Sizin reklam burada 728×90
Son dəqiqə

“Çalışmalıyıq ki, siyahılarda dünyasını dəyişmiş şəxslər olmasın”

10.07.2024 12:26 352 1 dəq oxunur
“Çalışmalıyıq ki, siyahılarda dünyasını dəyişmiş şəxslər olmasın”
“Çalışmalıyıq ki, seçici siyahılarında dünyasını dəyişmiş şəxslər olmasın”.

Bunu Azərbaycan Prezidentinin köməkçisi - Ərazi-təşkilati məsələlər şöbəsinin müdiri Zeynal Nağdəliyev MSK-nın bu gün keçirilən müşavirəsində deyib. O bildirib ki, bu iş indidən sonra da davam etdiriləcək.

Zeynal Nağdəliyev əlavə edib ki, seçkiqabağı təşviqat üçün bütün namizədlərə bərabər şərait yaradılmalıdır: “Bununla bağlı yerli icra orqanlarına tapşırıqlar verilib. Seçici siyahılarının dürüstləşdirilməsi ən vacib məsələlərdən biridir. İş aidiyyəti qurumlar tərəfindən davam etdirilməlidir. İndiyə qədər olan seçicilərin sayı, yəni 28 iyuna olan rəqəm artımı 22,2 %-dir”.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az