• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

AMEA alimləri Ədəbiyyat İnstitutunun Elmi şurasının genişləndirilmiş iclasında Fransada Xurşidbanu Natəvanın abidəsinin təhqir olunmasını vandalizm aktı hesab ediblər FOTOLAR

Cəmiyyət

15-01-2024, 23:07

Azərbaycanın görkəmli şairəsi və ictimai xadimi Xurşidbanu Natəvanın Fransanın Evian-le ban şəhərində 2017-ci ildə ucaldılmış heykəlinə qırmızı boyanın atılması, heykəlin selofanla örtülməsi, əraziyə verilmiş “Azərbaycan parkı” sözünün çıxarılacağı ilə bağlı ortaya atılan iddialar Fransanın insanlığa, mədəniyyət, incəsənətə, bəşəri dəyərlərə və ölkəmizə qarşı vandalizm aktının növbəti təzahürüdür.

Bu sözləri AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun yanvarın 15-də keçirilən Elmi şurasının genişləndirilmiş iclasında AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Fransada Xurşidbanu Natəvanın abidəsinin təhqir olunmasına münasibət bildirərkən deyib.

Akademik İsa Həbibbəyli bildirib ki, ölkə başçısı Azərbaycan televiziyalarına dərin məzmunlu geniş müsahibəsində bu hadisəni vandalizm aktı kimi qiymətləndirib və hadisədən sonra tək Fransadakı deyil, Avropadakı diaspora nümayəndələrimiz, fəallarımız heykəlin qarşısında etiraz aksiyası keçiriblər.

Azərbaycan cəmiyyətinin, ziyalılarımızın da bu hadisəyə sərt reaksiya verdiyini deyən akademik İsa Həbibbəyli ictimaiyyət nümayəndələrinin Natəvanın heykəlinə qarşı təhqiramiz münasibəti qətiyyətlə pislədiyini, dünya mədəniyyətinə böyük töhfələrini vermiş, Qarabağda “Məclisi-üns” kimi ədəbiyyat məclisinə bacarıqla rəhbərlik etmiş qadın şairimizə, mədəniyyət xadimimizin abidəsinə qarşı atılmış addımın, tək ölkəmizə deyil, eyni zamanda bəşəri mədəni irsə qarşı cinayət aktı kimi dəyərləndirildiyini vurğulayıb.

AMEA rəhbəri 44 günlük Vətən müharibəsində qazanılan Zəfərdən sonra Fransanın Azərbaycana qarşı münasibətinin kəskinləşdiyini, rəsmi Parisin məkrli şəkildə Ermənistana dəstək verdiyini, yeni müharibə toxumları səpməkdə olduğunu qəbuledilməz fakt kimi pisləyib. Bildirib ki, bu, Fransa dövlətinin Azərbaycanın Qarabağda qazandığı tarixi Zəfəri və ölkəmizin ərazi bütövlüyünü həzm edə bilməməsinin təzahürüdür.

Vətən müharibəsindən sonra Fransanın Ermənistanı cidd-cəhdlə silahlandırdığını deyən akademik İsa Həbibbəyli Fransanın başlıca niyyətinin Qafqazda yeni müharibə ocaqları yaratmaq olduğunu, bu düşüncənin Ermənistanı fəlakətə aparacağını söyləyib.

“Son illərdə Fransa Afrikadakı öz dayaqlarını itirir, yerli xalqlar Fransameyilli dövlət başçılarını ölkədən qovurlar. Fransa müstəmləkəçiliyi bu gün bütün dünyada, eləcə də Avropanın özündə etiraz doğurur. Bir sözlə, Fransa Afrikadan biabırcasına qovulur və orada itirdiyi dayaqlarını Qafqazda bərpa etməyə çalışır. Bunun üçün də ermənilərdən alət kimi istifadə edirlər. Lakin Prezident İlham Əliyev və Azərbaycan dövləti buna qətiyyətlə imkan verməyəcəkdir. Başda Türkiyə olmaqla digər region ölkələri və Türk dövlətləri də bu məsələdə qəti münasibətlərini bildiriblər”, - deyə AMEA prezidenti diqqətə çatdırıb.

Fransa prezidenti Emmanuel Makronun Fransada, eləcə də Avropada siyasi dəstəyini və imicini itirdiyini deyən natiq başda “Sarı jiletlilər” olmaqla, Fransa cəmiyyətinin özünün də Makronun siyasətinə qarşı ciddi etirazlarını bildirdiklərini vurğulayıb.

Xurşidbanu Natəvanın Azərbaycanın görkəmli qadın ziyalılarının ən görkəmli nümayəndələrindən biri olduğunu deyən akademik İsa Həbibbəyli şairənin dünya irsinə öz töhfələrini verdiyini, “Gül dəftəri – illüstrasiyalı şeirlər albomu”nun isə 2023-cü ildə UNESCO-nun Dünya Yaddaşı Reyestrinə daxil edildiyini xatırladıb. Bildirib ki, Xurşidbanu Natəvan Qafqaza səfər etmiş tanınmış fransız yazıçısı Aleksandr Dümanı evində qonaq edərək onunla şahmat masasının arxasında əyləşib, Azərbaycanın qonaqpərvərliyini, xalqımızın Fransa xalqına olan münasibətini göstərib, bütün bunların qarşılığında isə Fransada şairəmizin heykəli vəhşi münasibətlə üzləşib.

Akademik İsa Həbibbəyli, həmçinin ölkəmizdə Fransa ədəbiyyatı ilə bağlı önəmli tədqiqatların aparıldığını, fransız yazıçıların əsərlərinin Azərbaycan dilinə tərcümə olunaraq çap edildiyini və bütün bunların xalqımızın, dövlətimizin yüksək bəşəri, mədəni dəyərlərin daşıyıcısı olduğunu bildirib.

AMEA prezidenti Viktor Hüqonun vətənində, Luvr kimi muzeyin, eləcə də UNESCO-nun Baş qərargahının yerləşdiyi ölkədə Natəvanın heykəlinə qarşı, mədəniyyətimizə qarşı göstərilən vandalizm aktını və Fransa prezidenti Emmanuel Makronun siyasətini qətiyyətlə pislədiyini bildirib, hadisəni törədənlərin layiqli cəzalarını almasını tələb edib.

Sonra AMEA-nın vitse-prezidenti v.i.e., akademik Gövhər Baxşəliyeva, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitunun direktoru, akademik Teymur Kərimli, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadənin etiraz ideyasını ifadə edən çıxışları səsləndirilib. Həmçinin fransız yazıçısı Aleksandr Dümanın “Qafqaz səfəri” əsərinin tərcüməçisi, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, professor Qəzənfər Paşayev, Natəvan haqqında yazılmış monoqrafiyanın müəllifi, Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya elmləri doktoru İslam Qəribov, şairənin əsərlərinin tədqiqatçısı, şöbə müdiri, professor Tahirə Məmməd və Azərbaycan-Fransa ədəbi əlaqələrinin araşdırıcısı, institutun dissertantı Şəhla Qurbanova çıxış ediblər. Çıxışlarda Natəvanın heykəlinə qarşı törədilmiş vandalizm aktının Fransanın Azərbaycana qarşı kin-küdurətinin göstəricisi olduğu bildirilərək Azərbaycan-Fransa ədəbi əlaqələrindən danışılıb, Fransanın Evian-le ban bələdiyyəsinin üzr istəməsinin vacibliyi diqqətə çatdırılıb.

Qeyd olunub ki, Fransa tarixən Əlcəzairdə, Tunisdə, Mərakeşdə və digər Afrika ölkələrində törətdiyi soyqırımlarla bəşəriyyətə, insanlığa qarşı olan vəhşi münasibətini göstərib. Çıxışlarda vurğulanıb ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı qətiyyətli qələbədən sonra Fransadakı erməni diasporunun təzyiqləri nəticəsində rəsmi Parisin ölkəmizə qarşı münasibəti pisləşib və ötən müddət ərzində Fransanın rəsmiləri insanlıqdan uzaq, ədalətsiz qərarlar qəbul ediblər.

Həmçinin Natəvanın “Gül dəftəri – illüstrasiyalı şeirlər albomu”nun UNESCO-nun Dünya Yaddaşı Reyestrinə daxil edilməsinin şairənin bəşəri ideyaların daşıyıcısı olduğunu, lakin buna baxmayaraq şairənin abidəsinin Fransa tərəfindən insanlığa sığmayan rəftara məruz qaldığını vurğulayıblar.
Sonda çıxış edən akademik İsa Həbibbəyli Azərbaycan dövlətinin Prezident İlham Əliyevin liderliyində qazandığı tarixi Zəfərin və əldə etdiyi iqtisadi, siyasi uğurların artıq dünya tərəfindən qəbul olunduğunu, Azərbaycanın dünyaya sülh, ədalət, qarşılıqlı etimad, əməkdaşlıq təqdim etdiyini nəzərə çatdırmaqla bildirib ki, Fransada Xurşidbanu Natəvanın heykəlinə qarşı təhqiramiz münasibət bildirənlər layiqli cəzalarını almalıdırlar.

AMEA Rəyasət Heyəti aparatının
İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsi
Tel.: (+994 12) 492 84 13, 070 277 22 78





Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Mədəniyyət

9-09-2022, 15:42

Şuşada Xurşidbanu Natəvanın 190 illik yubiley tədbiri başlayıb

Gündəm / Siyasət

13-01-2024, 17:12

Fransadakı azərbaycanlılar aksiya keçirdi - Foto

Gündəm / Cəmiyyət

26-12-2023, 11:40

Milli Məclisdən Fransada Natəvanın heykəlinin sökülməsinə REAKSİYA

Siyasət

28-07-2022, 22:10

AMEA-da prezident seçkiləri keçiriləcək

Ölkə

25-12-2023, 23:41

“Milli istiqlal marşının və müstəqil dövlətçiliyin böyük carçısı” mövzusunda konfrans keçirilib FOTOLAR

Cəmiyyət

10-01-2024, 10:50

Rəsulzadə ilə bağlı tapşırıq verildi: plan hazırlanacaq

Cəmiyyət

13-12-2023, 05:25

AMEA-nın vitse-prezidenti, akademik Nərgiz Paşayevanın 60 yaşı tamam olur

Təhsil

7-07-2023, 21:43

AMEA-nın magistraturasını bitirən tələbələrin “Məzun günü” keçirilib

Gündəm / Olay

1-09-2023, 15:17

AMEA robot-tozsoran, əl qurudan alır

Cəmiyyət

29-07-2022, 13:20

Təcili iclasda nələr müzakirə olunub?

Cəmiyyət

3-12-2023, 19:11

Asiya Akademiyaları Birliyi ilə əməkdaşlıq genişlənir

Təhsil

1-08-2022, 21:55

"AMEA-nın institutları boş-boş işlərlə məşğuldur" - Mircəfər Bağırovun məqaləsi üzə çıxdı

Araşdırma
Gəncədə 44 günlük müharibənin yaralarının bağlanmasına şərait yaratmayan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi - SAKİNLƏRDƏN SENSASİON İDDİALAR
Ağsu bazarında maşınlardan pul tələb edilir? – “Hara istəyirsiniz şikayət edin” deyən şəxslə bağlı iddialar
3 minlik burun əməliyyatı əks effekt verdi – “Vip Milan”ın həkimi ilə bağlı yeni araşdırma
“KUEHNE+NAGEL” adı, böyük qazanc vədləri və itirilən pullar: Azərbaycanda yeni şəbəkə iddiaları araşdırılır FOTOLAR
Təcili Yardım qarajında qalmaqal: Özünü rəhbər kimi tanıdan işçi, iki müdir iddiası və özbaşınalıq səs-küy yaradıb
240 minlik "Bentley", geri qaytarılmayan pullar və 54 şikayət – iddiaların mərkəzində kim dayanır?
Hadisə
Dünən, 12:25
Xanımının doğum günündə vəfat edibmiş...
Dünən, 12:01
Cəlilabadda iki həyətyanı sahə və tövlə yanıb
Dünən, 11:49
Sumqayıtda avtomobil təmiri sexi yandı - Video
Dünən, 10:59
Xocavənddə traktor minaya düşüb
7-08-2026, 18:30
Süleyman Mikayılovun 10 illik müavininə hökm oxundu
7-08-2026, 09:32
Beyləqanda bir nəfər suda boğulub
Xəbər lenti
  • Dünən, 18:30
    Əraqçi: İran və Oman Hörmüz boğazında yeni gəmiçilik marşrutu üzrə razılaşmaya yaxındır
  • Dünən, 18:00
    Macarıstan Ali Məhkəməsinin keçmiş sədrinin prezidentliyə namizədliyi irəli sürülüb
  • Dünən, 17:30
    Azərbaycanda auditorlara fırıldaqçılığın aşkarlanması üsulları öyrədilib
  • Dünən, 17:00
    Zelenski: ABŞ hər ay Ukraynaya "Patriot" üçün raket əleyhinə vasitələr göndərəcək
  • Dünən, 16:06
    Rasional yanaşma qrup maraqlarına qarşı: Vaşinqton razılaşmaları ABŞ-Azərbaycan münasibətlərində yeni dövrün əsası kimi
  • Dünən, 15:56
    Taksidən pul və bank kartları oğurladı - Saxlanıldı
  • Dünən, 15:42
    Türkiyədə su xətti tunelində uçqun olub - 1 ölü, 1 yaralı var
  • Dünən, 15:31
    Sumqayıtda yol çökdü: Yaşayış binasına doğru irəliləyir
  • Dünən, 15:11
    Hikmət Hacıyev: İlham Əliyev müharibəni, həm də sülhü qazanıb
  • Dünən, 14:59
    AYNA şefi öz ampulasında - Kartdan pul çıxır, aparat isə “balansınızda pul yoxdur” deyir
  • Dünən, 14:21
    Ukrayna Qara dənizdəki "Sivaş" qazma qurğusunda Rusiya obyektlərini sıradan çıxarıb
  • Dünən, 14:08
    Nikol Paşinyan Prezident İlham Əliyevə zəng edib
  • Dünən, 14:04
    Nikol Paşinyan Prezident İlham Əliyevə zəng edib
  • Dünən, 13:55
    "İmişli" klubu Quba Olimpiya İdman Kompleksi ilə vidalaşıb
  • Dünən, 13:39
    Bazar günü Azərbaycanda 40 dərəcə isti olacaq
  • Dünən, 12:25
    Xanımının doğum günündə vəfat edibmiş...
  • Dünən, 12:01
    Cəlilabadda iki həyətyanı sahə və tövlə yanıb
  • Dünən, 11:49
    Sumqayıtda avtomobil təmiri sexi yandı - Video
  • Dünən, 11:29
    Rusiyanın iki neft emalı zavoduna dron hücumu olub, güclü yanğın başlayıb
  • Dünən, 11:16
    "Bakı Süd Co" MMC-nin dövlətə 1.1 MİLYON MANATDAN ÇOX vergi borcu var
  • Dünən, 10:59
    Xocavənddə traktor minaya düşüb
  • Dünən, 10:46
    "Alison Hotel" MMC BAĞLANDI: Paytaxt mehmanxanasının dövlətə vergi borcu qaldı
  • Dünən, 10:03
    Tarixi hadisələri zaman yaradır - Tarixi dönüşləri isə liderlər!
  • Dünən, 09:54
    Ukrayna ABŞ-nin tələbi ilə razılaşdı - Bu gəmiləri vurmayacaq
  • Dünən, 09:26
    “Odissey”i pulsuz izləmək istəyənlərə - Xəbərdarlıq
  • Dünən, 09:16
    Avropaya çatmaq arzusu faciə ilə bitdi
  • Dünən, 09:01
    Azərbaycan Gürcüstandakı münaqişənin sülh yolu ilə həllinə tam dəstəyini bir daha təsdiqləyib
  • 7-08-2026, 19:00
    Ərdoğan: Məkkə sazişi sülhün təmin olunmasını hədəfləyən bütün ölkələr üçün açıqdır
  • 7-08-2026, 18:30
    Süleyman Mikayılovun 10 illik müavininə hökm oxundu
  • 7-08-2026, 18:20
    Gəncə şəhərində 20 Yanvar abidəsi zibillik içində - Əbədi məşəl sönüb (VİDEO)
  • 7-08-2026, 18:13
    Latın Amerikasında böyük investisiya: ARDNF qlobal enerji bazarında mövqeyini gücləndirir – TƏHLİL
  • 7-08-2026, 18:03
    Bu rayonlarda icra başçısı yoxdur -SİYAHI
  • 7-08-2026, 17:39
    Səfərbərlik Xidmətinin rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxslərinin məhkəməsi başlayır
  • 7-08-2026, 17:32
    Ukrayna ordusundakı əcnəbilərin sayını açıqladı
  • 7-08-2026, 17:23
    Həftəsonu güclü külək əsəcək - XƏBƏRDARLIQ
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə