Sizin reklam burada 728×90
Son dəqiqə

Saatlıda qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanılıb - FOTO

15.03.2023 21:16 665 1 dəq oxunur
Saatlıda qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanılıb - FOTO
Su Nəqliyyatında Polis İdarəsinin İmişli Xətt Polis Məntəqəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq balıq ovu ilə məşğul olan şəxslərə qarşı tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan bakunews.az verilən məlumata görə, polis əməkdaşları tərəfindən gecə saatlarında Baş Mil-Muğan Kollektorunun Saatlı rayonu ərazisindən keçən hissəsində aparılan profilaktiki-nəzarət tədbirləri zamanı qeyd edilən qanunsuz əməllə məşğul rayonun Azadkənd kənd sakini Elvin İbadov saxlanılıb.

Həmin şəxsdən qanunsuz ov qurğuları, eləcə də ovlanmış 31 ədəd balıq aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az