• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Ən çox sözə sahib olan dillər - Türkcə 20-ci yerdədir...

Gündəm / Cəmiyyət

28-02-2024, 17:38

Ən çox sözə sahib olan dillər - Türkcə 20-ci yerdədir...

Dünya əhalisi müxtəlif dillərdə danışaraq bir-biri ilə ünsiyyət qurur. Hansı dilin daha zəngin, daha güclü dil olması hər zaman müzakirə mövzusu olub. Burada müxtəlif kriteriyalar nəzərdən keçirilə bilər. Məsələn, dilin əhatə etdiyi coğrafiyanın genişliyi, bu dildə danışan insanların sayı, dilin neçə ölkədə rəsmi statusa malik olması və s. Başqa kriteriya isə dilin söz dağarcığı - lüğət tərkibidir.

Yəni hansı dildə söz ehtiyatı - kəlmələrin sayı daha çoxdursa, bu dil zəngin dil hesab olunur. Əslində hansı dildə daha çox söz olduğunu bilmək çətin məsələdir. Çünki tarixən bir-biri ilə qaynayıb-qarışan xalqların dilləri də bir-birindən təsirlənib. Müasir dünya dillərinin hamısında çoxlu alınma sözlər var. Belə olan halda dillərin zənginliyini müəyyən edərkən bir neçə dildə istifadə olunan hansısa sözün konkret bir mənşə dilinə, yaxud istifadə olunduğu bütün dillərə aid edilməsi ilə bağlı texniki məsələlər ortalığa çıxır.

Canlı orqanizm kimi qəbul olunan dildə bu cür proseslərin getməsi olduqca təbiidir. Unutmaq olmaz ki, yeni sözlərin yaranması praktik ehtiyaclardan doğur və yalnız bu halda işləklik qazana bilir. Sırf yeni söz yaradıb dili "zənginləşdirmək" naminə söz və şəkilçilərdən istifadə edərək hansısa süni kəlmələr uydurmaqla dilin lüğət tərkibini artırmaq mümkün deyil. Tarixdəki bir neçə məşhur təcrübə də bu yolun qeyri-effektiv olduğunu sübuta yetirib.

Dilin zənginləşməsi, söz yaradıcılığı bu dildə hansısa elmi inkişaf hesabına baş verə bilər. Məsələn, bu dilin daşıyıcısı olan, bu dildə düşünən hansısa alim öz tədqiqatı ilə bağlı hansısa yeni anlayışın adlandırılması üçün təbii olaraq öz dilindən istifadə edəcək, sözügedən anlayış hansısa formada adlandırılacaq. Bu ad yeni söz kimi dilə qazandırılacaq.

Bundan başqa, ədəbiyyatın da dildə söz tərkibinin artırılmasında rolu ola bilər. Bir çox hallarda şair və yazıçılar arxaik sözləri, yaxud dialekt ifadələri öz əsərlərində istifadə edərək ümumişlək kəlmələrə çevirirlər. Lakin yuxarıda qeyd olunduğu kimi, bütün bunlar yalnız təbii halda baş verdikdə, praktik ehtiyacdan irəli gəldikdə mümkün olur. Süni şəkildə hansısa sözlər ümumi istifadəyə "itələnə" bilməz.

Dilin zənginləşməsi üçün digər bir amil isə bu dildə danışan adamların sayının çox olması, dolayı olaraq bu dildə düşünən, yazıb-yaradanların da payının çox olması ilə yeni anlayışların yaranması ehtimalının yüksəkliyidir. Burada siyasi amillər ortaya çıxır.

Hansı dil böyük imperiyalar tərəfindən istifadə olunubsa, həmin imperiya geniş əraziyə yayılıbsa, bu dildə yeniliklərin yaranması və yeni sözlərin ortaya çıxması daha labüddür. Yerli dillər isə bu cür dillərdən daha çox alınma söz alaraq tədricən kiçilir və ölü dilə çevrilməyə üz tutur.

Bu baxımdan hər nə qədər çətin olsa da, dillərin söz sayına görə təsnifatını aparmaq olar. Dildəki sözlərin sayını tapmağın ən düzgün yolu həmin dilin etibarlı sayılan lüğətinə baxmaqdır. Ehtimal olunur ki, ən çox aktiv danışılan sözlərin olduğu dil ingilis dilidir. Oksford ingilis dili lüğətində 615 100 söz var. Lüğət təxminən 5400 yeni ingilis sözü ilə daim artır.

İngilis sözlərinin bolluğunun səbəbi onların bütün dünyada və bütün mümkün fəaliyyət sahələrində yayılmasıdır. Həmçinin, fransız dilindən fərqli olaraq, ingilis dili başqa dillərdən söz almağı xoşlayır, buna görə də eyni qavram üçün bir neçə ifadə var. Çin dili kimi əlifbadan kənar dillərdə sözlərin sayını müəyyən etmək daha çətindir. Ərəb dili 12 milyon sözdən ibarət çox böyük lüğətə malik bir dil olsa da, onların yalnız 10 faizi aktiv şəkildə istifadə olunur. 17,4 milyon sözdən ibarət olan alman dili isə xüsusilə ingilis dilindən götürülmüş terminlər və ya yeni söz birləşmələri sayəsində daim böyüyür.(Modern)

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Şou-biznes

8-08-2022, 13:44

Məşhur müğənni yeddi dildə mahnı oxudu

Ölkə

28-09-2023, 04:13

Beynəlxalq Oğuz Türkcəsi konfransı öz işini bölmə iclası ilə davam etdirib FOTO

Gündəm / Olay

2-08-2023, 16:03

"Ana dilimizin saflığını qorumaq hər bir Azərbaycan vətəndaşının borcudur"

Gündəm

26-10-2023, 19:19

"TİKTOK"da növbəti rüsvayçılıq: Azərbaycan Xalqı belə təhqir olunur

Dünya

4-03-2023, 00:22

ABŞ-ın Stenford Universitetində ana dili ilə bağlı seminar təşkil edilib - FOTO

Şou-biznes

7-09-2023, 20:08

"17 il təhsil alıb, sonra da 1000 manat maaşa işləmək məntiqsizdir" - Nura Suri

Təhsil

31-07-2022, 17:42

Jurnalistikaya qəbul olmaq istəyənlər qabiliyyət imtahanı verəcək

Cəmiyyət

27-04-2023, 19:28

Azərbaycan dilinin inkişaf etdirilməsində müstəsna xidmətləri olan - Ümummilli Lider

Sosial / Olay

6-11-2023, 12:48

"Təsisçilərinin və rəhbərlərinin Azərbaycan xalqına və dövlətinə heç bir aidiyyatı olmayan “Azersun Holding”.." - ETİRAZ

Gündəm / Cəmiyyət

23-02-2024, 18:40

Bələdiyyələrin sayı niyə azaldırılır - Referendum gözləntisi...

Təhsil

9-06-2023, 02:49

Birinci sinfə şagirdlərin qəbulu müsahibə ilə olacaq? AÇIQLAMA

Siyasət

9-08-2022, 19:50

Zəngəzura qayıda biləcəyikmi? – Azərbaycan üçün TARİXİ İMKAN

Araşdırma
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Vətəndaşların pulunun 80 faizi hansı əsasla saxlanılır?
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Hadisə
Dünən, 11:49
Bakıda kütləvi dava olub, 9 nəfər saxlanılıb
22-10-2026, 17:42
Bakıda 25 il bundan əvvəl törədilən qətlin təfərrüatları məlum olub
21-10-2026, 09:57
Lerikdə qanunsuz qızıl axtaranlara qarşı əməliyyat: Ölən var
19-10-2026, 19:00
Baş Prokurorluq: Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib
19-10-2026, 12:27
Xəzər dənizində zəlzələ olub
19-10-2026, 09:45
Bakıda iki avtomobil toqquşub, səkidəki piyada ölüb
Xəbər lenti
  • Dünən, 18:00
    Eboladan ölənlərin sayı 4 757 nəfərə yüksəlib
  • Dünən, 17:30
    Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb
  • Dünən, 17:00
    R4 və Avrotroyka regional münaqişələrin diplomatik yolla həllinə çağırıb
  • Dünən, 16:14
    Şəkidə qanunsuz tikinti iddiası - "Yenilik" Ticarət Mərkəzi ərazisini genişləndirir - VİDEO
  • Dünən, 15:59
    Parisdə terror aktını törətməkdə şübhəli bilinən şəxsin anası və daha iki nəfər saxlanılıb
  • Dünən, 15:38
    “Yaşıl enerji dəhlizi”nin texniki-iqtisadi əsaslandırması tamamlanıb
  • Dünən, 15:09
    Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
  • Dünən, 14:59
    Rüstəm Xəlilov Salyanda nə iş görür? - İnsanlar palçıq içində yaşayır - ŞİKAYƏT
  • Dünən, 14:40
    Rumıniya və Türkiyə Qara dənizdə təhlükəsizliyi ortaq prioritet adlandırıb
  • Dünən, 14:29
    Nəsimi rayonunda gecə yarısı tikinti özbaşınalığı sakinlər bezdirib - Qanun nə deyir? - VİDEO
  • Dünən, 13:42
    U-15 dünya çempionatının ilk oyun günündə rəsmilərin Hövsan Yarış Kompleksinə səfəri baş tutub
  • Dünən, 13:25
    Təhsildə Keyfiyyət Təminatı Agentliyində yoxlama - Saxta diplomlar, maliyyə pozuntuları aşkarlandı
  • Dünən, 13:08
    Sabah Bakıda yağış yağacaq
  • Dünən, 12:45
    “Ceyhun Sabunçu”nun qətli - Saxlananlardan biri deputatın oğludur
  • Dünən, 12:02
    BDYPİ sürücülərə xəbərdarlıq edib
  • Dünən, 11:49
    Bakıda kütləvi dava olub, 9 nəfər saxlanılıb
  • Dünən, 09:37
    Premyer Liqa: "Kəpəz" bu gün "Şəfa" ilə, "Neftçi" "Turan Tovuz"la üz-üzə gələcək
  • Dünən, 09:29
    "Azərlotereya"da idarəetmə dəyişir?
  • Dünən, 09:06
    Tramp neft qiymətlərinin tezliklə aşağı düşəcəyini bildirib
  • 23-10-2026, 19:00
    “Rosaviasiya”: Moskvanın hava məkanı tam bağlanıb
  • 23-10-2026, 18:37
    Xarici dövlətlərdə verilmiş uyğunluq sənədlərinin tanınması Qaydası təsdiqlənib
  • 23-10-2026, 18:30
    BU NƏDİ BELƏ: Mərkəzi Bank nəyi təbliğ edir? - “Heç kəsə yazığınız gəlməsin” –
  • 23-10-2026, 18:11
    Ölkə üzrə bu ayın bütün sosial ödənişləri başa çatdırılıb
  • 23-10-2026, 17:51
    Müştərinin pulunu al, vaxtını al, sonra da günahkar çıxar! - Aplus Marketdə “endirim oyunu”
  • 23-10-2026, 17:18
    Estoniya azərbaycanlıların olduğu ticarət gəmisinə Rusiyanın zərbəsini pisləyib
  • 23-10-2026, 17:02
    BŞTİ müdirinə daha bir “dost” zərbəsi – MLK-da nə baş verir?!
  • 23-10-2026, 16:48
    Rayonlardakı yağıntılı hava şəraiti növbəti 2 gün davam edəcək - Xəbərdarlıq
  • 23-10-2026, 16:26
    Mikayıl Cabbarov sevimli kadrı haqqında nə düşünür? - Xankəndidə “yanan” Elçin Yusubovun yeni ünvanı hara olacaq?
  • 23-10-2026, 16:01
    Fərhad Xəlilov: "İstiqlal" ordeninin şəklini hazırlayanda bunu alacağımı heç fikirləşməzdim
  • 23-10-2026, 15:44
    Binaların arası zəbt olunur, pəncərələr divara dirənir! - "Qurtuluş 93" yaşayış kompleksində biabırçılıq...
  • 23-10-2026, 15:15
    Qara dənizdə Azərbaycan vətəndaşlarının olduğu gəmi PUA zərbəsindən sonra batıb
  • 23-10-2026, 14:30
    Yaşayış binasında ZİRZƏMİ ALVERİ - BU NƏDİ BELƏ?
  • 23-10-2026, 14:15
    Sabah bəzi yerlərdə yağış yağacaq
  • 23-10-2026, 13:53
    FHN-in Baş İdarəsinin 30 min manatdan çox VERGİ BORCU VAR! - FOTO
  • 23-10-2026, 13:13
    İlham Əliyev Azərbaycan Rəssamlar İttifaqının sədrini 80 illiyi münasibətilə təbrik edib
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə