• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

"Ana dilimizin saflığını qorumaq hər bir Azərbaycan vətəndaşının borcudur"

Gündəm / Olay

2-08-2023, 16:03

Azərbaycan xalqının ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Xalqımız kimi ana dilimiz də tarixin müxtəlif mərhələlərində müəyyən sınaqlarla üzləşmiş, lakin zamanın sınaqlarından qalib çıxmağı bacarmışdır.
Azərbaycan dili zəngin imkanlara malikdir, çünki mənsub olduğu xalq zəngin mədəniyyətə, zəngin tarixə sahibdir. Azərbaycan dilinin davamlı inkişafı, ana dilində nəşr edilən kitabların sayının artması, Ulu Öndər Heydər Əliyev tərəfindən dilimizin inkişafı istiqamətində həyata keçirilən tədbirlər, xalqımızın müstəqillik düşüncələrini daha da gücləndirmiş oldu. Müstəqillik dövründə Azərbaycan dilinin inkişafına xüsusi həssaslıqla yanaşan Ümimmilli liderimiz 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin məhz Azərbaycan dili adlandırılması təklifinin qəbul edilməsinə üstünlük verirdi. Azərbaycanın ilk Konstitusiya layihəsinin müzakirəsi zamanı ana dili məsələsi ətrafında geniş müzakirələr aparılmış, məsələ yeni Konstitusiya layihəsini hazırlayan komissiyada, kütləvi informasiya vasitələrində, müxtəlif elmi forumlarda, yığıncaqlarda, idarə, təşkilat və müəssisələrdə sərbəst, demokratik şəraitdə hərtərəfli müzakirə olunmuşdur. Müzakirələrin nəticəsi olaraq 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapdı. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirildi. 2001-ci ildə latın qrafikalı Azərbaycan əlifbasına keçidin reallaşması da Ulu öndərin dilimizin inkişafı baxımından göstərdiyi misilsiz xidmətlərdəndir. Ulu öndər Heydər Əliyev Azərbaycan dilinin qorunmasına xüsusi diqqət yetirmiş, dilimizin inkişafı ilə əlaqədar müntəzəm olaraq fərman və sərəncamlar imzalamışdır. Ümummilli liderimizin 2001-ci ilin 9 avqustunda imzaladığı "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" fərmana əsasən, hər il avqust ayının 1-i ölkəmizdə Azərbaycan əlifbası və dili günü kimi geniş qeyd edilir. Bu sənəd dilimizin tətbiqi işinin daha mükəmməl səviyyədə həyata keçirilməsinə stimul verdi, yaddaşımıza və milli-mənəvi dəyərlərimizə, eyni zamanda, əlifbamızın beynəlxalq aləmə daha yaxın olan latın qrafikalı Azərbaycan əlifbasına keçidi sürətləndirdi. Məhz bundan sonra respublikada bütün yazılı sənədləşmələr heç bir istisnaya yol verilmədən latın qrafikası ilə aparılmağa başladı.Bu gün biz ana dilimizin dövlət statuslu dillər sırasında özünəməxsus yer tutmasına görə məhz Ulu Öndər Heydər Əliyevə borcluyuq. Azərbaycan dilinin qorunub saxlanması və inkişaf etdirilməsi sahəsində müstəsna xidmətləri olan Heydər Əliyev uzaqgörən siyasəti, müdrik qərarları ilə bərabər, səlis və aydın nitqi, natiqlik qabiliyyəti ilə bu dilin keşiyində duran, dili dərindən bilən alim, mütəffəkkir idi. Bu dahi şəxsiyyətin nitqindəki sistemlilik, ardıcıllıq və məntiqlik bütün çıxışlarında özünü göstərirdi. Heydər Əliyev çıxış edərkən bütün varlığı və inamı ilə danışırdı. Xalq danışıq dilindən gələn ifadələri məharətlə işlədirdi.Ümummilli liderimiz hər zaman qeyd edirdi ki, ana dilində danışmağı ilə fəxr edir və ana dili hər bir millətin mənliyinin əsasıdır. Azərbaycan dilinin inkişafı, onun tətbiqi sahəsinin genişləndirilməsi və yabançı təsirlərdən qorunması, habelə bu dilin saflığı, təmizliyi istiqamətində Heydər Əliyevin yeritdiyi siyasət bu gün onun siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz,Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün milli dövlətçilik irsini hər bir sahə üzrə uğurla davam etdirərək Azərbaycanı öz tarixinin ən qüdrətli mərhələsinə çatdıran cənab Prezidentimiz İlham Əliyev Ulu öndər Heydər Əliyevin milli dil əmanətinə də sadiqdir. Son illərdə ölkə rəhbərinin dilimizin qorunması və inkişafı istiqamətində həyata keçirdiyi tədbirlər daha da artmışdır. Yeni Azərbayca Partiyasının sədri cənab İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”, “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncamları, “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı və bu istiqamətdə görülən işlər dilimizin inkişafına böyük qayğının təzahürüdür. Dövlət başçısı İlham Əliyev doğma ana dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşır. Azərbaycan vətəndaşı olaraq bizim də ümdə vəzifəmiz dilimizə hörmətlə, ehtiramla yanaşmaq, ona olan xalq sevgisini, inamını doğrultmaqdır. Məqsədimiz, amalımız böyüməkdə olan vətən övladlarını milli ruhda tərbiyə etmək, vətənin qeyrətli vətəndaşı kimi yetişdirməkdir. Unutmaq olmaz ki, dilin qoruyucusu və daşıyıcısı xalqdır. Hər bir xalqın milli mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun ana dilidir və hər bir xalqın varlığının ən əsas təminatçısıdır. Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Məhz buna görə də dərin tarixi köklərə malik olan ana dilimizin saflığını qorumaq, onu sevmək və sevdirmək hər bir Azərbaycan vətəndaşının borcudur.

Fidan Heseynova,
YAP Quba rayon təşkilatının sədri.

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

27-04-2023, 19:28

Azərbaycan dilinin inkişaf etdirilməsində müstəsna xidmətləri olan - Ümummilli Lider

Dünya

15-08-2022, 00:45

Latviya rus dilinin istifadəsini məhdudlaşdırmağı planlaşdırır

Mədəniyyət

23-02-2023, 00:35

Salonikidə “Heydər Əliyev və Azərbaycan dili” adlı tədbir təşkil edilib

Cəmiyyət

10-08-2022, 18:57

Azərbaycan təhsilinin inkişafı Ulu Öndər Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır.

Mədəniyyət

1-12-2022, 13:32

Parisdə “Natəvan” Azərbaycan həftəsonu məktəbinin fəaliyyəti bərpa edilib

Cəmiyyət

3-09-2022, 10:25

Azərbaycanın müstəqillik yolunun əsasını qoyan tarixi hadisə

Mədəniyyət

2-03-2023, 21:56

Azərbaycan Gənclər Fondunun “İdeyanı Reallaşdır - 2022” - FOTOLAR

Siyasət

16-08-2022, 16:30

Ümummilli Lider Heydər Əliyev Müstəqil Azərbaycan Dövlətinin Qurucusu və Memarıdır.

Cəmiyyət

29-09-2022, 16:36

Ulu Öndər Heydər Əliyev siyasəti xoşbəxt gələcəyimizin təminatçısıdır.

Cəmiyyət

1-04-2023, 21:54

BDU-nin 1-ci kurs tələbəsi Aysel Quliyeva Ulu Öndər Heydər Əliyevlə bağlı yazdı - FOTO

Siyasət

6-08-2022, 01:04

Ümummilli Lider, Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan dövlətinin əbədiyaşar memarıdır

Siyasət

26-04-2023, 20:04

Azərbaycan Ümummilli liderin gərgin əməyi sayəsində inkişaf etmişdir

Araşdırma
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
146 nömrəli məktəbdə “qiymət təzyiqi” iddiası: Şagird attestat üçün direktordan asılı vəziyyətə salınır?
Balakən səhiyyəsində uzun illərin rəhbərliyi bitdi: Dilbər Quliyeva vəzifədən azad edildi – qərarın səbəbi nədir?
Qəbələ Peşə Təhsil Mərkəzində təmir qalmaqalı böyüyür: “Lider-Line” 4500 manatlıq borcu rədd edir, 9220 manat ödəniş etdiyini bildirir
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 4500 manatlıq əməkhaqqı qalmaqalı: “İşi gördürdülər, pulumuzu istəyəndə bizi qapıdan çıxardılar”
Hadisə
19-09-2026, 18:12
Bilgəhdə 2 nəfər dənizdə batdı - Axtarışları davam edir
19-09-2026, 13:25
17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub - Bakıda dəhşət
16-09-2026, 18:00
Badamdarda yaşayış binasında partlayış olub, xəsarət alan var
15-09-2026, 18:59
Antiinhisar Agentliyinin etibarsız saydığı “FLORA HOLLAND” MMC-ni Su Ehtiyatları Agentliyi necə qalib seçə bilir
11-09-2026, 11:14
Ağdərədə atlı minaya düşüb, xəsarət alıb
10-09-2026, 10:40
Şəkidəki hadisə ilə bağlı cinayət işi başlandı - Qəzanın səbəbi açıqlandı
Xəbər lenti
  • Dünən, 14:00
    Mikayıl Cabbarov: Neft sənayesi Azərbaycanın iqtisadi inkişaf tarixində mühüm rol oynayıb
  • Dünən, 13:00
    Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 18 nəfər xəsarət alıb
  • Dünən, 12:30
    "Haber Global": Antiterror əməliyyatı ilə Azərbaycan ordusu daha bir parlaq zəfərə imza atıb
  • Dünən, 12:00
    Azərbaycan XİN: Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb
  • Dünən, 11:00
    Donald Tramp vaxtından əvvəl Vaşinqtona qayıdıb
  • Dünən, 10:30
    Azərbaycan XİN: Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb
  • Dünən, 10:00
    NYT: Qayana neft bazarında mövqelərini möhkəmləndirib
  • 19-09-2026, 18:26
    İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib
  • 19-09-2026, 18:12
    Bilgəhdə 2 nəfər dənizdə batdı - Axtarışları davam edir
  • 19-09-2026, 17:36
    Bakı Aeroportu Formula 1 ərəfəsində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
  • 19-09-2026, 17:18
    23 saat 43 dəqiqə: Suverenlik, separatizmin sonu və Cənubi Qafqazda yeni reallıqlar - ŞƏRH
  • 19-09-2026, 15:40
    Prezident bir qrup neft sənayesi işçisini təltif edib - SƏRƏNCAM
  • 19-09-2026, 15:11
    SOCAR Tech-də yeni direktor təyin olundu - FOTO
  • 19-09-2026, 14:37
    İran və Pakistan xarici işlər nazirləri telefonla danışıb
  • 19-09-2026, 13:25
    17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub - Bakıda dəhşət
  • 19-09-2026, 13:24
    Nazpəri Dostəliyeva 20 il sonra ilk dəfə bunu etdi
  • 19-09-2026, 13:22
    Zaxarova: Rusiya və Gürcüstan xalqları bir-birinin həsrətindədirlər
  • 19-09-2026, 13:22
    Türkiyə İran Bankı Mellatın lisenziyasını ləğv edib
  • 19-09-2026, 13:20
    Azərbaycanın daha 2 boksçusu Avropa çempionatında mərhələ adladı
  • 19-09-2026, 13:18
    Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
  • 19-09-2026, 13:14
    Attestasiya işində hüquqşünasın mühüm uğuru
  • 19-09-2026, 12:47
    Bazar günü arabir yağış yağacaq
  • 19-09-2026, 12:29
    İrakli Kobaxidze: Gürcüstanın ərazi bütövlüyünü dinc yolla bərpa etmək milli arzumuzdur
  • 19-09-2026, 11:55
    XİN Kitts və Nevis xalqını Milli Günü münasibətilə təbrik edib
  • 19-09-2026, 10:19
    Azərbaycan Ordusunun Qarabağda antiterror əməliyyatına başlamasından üç il ötür
  • 19-09-2026, 09:47
    Goranboy təhsilində ŞÜBHƏLİ TƏYİNAT - BU NƏDİ BELƏ?
  • 19-09-2026, 09:22
    Premyer Liqa: "Turan Tovuz" "Zirə"ni, "Sabah" "İmişli"ni qəbul edir
  • 19-09-2026, 09:01
    "№1 Çörək Zavodu"nun sahibi dövlətə külli miqdarda BORCLANDI - FOTOFAKT
  • 19-09-2026, 08:47
    WSJ: Konqresdə Pit Heqsetin Pentaqona rəhbərliyindən narazılıq artır
  • 18-09-2026, 19:00
    Azərbaycanda 3 ölkənin birgə hərbi təlimi keçiriləcək
  • 18-09-2026, 18:30
    Hesablama Palatası Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətini yoxlayıb
  • 18-09-2026, 18:00
    Oktyabrda İçərişəhərdə qastronomiya festivalı keçiriləcək
  • 18-09-2026, 17:49
    Ayxan Hacızadə Fransa XİN mətbuat katibinin Azərbaycana səyahət xəbərdarlığını pisləyib
  • 18-09-2026, 17:40
    Prezidentin təhlükəsizlik haqda çağırışları: təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH
  • 18-09-2026, 17:38
    “AzerGold” dağ-mədən sahəsində peşə təhsilinin rəqəmsallaşdırılmasına dəstək göstərəcək
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə