Sizin reklam burada 728×90
Son dəqiqə

Azərbaycanın bu rayonunda POSTLAR QURULDU, GİRİŞ-ÇIXIŞ QADAĞAN EDİLDİ

11.07.2022 09:32 576 1 dəq oxunur
Azərbaycanın bu rayonunda POSTLAR QURULDU, GİRİŞ-ÇIXIŞ QADAĞAN EDİLDİ
"Şabran rayonunun Ağalıq kəndində mülki obyektlər yanğından tam mühafizə edilib".

bakunews.az report-a istinadən xəbər verir ki, bunu FHN-nin Şimal Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin rəisi Ramin Vəlixanov bildirib.

O qeyd edib ki, Şabran rayonunda yanğın baş verən ərazidəki sakinlər təxliyə edilib və ərazidəki bütün mülki obyektlər yanğından mühafizə edilib. Vətəndaşların təhlükəsizliyi üçün yanğın baş verən ərazidə müvəqqəti postlar qurulub və giriş-çıxış məhdudlaşdırılıb.

Bildirilib ki, avtomobillərin gediş-gəlişi alternativ yollar vasitəsilə həyata keçirilir.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az