Sizin reklam burada 728×90
Son dəqiqə

ANAMA: Azad olunan ərazilərdə ötən ay 683 mina aşkarlanıb

01.08.2022 16:17 750 1 dəq oxunur
ANAMA: Azad olunan ərazilərdə ötən ay 683 mina aşkarlanıb
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə iyul ayı ərzində minatəmizləmə əməliyyatları barədə məlumat açıqlayıb.

ANAMA-dan bakunews.az-ya apa-ya istinadən bildirilib ki, iyulun 1-dən 31-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 578 piyada əleyhinə mina, 105 tank əleyhinə mina və 1028 Partlamamış Hərbi Sursat (PHS)
aşkarlanıb.
Bildirilib ki, 6 903 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az