• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

“Şagirdin yaşına uyğun olmayan mövzuları dərsliyə salmaq...” – Mərdanov gündəm olan dərsdən danışdı

Cəmiyyət / Təhsil

16-11-2023, 18:41

I, II sinif şagirdlərinə "Həndəsi fiqurlar və fəza fiqurları" mövzusunun öyrədilməsi son günlər sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.

Valideynlər isə sözügedən mövzuların bu yaşda şagirdlər üçün kifayət qədər çətin olduğu qənaətindədirlər.

Məsələ ilə bağlı Yenisabah.az-a danışan sabiq təhsil naziri, professor Misir Mərdanov bildirib ki, dərsliklər mütləq şagirdlərin yaşına uyğun formada tərtib edilməlidir:

“Bu barədə dəqiq fikir söyləmək üçün gərək həmin dərsliyi görəm. Bu mövzunun elə tərəfləri ola bilər ki, həmin yaş qrupuna bunu keçmək olar. Bu səbəbdən həmin dərsliyi, keçilən mövzunu görməsəm, proqramla dərsliyi müqayisə etməsəm, dəqiq fikir söyləyə bilmərəm.

Hər kəs çalışmalıdır ki, keçirilən fənlər, yazılan dərsliklər şagirdin gücünə uyğun olsun. Hər şey uşağın yaşına uyğun olmalıdır. Şagirdin yaşına uyğun olmayan mövzuları proqrama və dərsliyə salmaq olmaz.

Son illər ibtidai siniflərin dərsliklərində olan materiallarla tanış deyiləm. Artıq 11 ildir ki, o sistemdən ayrılmışam. Evimizdə, ailəmizdə də o yaşda uşaq olmadığı üçün dərslik proqramından xəbərim yoxdur”.

Mövzu ilə əlaqədar fikirlərini bölüşən təhsil eksperti Məzahir Məmmədli qeyd edib ki, ibtidai sinif şagirdləri üçün hazırlanan dərsliklərin dili çox ağırdır:

“Son günlər dərsliklərlə bağlı məsələlər çox ciddi müzakirə olunur. Hətta bu mövzu efirlərə də daşınır, artıq televiziyalarda da bu məsələ müzakirəyə çıxarılır.

Bu yaxınlarda kitab müəllifləri ilə də görüşümüz oldu, amma təəssüflər olsun ki, müəlliflər hər cür məsələdə özlərini haqlı çıxarırlar. Lakin biz müşahidə etdikdə görürük ki, dərsliklərin dili həqiqətən çox ağırdır. Dərs proqramları ümumilikdə buraxılış imtahanları üçün adekvat deyil, imtahanda təsdiq olunmuş dərsliklərdən kənar suallar salınır.

Bu gün II sinif dərsliyində yer alan “müstəvi” sözünün izahını nəinki şagirdlər, heç onların valideynləri belə verə bilmir. II sinif şagirdi üçün müstəvi sözünün ümumi anlayışı çox ağırdır. Ən azından müəyyən bir mərhələni keçib, riyazi terminləri biləndən sonra – IV, V sinifdə bu mövzuları şagirdlərə keçmək olar. II sinif şagirdi müstəvinin nə olduğunu haradan bilsin? Axı onun ibtidai bazası yoxdur. İndi 5-6 yaşından hazırlıq kurslarına uşaqlar gedir, amma orada da müəyyən elementar yazı-pozu, davranış qaydaları öyrədilir”.

Ekspertin sözlərinə görə, dərsliklərlə bağlı ciddi problemlər mövcuddur və bu problem qısa zaman ərzində həll edilməlidir:

“Bəzən müəyyən standartlarla ölçüm edirlər, nümunə göstərirlər ki, Avropa ölkələrində belədir və s. Axı biz irəli gedən məsələlərdə özümüzü onlarla müqayisə etmirik, niyə məhz bu kimi məsələlərdə Avropanı əsas götürürük? Biz əvvəlcə uşaqları o səviyyəyə qədər yetişdirməliyik.

Dərsliklərlə bağlı çox ciddi problemlər var. Ümidvarıq ki, bu problemlər istiqamətində yeni yaranmış ümumtəhsil və məktəbəqədər baza üçün yaranmış agentlik tədbir görəcək. Əgər ora mütəxəssislər yığsalar, bu məsələlərə yenidən baxılacaq. Əks təqdirdə, vəziyyət çox çətindir, tədris dili çox ağırdır”.

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Təhsil

11-09-2023, 17:40

Misir Mərdanovdan nazirin sözlərinə reaksiya: “Bu fikirlə razı deyiləm”

Cəmiyyət

1-09-2023, 15:01

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tədbirləri davam etdirir

Kriminal

26-06-2023, 19:38

Bakıda yetkinlik yaşına çatmayan şəxsdən narkotik götürülüb

Bölgə

3-08-2022, 12:51

Abşeronda “İxtisas bələdçisi” adlı maarifləndirmə seminarı keçirilib

Cəmiyyət

26-08-2022, 11:16

Elçin Babayev bu deputatları BDU-dakı işlərindən uzaqlaşdırdı - SİYAHIDA KİMLƏR VAR?

Təhsil / Dünya

30-06-2023, 19:56

Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub

Sosial / Olay

11-08-2023, 18:34

Payız referendumu: “Deputat yerlərinin artırılması, pis olmaz”

Təhsil

29-08-2022, 17:00

Nazirlikdən sertifikatlaşdırma ilə bağlı yayılan iddialara cavab

Cəmiyyət

1-02-2023, 20:06

Yetkinlik yaşına çatmayanları zorlayanlar 15 il həbs ediləcək

Sosial

13-09-2023, 11:19

Pensiya ala bilməyənlərə SEVİNDİRİCİ XƏBƏR

Ölkə

4-09-2022, 10:14

Bu gün DİM əlavə imtahan keçirir

Araşdırma
Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
146 nömrəli məktəbdə “qiymət təzyiqi” iddiası: Şagird attestat üçün direktordan asılı vəziyyətə salınır?
Balakən səhiyyəsində uzun illərin rəhbərliyi bitdi: Dilbər Quliyeva vəzifədən azad edildi – qərarın səbəbi nədir?
Qəbələ Peşə Təhsil Mərkəzində təmir qalmaqalı böyüyür: “Lider-Line” 4500 manatlıq borcu rədd edir, 9220 manat ödəniş etdiyini bildirir
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 4500 manatlıq əməkhaqqı qalmaqalı: “İşi gördürdülər, pulumuzu istəyəndə bizi qapıdan çıxardılar”
Həkimlərdən “fond pulu”, yoxa çıxan dərmanlar, işə gəlməyən əməkdaşlar – Gəncə xəstəxanasında qalmaqallı iddialar
Hadisə
16-09-2026, 18:00
Badamdarda yaşayış binasında partlayış olub, xəsarət alan var
15-09-2026, 18:59
Antiinhisar Agentliyinin etibarsız saydığı “FLORA HOLLAND” MMC-ni Su Ehtiyatları Agentliyi necə qalib seçə bilir
11-09-2026, 11:14
Ağdərədə atlı minaya düşüb, xəsarət alıb
10-09-2026, 10:40
Şəkidəki hadisə ilə bağlı cinayət işi başlandı - Qəzanın səbəbi açıqlandı
10-09-2026, 10:15
Xocalıda mina partlayışı olub, ANAMA əməkdaşı xəsarət alıb - YENİLƏNİB
9-09-2026, 18:30
Məclisdən evə qayıdarkən qəzaya düşüblər - 5 nəfərin öldüyü hadisənin təfərrüatı
Xəbər lenti
  • Dünən, 19:00
    Azərbaycanda 3 ölkənin birgə hərbi təlimi keçiriləcək
  • Dünən, 18:30
    Hesablama Palatası Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətini yoxlayıb
  • Dünən, 18:00
    Oktyabrda İçərişəhərdə qastronomiya festivalı keçiriləcək
  • Dünən, 17:49
    Ayxan Hacızadə Fransa XİN mətbuat katibinin Azərbaycana səyahət xəbərdarlığını pisləyib
  • Dünən, 17:40
    Prezidentin təhlükəsizlik haqda çağırışları: təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH
  • Dünən, 17:38
    “AzerGold” dağ-mədən sahəsində peşə təhsilinin rəqəmsallaşdırılmasına dəstək göstərəcək
  • Dünən, 17:26
    Həftəsonu leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
  • Dünən, 17:26
    Şəki Apellyasiya Məhkəməsinin hakimi Elman İsayevdən şikayət: “Məhkəməyə teleqram vurdum, amma iştirakım təmin edilmədi”
  • Dünən, 17:01
    FHN-nin Şimal Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin də ÖZ MEHDİYEVİ VAR... - İTTİHAM VAR...
  • Dünən, 16:31
    Azərbaycanın TDT hədəfi: qurum qlobal aktora çevrilir - ŞƏRH
  • Dünən, 16:22
    "Range Rover"imi satıb pulunu götürdü - Könül Həmzəyevanın MƏHKƏMƏSİ
  • Dünən, 16:08
    Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasına Şikayət
  • Dünən, 15:52
    Moskva Kyuşu adasında Typhon raket sistemlərinin yerləşdirilməsi ilə bağlı Tokioya etiraz notası göndərib
  • Dünən, 15:42
    Novxanıda Ramiz Mehdiyevə məxsus 5 hektar torpaq sahəsi iş adamına satılıb – Əcaba necə?
  • Dünən, 15:36
    Şuşada Milli Musiqi Günü münasibətilə tədbir keçirilib
  • Dünən, 15:09
    “Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib FOTOLAR
  • Dünən, 15:00
    Binəqədidə TİKİNTİ XAOSU... - ETİRAZ VAR...
  • Dünən, 14:23
    Pakistanda məscid yaxınlığında partlayış olub, 15 nəfər ölüb, onlarla insan xəsarət alıb
  • Dünən, 13:33
    DTX 5 ölkədə antiterror tədbirləri həyata keçirdi - 10 nəfər saxlanıldı - Video
  • Dünən, 13:21
    Sabah rayonlarda arabir yağış yağacaq
  • Dünən, 13:11
    "6 ildir bizi ALDADIRLAR, evsiz-eşiksiz QALMIŞIQ" - Gəncə sakinləri ETİRAZ EDİR
  • Dünən, 12:20
    Azərbaycan millisinin heyəti açıqlanıb
  • Dünən, 12:11
    "Burda qiymətlər həddindən artıq yüksəkdir" - XİDMƏTSƏ... SIFIR!
  • Dünən, 11:39
    Milli Məclisin Aqrar siyasət komitəsi ötən sessiyada 15 məsələyə baxıb
  • Dünən, 11:27
    Kamera önündə “ŞOU”, əməliyyat masasında təhlükə - “New Med”də ŞƏNLİK VAR!
  • Dünən, 10:48
    DTX 5 ölkədə antiterror əməliyyatı keçirib, 11 nəfər tutulub
  • Dünən, 10:31
    “JOY Tour” işi: sahibkarın təsisçi kimi məsuliyyəti niyə faktiki idarəetmə ilə eyniləşdirilir? - NARAZILIQ VAR...
  • Dünən, 09:57
    Azərbaycan nefti ucuzlaşmaqda davam edir
  • Dünən, 09:50
    “Əsaslı Tikinti və Təchizat” İdarəsi “RASH.M.M.TRADE AND SERVICES-2020” MMC-yə bir gündə 3 tender verdi – NƏ MÜNASİBƏT?
  • Dünən, 09:18
    Xətai və Sabunçunun bir sıra ərazilərində qaz olmayacaq
  • Dünən, 09:07
    Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
  • 17-09-2026, 18:46
    İrəvan ilə Vaşinqton hərbi kadrların hazırlığını və təlimlərin keçirilməsini müzakirə edib
  • 17-09-2026, 18:39
    Şabran rayon Təhsil Şöbəsinin müdiri Emin Mövsümov əmək müqaviləsinin şərtlərini pozub müəllimləri istismar edir-İDDİA
  • 17-09-2026, 18:30
    Dermatoloq Fəridə Babayeva Assosiasiyaya üzv qəbul olunub
  • 17-09-2026, 18:16
    Səudiyyə Ərəbistanında PUA qalıqlarının düşməsi nəticəsində ölən və xəsarət alanlar var
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə