• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Texniki Universiteti bitirən Nigar Rüfət necə həkim olub? -DETALLAR

Cəmiyyət

17-03-2025, 17:29

“Laser Beauty Clinic”ası ilə bağlı qalmaqal davam edir. Məlumat üçün bildirək ki, Səhiyyə Nazirliyinin bir müddət əvvəl apardığı yoxlamalar nəticəsində “Laser Beauty Clinic”in filiallarından birində (Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi) nöqsanlar aşkar edilib və klinikanın lisenziyasının dayandırılması və ya ləğvi ilə bağlı İqtisadiyyat Nazirliyinə müraciət daxil olub.


Səhiyyə Nazirliyinin lisenziya şərtlərinin pozulması hallarının aradan qaldırılmasına dair göstərişlərini yerinə yetirmədiyi üçün “Laser Beauty Clinic”in həmin filial üzrə lisenziya əlavəsi İqtisadiyyat Nazirliyinin inzibati akti ilə dayandırılıb, hazırda fəaliyyəti dayandırılmış filiala martın 12-dək nöqsanların aradan qaldırılması üçün müddət qoyulub.

Lakin bundan sonra məlum olub ki, nazirliyin qərarına baxmayaraq, “Laser Beauty Clinic” klinikasının İsmayılbəy Qutqaşınlı küçəsindəki filialı fəaliyyətini davam etdirir.

Belə ki, filialda kosmetoloji prosedurlar həyata keçirilir.

“Laser Beauty Clinic”lə bağlı qalmaqallı məsələlərdən biri də odur ki, həkimlərin sertifikasiyası prosesindən keçməyən Nigar Rüfət adlı şəxsin bu klinkada həkim kimi fəaliyyət göstərməsidir.


Sertifikasiya məsələsindən öncə qeyd edək ki, Nigar Rüfətin diplomunun saxta olması ilə bağlı iddialar var. Onun bioqrafiyasında 2007-2012-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil aldığını göstərilib. Daha sonra – 2017-2021- illərdə isə Kiyev Dövlət Universitetinin Farmakalogiya (Киевский национальный университет (КНУ) Фармация, промышленная фармация) ixtisası üzrə təhsil aldığı qeyd edilib.

Əslində isə vəziyyət tamami ilə fərqlidir. Belə ki, Nigar Rüfət Kiyev Dövlət Universitetində yox, Kiyev Dövlət Texnologiya və Dizayn Universitetində təhsil alıb, bioqrafiyasında isə tamamilə başqa – daha nüfuzlu universitetin adını göstərib.

İstənilən Ukrayna universitetinin diplomunu bu sayt vasitəsi ilə diplom nömrəsini daxil etməklə yoxlaya bilərsiz: İnfo.edbo.gov.ua

Nigar Rüfətin diplomunun saxta olması barədə deyilənlər kifayət qədər ciddi iddialardır və vacib bir məsələdir. Səhiyyə sisteminin etibarını qorumaq və pasiyentlərin təhlukəsizliyini təmin etmək üçün bu cür iddialar obyektiv şəkildə araşdırılmalı və qərarlar qəbul edilməlidir.

Başqa bir məqam isə Nigar Rüfətin təhsil aldığını iddia etdiyi ixtisasla bağlıdır. Hüquqşünas təhsili aldıqdan sonra əczaçı olmaq fikrinə düşən bu xanımın təhsil aldığı ali məktəb daha çox maşınqayırma sahəsi üzrə mütəxəssislər yetişdirməsi ilə tanınır və univeristetin farmakalogiya ixtisasında sənaye və istehsalatda çalışmaq üçün mütəxəssislər hazırladığı deyilir. Bu fakültənin məzunlarının həkim kimi fəaliyyət göstərməsinin nə dərəcədə doğru olduğuna isə müvafiq qurumlar qərar verməlidir.

Qeyd edək ki, Nigar Rüfətin adı tibb kadrlarının vahid məlumat reyestrində tibb işçisi kimi qeydiyyatda olmayıb və həkimlərin sertifikasiyası prosesindən keçməyib. Bu, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin apardığı yoxlamalar nəticəsində məlum olub.

Bu barədə Analitik Ekspertiza Mərkəzindən verilən açıqlamada deyilir:

“Mediadan daxil olan müraciətlərdə “Laser Beauty Clinic”də həkimlərin qanunsuz cərrahiyyə əməliyyatı ilə məşğul olması da yer alıb. Bildirilib ki, bu klinikanın həkimlərindən Nigar Rüfət həkimlərin sertifikasiyası prosesindən keçməyib.

Bu məsələ ilə bağlı müraciətə Analitik Ekspertiza Mərkəzində baxılıb. Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən səlahiyyətləri çərçivəsində “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq “Lazer Beauty Clinic” adlı müəssisədə planlı (növbəli) və plandankənar (növbədənkənar) yoxlamalar keçirilib.

Yoxlama zamanı inzibati xəta üzrə aşkar edilən faktlar əsasında inzibati xəta haqqında protokol tərtib edilərək, aidiyyəti üzrə növbəti icraata göndərilib.

Müraciətdə adı qeyd edilən Nigar Rüfətin Səhiyyə Nazirliyinin tibb kadrlarının vahid məlumat reyestrində tibb işçisi kimi qeydiyyatda olmadığı, həmçinin yoxlama zamanı klinikanın işçi heyətinin siyahısında rast gəlinmədiyi müəyyən edilib və “Lazer Beauty Clinic” adlı özəl müəssisə barəsində müvafiq qaydada inzibati tənbeh tədbiri seçilib”.

Göründüyü kimi, Nigar Rüfət həkimlərin sertifikasiyası prosesindən keçmədiyi halda uzun müddət adıçəkilən klinikada qanunsuz olaraq çalışıb və onlarla, bəlkə də yüzlərlə pasiyentə qanunsuz olaraq tibbi xidmət göstərib. Bunun üstü isə yalnız mediada barəsində yazılandan sonra açılıb. Buna baxmayaq, sonradan da klinikada fəaliyyətini davam etdirməsi barədə məlumatlar var.

Daha bir məqamı qeyd edək: Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsi ötən il sorğuya cavab olaraq bildirib ki, Nigar Rüfət adlı şəxs tibb işçilərinin sertifikasiya prosesində iştirak etməyib, “Azərbaycanda tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslərin dövlət reyestri”ndə adı olmayıb. Bu fakt da onun Bakıdakı məşhur klinikalardan birində uzun müddət qanunsuz fəaliyyət göstərdiyini sübut edir. (qaynarinfo)

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

14-03-2025, 16:02

“Laser Beauty Clinic”in bağlanan filialından YENİ BİABIRÇI GÖRÜNTÜLƏR: Türkiyəli həkim görün nə paylaşıb / FOTO

Cəmiyyət

14-02-2025, 10:35

Bəs deyirdilər bağlanıb?! – Qalmaqallı estetik klinika pasiyentləri qəbul edir

Gündəm / Səhiyyə

11-10-2023, 20:12

Bakıda tanınmış klinika xəstələri qanunsuz əməliyyat edir?

Gündəm / Səhiyyə

27-01-2025, 16:10

Rəna Soltanovanın 10 manatlıq klinikası yarım milyonluq kapitala necə sahib olub?

Gündəm / Cəmiyyət

3-03-2025, 17:31

"Laser Beauty Estetik" lisenziyası ləğv edilir -Rəsmi şəxslərə telefon çırpan Rəna Soltanova ilə bağlı Qərar

Səhiyyə

24-01-2025, 14:20

Telefonu yoxlamaya gələnlərin üzünə çırpan baş həkimin köməkçisi: "Fəaliyyətimiz davam edir"

Gündəm / Cəmiyyət

25-01-2025, 11:51

Rəsmi şəxsləri işdən çıxarılması ilə hədələyən və telefon çırpan Yeganə Cəfərova və Rəna Soltanova…..

Cəmiyyət

21-09-2024, 14:14

Səhiyyə Nazirliyi ”ağxalatlı qəssablar”a “niyə” göz yumur? - Süni gözəlliyin “ÖLÜM MƏBƏDİ”

Cəmiyyət

28-01-2025, 09:11

Nazirliyin əməkdaşlarına telefon çırpan xanım həkimdən ŞOK şikayətlər və “yuxarılara çatan göstəriş” - FOTOFAKT

Cəmiyyət / Olay

20-06-2023, 16:09

Ramiz Mehdiyevin bankı ÇÖKÜŞ ASTANASINDA... - DETALLAR

Səhiyyə / Sosial

15-11-2023, 21:38

Şeyxin qızı klinika rəhbərliyindən getdi - “Zəhra Clinic”in yeni rəhbəri kimdir?

Cəmiyyət

6-12-2024, 16:34

“Ankara Medik LAB” klinikası qanunsuz fəaliyyət göstərməkdə israr edir - TƏFƏRRÜAT

Araşdırma
“Pulumu qaytarmadılar, yenidən əməliyyat təklif etdilər” – Vətəndaş estetik əməliyyatdan şikayətçidir
Qaz İxrac İdarəsində Sərxan Babaşovla bağlı yeni iddialar
Saxta ştatlar, maaş pozuntuları və polis təzyiqi iddiası – Füzulidə təhsil qalmaqalı
Siyəzəndə təhsil sistemi silkələnir: Himayədarlıq və saxta qeydiyyat iddiaları
Xaçmazda uşaq baxçasında qalmaqal: qanun pozuntuları niyə ört-basdır edilir?
Novxanıda “torpaq imperiyası” iddiası: sabiq bələdiyyə sədrinin sərvəti araşdırılmalıdır
Hadisə
Dünən, 09:28
Ağstafa su kanalında kişi batıb
14-06-2026, 12:00
Azərbaycanda mağazaya ildırım düşdü - Yanğın başladı
14-06-2026, 11:00
Tovuzdakı qəzada həyatını itirən qazinin - Fotosu
10-06-2026, 17:21
Hacıqabulda açıq ərazidə yanğın başlayıb
10-06-2026, 08:57
Araz çayında batan 17 yaşlı gəncin meyiti tapılıb
9-06-2026, 12:25
Sankt-Peterburqda yanğında dörd nəfər ölüb
Xəbər lenti
  • Bu gün, 18:51
    Abşeron Mərkəzi Xəstəxanasında KT aparatı yoxdur - TƏBİB-in açıqlaması bunu təsdiqləyir
  • Bu gün, 18:04
    "Novator Group"un restoranı sudan qanunusuz istifadə edirmiş - Cərimələndi
  • Bu gün, 17:29
    Bakıda İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı Konfransının sessiyası keçiriləcək
  • Bu gün, 16:52
    “Hadisəyə səbəb “Kəpəz Hospital”ın təcili yardım maşınının qırmızı işıqda hərəkət etməsi olub” - Yol qəzasında ölən gəncin anası
  • Bu gün, 14:39
    “Zeytun Pharma” işçiləri istismar edir – İDDİA
  • Bu gün, 14:07
    Prezident İslam İnkişaf Bankı Qrupunun sədrinə “Dostluq” ordenini təqdim edib
  • Bu gün, 12:50
    Sabah 38 dərəcə isti olacaq
  • Bu gün, 12:43
    Qohum təyinatları, təcrübəsiz kadrlar VƏ... - su təsərrüfatında mübahisəli idarəetmə
  • Bu gün, 12:14
    DİM: I və IV qruplar üzrə qəbul imtahanının nəticələri gələn həftə elan ediləcək
  • Bu gün, 12:00
    Dövlət vəsaiti hara xərclənib? – Həsənrizdə təmir qalmaqalı
  • Bu gün, 11:29
    Sabah ölkə üzrə pensiyalar ödəniləcək
  • Bu gün, 11:22
    Nərimanov Məhkəməsinin “Bazargünü Qətnaməsi”: Məhkəmə Kürsüsü Niyə Bazar Piştaxtasına Çevrilir?
  • Bu gün, 10:43
    Prezident: Biz Ermənistanın işğalçı qüvvələrinin xalqımıza qarşı etdiklərini heç vaxt yaddan çıxarmayacağıq
  • Bu gün, 10:33
    “RAHAT AUTO”-dan inanılmaz dələduzluq: Vətəndaşları aldadıb, ölkədən qaçdılar
  • Bu gün, 10:03
    Azərbaycan nefti 82.6 dollara ticarət olunur
  • Bu gün, 09:35
    `AzəriQaz`da BÖYÜK YEYİNTİ: Müavin işçilərə HAQQ QOYUR... - İTTİHAM VAR...
  • Bu gün, 09:12
    Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilir
  • Bu gün, 08:58
    "Kəndimiz Mərdəkan"da qiymət oyunu - 1 xiyar 3 manat, 1 pomidor 4 manat, 1 soğan 1 manat...
  • Bu gün, 08:45
    Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
  • Dünən, 19:36
    Əlaqələndirmə Qərargahının iclasının iştirakçıları Xocalıda salınmış intensiv meyvə bağları ilə tanış olub
  • Dünən, 19:14
    "Temu bağlamaları açılır, içindəkilər yoxa çıxır" - Vətəndaşlar Gömrükdən və Limakdan araşdırma tələb edir
  • Dünən, 18:06
    Oman Sultanı Prezident İlham Əliyevə təbrik ünvanlayıb
  • Dünən, 11:09
    I sinfə qəbul üzrə prioritet məktəb seçimi başlayır
  • Dünən, 11:00
    "Səhv bizdə olub ki, vaxtında etiraz etməmişik..." - NARAZILIQ VAR...
  • Dünən, 10:34
    Əli Əsədov: Birgə investisiya fondları əməkdaşlığın inkişafı üçün səmərəli alətdir
  • Dünən, 10:18
    İcra başçısı şəhidin məhəlləsini yarımçıq asfaltladı – Fotolar
  • Dünən, 09:57
    Azərbaycan nefti ucuzlaşmaqda davam edir
  • Dünən, 09:42
    Bakıda insanlar günlərdir susuz qalıb – ADSEA tənqid olundu
  • Dünən, 09:28
    Ağstafa su kanalında kişi batıb
  • Dünən, 08:56
    "Son zəng"in "dumanlı təbrik"i Bakıdakı 244 nömrəlı məktəbdə oldu...
  • Dünən, 08:46
    Tələbənin biliyi yox... CİBİ ÖNƏMLİDİR! - BAZAR AÇIBLAR...
  • Dünən, 08:34
    Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
  • 16-06-2026, 15:10
    Qubada polis profilaktik tədbirlər keçirib
  • 16-06-2026, 14:40
    Nazir müavini ilə “Azəryaşlandşaft” ASC-nin sədrini nə birləşdirir? – Leyla Əliyevanın təşəbbüsü ilə qurulan zeytun bağlarını inək otlağına çevirənlər…
  • 16-06-2026, 14:09
    Leyla Əliyeva Bonnda BMT-nin Baş katibinin müavini ilə görüşüb
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə