• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Dövlət vətəndaşa niyə borcunu ödəmir? – Masallı sakininin ədalət axtarışı 4 ildir cavabsız qalır

Cəmiyyət / Araşdırma

3-05-2025, 20:27

Bakunews.az redaksiyasına Masallı rayon Boradigah qəsəbə sakini Abdullayev Azad Zadil oğlu tərəfindən müraciət daxil olub. Müraciətdə qeyd olunur ki, 2017-ci ildə onun əmlakı Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və bu quruma tabe olan Kiçik Qızılağac Balıqartırma Zavodunun rəhbərliyi tərəfindən qanunsuz olaraq mənimsənilib. Məhkəmə qərarlarına əsasən vətəndaşa dəymiş ziyanın ödənilməsi barədə hökm çıxarılıb. Lakin bu qərarlar icra olunmadan qalır.
Şikayətçinin bildirdiyinə görə, Şirvan Kommersiya Məhkəməsi və Şirvan Apellyasiya Məhkəməsinin qərarları ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin hərəkətləri nəticəsində ona dəymiş 112.000 manatlıq zərərin ödənilməsi qərara alınıb. ETSN-in kassasiya şikayəti də əsassız sayılaraq geri qaytarılıb.
Buna baxmayaraq, məhkəmə qətnamələri 4 ildən çoxdur ki, Lənkəran İcra və Probasiya Şöbəsində formal səbəblərlə yerinə yetirilmir. Azad Abdullayev qeyd edir ki, icra məmurları dövlət qurumunu borclu tərəf olduğu üçün əməli tədbir görməkdən yayınır, üstəlik ETSN hüquqşünasları ilə əlbir olub prosesi uzadır və borclunun xeyrinə hərəkət edirlər.
Şikayətçi iddia edir ki, 2021-ci ildə icra prosesinə başlandığı zaman ondan 12.000 manat məbləğində rüşvət tələb olunub. O, bu tələbi rədd etdikdən sonra icra prosesinin bilərəkdən ləngidildiyini bildirir. Eyni zamanda, o, dəfələrlə hədə-qorxuya, təhdidlərə və psixoloji təzyiqlərə məruz qaldığını, hətta bir neçə dəfə intihara cəhd etdiyini açıqlayıb.
“Mənə deyirlər ki, səni 'gedər-gəlməzə' yollarıq. Mən nə etmişəm ki, bu qədər zülm edirlər? Nə narkotik baronuyam, nə də dövlətə xəyanət etmişəm. Yalnız haqqımı, məhkəmə qətnaməsinə əsaslanan hüququmu tələb edirəm,” – deyə Azad Abdullayev bildirir.
Ən təəssüf doğuran məqamlardan biri isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin keçmiş rəhbəri Muxtar Babayevin və zavod direktoru Abbasov Dadaşın məhkəmə proseslərində və vətəndaşla görüşlərdə açıq-aşkar “dövlət vətəndaşa pul ödəmir”, “dövlət alır, vermir” kimi ifadələr işlətməsidir. Azad bəy bu cümlələri həm şikayətlərində, həm də qəbulda olduğu yüksək vəzifəli şəxslərə dəfələrlə çatdırdığını bildirir.
Abdullayev Azad bu illər ərzində Prezident Administrasiyasına, Baş Prokurorluğa, Ombudsmana, Ədliyyə Nazirliyinə, Daxili İşlər Nazirliyinə və Milli Məclisə yüzlərlə yazılı və elektron müraciət ünvanladığını, 30-dan çox yüksək səviyyəli qəbulda iştirak etdiyini, lakin heç bir nəticə əldə etmədiyini bildirir.
Sual açıq qalır: Məhkəmə qərarları kimlər üçün icrasız qala bilər?
Azərbaycan Respublikasının Konstitusiyasına və “İcra haqqında” Qanuna əsasən, məhkəmə qətnamələri dövlətin adından çıxarılır və hamı üçün məcburidir – istər fiziki, istərsə də hüquqi şəxslər, istərsə də dövlət qurumları. Lakin real vəziyyət göstərir ki, dövlət qurumu vətəndaşa borclu olanda bu məcburiyyət sanki qüvvədən düşür.
02 may 2025 – Ədliyyə nazirinin qəbulunda da ədalət qapısı üzümə bağlandı
Şikayətçi Abdullayev Azad bildirir ki, 02.05.2025-ci il tarixində İmişli rayonunda keçirilən səyyar qəbul zamanı Ədliyyə naziri Fərid Əhmədovun qəbuluna yazılıb və səhər saatlarında qeydiyyatdan keçib. Lakin qəbul günü nazirin nümayəndəsi olan ədliyyə məmuru Kamal və digər əməkdaşlar onun qəbula daxil olmasına imkan verməyib.
“Dedilər, get, əlindən gələni et,” – deyə Azad bəy redaksiyamıza bildirib. Onun sözlərinə görə, bu hadisə hüququn, qanunun, dövlətin vətəndaşa qarşı qapandığı daha bir nümunədir.
Bu cür münasibət bir daha göstərir ki, vətəndaşın müraciətlərinə cavab vermək əvəzinə, qurumlar məsuliyyətdən yayınmağa üstünlük verirlər. Əgər bir vətəndaş nazir qəbuluna belə yaxın buraxılmırsa, hansı “xalqla bir yerdə olan dövlət” prinsipi burada tətbiq olunur?
Bakunews.az redaksiyası olaraq məsələni diqqətdə saxlayırıq və aidiyyəti qurumlardan — xüsusilə Ədliyyə Nazirliyi, İcra Baş İdarəsi, ETSN və Baş Prokurorluqdan bu məsələyə hüquqi və vicdani yanaşma göstərilməsini tələb edirik.
Çünki hüquq yalnız güclü üçün yox, zəifin də qoruyucusu olanda ədalət sayılır.

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

25-11-2024, 10:31

Əli Əsədov Qərar imzaladı

Hadisə

2-08-2022, 16:00

Kürdəmirin sabiq icra başçısı dövlətə dəymiş ziyanı tam ödəyib

Kriminal

9-08-2023, 11:20

Mahir Quliyev yenidən Ali Məhkəməyə müraciət etdi

Siyasət

3-08-2022, 20:31

Baş nazir Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə bağlı yeni qərar imzaladı

Gündəm / Cəmiyyət

18-07-2024, 13:08

Nizaməddin Quliyevin 600 minlik əmlakı uğrunda mübarizə bitdi - Son qərar!

Gündəm

15-09-2023, 10:31

Mənimsənilmiş bir MİLYONun aqibəti necə olur?

Sosial

6-11-2023, 12:52

Azərbaycanda görünməmiş olay: Bu nazirlikdə işçilərdən rüşvət almamaqla bağlı iltizam alınır…

Kriminal

27-10-2023, 19:22

Mahir Quliyev hansı müsadirə edilən əmlakın geri qaytarılmasını istəyir?

Bölgə / Olay

23-10-2023, 10:32

Sabirabadda meşələr Əhmədağa İbrahimova peşkəş edilir - şəhid ailələrinə və qazilərə isə "torpaq yoxdur" deyirlər - VİDEO

Cəmiyyət / Araşdırma / Bölgə

6-02-2024, 01:29

İmişli rayon icra və probasiya şöbəsi Məhkəmə qərarın niyə icra etmir - Polisi daim günahlandıran İcra şöbələri nəyə nail olmaq istəyir...

İqtisadiyyat

7-12-2022, 18:18

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə məlumatı

Cəmiyyət

16-02-2024, 10:57

Muxtar Babayev şöbə müdirini işdən çıxartdı - FOTO

Araşdırma
Gəncədə 44 günlük müharibənin yaralarının bağlanmasına şərait yaratmayan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi - SAKİNLƏRDƏN SENSASİON İDDİALAR
Ağsu bazarında maşınlardan pul tələb edilir? – “Hara istəyirsiniz şikayət edin” deyən şəxslə bağlı iddialar
3 minlik burun əməliyyatı əks effekt verdi – “Vip Milan”ın həkimi ilə bağlı yeni araşdırma
“KUEHNE+NAGEL” adı, böyük qazanc vədləri və itirilən pullar: Azərbaycanda yeni şəbəkə iddiaları araşdırılır FOTOLAR
Təcili Yardım qarajında qalmaqal: Özünü rəhbər kimi tanıdan işçi, iki müdir iddiası və özbaşınalıq səs-küy yaradıb
240 minlik "Bentley", geri qaytarılmayan pullar və 54 şikayət – iddiaların mərkəzində kim dayanır?
Hadisə
Bu gün, 13:56
Gəncədə Fikrət Əmirov parkında ağaclar mişarlanır: Ekologiya qurumları niyə susur? FOTO/VİDEO
Bu gün, 13:28
300 minlik obyekt iddiası, süpürgəçilərin maaş narazılığı, indi də gecəyarısı qapı döyülməsi – Fəxrəddin Məmmədovun rəhbərlik etdiyi Xətai MKTB-də nə baş verir?
Dünən, 12:36
Boğazında ət tikəsi qaldığından bıçaqla deşdi - Qanaxmadan öldü
23-08-2026, 12:30
Göyçayda yol qəzasında xəsarət alan dörd nəfərdən ikisi ölüb - YENİLƏNİB
21-08-2026, 18:48
Xocavənddə traktor minaya düşüb, sürücü xəsarət alıb
20-08-2026, 10:04
DTX-dən xüsusi əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilib
Xəbər lenti
  • Bu gün, 19:00
    Kirill Budanov: Ukraynadakı siyasi vəziyyət hələ böhrana çevrilməyib
  • Bu gün, 18:41
    Özbəkistan Prezidenti: Yeni Daşkənd əsl inkişaf mərkəzinə çevriləcək
  • Bu gün, 18:34
    Sahib Süleymanovun başı dərddə - “Best Energy Group“ MMC-nin tenderləri yoxlanılır
  • Bu gün, 18:08
    Azərbaycan və Belarus XİN-lərin xətti ilə qarşılıqlı fəaliyyətin aktivləşdirilməsini müzakirə edib
  • Bu gün, 18:05
    "Klinik pediatriya: yeniliklər və perspektivlər" mövzusunda vebinar keçirilib
  • Bu gün, 17:34
    DTX-nin "Bilgəh" İstirahət mərkəzində Vətən müharibəsi iştirakçıları ilə görüş təşkil edilib
  • Bu gün, 17:27
    Bakının Mirmahmud Kazımovski küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
  • Bu gün, 17:05
    Novxanıda “yol əhvalatı”: Evinə kanalizasiya xətti çəkdi, ictimai yolu xaraba qoydu... FOTOLAR
  • Bu gün, 17:01
    Bakının Mirmahmud Kazımovski küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
  • Bu gün, 16:18
    Kəlbəcərə dolu yağıb
  • Bu gün, 15:49
    Məleykə Abbaszadə DİM-dən gedir - Onu Rüfət Əzizov əvəzləyəcək?
  • Bu gün, 15:29
    AKİ-nin sədrliyinə seçki konfransının keçiriləcəyi tarix məlum olub
  • Bu gün, 15:06
    İnşaat Kollecində nələr baş verir? — İdarəçilik, maliyyə və kadr siyasəti ilə bağlı ciddi iddialar
  • Bu gün, 14:38
    Tramp Hörmüzlə bağlı: Bu lənətə gəlmiş boğaz açıqdır
  • Bu gün, 14:18
    Mingəçevirdə MilliÖN problemi - Rəqəmsal ödəniş dövründə niyə insanlar hələ də növbədə dayanmalıdır?
  • Bu gün, 13:56
    Gəncədə Fikrət Əmirov parkında ağaclar mişarlanır: Ekologiya qurumları niyə susur? FOTO/VİDEO
  • Bu gün, 13:28
    300 minlik obyekt iddiası, süpürgəçilərin maaş narazılığı, indi də gecəyarısı qapı döyülməsi – Fəxrəddin Məmmədovun rəhbərlik etdiyi Xətai MKTB-də nə baş verir?
  • Bu gün, 13:13
    Ukrayna ordusunun Baş Qərargahı Yaroslavlda neftayırma zavoduna hücumu təsdiqləyib
  • Bu gün, 13:05
    Kəngərlidə SU ÇİLƏSİ... - AXI NİYƏ?..
  • Bu gün, 12:49
    Sabah 36 dərəcə isti gözlənilir, güclü külək əsəcək
  • Bu gün, 12:35
    Şəhərin mərkəzində dayanacağı söküb sərnişinləri təhlükəyə atdılar - BU NƏDİ BELƏ?
  • Bu gün, 12:15
    Bakıdakı bir neçə memarlıq abidələrində icazəsiz tikinti işlərinin qarşısı alınıb
  • Bu gün, 11:56
    200 milyard dollar böyük rəqəmdir: Hesabatı verilməlidir - HƏQİQƏTƏN DƏ...
  • Bu gün, 11:42
    Kamran Əliyev Yasamal rayonunda vətəndaşları qəbul edəcək
  • Bu gün, 11:33
    Kor-koranə yoxlama: absurd teatr - Niyə ət yalnız emal edildikdən sonra yoxlanılır?
  • Bu gün, 11:10
    Ali məktəblərə qəbul olunanlar üçün qeydiyyat prosesinə start verilib
  • Bu gün, 10:50
    ETN və MÜTDA-da bu yoxlamalar aparılsın – TƏKLİF
  • Bu gün, 10:36
    DİN: Vətəndaşlar "uduş", "hədiyyə", "kampaniya" və digər cəlbedici təkliflərə qarşı diqqətli olmalıdırlar
  • Bu gün, 10:27
    “Landau School”un camaatla XADİMƏ MƏZƏSİ... - yəqin MIRT VURURLAR...
  • Bu gün, 09:28
    UEFA reytinqi: Azərbaycanın mövqeyi dəyişməyib
  • Bu gün, 09:13
    Yusif Ələsgərovsayağı qohumbazlıq... - İTTİHAM VAR...
  • Bu gün, 08:58
    BİZİM TƏQVİM: 28 avqustda baş vermiş tarixi hadisələr
  • Dünən, 19:00
    IATA: Bu il aviaşirkətlərin yanacaq xərcləri təxminən 350 milyard dollar təşkil edəcək
  • Dünən, 18:42
    Milli Kibertəhlükəsizlik Agentliyində yeni - Təyinatlar
  • Dünən, 18:28
    Ərdoğanla Tokayev arasında telefon danışığı baş tutub
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə