Sizin reklam burada 728×90
Son dəqiqə

Bakıda “De Fakto” geyim mağazası müştəriləri belə aldadır

25.06.2025 17:50 244 1 dəq oxunur
Bakıda “De Fakto” geyim mağazası müştəriləri belə aldadır
Alış-veriş zamanı məhsulun etiketində göstərilən qiymətlə kassada tələb olunan məbləğ arasında fərq olub.

Bu barədə Baku TV-nin qaynar xəttinə daxil olan müraciətdə vətəndaş bildirib.
Məsələyə aydınlıq gətirmək üçün çəkiliş qrupu həmin geyim mağazasına yollanıb. Mağaza sahibi qiymət fərqini belə izah edib:

“Endirimli qiymət etiketləri əvvəlcədən vurulub. Daha sonra isə qiymət artımı baş verib. Qiymət yenicə dəyişdiyinə görə bu, hələ etiketlərdə əksini tapmayıb”.

Qeyd edək ki, istehlakçılar malların üzərində göstərilən qiymətdən fərqli qiymətə satılması halları ilə rastlaşdıqda elektron poçt və ya rəsmi internet səhifəsi vasitəsilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə və ya “195” qaynar xəttinə müraciət edə bilərlər.(Baku TV)

Ətraflı süjetdə:
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az