• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

“XALQ BANK” ASC ŞƏHID ANASINI VƏ AILƏ ÜZVLƏRINI ÇÖLƏ ATDI — RƏZALƏT

Cəmiyyət / Olay

28-11-2023, 11:02

Bu günlərdə gundemxeber.az xəbər portalının redaksiyasına Birinci Qarabağ müharibəsi şəhidi Musayev Saleh Sabir oğlunun anası, hansı ki, Yevlax şəhərində şəhid Saleh Musayevin adını daşıyan küçədə yaşayan Musayeva Qənifə Vəli qızı tərəfindən video-müraciət daxil olub.
Qənifə Musayeva müraciətində qeyd edir ki, “Həyat yoldaşım Musayev Sabir Saleh oğlu ağır dializ xəstəsi olduğundan, onun ciddi müalicəyə ehtiyacı var idi. Maddi vəziyyətimizin ağır olması səbəbindən, həyat yoldaşımı lazımi səviyyədə müalicə etdirə bilmirdik. Ona görə də məcbur olub 03 noyabr 2015-ci il tarixdə qızım Təranə Musayevanın adına 19%-lə, 48 ay müddətinə “Xalq Bank” ASC-dən 17.000 ABŞ dolları məbləğində kreditə pul götürdük. Götürdüyümüz bu kredit pulun qarşılığında şəhərin Ərəş küçəsində şəxsi mülkiyyətimizdə olan 0,045 ha torpaq sahəsini və həmin torpaq sahəsi üzərində 2 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 209,60 kvm sahəsi olan 12 nömrəli fərdi yaşayış evimizi banka girov qoyduq. Qeyd edim ki, girov qoyduğumuz ev həyat yoldaşımın — şəhid atası Musayev Sabir Saleh oğlunun adına idi. Həmin vaxtlarda evimiz ipoteka predmeti olaraq bank əməkdaşları tərəfindən 28 min manat dəyərində qiymətləndirildi. Hansı ki, bizə məxsus evin bazar qiyməti ən azından 70 min manatdan çox idi və həmin vaxtlarda həyat yoldaşım Sabir Musayevin səhhəti o qədər ağırlaşdı ki, biz düçar olduğumuz problemlərdən heç cür çıxa bilmirdik. 2015-ci ildə dollarla bağlı devolvasiyanın baş verməsi və ailəmizdə əmələ gələn hədsiz çətinliklərin varlığı səbəbindən, banka cəmi 500 dollar məbləğində ödəniş həyata keçirə bildik. Onu da bildirim ki, həyat yoldaşımı bir neçə il müayinə və müalicə etdirsək də, o, xeyli müddət bundan əvvəl dünyasını dəyişdi. Əlavə olaraq onu da qeyd edim ki, oğlum İsmayıl Musayevin həyat yoldaşı da şəhid qızıdır.
Bundan əlavə, qızım Təranə Musayevanın adına “Xalq Bank” ASC-dən kreditə götürdüyümüz pulla bağlı 2016-cı və 2017-ci illərdə ödəniş həyata keçirə bilmədiyimizdən, bank bu problemlə bağlı 28 aprel 2017-ci il tarixdə Yevlax Rayon Məhkəməsinə müraciət etdi və bu məhkəmə instansiyası 26 may 2017-ci il tarixdə (İş № 2(039)-1899/2017) qətnamə çıxartdı. Çıxarılmış qətnamədə cavabdeh Təranə Musayevanın “Xalq Bank” ASC qarşısında üstüstə 21.057.69 ABŞ dollar məbləğində borcunun olması qeyd olundu. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası isə, 30 noyabr 2017-ci il tarixdə (İş № 2 (107) -2537/2017) çıxarmış olduğu qətnaməsi ilə, Yevlax Rayon Məhkəməsinin qətnaməsini qüvvədə saxladı. Bu məsələdə cavabdeh Musayeva Təranə Sabir qızı, mən və vəkilimiz Bəkirova Sevda Həbib qızı iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 noyabr 2017-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verdik. Kassasiya şikayətinin verilməsinə səbəb o oldu ki, apellyasiya instansiya məhkəməsi də işin faktiki hallarını tam və hərtərəfli araşdırmadı, maddi və prosesual hüquq normalarının tələblərini pozdu, bir sözlə düzgün olmayan nəticəyə gəlinmişdir. Beləliklə, 18 aprel 2018-ci il tarixdə Ali Məhkəmənin Mülki Kollegiyası da (İş № 2 (102) -2660/2018) bu problemlə bağlı qərar çıxartdı. Qeyd olunan bu qərarda bir daha cavabdeh Təranə Musayevanın “Xalq Bank” ASC qarşısında üstüstə 21.057.69 ABŞ dollar məbləğində borcunun olması qeyd olundu. Bəli, biz hər bir instansiya məhkəməsinin çıxarmış olduğu qətnaməyə, qərara, qərardada və s. hörmətlə yanaşırıq və “Xalq Bank” ASC-nə borclu olduğumuzu da anlayırıq. Amma, məsələnin digər tərəfi də var ki, kiçik oğlum İsmayıl Musayev qohum-əqrəbadan, yaxın dost-tanışdan borc alıb 24 min manat pul düzəltdi və o, 01 noyabr 2023-cü il tarixdə qeyd olunan məbləğ pulu götürüb “Xalq Bank” ASC-nə getdi. Oğlum banka olan borcumuzla bağlı ödəniş etmək istəsə də, bank əməkdaşları həmin məbləğ pulu qəbul etməkdən imtina edirlər. Hətta, oğlum bank əməkdaşlarına bir daha şəhid ailəsi olmağımızı xatırladır və qalan borc pulu isə, yaxın iki-üç ay ərzində ödəniləcəyinə vəd verir. Buna baxmayaraq, qarşı tərəf öz israrından dönmür ki, dönmür. Hətta, bank əməkdaşları banka 30 min ABŞ dollar məbləğində pul ödənilməsini qəti şəkildə tələb edirlər. Baxmayraq ki, Ali Məhkəmənin Mülki Kollegiyası da cavabdeh Təranə Musayevanın “Xalq Bank” ASC-nə üstüstə 21.057.69 ABŞ dollar məbləğində borcunun olması haqda qərar çıxarıb. Bir sözlə, bank əməkdaşları belə bir qərarın varlığına da əhəmiyyət vermirlər ki, onlar bizdən 30 min dollar pul tələb edirlər.
Onu da bildirim ki, 2019-cu ilin dekabr ayında kiçik oğlum İsmayıl Musayev üzüzə qaldığımız belə bir problemlə bağlı MM-in deputatı Musa Quliyevin qəbulunda olur və ona bu problemimizlə bağlı ətraflı məlumat verir. Düzdür, Musa Quliyev “Xalq Bank” ASC-i ilə əlaqə saxlayır və problemin qaydaya salınması üçün, hətta qarşı tərəfdən şəhid ailəsinin üzvlərinə köməklik göstərilməsini xahiş də edir. Həmin vaxtlarda oğlum ASC-i ilə aramızda əmələ gələn problemin aradan qaldırılacağına ümid etdiyindən o, 2019-cu ilin dekabr ayında və 2020-ci ilin yanvar — fevral aylarında hər ay 300 manat olmaq şərtilə, banka 900 manat məbləğində pul ödəyir. Daha sonra bank əməkdaşı zəng edib oğluma deyir ki, “Etdiyiniz ödənişin heç bir əhəmiyyəti yoxdur”. Bütün bunlara baxmayaraq, 2022-ci ilin may ayından bu günə kimi qızım Təranə Musayevanın aldığı əmək haqqından hər ay 230 manat olmaq şərtilə pul tutulur və həmin pul “Xalq Bank” ASC hesabına köçürülür. Hal-hazırda da ödənişin həyata keçirilməsinə baxmayaraq, bank əməkdaşları icra məmurlarının iştirakı ilə 01 noyabr 2023-cü il tarixdə mənim, oğlumun və onun ailə üzvlərinin yaşadığı evi boşaldıblar və ev əşyalarını isə “Xalq Bank” ASC-nə məxsus depoya yığıblar. Bu da onu göstərir ki, bank əməkdaşları üçün şəhid adı, şəhid ailəsinin üzvləri və s. kimi anlayışın onlar üçün heç bir əhəmiyyəti yoxdur”.
“Xalq Bank” ASC-i əməkdaşlarının şəhid anasına, şəhid ailəsinin üzvlərinə göstərdikləri belə bir yanaşmadan fərqli olaraq, ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin ailələrinə, əlillərə və müharibə veteranlarına yüksək diqqət və qayğının göstərilməsi hər zaman dövlət siyasətində prioritet olub. Yəni, birbaşa möhtərəm Prezidentimiz İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və nəzarətində olan bu məsələ ilə bağlı, məhz ən ali səviyyədə göstərişlər verilir və bu kateqoriyadan olan insanların problemlərinin həlli istiqamətində mühüm tədbirlər də həyata keçirilir. Faktdır ki, indiyə kimi Prezident İlham Əliyevin imzaladığı müvafiq fərman və sərəncamlar, əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm rol oynayıb. Hal-hazırda bu istiqamətdə həyata keçirilən tədbirlər sistemli və ardıcıl xarakter daşımaqdadır. Unutmaq olmaz ki, ölkə Prezidenti hansı şəxsi rəhbər vəzifəyə təyin edirsə, ilk növbədə həmin şəxsə şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına xüsusi diqqət və qayğının göstərilməsini tapşırır. O, halda sual oluna bilər ki, ölkə başçısı ilə bərabər, hörmətli Mehriban xanım da ortaya belə bir mövqe qoyduqları halda, səbəb nə olur ki, “Xalq Bank” ASC-nin əməkdaşları şəhid anasına və onun ailə üzvlərinə qarşı fərqli mövqe nümayiş etdirirlər?. Görəsən ola bilməzmi ki, bügünkü qış fəslində, hansı ki, havaların soyuq keçdiyi vaxtlarda bank əməkdaşları bir qədər humanistlik göstərsinlər və şəhid qardaşı İsmayıl Musayevin topladığı 24 min manat pulu qəbul etsinlər. Qalan borcun ödənilməsi üçün isə, təqribən 3-4 ay müddətinə möhlət vaxtı versinlər. Yəqin ki, o halda hər kəs xəbərdar olar ki, ölkə rəhbərinin şəhid ailələri, qazilər, müharibə veteranları və s. ilə bağlı verdiyi tapşırıqlara “Xalq Bank” ASC-nin rəhbər şəxsləri və əməkdaşları hörmətlə yanaşırlar. Ümidvarıq ki, bu məqalənin yayımlanmasından sonra bank əməkdaşları şəhid anasına və onun ailə üzvlərinə qarşı humanistlik göstərəcəklər və bu ailəyə məxsus yaşayış evinin geri qaytarılması, həmçinin əmələ gələn problemin həlli yöndə lazımi addımlarını da atacaqlar. Qarşı tərəfin də mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Cəmiyyət / Olay

19-06-2023, 15:01

Eldar Həsənovun ailə üzvləri yenidən Ali Məhkəməyə müraciət etdilər

Cəmiyyət / Araşdırma

3-07-2023, 13:53

"Ramiz Mehdiyevin kürəkəni torpaq sahəsini ələ keçirib, 18 milyona satışa çıxarıb" - Hüquqşünas

Cəmiyyət / Olay

11-09-2023, 11:26

Hərbi hissənin ərazisini DƏDƏ MALI KİMİ SATAN KİMDİR? - FOTOLAR

Cəmiyyət

29-08-2023, 17:31

“Nə evim, nə də torpağım var. Nə vaxtacan gözləyim?”

Cəmiyyət / Bölgə

29-08-2023, 10:36

Ağdaşda QOÇULUQ EDƏN KİMDİR?

Kriminal

13-11-2023, 11:09

Yevlaxda küçədə güllələnən şəxs məşhur tiktoker imiş - VIDEO

Hadisə / Bölgə

15-08-2022, 00:30

Şəmkirdə birmərtəbəli ev yanaraq külə dönüb

Gündəm / Bölgə

16-06-2023, 11:13

İdarə müdiri müəllimlərin xəstəlik pulunu mənimsəməkdə İTTİHAM OLUNUR - VİDEO

Gündəm / Olay

17-11-2023, 14:40

RAMİZ MEHDİYEV TORPAQLARINI VƏ ƏMLAKLARINI SATIR- FOTOSÜBUT!

Kriminal

3-09-2023, 21:07

Şəhid ailəsinin evindən oğurluq edən şəxs TUTULDU

Bölgə / Olay

6-09-2023, 10:09

Qəbələ rayon İcra Hakimiyyəti başçısının şəhidlərlə nə ədavəti var? - FOTO- VİDEO

Hadisə

26-10-2023, 11:22

Kürdəmirdə baş verən ağır qəzada xəsarət alanlar Xalq artistinin yaxın qohumları imiş - FOTO

Araşdırma
“Pulumu qaytarmadılar, yenidən əməliyyat təklif etdilər” – Vətəndaş estetik əməliyyatdan şikayətçidir
Qaz İxrac İdarəsində Sərxan Babaşovla bağlı yeni iddialar
Saxta ştatlar, maaş pozuntuları və polis təzyiqi iddiası – Füzulidə təhsil qalmaqalı
Siyəzəndə təhsil sistemi silkələnir: Himayədarlıq və saxta qeydiyyat iddiaları
Xaçmazda uşaq baxçasında qalmaqal: qanun pozuntuları niyə ört-basdır edilir?
Novxanıda “torpaq imperiyası” iddiası: sabiq bələdiyyə sədrinin sərvəti araşdırılmalıdır
Hadisə
17-06-2026, 09:28
Ağstafa su kanalında kişi batıb
14-06-2026, 12:00
Azərbaycanda mağazaya ildırım düşdü - Yanğın başladı
14-06-2026, 11:00
Tovuzdakı qəzada həyatını itirən qazinin - Fotosu
10-06-2026, 17:21
Hacıqabulda açıq ərazidə yanğın başlayıb
10-06-2026, 08:57
Araz çayında batan 17 yaşlı gəncin meyiti tapılıb
9-06-2026, 12:25
Sankt-Peterburqda yanğında dörd nəfər ölüb
Xəbər lenti
  • Dünən, 18:51
    Abşeron Mərkəzi Xəstəxanasında KT aparatı yoxdur - TƏBİB-in açıqlaması bunu təsdiqləyir
  • Dünən, 18:04
    "Novator Group"un restoranı sudan qanunusuz istifadə edirmiş - Cərimələndi
  • Dünən, 17:29
    Bakıda İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı Konfransının sessiyası keçiriləcək
  • Dünən, 16:52
    “Hadisəyə səbəb “Kəpəz Hospital”ın təcili yardım maşınının qırmızı işıqda hərəkət etməsi olub” - Yol qəzasında ölən gəncin anası
  • Dünən, 14:39
    “Zeytun Pharma” işçiləri istismar edir – İDDİA
  • Dünən, 14:07
    Prezident İslam İnkişaf Bankı Qrupunun sədrinə “Dostluq” ordenini təqdim edib
  • Dünən, 12:50
    Sabah 38 dərəcə isti olacaq
  • Dünən, 12:43
    Qohum təyinatları, təcrübəsiz kadrlar VƏ... - su təsərrüfatında mübahisəli idarəetmə
  • Dünən, 12:14
    DİM: I və IV qruplar üzrə qəbul imtahanının nəticələri gələn həftə elan ediləcək
  • Dünən, 12:00
    Dövlət vəsaiti hara xərclənib? – Həsənrizdə təmir qalmaqalı
  • Dünən, 11:29
    Sabah ölkə üzrə pensiyalar ödəniləcək
  • Dünən, 11:22
    Nərimanov Məhkəməsinin “Bazargünü Qətnaməsi”: Məhkəmə Kürsüsü Niyə Bazar Piştaxtasına Çevrilir?
  • Dünən, 10:43
    Prezident: Biz Ermənistanın işğalçı qüvvələrinin xalqımıza qarşı etdiklərini heç vaxt yaddan çıxarmayacağıq
  • Dünən, 10:33
    “RAHAT AUTO”-dan inanılmaz dələduzluq: Vətəndaşları aldadıb, ölkədən qaçdılar
  • Dünən, 10:03
    Azərbaycan nefti 82.6 dollara ticarət olunur
  • Dünən, 09:35
    `AzəriQaz`da BÖYÜK YEYİNTİ: Müavin işçilərə HAQQ QOYUR... - İTTİHAM VAR...
  • Dünən, 09:12
    Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilir
  • Dünən, 08:58
    "Kəndimiz Mərdəkan"da qiymət oyunu - 1 xiyar 3 manat, 1 pomidor 4 manat, 1 soğan 1 manat...
  • Dünən, 08:45
    Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
  • 17-06-2026, 19:36
    Əlaqələndirmə Qərargahının iclasının iştirakçıları Xocalıda salınmış intensiv meyvə bağları ilə tanış olub
  • 17-06-2026, 19:14
    "Temu bağlamaları açılır, içindəkilər yoxa çıxır" - Vətəndaşlar Gömrükdən və Limakdan araşdırma tələb edir
  • 17-06-2026, 18:06
    Oman Sultanı Prezident İlham Əliyevə təbrik ünvanlayıb
  • 17-06-2026, 11:09
    I sinfə qəbul üzrə prioritet məktəb seçimi başlayır
  • 17-06-2026, 11:00
    "Səhv bizdə olub ki, vaxtında etiraz etməmişik..." - NARAZILIQ VAR...
  • 17-06-2026, 10:34
    Əli Əsədov: Birgə investisiya fondları əməkdaşlığın inkişafı üçün səmərəli alətdir
  • 17-06-2026, 10:18
    İcra başçısı şəhidin məhəlləsini yarımçıq asfaltladı – Fotolar
  • 17-06-2026, 09:57
    Azərbaycan nefti ucuzlaşmaqda davam edir
  • 17-06-2026, 09:42
    Bakıda insanlar günlərdir susuz qalıb – ADSEA tənqid olundu
  • 17-06-2026, 09:28
    Ağstafa su kanalında kişi batıb
  • 17-06-2026, 08:56
    "Son zəng"in "dumanlı təbrik"i Bakıdakı 244 nömrəlı məktəbdə oldu...
  • 17-06-2026, 08:46
    Tələbənin biliyi yox... CİBİ ÖNƏMLİDİR! - BAZAR AÇIBLAR...
  • 17-06-2026, 08:34
    Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
  • 16-06-2026, 15:10
    Qubada polis profilaktik tədbirlər keçirib
  • 16-06-2026, 14:40
    Nazir müavini ilə “Azəryaşlandşaft” ASC-nin sədrini nə birləşdirir? – Leyla Əliyevanın təşəbbüsü ilə qurulan zeytun bağlarını inək otlağına çevirənlər…
  • 16-06-2026, 14:09
    Leyla Əliyeva Bonnda BMT-nin Baş katibinin müavini ilə görüşüb
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə