• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Masallı folklorunda arxaik janrlar

Cəmiyyət

18-07-2025, 13:58

Açar sözlər: folklor, mifologiya, region, arxaik janr
Səbinə Hüseynova Rüstəm qızı

Azərbaycan folklorşünaslığında işlənməsi vacib olan aktual problemlərdən biri də folklorumuzun regional özünəməxsusluğu mövzusudur. Bu mövzu hər bir xalqın şifahi söz yaradıcılığındakı fərqli xüsusiyyətlərinin üzə çıxarılması işində önəmli rol oynayır . O cümlədən, də yazıyaqədərki şifahi söz yaradıcılığında əhəmiyyətli dərəcədə rol oynayan arxaik janrların regionlar üzrə tədqiqata cəlb olunması işi maraq doğurur və ortaya fərqli özəlliklər çıxarır. Bu baxımdan cənub bölgəsinə daxil olan rayonlar arasında Masallı folklorunun ayrılmaz hissəsi kimi o bölgədə işləkliyi ilə seçilən arxaik janrlar xüsusi önəm təşkil edir. Şifahi xalq ədəbiyyatı örneklerinin bölgələrimiz üzrə tədqiq olunması milli- mənəvi dəyərlərimizin bərpasına təkan verən əsas amillər sırasındadır. Odur ki, özünün tarixi, folklor gələnəkləri, yaşam tərzi, məişəti, məşğuliyyəti özünəməxsus mərasim folklor inciləri ilə digər bölgələrimizdən fərqlənən Masallı regional örnəkləri şifahi yaradıcılıq ənənəmizdə önəmli yer tutur. Onu da qeyd edək ki, arxaik janrların yaranması birbaşa ulu əcdadlarımızın mifoloji dünyagörüşləri ilə bağlıdır. Çünki qədim çağ dövründə yaşayan ulu babalarımızın dünyanı dərketmə səviyyəsi, əxlaq normaları və yaşam tərzi tamam fərqli olmuşdur. Bu fərqliliyi folklor mətnlərdə o cümlədən də analarda, inanclarda, alqış, qarğışlarda, əfsun və dualarda özünü aşkar etməsi hadisəsi müsbət hal kimi, təqdirə layiqdir.
Regional səciyyəli folklor mətnlərinin fərqliliyi barədə tədqiqatçı alim Füzuli Bayat yazır:
“Azərbaycan folklorunun regional xüsusiyyəti əslində milli folklor düşüncəsinin ayrı-ayrı bölgələrdə ifadələşməsi, mətnləşməsi deməkdir. Regional özünəməxsusluq isə hər hansı bir bölgədə bu və ya digər folklor nümunələrinin işlənmə tezliyində özünü göstərir. Odur ki, regional folklorun mənimsənilməsində kənd, qəsəbə, şəhər kimi məhəlli bölgələrdə söylənən örnəklər mühüm rol oynayır .” [2, s.5]
Azərbaycan xalqının şifahi yaradıcılıq ənənəsində yaranan ilk arxaik janrlardan biri də inanclardır. Hal-hazırda Masallı folklorunda mövcud olan arxaik janrlar içərisində öz işləkliyi ilə seçilən inancların demək olar ki, böyük hissəsini dini şəxsiyyətlərin həyatları ilə əlaqələndirilir. Hətta, Astral təsəvvürlə bağlı yaranan inancların belə məzmununda dini motivlər olduqca güclüdür. Mətnə diqqət yetirək:
“ Günəş tutulanda bizde namaz qılıllar, ayət namazı. “ “ƏsaAllah “nan başlıyır, “Həmd”dən sonra beş dəfə “İxlası” oxuyursan, ya da “İxlası” beş yerə bölürsən. Gündü, küləydi, qara küləydi, bunlara ayət namazı qılınır.” [2, s.18]
Göründüyü kimi, bu inam hissi Azərbaycan xalqının əxlaqı- mənəvi dünyasına dərindən nüfuz edərək , tarixi sınaqlardan üzü ağ çıxmış və tədricən xalq yaradıcılığı janrına çevrilmişdir. Deməli, şifahi söz sənətinin yaranması müxtəlif zaman kəsimində baş verən yaradıcılıq prosesidir. O cümlədən, hər bir yaşayış məskəninin, kəndin, qəsəbənin belə özünəməxsus məhəlli ( lokal) səciyyəli ağız ədəbiyyatı nümunələrinin mövcudluğu qaçılmazdır. Odur ki, bu örnəklərin hər birinin milli folklor koloritini əks etdirən ( şifahi nitqdə ) dialekt və şivə özəlliklərini də xüsusi olaraq qeyd etmək vacibdir. Bəşər mədəniyyəti tarixində “şüurlu fəaliyyət mərhələsinə qədəm qoyan insanlar daim həyatda iki qüvvətli amillə - xeyir və şərlə qarşılaşmalı olmuşlar. Nəticədə alqış və qarğışlar xeyir və şər qüvvələri ilə bağlı yaranmışdır.” [4, s.296]
Maraqlı cəhət odur ki, Masallı rayon əhalisi arasında istifadə olunan alqışları konkret olaraq söyləmək yerinə həmin mətnə islam dininin təməl prinsiplərindən sayılan namaz qılma ritualını əlavə edirlər . Əslində bu, mifoloji dünyagörüşlə bağlı olan arxaik janrlara əlavə edilməməlidir. Çünki mifologiya ilə din ayrı-ayrı şeylərdir. Mifoloji dünyagörüşün dini görüşlə heç bir əlaqəsi yoxdur . Mifologiya din deyil. Deməli bu faktlar onu sübut edir ki, dini motivlərin bu bölgədə işlənən arxaik janrlara əlavə edilməsi sonrakı proseslərlə bağlıdır. Nümunəyə diqqət yetirək:
“ Dəssəmazuu alırsan, üzüvü tutursan qibləyə. Özü də ya axşamçağı, ya da namazdan qabağ, ya gecə saat 3-4 arası, ya sübhdən, ya da yağış yağan vaxtı, kimsəsiz, yiyəsiz yerlərdə dualar müstəcəb olur. Əllərü qalxızırsan Allahın dərgahına, mütləq başun bağlı olmalıdı. Əlləri tut üzüvə. Deyirsən: Kəlbi asanən tuəm yari mədəd- 3 dəfə. [3, s.287]
“ Masallı folklor örnəkləri” kitabında rast gəldiyimiz arxaik janrlar içərisində qarğışlar da xüsusi yer tutur. Alqış mətnlərində olduğu kimi, kitabda verilən qarğışlar da konkret olaraq deyil, mətn daxilində öz ifadəsini tapır:
“ Qayınxatınım var. Bizim yaxşı yolumuz var idi, həmən o qayınxatınım o yolu kəsdi. Camaatın yolu idi, indi də get gəldi. O yol üstə çən tikdirdi. Yolu bağladı. Camaatda bizim heyətdən gedib gəlirlər . Deyirlər , həyət qoyub gedənə Allah rəhmət eləsin. Ancaq yol kəsənə Allah lənət eləsin. Allah yolun kəssin. “ [2, s.290]- deyə insanın mənfi emosiyasını ifadə edən qarğışlar söylənilir.

İstifadə olunmuş ədəbiyyat
1.Qafarlı R. Mifologiya II cild. Bakı: Elm və Təhsil,2019, 432 s.
2.Masallı folklor örnəkləri. I cild . Bakı: Elm və Təhsil,2013, 418 s.
3.Masallı folklor örnəkləri. II cild. Bakı: 2013, 400 s
4.Nəbiyev A. Azərbaycan xalq ədəbiyyatı. Bakı: Çıraq, 2009, 640 s

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

18-07-2025, 13:58

Masallı folklorunda arxaik janrlar

Siyasət

31-08-2022, 17:50

"Bu razılaşmalar yaxın zamanlarda rəsmiləşəcək"

Gündəm / Cəmiyyət

21-10-2024, 17:58

Ömer Çelik: Türkiyə Cənubi Qafqazda sülh üçün açar rolunu oynayır

Ölkə

7-04-2024, 01:19

"Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadə" adlı elmi seminar keçirilib FOTOLAR

Təhsil

12-06-2025, 16:33

Gürcüstanda Azərbaycan dili üzrə I Regional Olimpiada keçiriləcək

---

5-06-2023, 21:20

Bu gün XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Mikayıl Müşfiqin doğum günüdür

Gündəm / Cəmiyyət

18-03-2024, 17:53

Stoltenberqin Cənubi Qafqaz səfəri - Regionun NATO üçün ÖNƏMİ

Gündəm / Cəmiyyət

28-02-2024, 17:38

Ən çox sözə sahib olan dillər - Türkcə 20-ci yerdədir...

Təhsil

9-06-2023, 02:49

Birinci sinfə şagirdlərin qəbulu müsahibə ilə olacaq? AÇIQLAMA

Kriminal

3-08-2023, 10:02

Masallı sakini 7 kq narkotiklə tutuldu

Cəmiyyət

9-02-2024, 14:02

“Qızıl Xaç“ Bakıdakı ermənilərin qohumları ilə 660 danışığını təşkil edib

Cəmiyyət

10-11-2023, 17:36

10 noyabr Bəyanatının imzalanmasından üç il ötür

Araşdırma
Gəncədə 44 günlük müharibənin yaralarının bağlanmasına şərait yaratmayan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi - SAKİNLƏRDƏN SENSASİON İDDİALAR
Ağsu bazarında maşınlardan pul tələb edilir? – “Hara istəyirsiniz şikayət edin” deyən şəxslə bağlı iddialar
3 minlik burun əməliyyatı əks effekt verdi – “Vip Milan”ın həkimi ilə bağlı yeni araşdırma
“KUEHNE+NAGEL” adı, böyük qazanc vədləri və itirilən pullar: Azərbaycanda yeni şəbəkə iddiaları araşdırılır FOTOLAR
Təcili Yardım qarajında qalmaqal: Özünü rəhbər kimi tanıdan işçi, iki müdir iddiası və özbaşınalıq səs-küy yaradıb
240 minlik "Bentley", geri qaytarılmayan pullar və 54 şikayət – iddiaların mərkəzində kim dayanır?
Hadisə
19-07-2026, 15:30
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
17-07-2026, 13:42
Eks-bələdiyyə sədri 100 min manata yaxın zərər vurmaqda ittiham olunur
16-07-2026, 10:57
Zərdabda avtomobil işıq dirəyinə çırpılıb, xəsarət alanlar var
16-07-2026, 10:07
Şəmkirdə 11 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib
15-07-2026, 19:00
Azərbaycanlı gənc Rusiyada faciəvi şəkildə öldü
15-07-2026, 17:47
Samuxda kütləvi zəhərlənmə faktı qeydə alınıb
Xəbər lenti
  • Bu gün, 19:31
    "Hakim rəsmi qurumun məlumatlarına göz yumaraq qətnamə çıxardı" - Yepiskopla hüquqşünasın davası davam edir
  • Bu gün, 19:01
    KTN balıqçılara 5 ədəd avtomobil almaq istəyir
  • Bu gün, 18:45
    Bakıda COVID-ə yoluxanlara yardım göstərən tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadılıb
  • Bu gün, 18:23
    ETN uşaqlarımızın tərbiyəsini kimlərə həvalə edir?
  • Bu gün, 17:56
    Tramp Hörmüz boğazındakı hücumlara görə İranı infrastruktura zərbələr endirməklə hədələyib
  • Bu gün, 17:32
    “AzVirt” MMC işçisinin haqqını vermir – ŞİKAYƏT
  • Bu gün, 17:00
    Ermənistanda Zəngəzur kombinatı və AES siyasi alət rolunda - ŞƏRH
  • Bu gün, 14:40
    Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin Nizamnaməsi təsdiqlənib
  • Bu gün, 13:29
    Konstitusiya Məhkəməsi Palatasının iclasında Baş Prokurorluğun sorğusuna baxılıb
  • Bu gün, 13:12
    Sabah Bakıda 36, rayonlarda 39 dərəcə isti olacaq
  • Bu gün, 13:04
    Arzum bu şərtlərlə azadlığa çıxdı - Sosial şəbəkə qadağan edildi
  • Bu gün, 12:33
    Azərbaycan və Gürcüstan arasında "E-Permit" sisteminin tətbiqinə başlanılıb
  • Bu gün, 12:23
     Xaraba kimi idarə olunan Binəqədinin YİYƏSİ YOXDUR... - YEYƏNİ ÇOXDUR...
  • Bu gün, 12:10
    Hikmət Hacıyev: Əminik ki, mediamız milli maraqlarımızın müdafiəsində səylərini əsirgəməyəcək
  • Bu gün, 11:49
    İmişlidə suvarma suyu balıq hövzələrinə yönəldilir? İdarə əməkdaşları rəisin qanunsuz əməllərindən şikayət edib- ŞOK FAKTLAR/VİDEO
  • Bu gün, 11:33
    İran İordaniya və Bəhreyndəki ABŞ aviabazalarına zərbələr endirib
  • Bu gün, 10:52
    Sabunçuda 12 min manata su xəttləri satılır- Fuad Quliyevin rəis təyin etdiyi şəxs öz əməkdaşlarını rüşvət alamğa məcbur edir- ŞOK İDDİA
  • Bu gün, 10:39
    "Neftçi" bu gün UEFA Konfrans Liqasında mübarizəyə başlayır
  • Bu gün, 10:18
    Elnur Əliyev bütün təhsili nəzarətinə götürür - Narazı müəllim ordusu niyə yaradılır?
  • Bu gün, 10:07
    Rezidenturaya qəbul üzrə namizədlərin qeydiyyatı başlayır
  • Bu gün, 10:07
    Rezidenturaya qəbul üzrə namizədlərin qeydiyyatı başlayır
  • Bu gün, 09:40
    Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür
  • Dünən, 19:34
    Yusif Seyidova icra hakimiyyətində YÜKSƏK VƏZİFƏ VERİLDİ - FOTO
  • Dünən, 19:00
    Biznes Şurası - Bakı və Berlin arasında iqtisadi dialoqun yeni səviyyəsi kimi
  • Dünən, 18:30
    Sabah direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başlayır
  • Dünən, 18:04
    GDU-nun baş müəlliminin ŞÜBHƏLİ ÖLÜMÜ - TƏFƏRRÜAT
  • Dünən, 18:00
    Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində prokurorlar çıxışa başlayıb
  • Dünən, 17:40
    Baku TV-nin çəkiliş qrupu Bioloji Təbabət Klinikasının qarşısında hücuma məruz qalıb.
  • Dünən, 17:25
    Azərbaycan və Almaniya minatəmizləmə sahəsində əməkdaşlığın davam etdirilməsini razılaşdırıblar
  • Dünən, 15:34
    Ömürlük əlil və azyaşlı uşaq avtobus sürücüsünün kobud davranışı ilə üzləşdi – BakuBus-dan araşdırma tələb olunur
  • Dünən, 15:30
    Azərbaycanda ilk dəfə motosikletlər təcili tibbi yardım xidmətinə cəlb olunub
  • Dünən, 15:08
    Özəl Klinikalara nəzarət itib - "Vital Hospital"da ölü doğulan uşağı zirzəmiyə atıblar - VİDEO
  • Dünən, 14:57
    Berlində İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
  • Dünən, 14:48
    Adil Vəliyev qanun-qayda-tanımır? - Agacları məhv edib tikinti aparanlara yaşıl işıq... - VİDEO
  • Dünən, 14:31
    Rusiya "Naftoqaz"ın qaz hasilatı obyektlərinə silsilə zərbələr endirib
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə