• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Birinci vitse-prezident Mehriban Əliyevanın bütün bu fəaliyyətləri və xidmətləri Azərbaycan xalqını sevindirir.

Cəmiyyət

4-01-2024, 03:29

Azərbaycanı beynəlxalq aləmdə sidq-ürəkdən təbliğ edən, siyasəti mərhəmət və şəfqət kimi bəşəri dəyərlərlə zənginləşdirən, hər bir sahədə xoş məramı ilə fərqlənən Mehriban Əliyeva Vətəninin tərəqqisinə xidmət edir, ölkəsinin mədəniyyətinin, təhsilinin, səhiyyəsinin, idmanının inkişafına çalışır, sabahının qayğısına qalır. Tanrı insana yar ola bilər, ona gözəl tale qismət edə bilər, amma o, tam kamilliyə xalqın alqışı, duası ilə çatır. Mehriban Əliyevanın Vətənə, xalqa xoşməramlı xidmət amalının dəyişməz qalması təsadüfi deyil. Həyat prinsipləri ləyaqət, mərhəmət, intellekt və mehribanlıq olan Azərbaycanın Birinci vitse-prezidentinin dövlətimizin möhkəmlənməsi yolunda apardığı ideoloji mübarizəsinə, ümumən gördüyü işlərə nəzər yetirdikdə bu xidmətin miqyasını təsəvvür etmək, ölkənin və xalqın həyatında yeniliklərlə müşayiət olunan inkişafını görmək, duymaq elə də çətin deyil.

Onun humanizm, mərhəmət və nəciblik kimi ali mənəvi keyfiyyətlərindən irəli gələn əzmkar və çoxşaxəli fəaliyyətinin təməlində məhz xalqa layiqli xidmət dayanır. "Həyatda hər bir kəsin yerini və taleyini tarix müəyyənləşdirir. Odur ki, nə böyük, nə də kiçik rollar olmur. Öz həyat kitabını yazmağa ancaq sənin şəxsi və dərk edilmiş məsuliyyətin imkan verir. Kimsənsə elə də olmalısan. Bax, budur bizim həyatımız!", - deyən Mehriban Əliyeva Azərbaycan tarixinə xalqa sonsuz məhəbbəti, gördüyü əzəmətli quruculuq işlərinin miqyası və xeyriyyəçilik əməlləri ilə daxil olub. O, həyat yolunu və fəaliyyət dairəsini özü müəyyənləşdirib, xeyirxahlıq yolunu seçib. Yardıma ehtiyacı olan hər kəsin yanında olmaq onun həyat amalıdır. O, xeyriyyəçilik fəaliyyəti ilə Azərbaycanda bu sahədə sosial-fəlsəfi təməl yaratmaqla yanaşı, həm də gələcək nəsillərə nəcib bir yolun əsas konturlarını göstərmiş olur. Onu köməyə və qayğıya ehtiyacı olan insanların, xüsusilə uşaqların yanında tez-tez görmək olar. Bəzən hətta bayramları onlarla birgə keçirir. Müxtəlif xəstəliklərdən əziyyət çəkən insanlar, valideyn himayəsindən məhrum olmuş uşaqlar, erməni işğalı nəticəsində yurd yerindən didərgin salınmış məcburi köçkünlər Mehriban Əliyevaya pənah yeri kimi baxır və öz ümidlərində yanılmırlar. Ötən illər ərzində Mehriban Əliyeva ümummilli amallar naminə gərgin səylər göstərib. "Mən nəyi deyirəmsə çalışıram onu həyata keçirim", - deyən birinci xanımın fəaliyyətində başlıca meyar deyilən sözün həyatda öz təsdiqini tapmasıdır. Onun rəhbərliyi ilə reallaşdırılan layihələr milli-mənəvi ideallara, humanist, insanpərvər dəyərlərə sadiq gənc nəslin formalaşdırılmasına, gender bərabərliyinin təmini, sivilizasiyalararası dialoqun genişləndirilməsi, nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığın dərinləşdirilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına istiqamətlənib. Mehriban xanım qısa müddətdə dünyada ən işgüzar qadın imicinə sahib olub, müasir Azərbaycan qadınının ideal obrazını yaradıb, ölkəmizdə qadın hərəkatının aparıcı simasına çevrilib. "Qadının gücü, güc mənbəyi ilk baxışdan çox sadə görünən xeyirxahlıq, sevgi və mərhəmət kimi əbədi duyğulardır". Mehriban Əliyevanın bu sözləri bir daha təsdiqləyir ki, amalı xeyirxahlıq və kömək etmək olan birinci xanımın çoxşaxəli fəaliyyəti cəmiyyətin həyatında müsbət dəyişikliklərin baş verməsinə yönəlib. Onun dediyi kimi, "illər ötdükcə, qarşımıza yeni ideya və planlar çıxdıqca məqsədlərimiz xaraktercə dəyişir, amma əsas amalımız - Azərbaycan xalqına xidmət etmək amalı dəyişməz olaraq qalır və qalacaqdır". Mehriban xanım elə bu amal və məramla da özünün ömür kitabını yazır, onu ildən-ilə daha parlaq səhifələrlə zənginləşdirir.

2004-cü ildən ulu öndər Heydər Əliyevin adını daşıyan Fonda rəhbərlik edən Mehriban Əliyevanın təşəbbüsü, dəstəyi ilə reallaşan çoxsaylı və irimiqyaslı layihələr təkcə ölkə daxilində deyil, bütün dünyada böyük rəğbətlə qarşılanır. Məhz onun təşəbbüsü və yaxından iştirakı ilə təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə bir sıra irimiqyaslı layihələr reallaşdırılıb. Onun rəhbərliyi ilə həyata keçirilən layihələr mənəvi, tarixi, mədəni irsimizin qorunması işinə mühüm töhfələr verir. Çoxsaylı xeyriyyəçilik tədbirləri Heydər Əliyev Fondunu həm də şəfqət və mərhəmət ünvanına çevirib. Fondun mədəniyyətimizlə, incəsənətimizlə bağlı layihələri mənəvi, tarixi, mədəni irsimizin qorunması işində müstəsna rola malikdir. Sərhəd tanımayan xeyirxah təşəbbüsləri Heydər Əliyev Fonduna dünyada böyük nüfuz qazandırıb. Mehriban Əliyevanın 2004-cü ildə UNESCO-nun, 2006-cı ildə ISESCO-nun xoşməramlı səfiri seçilməsi həm də Azərbaycan mədəniyyəti üçün tarixi nailiyyət, əlamətdar hadisələrdir. Bu, Azərbaycanın zəngin maddi və qeyri-maddi mədəni irs nümunələrinin dünyada tanıdılmasına yeni üfüqlər açılması demək idi. Onun himayəsi ilə UNESCO çərçivəsində mədəni irsin qorunması, mədəniyyətlərarası dialoqun təşviqi, təhsilin inkişafı və digər sahələrdə mühüm layihələr həyata keçirilib.

Həmçinin xoşməramlı səfir kimi o, Azərbaycan tarixini, mədəni irsini, həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq istiqamətində yorulmaz fəaliyyət göstərir. Mehriban xanımın fəaliyyəti təkcə milli-mənəvi dəyərlərin, Azərbaycanın mənəvi və qeyri-maddi irsinin dünya miqyasında təbliğinə deyil, eyni zamanda, sivil dünyada sülh, sabitlik, sivilizasiyalararası dialoq, multikulturalizm kimi bəşəri ideyaların reallaşdırılmasına, bu sahələrdə səylərin birləşdirilməsinə yönəlib. Birinci xanımın yüksək təşkilatçılıq bacarığı sayəsində ölkəmizin nüfuzlu tədbirlərə uğurla ev sahibliyi etməsi Azərbaycan reallıqlarının təbliği baxımından mühüm əhəmiyyətə malikdir. "Gündəlik fəaliyyətimizdə insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribanlıq unudulmamalıdır. Əksinə, məhz bu mənəvi dəyərləri uca tutaraq ən yüksək qələbələr əldə etmək, ən böyük zirvələrə qalxmaq olar. Mən sizi əmin edirəm ki, gələcək fəaliyyətimi məhz bu prinsiplər əsasında qurmağa çalışacağam.

Ölkəmizin və xalqımızın maraqlarını hər şeydən üstün tutacağam, Azərbaycana layiqincə xidmət etməyə çalışacağam". Bu fikirləri Mehriban Əliyeva Birinci vitse-prezident kimi ilk çıxışında deyib. 2017-ci il fevralın 21-də Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi onun zəngin fəaliyyətinin və təşkilatçılıq bacarığının məntiqi nəticəsi kimi dəyərləndirilir. Azərbaycanın iqtisadi inkişafı və xalqımızın rifahı naminə milli məqsədlərə nail olmaqla bağlı üzərinə nəcib missiya və yeni öhdəliklər götürən Birinci vitse-prezident Mehriban Əliyeva elə fəaliyyətinin ilk tədbirlərini yenə də humanist missiyaya köklədi. O, diqqətini cəmiyyətin ən çox yardıma və dəstəyə ehtiyacı olan hissəsinə - qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə, həyat şəraitlərinin yaxşılaşdırılmasına yönəltdi. Azərbaycanın Birinci vitse-prezidenti bu kateqoriyadan olan insanlar üçün yeni qəsəbələrin tikilməsini, yaşayış massivlərinin salınmasını diqqət mərkəzində saxlayaraq bu məsələyə daha çox ictimai dəstəyi təmin etdi. Ötən illər göstərdi ki, Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən çoxsaylı layihələr nadirliyi, orijinallığı ilə seçilir, kompleks xarakter daşıyır. Ən başlıcası, Mehriban xanımın qısa zaman kəsiyində bu qədər işin öhdəsindən bacarıqla və yaradıcı şəkildə gəlməsi insanlarda dərin ehtiram hissi doğurur. Mehriban Əliyevanın çoxşaxəli və xoşməramlı fəaliyyəti həm Azərbaycanda, həm də beynəlxalq miqyasda yüksək qiymətləndirilir. O, insanları sevməklə özünü sevdirib. Sadəliyi və xeyirxahlığı ilə sevgi qazanıb və bu sevgi dünyanın da diqqətini cəlb edib. Dünya Mehriban xanımın insan sevgisi ilə dolu ürəyinə heyran qalıb, onun təəssübkeşliyi, xeyir-duası, dəstəyi ilə həyata keçirilən qlobal layihələri alqışlayır. Böyük və nadir insanlar doğulduqları andan ömrünün sonuna qədər yüksək və ali missiyanın daşıyıcıları olurlar. Belə insanların ömrü yorulmadan, dayanmadan böyük bir məqsədə xidmət edir və əbədi mübarizəyə həsr olunur. Mehriban Əliyevanı xalqımıza ən çox sevdirən isə onun prinsipləridir. Bu prinsiplərin əsasında çox sadə bir ideya dayanır: insanlara yaxşılıq etmək.Mehriban xanım Əliyevanın xeyriyyəçilik əməlləri humanizm prinsiplərindən qaynaqlanır.

Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətindən bəhs edərkən onu da vurğulamaq lazımdır ki, Fond, eyni zamanda, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, ölkəmizin üzləşdiyi təcavüzkarlıq faktının ifşası istiqamətində məqsədyönlü və ardıcıl iş aparır. Fondun dəstəyilə artıq uzun illərdir ki, müxtəlif ölkələrdə Xocalı faciəsinə həsr olunmuş konfranslar, tədbirlər keçirilir, bu istiqamətdə xüsusi təbliğat aparılır. Aksiyalarda ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən fotoşəkillər, müxtəlif illərdə xarici ölkələrin nüfuzlu nəşrlərində Xocalı faciəsi haqqında dərc edilmiş materiallar, “Qarabağ həqiqətləri” adlı bukletlər və “Azərbaycana qarşı müharibə: mədəni irsin hədəfə alınması” kitabı təqdim olunur. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yaradılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdə atılan ən önəmli addımlardandır.Təsadüfi deyil ki, məhz bu kampaniyaya start veriləndən sonra bir sıra ölkələrin parlamentləri Xocalı soyqırımının tanınması ilə bağlı qərarlar qəbul edib, ayrı-ayrı dövlətlərdə Xocalı soyqırımı abidələri qoyulub.Mehriban xanım Əliyevanın fəaliyyətində Azərbaycan mədəniyyətinin dünyada təbliğində, eləcə də mədəniyyətlərarası dialoqun genişləndirilməsində, Azərbaycanın sivilizasiyalararası dialoqda fəal iştirakı və rolu xüsusi bir yer tutur. Heydər Əliyev Fondunun BMT-nin ən mötəbər qurumlarından olan UNESCO ilə əlaqələri xüsusi yer tutur. Təsadüfi deyil ki, Mehriban xanım Əliyeva bu mötəbər qurumun tribunasından Azərbaycanın üzləşdiyi çətinliklər, işğal faktı və işğal nəticəsində Azərbaycan mədəniyyətinə, milli-mənəvi abidələrinə dəyən zərərləri dünya ictimaiyyətinə çatdırır.Mehriban xanım həm qadın, həm ana, həm də yeni siyasi təfəkkür daşıyıcısı olan dövlət xadimi kimi Azərbaycan üçün nümunədir, qadınların ictimai fəallığını əks etdirən yeni modelin müəllifidir. Bu statusda Azərbaycanın Birinci vitse-prezidenti və birinci xanımı müasir dünyada nümunəvi fəal qadın və siyasi xadim kimi də qəbul edilir.Əlbəttə birinci vitse prezident Mehriban Əliyevanın bütün bu fəaliyyətləri və xidmətləri Azərbaycan xalqını sevindirir, cəmiyyət layiqli dövlət adamı ilə qürur duyur.

Mən Fərid Şərifov qeyd etmək istəyirəm ki Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti həm Azərbaycanda, həm də beynəlxalq miqyasda yüksək qiymətləndirilir.

Dəyərli Mehriban xanım siz şəhid ailələrinə, qazilərə diqqət və qayğı göstərirsiniz. Mən bir gənc kimi bildirmək istəyirəm ki Hörmətli Mehriban xanım siz ölkə prezidenti cənab İlham Əliyevin həyat yoldaşı olmaqla yanaşı, ailəsinə sədaqəti, işgüzarlığı, layiqli məsləkdaşı olmağınızın nəticəsidir ki, dövlətimiz daha da güclənir, regionda öz nüfuzunu qazanaraq söz sahibinə çevirilir.

Hörmətli Mehriban xanım sizi xalqa sevdirən əsas məqamlar sizin xeyirxahlıq, mərhəmət, şəfqət kimi ülvi hisslərə və insani dəyərlərə malik olmağınızdır.
2018-ci ilin aprelində yenidən dövlət başçısı seçildikdən sonra Prezident İlham Əliyevin ilk imzaladığı Fərman məhz şəhid ailələri ilə bağlı idi. Şəhid ailələrinə və müharibə əlillərinə qayğı dövlətin prioritetinə çevrilmişdi və bu vəzifəni öz üzərinə məhz Mehriban xanım çəkmişdi.

Müharibə əlillərinin əksəriyyəti Birinci vitse-prezident Mehriban xanımın köməyi ilə dünyanın nüfuzlu xəstəxanalarında müalicə alır. Onun rəhbərliyi altında Heydər Əliyev Fondu “2016-cı ilin Aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsini həyata keçirir. Ötən müddət ərzində yüzlərlə zabit və əsgər yüksək texnologiyalı protezlərlə təmin olunub. II Qarabağ müharibəsində şəhid və qazi olanların ailələrinə də eyni şəkildə qayğı göstərilir.İllər keçdikcə ümumilikdə şəhid və qazi ailələrinin sosial müdafiəsi daha da gücləndiriləcək.
Sevgi və hörmət insanın öz şəxsi keyfiyyətləri, xarakter özəllikləri əsasında qazanılır.

Bu statusda Azərbaycanın Birinci vitse-prezidenti və birinci xanımı müasir dünyada nümunəvi fəal qadın və siyasi xadim kimi də qəbul edilir. Əlbəttə, birinci vitse-prezident Mehriban Əliyevanın bütün bu fəaliyyətləri və xidmətləri Azərbaycan xalqını sevindirir, cəmiyyət layiqli dövlət adamı ilə qürur duyur. Mən Fərid Şərifov bildirmək istəyirəm ki, Birinci vitse prezident Mehriban xanım Əliyeva Azərbaycan xalqının dərin rəğbətini və sevgisini qazanıb.Mehriban xanım Əliyeva sadəliyi və xeyirxahlığı ilə çox böyük sevgi qazanıb.

Mehriban xanımın ictimai-siyasi fəaliyyəti o qədər zəngin və parlaqdır ki, onu bütün incəliklərinə qədər təsvir etmək, sadalamaq, xatırlamaq qeyri mümkündür. Bu mənada Mehriban xanımın gənc və müstəqil dövlətimizin möhkəmlənməsi yolunda apardığı ideoloji mübarizəsinə, ümumən gördüyü işlərin miqyasına nəzər yetirəndə bu xidmətin həcmini təsəvvür etmək, ölkənin və xalqın həyatında yeniliklərlə müşayiət olunan inkişafını görmək, duymaq elə də çətin deyil.

Mən həmçinin Mehriban xanımın Birinci xanım institutunun yaranmasındakı rolunu qeyd etmək istərdim.
Hörmətli Mehriban xanım Xalq sizin mərhəmətinizi, diqqətinizi, qayğınızı sevdi. Sizə vətənə xidmət yolunda və vətənimizin dövlətimizin güclənməsi və inkişafı yolunda fəaliyyətinizdə və işlərinizdə bol bol uğurlar arzulayıram, Ömrünüz uzun olsun, Tanrı sizi və ailənizi qorusun Mehriban xanım.

Son olaraq qeyd etmək istəyirəm ki:

O Xalqımızın, Bizim Mehribandır.

Mehriban xanım mən sizi öz doğmam kimi bilirəm, siz mənim əzizimsiniz, həmçinin sizi öz xalam, bibim kimi çox istəyirəm.

Hörmətlə YAP üzvü, Birinci xanım Mehriban Əliyevanın könüllüsü, Nərgiz Fondunun əməkdaşı, Nərgiz Jurnalının əməkdaşı Fərid Şərifov

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Siyasət

15-08-2022, 20:40

Birinci xanım Mehriban Əliyeva bəşər tarixinin şanlı salnaməsinə öz dəst-xətti ilə daxil olan görkəmli şəxsiyyətdir

Cəmiyyət

11-12-2023, 23:08

Sadəliyi və xeyirxahlığı ilə çox böyük sevgi qazanan Mehriban Əliyeva

Gündəm / Siyasət

2-10-2023, 10:29

Azərbaycanda Birinci xanım institutunun yaranmasında Mehriban xanım Əliyevanın böyük rolu vardır -

Cəmiyyət

19-08-2023, 01:06

Birinci vitse-prezident Mehriban Əliyevanın bütün bu fəaliyyətləri və xidmətləri Azərbaycan xalqını sevindirir

Cəmiyyət

22-05-2023, 01:53

O Xalqımızın, Bizim Mehribandır.

Siyasət

15-11-2022, 23:00

Ulu Öndər Heydər Əliyev siyasəti xoşbəxt gələcəyimizdir.

Gündəm

10-08-2023, 12:01

Mehriban Əliyeva bütün sevgi və hörmət öz şəxsi keyfiyyətləri, xarakter özəllikləri qayğı və mərhəmətliyi özündə birləşdirib

Cəmiyyət

28-03-2023, 20:18

Keçdiyi mənalı ömür yolu, yüksək humanizmi, xeyirxahlığı və nəcibliyi

Cəmiyyət

15-11-2023, 22:13

Mehriban xanım Əliyevanın Birinci vitse-prezidentlik institutu Azərbaycanda dövlət idarəçiliyinin funksionallığını daha da artırıb

Gündəm

26-08-2023, 13:39

Uşaq İnkişaf Mərkəzinin rəhbəri Aynur Musayeva: “Mehriban xanım mərhəmət, şəfqət mücəssiməsi və uşaqların ən yaxın himayədarıdır”

Siyasət

27-08-2022, 18:44

BƏƏ, Misir və Omanın 60-a yaxın nəşrində Mehriban Əliyevanın fəaliyyətinə məqalələr həsr olunub

Siyasət

25-08-2022, 23:46

Bugün Avqustun 26-da Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban Əliyevanın doğum günüdür.

Araşdırma
Gəncədə 44 günlük müharibənin yaralarının bağlanmasına şərait yaratmayan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi - SAKİNLƏRDƏN SENSASİON İDDİALAR
Ağsu bazarında maşınlardan pul tələb edilir? – “Hara istəyirsiniz şikayət edin” deyən şəxslə bağlı iddialar
3 minlik burun əməliyyatı əks effekt verdi – “Vip Milan”ın həkimi ilə bağlı yeni araşdırma
“KUEHNE+NAGEL” adı, böyük qazanc vədləri və itirilən pullar: Azərbaycanda yeni şəbəkə iddiaları araşdırılır FOTOLAR
Təcili Yardım qarajında qalmaqal: Özünü rəhbər kimi tanıdan işçi, iki müdir iddiası və özbaşınalıq səs-küy yaradıb
240 minlik "Bentley", geri qaytarılmayan pullar və 54 şikayət – iddiaların mərkəzində kim dayanır?
Hadisə
23-08-2026, 12:30
Göyçayda yol qəzasında xəsarət alan dörd nəfərdən ikisi ölüb - YENİLƏNİB
21-08-2026, 18:48
Xocavənddə traktor minaya düşüb, sürücü xəsarət alıb
20-08-2026, 10:04
DTX-dən xüsusi əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilib
19-08-2026, 18:07
Tovuzda iki avtomobil toqquşub, xəsarət alanlar var
18-08-2026, 09:16
Tovuzda avtomobil su kanalına düşüb, iki nəfər ölüb - YENİLƏNİB
17-08-2026, 18:20
Şəmkirdə minik avtomobilləri toqquşub, 3 nəfər ölüb
Xəbər lenti
  • Bu gün, 10:40
    “Məni otağa aparıb hədə-qorxu gəldilər və…” – “İrşad Electronics”də nə baş verir?
  • Bu gün, 10:12
    Bakıda İncəsənət Gimnaziyası, 3 məktəb və 3 bağça təmir edilir
  • Bu gün, 10:03
    AAYDA-nın daha bir qurumunun külli miqdarda vergi borcu üzə çıxdı - DETALLAR
  • Bu gün, 09:34
    Sabunçunun bəzi ərazilərində qaz olmayacaq
  • Dünən, 19:32
    Ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtı açıqlanıb
  • Dünən, 19:19
    Quba Rayon Mərkəzi Xəstəxanasının 51 minlik tenderində şübhəli məqamlar
  • Dünən, 18:44
    Yeni tədris ili üzrə 44 mindən çox uşaq bağçalara qəbul olub
  • Dünən, 18:33
    Etibar Pirverdiyev “Expressbank”dan nə qədər qazanır? - TƏFƏRRÜAT
  • Dünən, 18:05
    Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri olub
  • Dünən, 17:56
    Peşə mətkbələrində müqavilə ilə işə qəbul keyfi başlayır... İlqar Bayramlı baş verənləri həqiqətənmi, görə bilmir?
  • Dünən, 16:55
    Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar - YENİLƏNİB
  • Dünən, 16:45
    7A-da sərnişinə “su işgəncəsi” - AYNA təndiq olundu - FOTO
  • Dünən, 16:07
    Direktor müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat başlayıb
  • Dünən, 15:53
    Nazirin qaynı Nihad Hənifəyevin 7,4 milyonluq tenderi - Nazirliyin məlum susqunluğu
  • Dünən, 15:10
    Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə "ABB Davr" Bank layihəsinin açılışı olub
  • Dünən, 14:58
    Nazirlik təmir işlərinə 2.5 milyon manat xərcləyəcək
  • Dünən, 14:14
    Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar
  • Dünən, 13:55
    Budaqov AĞACLARI NİYƏ SEVMİR AXI... - VİDEO
  • Dünən, 13:41
    Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir
  • Dünən, 13:08
    Zabratda BUDAMA adı altında yaşıl soyqırım... - FOTOFAKT
  • Dünən, 12:29
    UKMTO: Səudiyyə Ərəbistanı sahillərində tanker vurulub
  • Dünən, 12:19
    Polkovnik atanın himayəsində, dələduz oğul... - İTTİHAM VAR...
  • Dünən, 11:56
    Hikmət Hacıyev Buxaradan paylaşım edib
  • Dünən, 11:39
    Deputat Məşhur Məmmədova bağlı şirkətlər inhisarçı rolunda…:Saxta tenderlər, siyasi patronaj və dövlətə vurulan 21 milyonluq zərər
  • Dünən, 11:31
    Azərbaycan Prezidenti: Ukrayna xalqına bundan sonra da humanitar dəstək göstərməyə davam edəcəyik
  • Dünən, 11:16
    İlham Əliyev Volodimir Zelenskini Ukraynanın müstəqilliyinin 35 illiyi münasibətilə təbrik edib
  • Dünən, 11:05
    Salyanda dövlətə qarşı təxribat? General Ceyhun Həsənovun adı “Aqro Park” qalmaqalında — Təsərrüfatların suyu kəsildi - VİDEO
  • Dünən, 10:29
    Bu il 111 minə yaxın pensiya, müavinət və təqaüd təyinatı proaktiv qaydada verilib
  • Dünən, 10:13
    Ceyhun Bayramovun ailəsinin biznes xəritəsi:OMNİ-dən SABAH-s, LANDAU-dan Şuşaya
  • Dünən, 09:46
    AVRO-2026: Azərbaycanın qadın voleybolçuları bu gün Rumıniya ilə qarşılaşacaq
  • Dünən, 09:30
    “Abşeron City”də zirzəmi divarları gecə ilə söküldü - Sakinlər narahatdır - VİDEO
  • Dünən, 09:13
    Mədəniyyət Nazirliyi Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayıb
  • 23-08-2026, 17:00
    Özbəksitan Prezidenti “Heydər Əliyev” ordeni ilə təltif edilib
  • 23-08-2026, 16:30
    İrana Məkkə sazişinə qoşulmaq təklifi verilib
  • 23-08-2026, 16:00
    Prezidentin köməkçisi: Rəsmilər öz aralarında Azərbaycan və özbək dillərinin kombinasiyasında danışmağa çalışırlar
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə