• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Vətəndaş Prezidentə və 18 qruma müraciət etdi

Bölgə

21-08-2022, 06:38

Redaksiyamıza ünvanlanan məlumatda qeyd edilənləri olduğu kimi ünvana çatdırılması məqsədiylə, göndərilən məktubu olduğu kimidə dərc edirirk.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə

Sürəti: Azərbaycan Respublikası Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya
Sürəti: Azərbaycan Respublikası Prezident Aparatının müdiri Samir Nuriyevə
Sürəti: Azərbaycan Respublikası Prezidentinin hüquq məslələri üzrə köməkçisi Fuad Ələsgərova
Sürəti: Azərbaycan Respublikası Ədliyyə Naziri Fikrət Məmmədova
Sürəti: Azərbaycan Respublikası Baş Prokuroru Kamran Əlyevə,
Sürəti: Azərbaycan Respublikası Daxili İşlər Naziri Vilayət Eyvazova,
Sürəti: Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisinə,
Sürəti: DİN-mim Baş İstintaq və Təhqiqat İdarəsi rəisinə
Sürəti: Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi rəisi Nazim Rəcəbova,
Sürəti: Ombudsman Aparatının sədri Səbinə Əliyevaya
Sürəti: Konstitusiya Məhkəməsinin sədri F.Abdullayevə,
Sürəti: Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədrinə,
Sürəti: Dövlət Təhlükəsizlik Xidmətinin rəisi cənab Əli Nağıyevə,
Sürəti: Bakı Baş Polis İdarəsi rəisi
Sürəti: Bakı Şəhər Prokuroru Akif Abbasov
Sürəti: Qaradağ rayon Prokuroruna
Sürəti: Qaradağ rayon Polis İdarəsi rəisinə
Sürəti: Müstəqil KİV orqanı rəhbərlərinə.


Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Massiv küçəsi,1, ev.21 “A”-da
yaşayan təqaüdçü Osmanova Aybəniz İmanəddin qızı ( mob. 070-200 41 80) tərəfindən


“Oğlumun Yasamal RPİ-nin 29-cu PB-nin polislərinin – rəis müavini Rasim Əmirov və həmin şöbənin kiçik əməliyyat müvəkkili Polad MUSTAFAYEVİN qanunsuz hərəkətləri barədə şikayətindən sonra Poladın sifarişi əsasında onun DİN-nin Narkotiklərə qarşı mübarizə idarəsində işləyən qohumu Anara etdiyi xahiş əsasında taksi sürücüsü işləyən oğlum Ayaz Osmanovun narkotiklə şərlənərək Qaradağ RPİ-də həbs edilməsindən ”

Ş İ K A Y Ə T

Cənab İlham Əliyev!

Böyük ümidlə Sizə müraciət edirəm:
1984-cü il təvəllüdlü oğlum Osmanov Ayaz Nəriman oğlu yaşadığımız Lökbatan qəsəbəsində NEXİA markalı avtomobillə bir neçə ildir ki, taksi fəaliyyətilə məşğuldur. 2021-ci ilin martın 8-də növbəti müştərisi olan qadını Yasamal rayonu ərazisində taksidən düşürərkən 2 nəfər quldur ona yaxınlaşaraq qadının çantasını əlindən zorla alaraq onu yerə sürütmüş və qaçmağa başlamışlar. Bu zaman oğlum da kömək məqsədilə onların arxasınca qaçmış və tutmaq istərkən yıxılmışdır. Yaşlı qadının telefonu və sənədləri oğurlanmış çantada olduğuna görə o oğlumun telefonu ilə DİN-nin 102 xidmətinə zəng edərək şikayət etmişdir. 2 gün sonra isə oğlumu Yasamal Pİ-nin 29-cu PB-nə çağırılmış, rəis müavini Rasim Əmirov və şöbənin kiçik əməliyyat müvəkkili POLAD MUSTAFAYEV adlı polislər oğlum Ayaza qarşı elə dəhlizə daxil olan kimi təpik-yumuruqla vurmağa başlamış və sən kim olmusan ə. Oğru tutmaq istəmisən deyə bir yaramaz otağa salıb incitmiş və küçə söyüşlərilə təhqirlər etməyə başlamışlar.Təxminən 4-5 saatdan da sonra cibindəki 250 manatını da alıb sərbəst buraxmışlar. Ayaz da yuxarı orqanlara və Yasamal Prokurorluğuna 29-cu PB-nin hər iki polisləridən martın 11-də şikayət yazmışdır. Martın 19-da Yasamal Rayon Prokurprluğundan Ayazı araşdırma üçün dəvət etmişlər. O gələrkən yolda Yasamal RPİ-dən ona zəng olmuş və bildirmişlər ki, Yasamal Prokurorluğuna deyil əvvəlcə rəis Cəmil Əmirovun qəbuluna gəlməyi xahiş etmişlər. Oğlum da Cəmil müəllimin otağına gəlmişdir. Məsələ müzakirə olunmuş və rəis hər iki polisi Rasim və Poladı da otağına çağırtdırmışdır. Polis rəisi onları danladıqdan sonra Ayaza icazə vermişdir ki, əgər mənim polislərim sənə qarşı nalayiq –polisə yaraşmayan söyüşlərlə təhqir ediblərsə buyur sən də onlara necə lazımdırsa cavab ver. Narahat olma. Oğlum da şəxsiyyətinə və qüruruna toxunduğuna görə onların 29-cu PB-də ona yağdırılan söyüşlərin bir neçəsini polislərin üzünə rəisin qəbulunda demişdir. Bundan sonra rəis xahiş etmişdir ki, sən Yasamal Prokurorluğuna getmə burda bir ərizə yazki, Rasim və Poladla bağlı şikayətim yoxdur. Və get evinə. Oğlum da ərizəni yazıb evə gəlmişdir. Ombudsman Aparatı rəhbəri Aydın Səfixanlının Ayaza yazdığı 07 may 2021-ci il tarixli, 2-10 792-21 saylı cavab məktubunda da bir daha təsdiq olunur ki, Ayaz 29-cu PB-nin əməkdaşları olan rəis müavini Rasim Əmirov ( bilmirik ki, bu adam RPİ-nin rəisi Cəmil Əmirova qohumluğu çatırmı) və həmin şöbənin əməliyyat müvəkkili Polad Mustafayevin qanunsuz hərəkətlərinə dair şikayət etdiyi Yasamal Rayon Prokurorluğuna yenidən 19 mart 2021-ci il tarixdə müraciət edərək onun müraciətilə bağlı araşdırmanın dayandırılmasını xahiş etmişdir. Odur ki, YRP-na daxil olmuş şikayət ərizənin baxılmamış saxlanılmışdır.” Yəni, Ombudsman Aparatının rəsmi cavabı da Poladla bağlı şikayəti Ayaz tərəfindən yeni müraciətlə geri götürsə də polis Polad onu bağışlamamış və DİN-də işləyən qohumu olan polis Anara sifariş verərək narkotiklə onu həbs etdirərək qisasını almışdır.

Budur, artıq 2 aya yaxındır ki, Ayaz DİN-nin narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Anar tərəfindən uzun müddət izlənildikdən sonra təşkil olunmuş xüsusi əməliyyatla Ayazı Lökbatanda avtomobili ilə birlikdə həbs edərək Qaradağ Polis İdarəsinə gətirmiş burada qanunsuz olaraq 6 sutka saxlamış və araşdırmanı aparan müstəntiq Azərin otağında yanında Anar və onun yanında olan qarasifətliidmançı gövdəli digər işçisi tərəfindən möhkəm döyməyə başlamışlar. Oğlumun sıçrayan qanı müstəntiqin otağın bütün divarlarna yayılmışdır və hazırda da qalmaqladdır. Qaradağ Pi-nə gəlmiş Narkotiklə mübarizə İdarəsinin xidməti avtomobilindən Anar narkotiki Qaradağ Pİ-nin istintaq şöbəsinə gətirib guya Ayazın avtomobilndən çıxması kimi qeyd edərək sənədləşdirmişlər.Bütün bunlar Pİ-nin kamera görüntülərində vardır. Bu zaman müstəntiq Azər Anara etiraz etmişdir ki, axı bu qədər mal onun cibindən çıxması çox oldu bir az, qədərini qoy ki, uyğun gəlsin. Anar razılaşmamışdır.”

DİN Narkotiklərə qarşı İdarənin işçisi və Yasamal RPİ-nin 29-cu PB-nin əməkdaşı Poladın yaxın qohumu olan Anar polis oğlum Anarın sir-sifətini üzünü,burnunu, çənə sümüyünü döyüb sındırdıqdan sonra öz mobil telefonu ilə elə Ayazın yanındaca otaqdan Poladın mobil telefonunu görüntülü yığaraq zəng etmiş və gülərək Ayazın sır-sifətini Polada göstərərək gülmüşlər. Yəni sənin heyfini aldıq. Polad da Ayaz eşidə eşidə telefonda Amara demişdir ki, onu elə döyün ki. yaşasın. Amma sürünsün. Və elə maddə verin ki. ordan çıxa bilməsin. Anar da cavab verib ki, səndən şikayət edən Ayazı alçaltdıq və “yüklədik”.Prokurorluq istəsə səs yazısı açıla bilər . Hadisə günü gecə saat 12-dən sonra Qaradağ polisindən 10 nəfər gəlib qəfi evimizə doluşdular və axtarışa başladılar. Heçnə tapılmadı. Evdə mən və Ayazın kimsəsiz yetim həyat yoldaşı vardı. Bildirdim ki. mən oğlumu yaxşı tanıyıram. əgər desəniz ki, Ayaz hansısa kafedə dava salıb, kimləsə dalaşıb buna inanardım amma narkotiklə şərlənməyinə inanmıram və ola bilməz. Son 3 ayda ondan “aşkar edilmiş” 1.5 kq narkotik maddənin nə kimdənsə alınması. Kiməsə satılması və ya özünün istifadə etməsinə dair heç bir sübut ortalıqda yoxdur. Onda necə oldu ki, bu narkotik göydən Ayazın cibinə düşdü. Yalandan da olsa bir şahid, və ya əhatə dairəsi də ortalıqda yoxdur. Yəni, məntiqlə iş saxta və quramadır. Ayaza nakotik maddəsilə cinayət işi açılandan sonra onu Kürdəxanıya təcridxanaya göndəriblər. Burada da daxil olarkən Ayazın sifətində çoxsaylı(burnu üç yerdən, üzün almacıq sünüyü. Çənəsi) sınıq yaraları olduğu rəsmən qeyd edilmişdir. Hazırda da Ayaz aldığı ağıe xəsarətlərə görə ciddi müalicə olunur. Amma qanını dayandıra bilmirlər.Onun vəkili də Elçin Sadıqovdur. Ayazın vəhşicəsinə döyülməsi və ağır xəsarətlər alması barədə təcridxana rəisinin arayışı alınmışdır. Və şikayətlər verilmişdir. Araşdırma davam edir. Bizim apardığımız digər araşdırmalardan və oğlum Ayazın bizə yazdığı məktubdan da məlum olmuşdur ki, 2021-ci ilin martın 11-də Ayazın 29-cu PB-nin əməkdaşı Poladdan şikayəti əsasında İdarə rəisinin otağında idmançı oğlum Ayaz onu rəis Cəmilin xahişilə onu neçə təhqir sözlərini özünə qaytarmışdısa (sındırmışdısa) o da əvəzini çıxmaq və oğlumdan qisas almaq üçün onu qohumu polis Anar vasitəsilə uzun müddət izlətmiş və tor sala bilmişlər. Yəni saxta həbsin motivini sübut etmək üçün yaxın qohumlar olan Poladla Anarın Ayazı döydükdən sonra və əvvəlki, telefon danışıqlarını üzə çıxarmaq və şər polislərinin oğluma qarşı birlikdə sifariş verərək törətdikləri cinayət əməllərini sübut etmək, həm də Ayaz saxlanılan günü DİN-nin Qaradağ Pi-nin həyətində dayanan və Anara məxsus olan xidməti avtomobildən ( Ayazın avtomobili deyil)narkotikin necə götürülməsi və gətirilərək işi aparan Qaradağ Pi-nin müstəntiqi Azərə təhvil verilərək guya bunun Ayazın avtomobilindən çıxması kimi sənədləşdirməsini kamera görüntüləri təsdiqləyə bilər. Oğlumun cibindən çıxan kaşelokun (içində 2450 manat pul olan) otaqda Anar tərəfindən seyfin əvvəlcə üstünə qoyulması sonra götürmsi də oğurluq hadisəsidir.Həmin pulu da Ayaz yoldaşları ilə kafe açmaq üçün toplamışdılar. Ayaz təkilif etmişdir ki, bu pulu da siz götürün, evdə 1 kompüterimdə var gətirim onu da sizə verim amma məni nahaq tutmayın, buraxın. Ayaz əvvəl elə bilmişdir ki. bu təsadüfən. Səhvən qurulan işdir. Sonradan bəzi kanallar vasitəsilə öyrənmişdir ki, Anar Poladın vsitəsilə uzun müddət Ayazın avtomobilini izləyib uyğun vaxt seçmişdir.

Hörmətli, nazir Vilayət Eyvazov, çox təəssüf edirəm ki, Yasamal RPİ-nin 29-cu PB-də Polad Müstafayev kimi qısasçı, qohumu DİN-nin Narkotiklərlə Mübrizə idarəsində işləyən polis Anar vasitəsilə oğlumu şər-böhtanla həbsə ataraq ondn qisas alan, polis adına ləkə gətirən əməkdaşlarınız var. Xahiş edirəm ki, bu əməkdaşlarınız barəsində ətraflı araşdırma aparılmasına –kamera görüntülüəri, səs damışıqları və qohum olmaları barədə sübutların toplanaraq Ayazın cinayət işinə əlavə olunmasına və zorla taksi sürücü işləyib ailəsinə bir tikə çörək aparmaq istəyən oğluma qarşı törədilən saxta əməliyyatına hüquqi qiymət verilməsinə göstəriş verəsiniz. Bizim ailəmizin də belə polislər tərəfindən şikayət etdiyimizə görə şərə-böhtana düşməyəcəyimizə və təhlikəsizliyimizin təmin olunmasına göstəriş verəsiniz.

Hörmətli, Baş Prokuror Kamran Əliyev
Əgər oğlum Ayaz Yasamal 29-cu PB-nin polsi Polad Mustafayevdən şikayət verib və Yasamal Pi-nin rəisinin xahişi əsasında 19 mart 2021-ci ildə şikayətini geri götürübsə, ona qarşı Poladın DİN-də işləyən qohumu Anar vasitəsilə oğlumdan qisasçılıq məqsədilə qurama və saxta narkotik əməliyyatı təşkil etməsini və keçirməsinin motivlərinin araşdırlmasını Qaradağ Rayon Prokurorluğuna həvalə etməyinizi xahiş edirəm.

Cənab İlham Əliyev
Sizin ölkəmizdə apardığınız uğurlu siyasət nəticəsində biz əmin-amanlıda yaşayırıq. Amma bu uğurlarınıza kölgə salmağa çalışan Yasamal Pİ-nin 29-cu PB-nin polisi Polad Müstafayev və oğlum Ayazın həbsi üçün qohumu olan, sifariş verdiyi DİN-nin narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Anarın qisasçılıq zəminində hazırladığı saxta və qurama narkotik əməliyyatının motivlərinin ortalığa çıxması üçün şikayətimdə göstərilən xüsusatların şəxsi nəzarətiniz altında araşdırlmasına və əsl cinayətkarların tezliklə tapılaraq cəzalanmasına göstəriş verəsiniz. Əvvəlcədən sağ olun deyirəm.

Əlavə sənədlər. Oğlum Ayazın yazdığı əlyazma məktubu, Ombudsman Aparatı rəhbərinin yazdığı 19 mart 2021-ci il tarixli məktubu

Hörmətlə, şərlənən Ayazın anası Aybəniz Osmanova ( 070-200 41-80)

01 iyun 2022-ci il.

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Siyasət

5-08-2022, 12:34

Bu Komissiyanın tərkibində dəyişiklik edildi

İqtisadiyyat

28-07-2022, 20:20

Mikayıl Cabbarova yeni vəzifə həvalə olundu

Cəmiyyət / Mədəniyyət

7-12-2022, 09:17

Oruc Zalovun doğum günüdür

Siyasət

6-08-2022, 13:45

Azad edilmiş ərazilərdə bu məsələ ilə bağlı işçi qrup yaradıldı

Siyasət

23-08-2022, 15:01

Azərbaycanla Özbəkistan arasında bu sazişlər təsdiqləndi

Cəmiyyət

26-08-2022, 17:14

Vilayət Eyvazovdan Laçına təyinat

Siyasət

19-07-2022, 17:27

Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin sədri vəzifəsinə təyinat olub

Siyasət

22-07-2022, 15:06

Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Müşahidə Şurasının tərkibi təsdiqlənib

Siyasət

27-03-2023, 21:26

Prezident Administrasiyası Qarabağın erməni ictimaiyyətinin nümayəndələri ilə ikinci görüşün Bakıda keçirilməsini bir daha təklif edib

Siyasət

22-07-2022, 15:04

“Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibi təsdiqlənib

Mədəniyyət

10-01-2023, 23:40

İdrak Mustafayev: Elimizin Dəyərli Ağsaqqalı Mahir Muradovun əziz xatirəsi həmişə qəlbimizdə yaşayacaqdır.

Siyasət

29-08-2022, 16:44

FHN və DİN-ə yeni səlahiyyət verilib

Araşdırma
Xaçmazda vakansiya niyə gizlədildi? – 9 nömrəli məktəbdə biologiya dərsi kimə və necə verildi?
Zərgərlik mağazalarından oğurluq edən qadın saxlanıldı - VİDEO
İKZF Xəlil Göyüşovdan 152 milyon manatlıq yaşayış sahəsi alır
“Vüsal 300“ yenə köhnə ampulasında – Yüksək faiz, qanunsuz lizinq
Fuad Qəhrəmanlı axtarışa verildi
Şəhid anası imtahandan kəsildi, imtiyazsız namizəd imtahansız işə götürüldü – Quba-Xaçmaz RTİ-də qəribə kadr seçimi
Hadisə
Dünən, 11:28
Dövlətə xəyanət etməkdə təqsirləndirilən 4 nəfərə hökm oxunub
Dünən, 09:30
Bakı-Quba yolunda yük maşınının vurduğu piyada ölüb
5-03-2026, 09:21
Sabirabadda qadın 14 kiloqram narkotiklə saxlanılıb
4-03-2026, 15:48
Hoteldə anasını öldürən yeniyetməyə hökm oxundu
27-02-2026, 14:47
Bakıda elektrovozla yük avtomobili toqquşub, ölən var
25-02-2026, 18:35
Özünü televiziya əməkdaşı kimi qələmə verib pul tələb edən şəxs saxlanılıb
Xəbər lenti
  • Dünən, 23:23
    Bakıda “Milli Mənəvi Dəyərlərimiz” mövzusunda incəsənət tədbiri keçiriləcək - FOTO/VİDEO
  • Dünən, 23:01
    MEK-də 8 Mart – Beynəlxalq Qadınlar Günü qeyd olunub - FOTOLAR
  • Dünən, 22:14
    Ədəbiyyat İnstitutunun əməkdaşı məzunu olduğu məktəbin himninin sözlərini yazıb
  • Dünən, 18:00
    “Biz regionda davamlı sülhə sadiqik” - Pezeşkian
  • Dünən, 17:39
    Şabranda 21-ci əsrə yaraşmayan küçə, sakinlər asfalt tələb edir - VİDEO
  • Dünən, 17:30
    Baş nazir bu tarixdə hesabat verəcək
  • Dünən, 17:00
    AFFA “Sabah”ın məşqçisini niyə cəzalandırmadı?
  • Dünən, 17:00
    “Nar” 8 Mart münasibətilə xanım jurnalistləri təbrik etdi - FOTOLAR
  • Dünən, 16:24
    Vəfa Hüseynzadə ilə 150 min manatlıq sövdələşmə: Gülnarə Rəhimova ilə bağlı ilginc faktlar…
  • Dünən, 15:55
    Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
  • Dünən, 15:50
    Maştağada qəbirtanlılğı su basıb: Bələdiyyə sədri Anar Adıgözəlov isə sualı eşidib dəstəyi asıb-Video
  • Dünən, 15:30
    “Azəraqrar”ın əsl rəhbəri kimdir? – Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
  • Dünən, 15:04
    İran hakimiyyətində hərc-mərclik – müəyyən edilməyən ali rəhbərlik - ŞƏRH
  • Dünən, 14:52
    Balaxanıda bu qanunsuz tikintiyə hansı məmur icazə verib? Videofakt
  • Dünən, 14:24
    Ceyhun Bayramov: İran tərəfi məsələni araşdırmağa ciddi şəkildə söz verdi, biz də nəticələri gözləyirik - ƏLAVƏ OLUNUB
  • Dünən, 14:11
    Qış qurtarır, Turizm Agentliyi indi qış yarışları keçirməyə hazırlaşır - AY MAŞALLAH...
  • Dünən, 13:51
    İlham Əliyev: İranın Azərbaycana qarşı terrorunu Pakistanın qınaması iki ölkə dostluğunu bir daha əks etdirir
  • Dünən, 13:26
    ETN NİYƏ ÇÖRƏYİ ÇƏKMƏÇİYƏ VERİR? - Və ya MMC-lərə ETN-nin “məhəbbəti” hansı maraqlara söykənir? -TƏFSİLAT
  • Dünən, 12:57
    Sabah yağış yağacaq, külək güclənəcək
  • Dünən, 12:51
    Yevlax şəhər 7 nömrəli məktəbdə "yoxlama" adlı ŞOU:xanım direktora “DUR” deyən olacaqmı?!
  • Dünən, 12:19
    İlham Əliyev Qana Prezidentini milli bayramları münasibətilə təbrik edib
  • Dünən, 11:56
    “Turan Hospitalda şübhəli diaqnoz? –Qarabağ qazisinə “qanı yumaq” təklifi niyə verilib?”
  • Dünən, 11:37
    Xaçmaz–Xudat magistralında və Çiləgir kəndində çay kənarında zibillik yaradılıb —VİDEO
  • Dünən, 11:30
    Türkiyəli deputat: Naxçıvanda mülki infrastrukturun hədəfə alınması beynəlxalq hüquqa açıq hücumdur
  • Dünən, 11:28
    Dövlətə xəyanət etməkdə təqsirləndirilən 4 nəfərə hökm oxunub
  • Dünən, 11:00
    Rəsmi Əbu-Dabi: İranın Azərbaycan ərazisini hədəfə alması dövlət suverenliyinin pozulmasıdır
  • Dünən, 10:35
    MEDİA jurnalist Nicat Rüstəmovun vəfatı ilə bağlı başsağlığı verib
  • Dünən, 10:23
    Quba Şahmat məktəbində “ölü bölmələr”, maaşlar və qohum şəbəkəsi - İTTİHAM VAR...
  • Dünən, 10:08
    Azərbaycan nefti 6 dollara yaxın bahalaşıb
  • Dünən, 09:30
    Bakı-Quba yolunda yük maşınının vurduğu piyada ölüb
  • Dünən, 09:00
    İtaliyanın İrandakı səfirliyi Bakıdan fəaliyyət göstərəcək
  • Dünən, 08:30
    Tramp İranın raket potensialının əhəmiyyətli hissəsinin məhv edildiyini bildirib
  • 5-03-2026, 20:15
    Molla rejimini vəlvələyə salan çıxış - Sərhəddən çəkilirlər
  • 5-03-2026, 19:13
    Ceyhun Bayramov İranın xarici işlər naziri Seyid Abbas Əraqçi ilə danışıb
  • 5-03-2026, 19:04
    7 saylı Xüsusi Təyinatlı Yol İdarəsi ilə bağlı iddialar – işçilərdən şikayət
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə