş körpə üzərində mürəkkəb cərrahi əməliyyat keçirilib
  • Dünən, 18:08
    Milli Məclisin oktyabrın 16-da keçiriləcək iclasında 12 məsələ müzakirə ediləcək - YENİLƏNİB
  • Dünən, 18:02
    “SAB” məhsulları təhlükəlidir? –AQTA-nın və medianın ŞOK faktları
  • Dünən, 17:42
    Sadır Japarov sabah Azərbaycana səfər edəcək
  • Dünən, 17:34
    “Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –FOTOFAKT
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə