Sizin reklam burada 728×90
Son dəqiqə

Şahin Bağırov Samuxda vətəndaşları qəbul edəcək

03.09.2026 11:04 191 1 dəq oxunur
Şahin Bağırov Samuxda vətəndaşları qəbul edəcək
Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Samux şəhərində vətəndaşları qəbul edəcək.

Qəbul sentyabrın 9-da saat 10:00-da Heydər Əliyev Mərkəzində (ünvan: Heydər Əliyev prospekti, 1) baş tutacaq.

Qəbul zamanı Samux və Göygöl rayonlarının, Gəncə və Mingəçevir şəhərlərinin sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar bu link vasitəsilə (https://c2b.customs.gov.az/vsq_muraciet.aspx) qeydiyyatdan keçə bilərlər.

Əlavə məlumat almaq üçün "195" Çağrı Mərkəzi ilə əlaqə saxlamaq tövsiyə olunur.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az