• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Nərmin işində qəfil peyda olan cins şalvar iziylə...

Cəmiyyət

26-07-2022, 21:00

Keçən yazımız belə bitirdi: "Ancaq bu, hekayənin proloqudur. Hekayə davam edir...". Həmin yazının əsas məqamlarını xatırladıb hekayəmizə davam edək:

"Nərminin atası Şərif Quliyev qızı itkin düşən gün polis rəisinə yazdığı ərizədə qızının cins şalvar geyindiyini bildirsə də, sabahısı gün izahatında Nərminin evdən çıxarkən əynində qara yubka olduğunu qeyd edir. Nərminin bacısı Şəbnəm Quliyeva, anası Aynurə İsmayılova isə 30 noyabrda prokurorluğun müstəntiqlərinə verdikləri ifadədə Nərminin qara yubka geyindiyini göstərir. İbtidai istintaqa verdiyi ifadədə Nərmini ayaqüstü görən və geyimi haqqında heç bir kəlmə deməyən əmisi Arif Quliyev isə məhkəmədə onun geyimlərini birbəbir sayır, ancaq vəkillərin sualına cavab olaraq o gün bir neçə saat birlikdə olduğu qardaşının geyimini xatırlamır. Onun həyat yoldaşı Nailə Quliyeva isə ifadəsində Nərmini görmədiyini desə də məhkəmədə onun geyimlərini təfərrüatlı şəkildə təsvir edir. Həm Arif, həm də Nailə Nərminin həmin gün yaşıl cins şalvar geyindiyini deyirlər. Sarı taksi kimi mütəşəkkil bir yalan mexanizminin işə düşdüyü gün kimi aydındır". (Təfərrüatlar üçün yuxarıdakı linkə baxa bilərsiniz)

Keçən yazıya əlavə kimi İlkin İsmayılovun yanvarın 11-də verdiyi və daha sonra işgəncə altında verildiyini əsas gəyirərək imtina etdiyi etirafedici ifadələrdə də Nərminin geyimi mübahisələndirilən məqam belə vurğulanır: "Açıq rəngli qalın şalvar".

Meyitin üstündə hansı paltarlar vardı?

İndi isə Nərminin meyitinin tapıldığı gündən bir gün sonra, yanvarın 7-də tərtib edilmiş bir sənədə nəzər salaq. Söhbət meyitə baxış keçirilməsi ilə bağlı "06789" qeydiyyat nömrəli protokoldan gedir. Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqinin tərtib etdiyi protokola görə, baxışda həmin idarənin kriminalistika şöbəsinin prokuroru və baş məsləhətçisindən əlavə Səhiyyə Nazirliyi "Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya" birliyinin tibbi-kriminalistika şöbəsinin baş məsləhətçisi və həmin birliyin Tovuz, Ağstafa və Qazax rayon şöbələrinin məhkəmə tibbi ekspertləri, üç prokurorluq, dörd tibbi ekspert olmaqla yeddi nəfər iştirak etmişdir. Həmin səlahiyyətli şəxslərin hər biri meyitə baxış protokolunu imzalamışdır.

Protokolda oxuyuruq: Meyitin əynində kəskin termik (İstilik-Q.T.) təsirə məruz qalmış geyim əşyaları və digər yanmış hissəciklər var. Qeyd edilən geyim və digər əşyalar ehtiyatla götürüldü. Meyitin üzərində olan kəskin termik təsirə məruz qalmış geyim əşyaları aşağıdakılardır:

Qırmızı rəngli zəncirbənd (Xalq dilində sep-Q.T.), qırmızı rəngli jaketin yuxarı hissəsinin fraqmenti (Parçası, hissəsi-Q.T.), ağ rəngli köynəyin fraqmenti, çəhrayi rəngli saç bağı, sağ ayağında yaşıl rəngli ayaqqabı, yaşıl rəngli gül naxışları olan kalqotka.

Kim haqlıdır?

Göründüyü kimi, Nərminin meyitinə keçirilən baxış zamanı onun əynində qırmızı gödəkcə, qırmızı jaket, ağ köynək, yaşıl ayaqqabı və gül naxışlı kalqotka olduğu müəyyən edilib. Nərminin bacısı Şəbnəmin ifadəsində oxuyuruq: "Bacım evdən çıxan zaman onun əynində yaşıl rəngli ayaqqabılar, qara yubka (ətək), ətəyin altında isə güllü naxışları olan kalqotka vardı". Anası da anoloji ifadəni verir: "Həmin vaxt qızım Nərmin ağ rəngli kalqotka, qara rəngli yubka, qırmızı rəngli gödəkçə geymişdi".

Bu məqamda bir haşiyə üçün zərurət yaranır. Nərminin itkin düşdüyü gün əynindəki paltarlarla meyitin üstündə olan paltarların eyni, ya da fərqli olması prinsip etibarı ilə heç nə demir. Çünki, söhbət 47 günlük müddətdən gedir ki, bu müddət ərzində onun paltarı dəyişdirilə də bilərdi. Diqqəti başqa bir məqama çəkmək istərdik. Doğrudur, meyit üzərində nə cins şalvar aşkarlanıb, nə də qara yubka. Ağ rəngli kalqotka barədə ifadə verən ana və bacının dedikləri doğru çıxdığına görə Nərminin əynində qara yubka olduğunu asanlıqla yəqin etmək mümkündür. Nərmin məktəb paltarında olmuşdur, soyuq noyabrda qara yubkanın ağ kalqotka ilə geyinilməsi tamamilə məqsədyönlü və başa düşüləndir. Cins şalvardan isə əsər-əlamət yoxdur. Ancaq biz cins şalvarla yenidən qarşılacağıq. Problemin ən mürəkkəb cəhəti də burdadır. Bu barədə bir az sonra...

Münəvvər momenti...

Türkiyədə son illərin ən dəhşətli cinayətlərindən biri olan Münəvvər Karabulut cinayəti ilə bağlı bir məqami xatırlatmaq istərdik. 18 yaşlı Münəvvər sevgilisi Cem Garipoğlu tərəfindən vəhşicəsinə öldürülmüş, polis cəmi bir neçə saat ərzində cinayətin üstünü açmışdı. Ancaq qatili yaxalamaq üçün 107 gün lazım oldu. Bu müddət ərzində güclü ictimai təzyiq altında axtarışlara davam edən polis heç bir nəticə əldə edə bilmədi. Ancaq və ancaq 107 gün sonra Cem vəkili vasitəsi ilə təslim oldu. Onun Suriyada gizləndiyi deyilirdi. Üstündəki paltarlar isə Münəvvərin öldürüldüyü gün əynində olan paltarlar idi. Bununla da o və vəkilləri Cemin bu 107 gün ərzində sanki heç kimdən kömək almayaraq gizləndiyi təəssüratını yaratmaq istəyirdilər. Buna baxmayaraq, anası və əmisi həbs cəzasına məhkum edildi.

Nərmin məsələsinə gəldikdə... Bu ifadələr nəyin naminə dəyişdirilir? Niyə ata, əmi, hətta məhkəmədə ana meyitin tapılanda əynində olan paltarları qeyd edirlər? Meyitin Nərminə aid olduğunu təsdiq etmək üçün. Diqqətli oxucular cümlədəki ziddiyyəti dərhal anlayacaq. Məsələ bundadır ki, onların ifadələrinin ziddinə olaraq, Nərminin əynində cins şalvar yox idi. Amma... Yazının ən dramatik yeri də buradır.

Cins dövrünün uşaqları

Yuxarıda qeyd edildiyi kimi, 7 yanvar tarixində meyitə baxış keçirilmiş, 10 yanvarda isə Nərminin üzərindən götürülmüş geyim əşyalarının ekspertizası təyin edilmişdir. Ədliyyə Nazirlıyinin Məhkəmə Tibbi Ekspertizasının rəyi isə 17 fevralda imzalanmışdır. Rəyin tədqiqat obyektlərinin göndərilmə şəklinə dair məlumat hissəsində oxuyuruq: "Tünd göy rəngli, bel hissəsi rezin əlavəli (manjet) cins parçadan tikilmiş şalvar"...

Axı meyitin üstündə aşkarlanan geyimlərin içində şalvar yox idi...

Nərmin Quliyevanın meyitinin aşkarlandığı yerə keçirilən baxış meyitin tapıldığının səhəri günü - 7 yanvarda baş tutmuşdur. Cinayət işi materiallarına əlavə edilən baxış protokolunda hadisə yerindən tapılan geyim və əşyaların qablaşdırılaraq götürülməsindən bəhs edilir. Burda da cins şalvardan söhbət getmir. Ancaq maraqlıdır ki, ittiham aktında hadisə yerindən götürülmüş "yanmaya məruz qalmış şalvarın qalıqları"ndan bəhs edilir. İstinad isə 7 yanvardakı hadisə yerinə baxış protokoludur. Qırıq link, saxta sitat...

Səhlənkarlıqla izah edə bilməyəcəyimiz saxtakarlıqdan söhbət gedir. Bəs bu saxtakarlıq nəyin naminə edilir? Ən əhəmiyyətli məqam da elə bundan ibarətdir.\milli.az

bakunews.az

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Ölkə

14-12-2022, 13:56

Şəmkirdə itkin düşən şəxs axtarılır.

Hadisə

24-08-2022, 16:28

Bakı polisi bu qızı axtarır

Bölgə

8-01-2023, 18:14

DİN: Tovuz rayonundan itkin düşən qadın axtarılır

Hadisə

7-01-2023, 18:18

İsmayıllıda 21 yaşlı qız itkin düşüb

Cəmiyyət

2-08-2022, 15:40

SİRR AÇILIR: 10 yaşlı Nərmini qətlə yetirməkdə ittiham olunan İlkin azadlığa buraxılır – Qardaşı AÇIQLADI

Cəmiyyət

13-07-2022, 23:03

Nərminin nənəsi niyə məhkəmədə dindirilmir? - Yeni detallar

Hadisə / Bölgə

7-09-2022, 09:52

Hacıqabulda şəxsiyyəti müəyyən olunmayan kişi meyiti tapılıb

Şou-biznes

18-08-2022, 20:22

Xəyalənin makiyajını “vulqar” adlandırıb, TƏNQİD ETDİLƏR

Şou-biznes

6-08-2022, 11:38

Arif Babayev və xanımı Şuşada

Hadisə

10-09-2022, 18:25

Qızının 16 yaşlı sevgilisini öldürüb gizlicə basdırdı

Hadisə

4-08-2022, 14:52

Məmur şikayət etdi, yutubda video yayan şəxs həbs edildi

Hadisə

11-08-2022, 15:58

Bakıda itkin düşən qadının sevgilisi həbs edildi

Araşdırma
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Vətəndaşların pulunun 80 faizi hansı əsasla saxlanılır?
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Hadisə
Bu gün, 12:27
Xəzər dənizində zəlzələ olub
Bu gün, 09:45
Bakıda iki avtomobil toqquşub, səkidəki piyada ölüb
17-10-2026, 18:30
Ötən gün itkin düşmüş 8 nəfər tapılıb
17-10-2026, 14:42
Biləsuvarda minik avtomobili aşıb, ölənlər və xəsarət alanlar var
16-10-2026, 18:30
Bakı-Quba yolunda qəza olub, ölən var
14-10-2026, 11:26
Gədəbəydə avtomobil aşıb, ölən var
Xəbər lenti
  • Bu gün, 13:23
    Turizm mərkəzinə çevrilmiş qəsəbədə nə bankomat var, nə ödəniş terminalı - ARAŞDIRMA
  • Bu gün, 13:07
    Sabah rayonlara yağış yağacaq
  • Bu gün, 13:00
    Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –ŞOK İDDİALAR
  • Bu gün, 12:27
    Xəzər dənizində zəlzələ olub
  • Bu gün, 12:00
    Anar Bayramov səhiyyə naziri təyin edilib
  • Bu gün, 11:40
    Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, baş nazirin müavini təyin olunub
  • Bu gün, 11:31
    Sabiq Komitə sədrinin tikdirdiyi 6 mərtəbəli otel müsadirə olunaraq 5,6 milyona satışa çıxarıldı
  • Bu gün, 10:55
    Bakı-Qəbələ-Bakı dəmir yolu marşrutu üzrə əlavə reyslər təşkil olunacaq
  • Bu gün, 10:40
    "EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:sorğusuz, sualsız, aram-aram...
  • Bu gün, 09:45
    Bakıda iki avtomobil toqquşub, səkidəki piyada ölüb
  • Bu gün, 09:30
    Burda rəsmən MÜŞTƏRİNİ QARƏT EDİRLƏR - "Antiinhisar" HARA BAXIR?
  • Bu gün, 09:14
    İranın XİN başçısı yeni hücum olacağı təqdirdə ABŞ-ni cavab tədbiri ilə hədələyib
  • Bu gün, 09:10
    “BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI - DETALLAR
  • Bu gün, 08:53
    Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
  • Bu gün, 01:38
    “Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Vətəndaşların pulunun 80 faizi hansı əsasla saxlanılır?
  • Bu gün, 01:18
    Sabiq hüquq-mühafizə orqanı əməkdaşı Faiq Məmmədovun cinayət işinin qalmaqallı tərəfləri – Ailəsi ədalətli məhkəmə araşdırması tələb edir
  • Dünən, 13:00
    Türkiyə XİN Azərbaycanı təbrik edib
  • Dünən, 12:30
    Azərbaycan XİN: Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür
  • Dünən, 12:00
    Premyer Liqa: "Turan Tovuz" "İmişli"nin, "Zirə" "Kəpəz"in qonağı olacaq
  • Dünən, 11:00
    Mehriban Əliyeva: Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun
  • Dünən, 10:30
    Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
  • Dünən, 10:14
    Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
  • 17-10-2026, 19:00
    Fransada etiraz aksiyaları davam edir
  • 17-10-2026, 18:30
    Ötən gün itkin düşmüş 8 nəfər tapılıb
  • 17-10-2026, 18:00
    Zelenski: Avropa ölkələri "Starlink"ə alternativlər hazırlayırlar
  • 17-10-2026, 17:30
    Kiyevdə Kliçkonun istefası tələbi ilə aksiya keçirilir
  • 17-10-2026, 17:00
    İran XİN rəhbəri: Hörmüzün açılması üçün ABŞ-a yeddi günlük plan təklif etmişik, seçim onlarındır
  • 17-10-2026, 16:36
    Zelenski: Təəssüf ki, ABŞ Rusiyaya qarşı sanksiyaların ləğvini davam etdirəcək
  • 17-10-2026, 16:12
    Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib
  • 17-10-2026, 16:00
    Mark Markes: 68 dərəcədə fizikaya meydan oxuyaraq
  • 17-10-2026, 14:42
    Biləsuvarda minik avtomobili aşıb, ölənlər və xəsarət alanlar var
  • 17-10-2026, 14:26
    “İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
  • 17-10-2026, 14:17
    Yəmənin hökumət qüvvələri Təizdə husilərin səkkiz saatlıq hücumlarını dəf ediblər
  • 17-10-2026, 13:23
    İran parlamenti müdafiə naziri vəzifəsinə namizədin məsələsinə baxacaq
  • 17-10-2026, 13:19
    Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə