• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

BAKI BAŞ GÖMRÜK İDARƏSİNİN ŞAHI - ELMİR RAMAZANOV VƏ XAN - VƏZİR HƏSƏNOV -İLGİNC FAKTLAR

Cəmiyyət

8-10-2025, 11:07

Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşı Vüsal Səmədov tərəfindən redaksiyamıza növbəti məktub daxil olub.

DGK rəhbərliyi haqda şok faktları açıqlayan V.Səmədovun məktubunu olduğu kimi dərc edirik:

“DGK sədri Şahin Bağırov və onun müavinləri, başda Bəhruz Quliyevdə olmaqla, öz yarıtmaz fəaliiyətləri ilə gömrük orqanlarının əsas funksiyası olan, ölkəmizin iqtisadi mənafeyini və təhlükəsizliyini qorumaq kimi əsas prioritet bir sahənin özünü təhlükə altına qoyublar. Belə ki, bu gün DGK-da anarxiya baş alıb gedir və gömrük sistemi çökür. Bunlarla bağlı sizlərlə bir neçə məlumatı paylaşmaq istəyirəm.

Söz verdiyim kimi, Bəhruz Quliyevin protejesi olan Sumqayıt Gömrük İdarəsinin rəisi Tariyelin ölkəmizə müxalif olan qohumunun adını, foto şəkilini və fəaliyyətini içtimaiyyətə açıqladım. Bu gün Bakı Baş Gömrük İdarəsinin rəisi Elmir Ramazanovun və Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin rəisi Vəzir Həsənovun fəaliyyətləri barədə məlumat paylaşmaq istəyirəm və aidiyyatı dövlət qurumlarındanda xahiş edirəm ki, bu iki idarələrdə də müvafiq yoxlamalar apasınlar və indi sadalayacağım faktları müəyyən etsinlər.

Onu da bildirmək istəyirəm ki, bu faktların hamısını Şahin Bağırov, onun müavinləri, bütün gömrük sistemi çox yaxşı bilirlər. Lakin bu neqativ hallara qarşı heçbir tədbir görmürlər və digər gömrük idarələrində olduğu kimi, bu iki idarədə də özbaşnalıq tüğyan edir.

Şahin Bağırov 15 avqust 2022-ci ildə Bakı Baş Gömrük İdarəsinə, Mikayıl Cabbarovun və onun müavini Elnur Əlievin yaxını olan, Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin rəis müavini işləmiş Elmir Ramazanovu müavin təyin etdikdən qısa müddət sonra, Elmir özünü “ŞAH”, Bakı Gömrüyünü isə ayrıca “ŞAHLIQ” hesab edir və başlayır oranı “küçə” qanunları ilə idarə etməyə…

Elmir Ramazanov 2022 ci ildən - 2023 cü ilin ortalarınadək Şahin Bağırov tərəfindən BBGİ-yə baş idarə rəisinin səlahiyyətlərini müvəqqəti icra edən təyin edilən, DGK-nın o zaman komitə sədrinin birinci nüavini olan, gömrük xidməti general-leytenantı İsmayıl Hüseynovu saya almır, onunla hesablaşmır və onu görməzdən gəlir, beləliklə də İsmayıl Hüseynovu quru bir fiqura çevirir.

2023-cü ildə Şahin Bağırovun və Bəhruz Quliyevin səyləri nəticəsində İsmayıl Hüseynov məcburiyyət qarşısında DGK-dan yola salındıqdan sonra, Elmir Ramazanov elə həmin ilin iyul ayında Bak Baş Gömrük İdarəsinə rəis təyin olunur.

Elmir qısa müddət ərzində ətrafına topladığı çətə sayəsində külli miqdarda var-dövlət sahibinə çevrilir, Bakı şəhərində başqa-başqa adamların adına daşınmız əmlak alır, inşa etdirir və bahalı avtomobillərə yiyələnir.

2022-ci ilin yay aylarında gömrük xidməti mayoru rütbəsi verilərək, gömrüyə işə qəbul olunan Elmir Ramazanov sanki bir ulduz yağışına tutulur və Şahin Bağırov tərəfindən DGK-nın əsasnaməsinin qayda və tələbləri pozularaq Elmirə ildə bir rütbə verir. Bir il sonra, 2023-cü ildə öncə gömrük xidməti polkovnik-leytenantı, 2024-cü ilin sonlarına yaxın isə ona tələm tələsik gömrük xidməti polkovniki rütbəsi verilir. Məqsəd isə 2025-ci il yanvarın 30-da Gömrük İşçilərinin Peşə Bayramında, ölkə başçısına gömrük xidməti general-mayoru ali rütbəsinin verilməsinə dair təqdimatını vermək olur.

İndi Şahin Bağırova sual vermək istəyirəm, hansə haqlda dövlətin qanununu və gömrük orqanlarında xidmət keçmək haqqında əsasnamənin tələblərini pozursunuz?! Növbəti xüsusi rütbələrin verilməsi qaydalarını kobud şəkildə pozaraq, mayor rütbəsindən polkovnik-leytenant rütbəsinin verilməsi 4 il, tutduğu vəzifəsi imkan verərsə növbəti polkovnik rütbəsinin verilməsi müddəti 5 il olduğu halda, yəni 9 ilə keçiləcək bir yolu 2 ilə Elmir Ramazanov necə keçib?! Hansı xixmətlərinə görə, vəzifə səlahiyyətlərinizi aşaraq, ona vaxtından əvvəl 2 dəfə qısa müddət ərzində rütbə vermisiniz?! Əlbəttə, bunların hamısı Mikayıl Cabbarov və Elnur Əliyevin sayəsində olub...

Bütün gömrük sisteminə və cəmiyyətə bəllidir ki, Elmir Ramazanov birmənalı şəkildə, başda komitə sədri Şahin Bağırov və onun müavinləri olmaqla, DGK-da heç kimi saymır və hesablaşmır. Hətta bundan bir müddət öncə, komitədə müavinlər və digər rəhbər şəxslərində iştirakı ilə olan iclasların birində Elmir Ramazanovla Şahin Bağırov arasında müəyyən yüklərin Elmirin təkidi əsasında Bakı gömrüyündə rəsmiləşdirilməsi tələbinə etiraz edən Şahin Bağırov bildirmişdir ki: “komitə sədri mənəm və mən buna etiraz edirəm, olmaz”. Buna cavab olaraq isə Elmir Ramazanov Şahin Bağırovu aşağılayaraq bildirmişdir ki: “Sən hələ ki, sədrsən...”.

Bu dialoq gömrük sistemində çox kəskin rezonans doğurmuşdur. Yəni o, bununla bildirmək istəyib ki, zaman gələcək və DGK sədri elə özüm olacam.

Buyurun baxın, buda Şahin Bağırovun rəhbərlik etdiyi Azərbaycan gömrüyünün RƏZİLLİYİ!

Özünü Bakı Gömrüyünün “ŞAHI” sayan Rlmir Ramazanovun da “ŞAHZADƏ-VƏZİRİ” sayılan Bakı Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzinin rəis müavini vəzifəsində çalışan və bu yaxınlarda gömrük xidməti mayoru rütbəsi verilən Həsənova Səbinə İbrahim qızıdır. Səbinə hazırda Elmir Ramazanovun “sağ əlidir” və Bakı gömrüyündə ondan sonra ən səlahiyyətli ikinci adamdır. Demək olar ki, rəis Elmir Ramazanovu yönəldən və idarə edən əsas şəxsdir. Səbinəsiz qərar verilmir, onun kəsdiyi başın sorğu-sualı yoxdur, istər idarədaxili kadr siyasətində, istərsə də ürəkləri istədiklərimi kimi və özlərinə uyğun həyata keçirilən malların gömrük rəsmiləşdirilməsi fəaliyyətində!

İş o yerə çatıb ki, hətta komitə tərəfindən BBGİ-yə hər göndərmək istədikləri əməkdaş ilk öncə bu cütlüyün qəbulunda olmalıdırlar. Bunlar o şəxsi qəbul edərlərsə, özlərinə uyğun sayarlarsa və yalnız ondan sonra Şahin Bağırov əmr imzalayaraq, həmin əməkdaşı Bakı Gömrüyünə təyin edə bilər. Bununla bağlı sizə misal olaraq bir fakt deyəcəm, aidiyyatı orqanlar dediyimi yoxlasınlar.

Bundan bir müddət əvvəl Xaçmaz Gömrük İdarəsində işləyən, həmin idarə rəisi olan Pərviz Rəhimovun demək olar ki, SAĞ ƏLİ sayılan, müəyyən obyektiv və subyektiv səbələrdən BBGİ-yə təyin olunan (etik normalardan səbəbləri açıqlamaq istəmirəm), gömrük xidməti polkovnik-leytenantı rütbəsi daşıyan Orucova Lalə Şahid qıznı həmin bu Səbinə və Elmir Bakı Gömrüyündə əsas binada çalışmağa qoymurlar və Abşeron postuna yönəldirlər. Bir müddət belə davam edənfən sonra, Lalə Orucova bülletenə çıxır və Pərviz Rəhimov və onun himayədarı ola Bəhruz Quliyevin səylərinə baxmayaraq, Elmir Ramazanovu yola gətirə bilmirlər. Nəticədə Lalənin iş yerini dəyişərək, Sumqayıt Gömrük İdarəsinə yeni işə göndərirlər. Həmin Lalə Sumqayıt gömrüyündə risk bölməsində fəaliyyəyini davam etdirir…

Onu da bildirim ki, Lalə Orucovanın həyat yoldaşı Xaçmaz Gömrük İdarəsinin Xudat gömrük postunun rəisi Elvin Orucovdur. Bu ər-arvad Pərviz Rəhimovun sayəsində bir idarədə çalışıblar…

Bugün Bakı gömrüyündə sanki bir iş bölgüsü gedib. Deməli, böyük və iri işləri Elmir Ramazanov şəxsən özü görür. Əvvəllər vergi sahəsində çalışdığı və əlaqələrinin olduğu üçün bütün ƏDV maxinasialarına şəxsən özü başçılıq edir. Bunlar ƏDV şirkətləri və müəyyən brokerlərlə əlbir olaraq aparılan ƏDV ödənişləri, əvəzləştirmələr, bir sözlə çirkli pulların yuyulması prosesini şəxsən öz nəzarətində saxlayır, elə bu sahədəndə külli miqdarda gəlir əldə edir.

Elmir Ramazanov faktiki digər yerli gömrük idarələrini “MAT” və “İFLİC” vəziyyətinə salıb, hərisliyindən hər şeyi yığıb öz əlinə. İdarə daxili rəsmiləşdirmə prossesinə isə Səbinə Həsənova və Nərgiz Həmidova nəzarət edir. Onların sayəsində BBGİ-də ağlasığmaz oyunlar gedir. Malların idxal dərəcələri Mərkəzi Gömrük Ekspertizası idarəsi ilə əlbir olaraq dəyişdirirlir, faktiki olaraq 15% faiz idxal rüsümuna cəlb olunası malların bir çoxu, əvvəlcədən sövdələşmiş qaydada 0% faiz və ya yaxşı halda 5% faizlik rüsum dərəcəsi ilə buraxılır…

Qeyd edim ki, Mərkəzi Ekspertiza idarəsinin rəisi olan Aydan xanım da Mikayıl Cabbarovun yaxınıdır və onun tərəfindən təyin etdirilib. Bak Baş Gömrük İdarəsində baş idarə rəisinin müavinləri heç kimdir və Elmir Ramazanov onları heç adam yerinə saymır. Ən dəhşətlisi odur ki, Elmir Ramazanov o qədər eyforiyaya düşüb və cızığından çıxıb ki, daxili yazışma sistemi olan OUT LOK sistemində özünə lazım olan müəyyən yüklə dolu avtomaşınları, yoxlamadan və gömrük nəzarətini həyata keçirmədən, mallar yoxlanaraq gömrük eyniləşdirilməsi aparılmadan buraxılmasına dair yazılı göstəriş verir. Bu isə bir başa vəzifə cinayəti deməkdir.

Sual olunur ki, Elmir Ramazanov axı niyə? Sən kimsən? Kim sənə belə səlahiyyət verib?!

Bir neçə məlumat da AKSİZLİ MALLAR ÜZRƏ BAŞ GÖMRÜK İDARƏSİ-nin rəisi gömrük xidməti general-mayoru olan Vəzir Həsənov haqda bildirmək istəyirəm. Vəzir Həsənov sanki 80 və 90-cı illərin əvvəlindən hələ də ayılmayıb. Bu insanın bir amalı var, o da pul qazanmaq.

Vəzir Həsənov da Elmir Ramazanovdan heç də geri qalmır, o da özünü XAN hesab edir. Belə ki, əvvəllər işlədiyi Tovuz Gömrük İdarəsi, general rütbəsi aldığı Sumqayıt Baş Gömrük İdarəsindəki gəaliyyəti hamıya bəlldir. Burda mənəm, Bağdadda isə kor Xəlifə!.

Öz himayədarlarına arxalanan Vəzir Həsənovun rəhbəri olduğu idarələrdə öz qaydaları var. Pul, Pul, yenə də Pul! İşlədiyi bütün idarələri virana və borc içində qoyan Vəzir Həsənov, eyni fəaliyyətini daha da DAĞIDICI və YIRTICI şəkildə 2022-ci ildən rəisi təyin olunduğu Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində bu gün də həyata keçirir.

Bildiyiniz kimi, quru sərhədlərimiz neçə ildir bağlı olduğundan, ölkəyə idxal olunan bütün növ nəqliyyat vasitələri xüsusi avtovozlar və ya dəmir yolu ilə gətirilir və həmin nəqliyyat vasitələrinin 99% həmin bu idarədə rəsmiləşdirilir. Vəzir Həsənov nəyinki idarəni, eyni zamanda oranın avtodayanacağı sayılan TİR parkı da idarə edir. Bu işləri Vəzir Həsənov özü ilə Sumqayıtdan gətirdiyi Ruhid adı şəxsə həvalə edib, o isə fəaliyyətini daha da genişləndirərək Renat və Rafiq adlı şəxsləri cəlb edib və aralarında “vəzifə” bölgüsü də aparılıb. Bunların hər üçü mülki şəxsdir…

Məsələn, Rafiq ölkəyə idxal olunan yük təyinatlı nəqliyyat vasitələrinin rəsmiləşdirilməsinə faktiki olaraq nəzarət edir. Bir sözlə, ondan aşağı qiymətə heç gömrükçülər belə edə bilmir.

Süni növbələr yaratmaqla, Vəzir Həsənovun göstərişi ilə VİP xidmət göstərmək üçün və avtomaşınların tez - bir gün ərzində rəsmiləşdirilib yiyələrinə təqdim etmək üçün Ruhid tərəfindən kifayət qədər, külli miqdarda pullar alnır. Bütün hesab-kitaba Ruhid baxır və Vəzir Həsənova hesabat verir. Misal üçün, TİR parkda Ruhid və onun ayırdığı ayrıca adamlardan başqa, heç kim təkərlərə hava vura, akkumlyatoru yatmış maşınlara primıçka verməyə, maşınları avtovozdan endirməyə və s. edə bilməz. Bunlar ayrıca xidmət sayılır və TİR parka girən avtomaşınlar üçün ödənilən ödənişlərə aid deyil, hər şeyin ayrıca öz qiyməti var…

Ruhid Vəzir Həsənovdan sonra bu idarədə faktiki ikinci şəxsdir. Və Ruhid göstərən VİP xidmətə gömrük rəsmiləşdirilməsinin daha ucuz etdiyi üçün arada olan fərqin açıq-aşkar böyük hissəsini Ruhidgil özlərinə götürürlər və bildirirlər ki, bu AĞSAQQALIN payıdır və verilməlidir. AĞSAQQAL adlandırnıqları isə Vəzir Həsənovdur, onun 62 yaşı var. Şahin Bağırovla xüsusi isti münasibətləri var. Hətta Vəzir Həsənovun 60 illik yubileyinə məzmunu bir epopeya kimi təbrik məktubu göndərmişdi…

İdarə daxilində bu işlərə Vəzir Həsənovun köməkçisi və Cavanşir adlı şəxs nəzarət edir. Bir sözlə, bu şəxslər heç kimdən çəkinmədən gömrük sistemini çapıb talayırlar. Bunların hamısını Şahin Bağırov çox gözəl bilir, söhbətin içində olduğu üçün də göz yumur, heç bir tədbir görmür.

Fikrimcə, indi aydın olar ki, niyə Azərbaycan gömrük sisteminin döyünən ürəyi, vuran əli sayılan və büdcə öhdəliyinin az qala 85% payı Bakı Baş Gömrük İdarəsinin rəisi olan Elmir Ramazanov, Vəzir Həsənov, Şahin Bağırov, Bəhruz Quliyev və digər rəhbər şəxslərinin sayəsində bu gün 102.000.000 manat büdcə kəsiri formalaşıb…("Hurriyyet")

Vüsal SƏMƏDOV

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

24-08-2022, 19:29

Şahin Bağırov Bakı Gömrüyün rəisini işdən çıxardı (FOTO)

İqtisadiyyat / Cəmiyyət

18-03-2025, 21:56

Bakı Baş Gömrük İdarəsinin rəisi Elmir Ramazanovun iş adamına qarşı addımları səngimir - Şahin Bağırovun gedişinə Ramazanov zəmin yaradır?

Gündəm / Cəmiyyət

25-01-2025, 13:38

Şahin Bağırovun TAM FİASKOSU... - BUNUN BAŞQA ADI YOXDUR...

Gündəm / Cəmiyyət

6-02-2025, 13:13

Balakən Gömrük İdarəsinə rəis təyin olundu

Gündəm / Cəmiyyət

7-05-2025, 12:35

Gömrük Komitəsi ilə bağlı ŞOK İDDİA: 97 min “borc” QALMAQALI? - DETALLAR

Siyasət

18-07-2022, 15:08

Dövlət Gömrük Komitəsinə sədrlik müvəqqəti olaraq Şahin Bağırova həvalə olunub

Cəmiyyət

25-08-2022, 12:52

Vəzifədən azad olunan gömrük rəisi belə yola salındı - VİDEO

Cəmiyyət

16-08-2022, 11:45

Səfər Mehdiyevin daha bir kadrı işdən çıxarıldı

Cəmiyyət

16-07-2022, 20:46

Gələn kimi iki generalı çıxardı, iki generala görə özü getdi - Mehdiyevin vəzifə yolu

Cəmiyyət

5-08-2022, 15:42

Səfər Mehdiyevin daha bir kadrı işdən çıxarıldı

Cəmiyyət

24-08-2022, 20:10

Polkovnik Pərviz Kəngərli vəzifəsindən azad edilib

Hadisə

15-10-2024, 13:18

Prokuror gömrükçülərə bəraət verilməsinə etiraz etdi

Araşdırma
“Pulumu qaytarmadılar, yenidən əməliyyat təklif etdilər” – Vətəndaş estetik əməliyyatdan şikayətçidir
Qaz İxrac İdarəsində Sərxan Babaşovla bağlı yeni iddialar
Saxta ştatlar, maaş pozuntuları və polis təzyiqi iddiası – Füzulidə təhsil qalmaqalı
Siyəzəndə təhsil sistemi silkələnir: Himayədarlıq və saxta qeydiyyat iddiaları
Xaçmazda uşaq baxçasında qalmaqal: qanun pozuntuları niyə ört-basdır edilir?
Novxanıda “torpaq imperiyası” iddiası: sabiq bələdiyyə sədrinin sərvəti araşdırılmalıdır
Hadisə
Dünən, 17:21
Hacıqabulda açıq ərazidə yanğın başlayıb
Dünən, 08:57
Araz çayında batan 17 yaşlı gəncin meyiti tapılıb
9-06-2026, 12:25
Sankt-Peterburqda yanğında dörd nəfər ölüb
9-06-2026, 11:06
DİN: Qanunsuz saxlanılan silah insan həyatı üçün ciddi təhlükələrə səbəb ola bilər
8-06-2026, 09:55
Bakıda yük maşını piyadanı vurub
6-06-2026, 12:51
Binədə mağaza yanıb
Xəbər lenti
  • Dünən, 18:45
    Ərdoğan CHP-ni sərt tənqid edib
  • Dünən, 18:37
    "Tovuzun zil səsli müğənnisi, kəllə-paça bişirən aşpaz, yoxsa topçu?" – İş adamından Ruhi Əliyevaya ŞOK İTTİHAMLAR!
  • Dünən, 18:13
    Vuçiç Azərbaycan müdafiə nazirini qəbul edib
  • Dünən, 18:03
    “Xalqı dövlətə qarşı qaldırır” - Sahib Məmmədovdan Prezidentə ŞİKAYƏT
  • Dünən, 17:43
    Putin Rusiyaya daxil olan miqrantların tibbi müayinəsini tələb edən qanun imzalayıb
  • Dünən, 17:36
    Yeni təmayül tədris modelinin əsas üstünlükləri nələrdir?
  • Dünən, 17:21
    Hacıqabulda açıq ərazidə yanğın başlayıb
  • Dünən, 17:09
    Netanyahu Knessetə seçkilərdə namizəd olacaq
  • Dünən, 16:48
    Sabah Nəsiminin bəzi küçələrində qaz olmayacaq
  • Dünən, 16:01
    “Azərişıq” həkimlə “məzələnib”: “0 qəpik borcunuz var, ödəyin” – FOTO
  • Dünən, 15:47
    Pakistanda hərbi helikopter qəzaya uğrayıb, bütün heyət həlak olub
  • Dünən, 15:38
    FHN ölkədə külli miqdarda pul çıxaran şirkətdən 1.2 milyon manatlıq təkər alır
  • Dünən, 15:23
    Ərdoğan: Ankaradakı NATO sammiti alyansın tarixində dönüş nöqtəsi ola bilər
  • Dünən, 14:52
    Ev gözləyənlər “Qaçqınkom”dan narazıdır – FOTO
  • Dünən, 14:36
    Omanın Sohar şəhərinin şimal-şərqində yerləşən tankerdə yanğın baş verib, ölən var
  • Dünən, 14:29
    “Flora Holland” MMC-yə satınalmalarda belə geniş şəriti kimlər yaradır
  • Dünən, 13:08
    Sabah 33 dərəcə isti olacaq
  • Dünən, 12:53
    Sərxoş sürücünün sərnişinindən narkotik vasitə aşkarlandı VİDEO
  • Dünən, 12:51
    Yevlax Olimpiya Kompleksinə ayrılan pullarla “Hovers Group” daha neçə çoxmənzilli bina tikə bilərdi
  • Dünən, 12:27
    İlham Əliyev portuqaliyalı həmkarını təbrik edib
  • Dünən, 12:16
    “Dünyagöz”ün baş həkiminə cinayət işi açıldı
  • Dünən, 11:37
    Adil Kərimli Mədəniyyət Nazirliyinin kitabxanaları bağlamasına dair iddiaları rədd edib
  • Dünən, 11:12
    Sabunçu Tibb Mərkəzində ağır xəstə ölümə göndərilir – DETALLAR
  • Dünən, 10:47
    DYP "Son zəng"lə bağlı "Rent a Car"lara müraciət edib
  • Dünən, 10:33
    QHT-lərə Dövlət Dəstəyi Agentliyinin memorandum şousu:nəticəsiz "uğur" təqdim edilir/FOTOLAR
  • Dünən, 10:04
    Belfastda 18 yaşlı tələbənin öldürülməsi iğtişaşlara səbəb olub
  • Dünən, 09:50
    Məhkəmə Qərarını Saymayan Mil-Muğan Regional Təhsil İdarəsi Kimin Maraqlarını Qoruyur? – İmişlidə Direktor Özbaşınalığı və regional rəhbərliyin "Haqq" Məntiqi!
  • Dünən, 09:31
    Azərbaycan neftinin qiyməti 95 dollara düşüb
  • Dünən, 09:24
    Mingəçevirdə NƏ BAŞ VERİR: Xəbərdarlıq edildi ki... - BU NƏDİ BELƏ?
  • Dünən, 08:57
    Araz çayında batan 17 yaşlı gəncin meyiti tapılıb
  • 9-06-2026, 19:36
    Yollarda görünüş məsafəsi məhdudlaşacaq - XƏBƏRDARLIQ
  • 9-06-2026, 19:28
    Niderland İrandan Azərbaycana köçürülən səfirliyinin fəaliyyətini Tehranda bərpa edib
  • 9-06-2026, 19:20
    Baş Qərargah rəisi: İsrail İrana ağır zərbə planlaşdırıb və müharibəyə qayıtmağa hazırdır
  • 9-06-2026, 18:10
    Saleh Məmmədov "İNKİR-MİNKİR SORĞUSU"NDA... - İDDİA
  • 9-06-2026, 17:30
    Mundiallar tarixində milliləri çalışdıran heç bir əcnəbi baş məşqçi dünya çempionu ola bilməyib
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə