• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Azərbaycan səfirliyinə hücum: ehtimallar, nəticələr - ŞƏRH

Cəmiyyət

5-08-2022, 14:57

Ötən gün Azərbaycana münasibətdə beynəlxalq hüquq kobud şəkildə pozulub. Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin binasına özlərini dini qruplaşma üzvü sayan şəxslər hücum edib. Onlar binaya daxil olaraq, vandalizm aktı törədib, eyvanda dini yönümlü bayraqlar qaldıraraq, dini şüarlar səsləndiriblər. Yerli polisin müdaxiləsindən sonra qrup üzvləri binadan çıxarılıb və saxlanılıblar.

"Mehdinin xidmətçiləri birliyi" kimdir?

Azərbaycan səfirliyinə hücum edən "Mehdinin xidmətçiləri birliyi" ("The Mahdi Servants Union") adlanan qrupun lideri Yaser Yəhya Abudulah əl-Habib 1979-cu il yanvarın 20-də Küveytdə anadan olub. Orada universitet bitirib. O, özünü bu ərəb ölkəsindəki "sağ radikallar" qrupunun nümayəndəsi, "şiə" təriqətinin əsas fiqurlarından sayır. Əl-Naser Qumda təhsil alıb və Məhəmməd Ridhi əl-Şirazinin tələbələrindən olub. Sadiq əl-Şiraziyi təqlid edir. Ayətulla-üzma Seyid Sadik əl-Hüseyn əl-Şirazi 1942-ci il avqustun 20-də anadan olub. Onun valideynləri XIX əsrdə Şirazdan Kərbəlaya mühacirət edib. Ana babası Mirzə Şirazi İranda tütün hərəkatının iştirakçılarından olub. Seyid Sadik əl-Hüseyn ilk dini təhsilini Kərbəlada alıb. 1971-ci ildə İraqda Bəəs Partiyasının hakimiyyətdə olduğu vaxtda ölkədən sürgün edilib. 1980-ci ildən İranın Qum şəhərində yaşayır. O, fəaliyyəti ərzində sakit davranışı ilə seçilib. İranda hakimiyyətdaxili sərt xətt tərəfdarları (mühafizəkarlar), ayətullah Seyid Əli Xaməneinin Böyük Britaniyadakı nümayəndəsi Möhsün Əraki əl-Şirazini Böyük Britaniya və Səudiyyə Ərəbistanından maliyyə dəstəyi almaqda ittiham etdilər. O, ünvanına söylənilən ittihamları rədd edib. Bildirilib ki, Seyid Sadık əl-Hüseyn müstəqil olduğu və İrandakı mövcud hakimiyyəti sərt tənqid etdiyi üçün rəsmi dairələrin hücumuna məruz qalır. Əl-Şirazi və tərəfdarları İslam məzhəbləri arasında barışın tərəfdarıdırlar.

Yaser Yəhya Abudulah əl-Habib Müctəba əl-Şirazinin kürəkənidir. Əl-Naser sünnilərə, xəlifə Ömərə və peyğəmbərin xanımı Aişəyə qarşı çıxışlar edir. O qrupun "Fadak" adlı peyk televiziyası da mövcuddur.

"Birlik" "Xoddam əl-Mehdi" təşkilatı adı altında 2010-cu il fevralın 23-də təsis olunub. Həmin il iyulun 21-də İngiltərə və Uelsdə xeyriyyə təşkilatı adı altında qeydiyyatdan keçib. Qrupun rəhbərliyinə Böyük Britaniya vətəndaşları (təbəələri) Adel Salah, Əli Şubber, Məhəmməd Salah və Yasir Fovcan daxildir. 2012-ci ildə xeyriyyə təşkilatı özünü rəsmi olaraq buraxılmış elan etdikdən sonra xeyriyyəçilik üçün pul toplamağa və daşınmaz əmlak almağa başlayıb. 2013-cü ildə Bakinqemşir qraflığının Fulmere şəhərində keçmişdə kilsə olmuş binanı 1,2 miyon funt sterlinqə alaraq yerində "Əl-Muhasin" adlı məscid qurub.


2021-ci ildə 15 milyon dollarlıq büdcəsi olan "Cənnətin xanımı" bədii filminin çəkilişinə sponsorluq ediblər. Onların fəaliyyəti və davranışı 12-ci əsrdə fəaliyyət göstərmiş Həsən Sabbahı xatırladır. O da şiəliklə bağlı təlim almışlardan sayılırdı. 1090-1124-cü illərdə Ələmut qalasında yaratdığı Nizari İsmaililər dövlətinin ilk hökmdarı olmuşdu.

Beynəlxalq hüququn kobud pozulması

Qrupun Azərbaycan səfirliyinin binasına hücumu və onu ələ keçirməsi həm yerli, həm də beynəlxalq hüquqa əsasən cinayət sayılır. Çünki Londondakı diplomatik missiyanın binası, hətta onu icarəyə götürsə belə, Azərbaycanın ərazisidir. Səfirlik, konsulluq və başqa bu tip diplomatik nümayəndəliklərin fəaliyyəti 1961-ci il aprelin 18-də qəbul edilmiş “Diplomatik münasibətlər haqqında” Vyana Konvensiyası ilə tənzimlənir. Konvensiyanın 22-ci maddəsində yazılıb: "Nümayəndəliyin binaları toxunulmazdır. Qəbul edən dövlətin hakimiyyət orqanları nümayəndəlik rəhbərinin razılığı olmadan bu binalara daxil ola bilməzlər". Orada vurğulanıb ki, qəbul edən dövlət nümayəndəliyin binalarını hər hansı müdaxilədən və ya zədələnmədən qorumaq, nümayəndəliyin dincliyinin pozulmasının və ya onun ləyaqətinin təhqir edilməsinin qarşısını almaq üçün bütün lazımi tədbirləri görməlidir. Bu maddəyə əsasən, diplomatik nümayəndəliyin binaları, onların avadanlığı və orada yerləşən digər əmlakı, habelə nümayəndəliyin nəqliyyat vasitələri axtarışdan, rekvizisiyadan, həbsdən və icradan immunitetə ​​malikdir. Konvensiyanın 25-ci maddəsində isə göstərilib ki, qəbul edən dövlət diplomatik missiyanın funksiyalarını yerinə yetirməsi üçün bütün şəraiti yaratmalıdır.


Baş verən hadisə Azərbaycanın ərazi bütövlüyünə sayğısızlıq olaraq qiymətləndirilə bilər. Səfirliyin əməkdaşlarına qarşı zorakılıq halları müşahidə olunmadığı deyilir. Ancaq binaya hücum bir dövlətin ərazisinə qanunsuz soxulmaqdır. Bu, Azərbaycanın dövlət sərhədini qanunsuz keçərək, ölkə ərazisində iğtişaş yaratmağa, qadağan olunmuş mövzularda təbliğat aparmağa bərabər tutula bilər. Təşkilatın irəli sürdüyü tələblər hələ ki, məlum deyil. Ancaq bütün hallarda onların davranışı Azərbaycanın Britaniyadakı səfirliyinin əməkdaşları və binasının lazımı səviyyədə qorunmadığını təsdiqləyir.

Rəsmi Londona da Azərbaycanla Ermənistan münasibətlərinin gərginliyi məlumdur. Ancaq hadisə nəticəsində məlum oldu ki, səfirliyin binasının qorunmasına xüsusi diqqət yetirilmir. Əks halda hücum edənlər səfirliyin binasının eyvanına çıxarkən müqavimətlə üzləşərdi və s. Odur ki səfirliyə hücum isbatlayır ki, onun mühafizəsi ilə məşğul olan polis və ya başqa bir qurum məsuliyyətsizlik, ən yumşaq halda isə ehtiyatsızlıq edib. Hücum edənlər səfirliyin əməkdaşlarına xəsarət yetirə bilər, yaxud onları girov götürərdi. Bu baxımdan məsələnin daha dərindən araşdırılmasına ehtiyac var.

Diqqət ediləcək başqa məqamlar nələrdir?

Hadisə Azərbaycan Ordusunun Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərinin terror-təxribat əməlinə cavab olaraq keçirdiyi “Qisas” əməliyyatından bir gün sonraya təsadüf edir. Nəzərə almaq lazımdır ki, ermənilərin ASALA və başqa terror təşkilatları var. Onlar yarandıqları gündən Türkiyə və Azərbaycana qarşı fəaliyyət göstərirlər. İndiyədək Türkiyənin onlarla səfir və başqa ranqdan olan diplomatlarına qarşı terror aktı törədərək qətlə yetiriblər. Hətta terrorçu İŞİD qruplaşması da İraqın Mosul şəhərində Türkiyənin konsulluğunun binasını ələ keçirmişdi. Ona görə bir sıra göstəriciləri ilə "Mehdinin xidmətçiləri birliyi"nin hücumu terror aktı kimi də qiymətləndirilə bilər.

Bu hücumun arxasında erməni terror qruplarının da dura biləcəyi ehtimalı az deyil. Azərbaycana qarşı olan bu kimi qüvvələr belə bir hücumun reallaşması üçün Yaser əl-Naseri və ya onun qrupundan olanları maliyyələşdirə də bilərlər. Sirr deyil ki, Azərbaycanla Britaniya və İsrail arasında normal münasibətlər var. Bir sıra hallarda bu əməkdaşlıq müttəfiqlik səviyyəsindədir. Onlar arasında əlaqələrə, münasibtələrə zərər vurmaq məqsədiilə belə bir insidentin təşkil edildiyini də ehtimal etmək olar.


Daha bir vacib məsələni də qeyd etmək yerinə düşər: hadisə Məhərrəm ayında baş verib. Bu günlərdə Azərbaycandakı şiə məzhəbinin təəssübkeşləri İmam Hüseyn və tərəfdarlarının İraqın Kərbəla şəhərində üzləşdikləri faciəni anırlar. Bu hücumun İslam dininə, şiəliyə qarşı olduğunu da ehtimal etmək olar. Belə qruplaşmaların arxasında duranlar İslam dini parçalamağa, ona qulluq edənlər arasında təfriqə salmağa çalşırlar. Bu həm də cəmiyyətdə parçalanmalara səbəb olur. Belə hal isə ölkəni, dövləti içindən zəiflədir.

Avqustun 4-də baş verən hadisə Azərbaycanın diplomatik missiyası olan ölkələrdə səfrilərin, konsulların və başqa əməkdaşların, o cümlədən binaların təhlükəsizliyinin təmin olunması üçün əlavə tədbirlərin güclənməsinin vacibliyini də gündəmə gətirir. Çünki belə hücumu ASALA kimi təşkilatlar da törədə bilər...\\milli.az\

bakunews.az

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Gündəm

7-08-2022, 19:20

İƏT Azərbaycanın Londondakı səfirliyinə hücumu pisləyib

Gündəm

5-08-2022, 04:23

SON DƏQİQƏ! Radikal dini dəstə səfirliyimizə hücum etdi - ANBAAN VİDEO

Cəmiyyət

5-08-2022, 14:30

Bakıda Cümə xütbəsində Azərbaycanın Britaniyadakı səfirliyinə edilən hücum pislənilib

Gündəm

5-08-2022, 05:03

Azərbaycan bayrağı Londondakı səfirlikdə yenidən dalğalanır - VİDEO

Siyasət

5-08-2022, 21:50

Azərbaycan bayrağı yenidən səfirlik binasında dalğalanır (VİDEO)

Cəmiyyət

5-08-2022, 17:17

Dövlət Komitəsi: "Cümə namazlarında Azərbaycanın Britaniyadakı səfirliyinə hücum pislənilib"

Siyasət

11-08-2022, 15:17

Bir qrup QHT nümayəndəsi Azərbaycan səfirliyinə hücumu pisləyib

Siyasət

6-08-2022, 11:35

Azərbaycan səfirliyinə hücumla bağlı cinayət işi başlanılıb, Britaniyaya vəsatətlə müraciət edilib

Siyasət

9-08-2022, 17:40

XİN başçısı Azərbaycanın Britaniyadakı səfirliyinə hücumu pisləyən ölkələrə təşəkkür edib

Cəmiyyət

5-08-2022, 04:40

Azərbaycanın Londondakı səfirliyinə hücuma görə 8 nəfər saxlanılıb - FOTO/VIDEO

Gündəm / Ölkə

27-01-2023, 19:07

QMİ Azərbaycan səfirliyinə hücumla bağlı bəyanat yaydı

Gündəm / Dünya

27-01-2023, 19:03

Gürcüstandakı müsəlmanların dini liderləri Tehranda Azərbaycan Respublikasının səfirliyinə qarşı həyata keçirilmiş terror aktını hiddətlə pisləyib

Araşdırma
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
322 nömrəli məktəbdə 128 840 manatlıq yığım iddiası: adlar açıqlanır, müraciətlər edilir - Bəs araşdırmanın nəticəsi haradadır?
MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Hadisə
Bu gün, 09:38
Qaxda yol qəzasında 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb
Dünən, 17:57
Bakıda məktəbli bıçaqlanıb
4-10-2026, 15:00
Suraxanıda yaşayış evində uçqun olub, ölən və yaralı var
29-09-2026, 11:07
Bakıda məmur arvadını döydü: Şok səbəb - TƏFƏRRÜAT
28-09-2026, 09:36
Bərdədə minik avtomobili eşşək arabasına çırpılıb, ölən var
27-09-2026, 10:30
Salyanda qadın avtomobilini aşırıb, xəsarət alanlar var
Xəbər lenti
  • Bu gün, 13:16
    “Bu şirkətin bütün işçiləri rəsmi əmək müqaviləsi olmadan çalışırlar...” - Prezident Administrasiyasına MÜRACİƏT
  • Bu gün, 12:40
    E-Bələdiyyə tətbiqi istifadəyə verildi
  • Bu gün, 11:44
    U-17 Avropa çempionatı: Azərbaycanın daha beş boksçusu qələbə qazanıb
  • Bu gün, 11:25
    İntiqam Cümşüdovun Xətai rayonunda obyektləri artır -Başçının adamına "dur" deyən yoxdu
  • Bu gün, 10:50
    Sahibə Qafarova: Azərbaycan İƏTPİ sədrliyini qəbul edəndə insan ləyaqətini əsas götürüb
  • Bu gün, 10:36
    Xəstəxana direktoru yeni TƏBİB şefinə etiraz olaraq İŞİNDƏN AYRILDI - FOTO
  • Bu gün, 10:10
    Nazirlər Kabineti sahibkarlara maliyyə yardımı ilə bağlı qərarını yeniləyib
  • Bu gün, 10:00
    20 manatlıq "Asiamed"ə 1.1 milyonluq tender verildi: ATU-nun seçimi... - TƏFƏRRÜAT
  • Bu gün, 09:38
    Qaxda yol qəzasında 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb
  • Bu gün, 09:26
    “İmplantium” klinikasında QANUNLAR İŞLƏMİR - ÖZ ƏLİ... ÖZ BAŞI...
  • Bu gün, 08:58
    Bu gün Yasamalın bəzi ərazilərində işıq olmayacaq
  • Dünən, 19:00
    Nazirlik: Dövlət başçısının yeni Fərmanı ilə övladlığagötürmə proseduru sadələşdirilib
  • Dünən, 18:28
    ABŞ-nin sanksiyalar siyahısındakı şəxs İranın müdafiə naziri ola bilər
  • Dünən, 18:15
    “Neptun”dakı endirim narazılıq yaratdı – Foto
  • Dünən, 17:57
    Bakıda məktəbli bıçaqlanıb
  • Dünən, 17:52
    783 minlik mənimsəmə işi: “Pulu birbaşa Mehdi Əmrahova verirdim” - MƏHKƏMƏ
  • Dünən, 17:22
    Sabah bəzi yerlərdə leysan olacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
  • Dünən, 17:08
    Azərbaycanın Zəfəri – aparıcı güclərin sınan müqaviməti - ŞƏRH
  • Dünən, 16:51
    İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyir
  • Dünən, 16:45
    Badamdarda tikinti özbaşınalığı: Vüqar Zeynalov və Anar Quliyev hansı qanuna əsaslanaraq sərəncam verib?
  • Dünən, 15:56
    Bu il magistraturaya qəbul üzrə 195 tələbə ödənişsiz təhsil almaq hüququ əldə edib
  • Dünən, 15:43
    Bakıda restoranda şok hesab: 10 nəfərə 1236 manat - FOTO
  • Dünən, 15:12
    Ötən həftə 1144,9 ha ərazi minalardan təmizlənib
  • Dünən, 15:01
    "Bazarstore"-dan xarab məhsul - FOTOLAR
  • Dünən, 14:37
    Avstriyanın yeni səfiri Azərbaycanla ikitərəfli münasibətləri dərinləşdirmək niyyətindədir
  • Dünən, 13:45
    Bakı Kommersiya Məhkəməsinin sədri məşhur dələduz Arzu Kazımovu belə qoruyur? – "Servis+" MTK işində qalmaqallı qərardadı necə alıblar
  • Dünən, 13:42
    “Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
  • Dünən, 13:24
    Badamdarda yüksək gərginliyin altında böyük təhlükə - Kim və necə içazə verib? - VİDEO
  • Dünən, 13:15
    Sabah Bakıya və rayonlara yağış yağacaq
  • Dünən, 13:05
    Şamaxıda “kəsib, sonra sayırlar?” - Sakinlərin haqqını kim qoruyacaq? – VİDEO
  • Dünən, 12:49
    Rusiya ordusu Ukrayna ilə Moldova arasında daha bir sərhəd keçid məntəqəsinə zərbə vurub
  • Dünən, 12:31
    Əli Həsənov Ukraynaya 300 milyon dolar yatırıb? - Sabiq Qaçqınkom sədrindən açıqlama
  • Dünən, 12:05
    Naxçıvanda qeyri-filiz faydalı qazıntı yataqlarının istismarından büdcəyə daxil olan vəsait açıqlanıb
  • Dünən, 11:55
    "VƏTƏN FƏDAİLƏRİ" LAYİHƏSİ NAXÇIVANDA TƏQDİM OLUNDU
  • Dünən, 11:49
    Yasamalın icra başçısı kimin GÖZÜNƏ KÜL ÜFÜRÜR... - BU NƏDİ BELƏ?
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə