• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:QHT sədrindən növbəti ŞOK FAKTLAR/FOTOLAR

Gündəm / Cəmiyyət

14-10-2025, 12:54

…filankəsi tapşırıblar, ona 20 min manat verdilər, filankəs övladına toy edəcək ona 30 min manat verdilər…

Elə QHT-lər qalib olur ki, onun sədri deputatın həyat yoldaşı, məmurun bacısı və başqa şəxslər olur. Elə QHT-lər var ki, bir ailədən 3 üzv qrant alıb

QHT-lərə Dövlət Dəstəyi Agentliyində yaşananlarla bağlı araşdırmalarımız davam edir. Məlum aktuallığını nəzərə alıb, bu sektordakı qaranlıq məqamlara işıq salmağa və onların geniş şəkildə təhlil olunmasına çalışırıq və çalışacağıq. Bu dəfə də “Yenixeber.org”-un qonağı “Əsgər Ailələrinə Dəstək” İctimai Birliyinin təsisçisi, “Şəhid Ailələri, Qazilər Mərkəzi”nin rəhbəri Mətanət Əsgərqızıdır.

QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:QHT sədrindən növbəti ŞOK FAKTLAR/FOTOLAR

-Mətanət xanım, təcrübə göstərir ki, dövlət qurumları da, insan kimidir: özlərində olmayan dəyərlərdən çox danışırlar. QHT-lərə Dövlət Dəstəyi Agentliyini də bu sıraya qatmaq olar. Təkcə siz deyil, xeyli sayda QHT rəhbərləri bizimlə fikirlərini bölüşür və bu cameədə ciddi maxinasiyaların olduğunu bildirirlər. Sadəcə qrant asılılığı olduğu üçün açıq mövqe sərgiləyə bilmirlər.

Siz necə düşünürsünüz, QHT Agentliyinin şəffaflığa əməl etməməsinin səbəbi nədir, bunun arxasında nə gizlənir?

-Mən çalışacam ki, QHT Şurası dönəmi ilə müqayisə edərək bu məsələlərə toxunum. QHT Şurasının ləğvi və onun bazasında QHT Agentliyinin yaranması dövründən elə də çox zaman keçmir, təqribən 4 ildir. Əksinə yeni qurum yarandıqda, köhnənin buraxdığı səhvləri təkrar etməməlidir. İndi nəinki səhvləri təkrar etmək, tamamilə əksinə olaraq hər şey biabırçı vəziyyətə gətirilib.

Səmimi deyim ki, QHT Şurası dönəmində olan şəffaflığın heç 5 faizi indiki QHT Agentliyində yoxdur. Mən çalışıb nümunələr üzərindən danışacam ki, sizlərə də aydın olsun. Məsələn: QHT Şurası o zaman yüzlərlə QHT sədrini bir neçə dəfə yığıb qrant müsabiqəsinin mövzusu ilə bağlı fikirləri öyrənir, QHT-lərin aşkar etdiyi problemləri dinləyirdi. Elan verilərkən QHT-lərin üzə çıxardıqları problemləri nəzərə alır və ona uyğun müsabiqə elan edirdilər. Çünki, bu QHT-lərə dövlətin dəstəyini ifadə edirdi. İndi isə tamamilə əksinə, elan verilir və məlum olur ki, bu QHT-lərin əksəriyyətinin məşğul olmadığı mövzulardır. Məsələn: ötən il COP29-la əlaqədar mövzu qoyulmuşdu. Orada çox vəsait var idi deyə, bu problemlər məşğul olan və olmayan nə qədər təşkilat oraya müraciət etdi. Eləcə də builki elanda, Bakıda keçiriləcək Şəhərsalma Forumu ilə bağlı mövzu qoyulub. İndi sual verin özünüzə, Azərbaycanda nə qədər bu məsələlərlə işləyən təşkilat var. Qrant nəticələrinə də bir neçə aydan sonra diqqət edin, görün kimlər qalib gələcək. Bu mövzuda çox danışa bilərəm, qrant nəticələrini ciddi təhlil etsəniz, qalib gələn təşkilatın profili və aldığı qrantın mövzusuna baxsanız dəhşətə gələrsiniz.

2025-ci ilin qrant nəticələrinə baxın, orada istehlakçı hüquqları ilə bağlı bir QHT rayonlardan birində şəhidimizin təbliği ilə bağlı layihə qalibi olub. Şəhidlər bizim baş tacımızdır, amma bu işlə məşğul olan və nizamnaməsində bu fəaliyyət növü olan yüzlərlə QHT var. İstehlakçı hüququ hara, şəhidimizin təbliği hara. Adam hər şeyi danışa bilmir, dərhal media vasitəsilə üzərinə hücum çəkib, şər-böhtan yağdırmağa başlayırlar.

QHT Şurası o zaman qrant nəticələrini elan edəndə qalib olan və olmayan bütün QHT-lərin adlarını, hətta QHT sədrlərinin adlarını açıqlayırdılar. İndi nə bəladırsa, nəinki qalib olmayan, heç qalib QHT sədrinin adını açıqlamırlar. Sonra şəffaflıq deyirlər. Təbii ki, səbəbini bilirəm. Orada elə QHT-lər qalib olur ki, onun sədri deputatın həyat yoldaşı, məmurun bacısı və başqa şəxslər olur. Elə QHT-lər var ki, bir ailədən 3 üzv qrant alıb. Bunu nəcə açıqlasınlar? Sonra bunlar mediada işıqlanacaq axı.

Yeri gəlmişkən bir məsələni də qeyd edim ki, QHT Agentliyi həm yuxarıları, həm də ictimaiyyəti yalançı statistikalarla aldatmağa çalışır. Mən sadə bir misal göstərəcəm.

Agentliyin mətbuat katibi 2024-cü ilin qrant müsabiqələri zamanı açıqlama verir ki, Agentliyin elan etdiyi son qrant müsabiqələrində iştirak üçün rekord sayda – 800-ə yaxın QHT-dən müraciət daxil olub. Yalandan əlavə edir ki, bu son 15 ildə milli donora bir elan çərçivəsində bu sayda müraciət ilk dəfədir.

2025-ci ildə də utanmadan açıqlayırlar ki, 2025-ci ildə rekord sayda – 915 təşkilat müraciət edib.

Bu məsələni həmkarlarımız da qaldırmışdı ki, Agentlik yalan deyir və ictimaiyyəti aldadır. İndi mən də həmin faktları da sizlərə məhz QHT Şurasının özünün 10 illik hesabat jurnalından təqdim edirəm. Təkcə 2010-cu ildə QHT Şuranın 1 müsabiqəsinə müraciət edən QHT-lərin sayı 845, 2016-cı ildə isə rekord sayda – 1188 QHT olub.

-Təcrübəli jurnalist kimi bunu necə dəyərləndirirsiniz? Belə yalançı statistikalarla kimi aldadırlar, nəyə nail olmaq istəyirlər?

-İki məqamı da qeyd edim ki, yalanlar barədə bir az geniş təsəvvürünüz yaransın. Dediklərimlə, QHT sədri həmkarlarım da razılaşacaq. Bu barədə çox fikir mübadiləmiz olub.

Agentlik qrant elanı edəndə bildirir ki, böyük qrant 50 min, orta 30 min, kiçik qrant isə 15 min manatdır. Zəhmət olmasa özünüz də baxarsınız, görün müraciət edənlərin neçəsinə istədiyi məbləği veriblər. Təkcə, 2025-ci ilin böyük qrantlarını mən analiz etmişəm və baxıram ki, 2 təşkilata 40 min, 1 təşkilata 36 min, 3 təşkilata isə 35 min manat veriblər. Hanı bəs 50 min?

Orta və kiçik qrantlarda da vəziyyət eynidir. Burada keyfiyyət deyil, kəmiyyətə üstünlük verilir. Necə ki, əvvəldə qeyd etdiyim kimi, mətbuat katibi bildirir ki, rekord sayda müraciət edilib. Bəs sual verirəm, rekord sayda maliyyələşdirə bilirsinizmi? Bəs rekord sayda QHT-lərin aqibəti necə olur? Onlar 1 il oturub sizləri gözləyir? Təbii ki, xeyir. Çünki ortada ad və siyahı yoxdur. Demək ki, statistika ilə insanları aldadırlar. Bunu nə zaman istəsələr sübut edə bilərəm.

Bu mövzularda imkan olduqca danışacağam.

-Şəffaflıqdan danışırıqsa, 2025-ci ilin qrant müsabiqəsinin qaliblərinin siyahısını götürdük və bir təhlil apardıq. Aparıcı medialarda bu layihələrin cəmi 5-10-u barədə informasiyaya rast gəlmək olur. Onlar da bəllidir, yəqin xarici ölkədə keçirildiyi üçün özləri çalışır ki, bütün medialara ötürsünlər. Bəs qalanlarının taleyi?

Nəticələrin təhlili ilə bağlı da ilin sonunda bir müzakirə apara bilərik. Siz korrupsiya sxemini tam aydın görə biləcəksiniz.

Mövzudan yayınmadan daha bir şəffaflıq müqayisəsi aparacam. QHT Agentliyi son 1-2 ildir qrant nəticələrindən sonra elan edir ki, narazı qalanlar apellyasiya komissiyasına şikayət edə bilər. Hanı o komissiya, kimdir sədri, haradadır mediada onların iclas fotoları. Bəs nəticələri mediada varmı? Təbii ki, xeyir, formal bir prosedurdu. Narazi adamların başını aldatmaq üçün.

Amma indi də mediada axtarsanız, QHT Şurasının apellyasiya komissiyasının bütün iclaslarının mediada xəbərləri ilə rastlaşa bilərsiniz. Hətta layihəsi dəstəklənənlərdə olurdu. Bax, bu cür şəffaflıq nümunələri qeyd etmək mənim borcumdur.

Əgər yaxşı iş varsa, onu qeyd etmək lazımdır. Ümumiyyətlə, QHT Şurasının fəaliyyətindəki aşkarlıq nəinki ölkəmizdə, hətta başqa ölkələrdəki xarici donorlar üçün də nümunə ola bilərdi. Amma ...

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva

Daha bir nümunə də göstərəcəm. Bu müsabiqədənkənar qrantlarla bağlıdır. QHT Şurası zamanı müsabiqədəkənar layihələrin adları rahatlıqla elan olunurdu. Hamı bilirdi ki, bu layihə nəyə görə növbədənkənar verilib. İndi biz dildən-dilə eşidirik ki, filankəsi tapşırıblar, ona 20 min manat verdilər, filankəs övladına toy edəcək ona 30 min manat verdilər. Baxın budur bunların iş prinsipi.

Bir məsələni də qeyd edim. QHT Agentliyinin qrant müsabiqələri ilə bağlı Nazirlər Kabinetinin təsdiq etdiyi qayda var. Orada böyük və orta qrantlarla bağlı tələblər var. Açıq aydın qeyd olunur ki, böyük qrant müsabiqəsinə layihə təqdim edən QHT-nin son 5 il müddətində fəaliyyəti, həyata keçirdiyi layihələr, habelə proqramlar barədə azı 20 informasiyanın media subyektlərində yayılması, orta qrant müsabiqəsinə layihə təqdim edən QHT-lər isə son 3 ildə eyni məlumatların təqdim etməlidir. Buradan hansısa QHT-nin adını çəkməyim düzgün çıxmaz. Amma, 2024-cü və 2025-ci il qrant müsabiqələrində elə təşkilatlara böyük və orta qrant verilib ki, burada nəinki şəffaflıq pozulub, həm də qanun pozuntusu var.

-Mətanət xanım, sonda bir sual da vermək istəyirəm. Bu günlərdə qarşıma çıxdı ki, QHT Agentliyi ilk dəfə olaraq dövlət-özəl və QHT arasında üçtərəfli əməkdaşlıq mexanizmlərinin inkişafını təşviq etmək üçün BP şirkəti ilə ekoloji mövzuda qrant müsabiqəsi elan edib. Doğurdanmı bu ilk dəfədir? Bir az şübhəli görünür…

-Tamamilə şübhələnməkdə haqlısınız. Belə “ilklər” barədə hələ sizinlə çox məsələləri bölüşəcəm. Amma sualınızla bağlı konkret deyim ki, ilk olması yalandır. Xatırlayıram ilk dəfə belə bir müsabiqəni QHT Şurası etmişdi. “Qaradağ Sement” QSC ilə birgə çox maraqlı bir müsabiqə elan edildi və korporativ sosial məsuliyyət sahəsində həqiqətən çox səmərəli layihələr icra olundu. İndi bunların əlində güclü media resursları var və yalanları rahatlıqla sırıya bilirlər. İnanan inanır, inanmayan da özünü inanmış kimi göstərib qrantını alır. İndi belə bir dövrdü, mövqesizlik göstər və pulunu qazan.

-Belə görünür ki, bu təşkilat de-fakto batır…

-Mən Yenixeber.org-a minnətdarlığımı bildirirəm ki, nəhayət QHT Agentliyinin batan bataqlıqdan çıxmasında maraqlısız. Gələn müsahibəmiz sizə maraqlı olsa QHT Agentliyində QHT-lərin hesabatlılıq mövzusuna və qurumun necə “baş sayan” agentlik olmasına toxunacayıq. Məncə bu bütün QHT-lərin ürəyincə olacaq.

(Ardı var)

Yenixeber.org


Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Olay

21-08-2023, 13:16

QHT Şurası getdi, Agentlik gəldi, nə dəyişdi?

Cəmiyyət

14-08-2025, 10:44

QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -ŞOK FAKTLAR

Cəmiyyət

8-10-2025, 10:38

QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –Həbslər gözlənilir...

Cəmiyyət

29-09-2025, 14:56

QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –ŞOK FAKTLAR

Cəmiyyət

3-10-2025, 11:25

QHT sektoru iki yerə bölündü, rəhbərliyin sevimliləri və “düşmən”lər… Layihə icra olunmadan 35230 manat məbləğində vəsait silinmişdi

Gündəm

13-09-2023, 17:04

QHT rəhbərləri niyə Prokurorluğa çağırılır? - AYGÜN ƏLİYEVADAN ŞİKAYƏTLƏR ÇOXALIB

Cəmiyyət

24-08-2022, 17:58

Qazi yeni doğulan övladına şəhid yoldaşının adını verdi

Gündəm

21-08-2023, 12:10

Aygün Əliyeva QHT-lərə dəstək agentliyinin pulları ilə rəfiqələrini "yaşadır" - ŞOK FAKTLAR

Təhsil

22-05-2024, 12:14

Şəhid ailəsi üzvü olan 10 tələbə Şimali Kiprə göndəriləcək

Cəmiyyət / Sosial

14-09-2023, 16:42

Ali məktəbə daxil olan və I sınfə gedən şəhid övladları mükafatlandırılıb - FOTOLAR

Gündəm / Cəmiyyət

7-03-2024, 11:32

Əliməmməd Nuriyev QHT-lərə müraciət etdi: dələduzlara inanmayın!

Siyasət

3-08-2022, 11:39

Hərbiyönümlü QHT-lər Prezident İlham Əliyevə müraciət edib

Araşdırma
Xaçmazda vakansiya niyə gizlədildi? – 9 nömrəli məktəbdə biologiya dərsi kimə və necə verildi?
Zərgərlik mağazalarından oğurluq edən qadın saxlanıldı - VİDEO
İKZF Xəlil Göyüşovdan 152 milyon manatlıq yaşayış sahəsi alır
“Vüsal 300“ yenə köhnə ampulasında – Yüksək faiz, qanunsuz lizinq
Fuad Qəhrəmanlı axtarışa verildi
Şəhid anası imtahandan kəsildi, imtiyazsız namizəd imtahansız işə götürüldü – Quba-Xaçmaz RTİ-də qəribə kadr seçimi
Hadisə
Bu gün, 11:28
Dövlətə xəyanət etməkdə təqsirləndirilən 4 nəfərə hökm oxunub
Bu gün, 09:30
Bakı-Quba yolunda yük maşınının vurduğu piyada ölüb
Dünən, 09:21
Sabirabadda qadın 14 kiloqram narkotiklə saxlanılıb
4-03-2026, 15:48
Hoteldə anasını öldürən yeniyetməyə hökm oxundu
27-02-2026, 14:47
Bakıda elektrovozla yük avtomobili toqquşub, ölən var
25-02-2026, 18:35
Özünü televiziya əməkdaşı kimi qələmə verib pul tələb edən şəxs saxlanılıb
Xəbər lenti
  • Bu gün, 18:00
    “Biz regionda davamlı sülhə sadiqik” - Pezeşkian
  • Bu gün, 17:39
    Şabranda 21-ci əsrə yaraşmayan küçə – sakinlər asfalt tələb edir —VİDEO
  • Bu gün, 17:30
    Baş nazir bu tarixdə hesabat verəcək
  • Bu gün, 17:00
    AFFA “Sabah”ın məşqçisini niyə cəzalandırmadı?
  • Bu gün, 16:24
    Vəfa Hüseynzadə ilə 150 min manatlıq sövdələşmə: Gülnarə Rəhimova ilə bağlı ilginc faktlar…
  • Bu gün, 15:55
    Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
  • Bu gün, 15:50
    Maştağada qəbirtanlılğı su basıb: Bələdiyyə sədri Anar Adıgözəlov isə sualı eşidib dəstəyi asıb-Video
  • Bu gün, 15:30
    “Azəraqrar”ın əsl rəhbəri kimdir? – Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
  • Bu gün, 15:04
    İran hakimiyyətində hərc-mərclik – müəyyən edilməyən ali rəhbərlik - ŞƏRH
  • Bu gün, 14:52
    Balaxanıda bu qanunsuz tikintiyə hansı məmur icazə verib? Videofakt
  • Bu gün, 14:24
    Ceyhun Bayramov: İran tərəfi məsələni araşdırmağa ciddi şəkildə söz verdi, biz də nəticələri gözləyirik - ƏLAVƏ OLUNUB
  • Bu gün, 14:11
    Qış qurtarır, Turizm Agentliyi indi qış yarışları keçirməyə hazırlaşır - AY MAŞALLAH...
  • Bu gün, 13:51
    İlham Əliyev: İranın Azərbaycana qarşı terrorunu Pakistanın qınaması iki ölkə dostluğunu bir daha əks etdirir
  • Bu gün, 13:26
    ETN NİYƏ ÇÖRƏYİ ÇƏKMƏÇİYƏ VERİR? - Və ya MMC-lərə ETN-nin “məhəbbəti” hansı maraqlara söykənir? -TƏFSİLAT
  • Bu gün, 12:57
    Sabah yağış yağacaq, külək güclənəcək
  • Bu gün, 12:51
    Yevlax şəhər 7 nömrəli məktəbdə "yoxlama" adlı ŞOU:xanım direktora “DUR” deyən olacaqmı?!
  • Bu gün, 12:19
    İlham Əliyev Qana Prezidentini milli bayramları münasibətilə təbrik edib
  • Bu gün, 11:56
    “Turan Hospitalda şübhəli diaqnoz? –Qarabağ qazisinə “qanı yumaq” təklifi niyə verilib?”
  • Bu gün, 11:37
    Xaçmaz–Xudat magistralında və Çiləgir kəndində çay kənarında zibillik yaradılıb —VİDEO
  • Bu gün, 11:30
    Türkiyəli deputat: Naxçıvanda mülki infrastrukturun hədəfə alınması beynəlxalq hüquqa açıq hücumdur
  • Bu gün, 11:28
    Dövlətə xəyanət etməkdə təqsirləndirilən 4 nəfərə hökm oxunub
  • Bu gün, 11:00
    Rəsmi Əbu-Dabi: İranın Azərbaycan ərazisini hədəfə alması dövlət suverenliyinin pozulmasıdır
  • Bu gün, 10:35
    MEDİA jurnalist Nicat Rüstəmovun vəfatı ilə bağlı başsağlığı verib
  • Bu gün, 10:23
    Quba Şahmat məktəbində “ölü bölmələr”, maaşlar və qohum şəbəkəsi - İTTİHAM VAR...
  • Bu gün, 10:08
    Azərbaycan nefti 6 dollara yaxın bahalaşıb
  • Bu gün, 09:30
    Bakı-Quba yolunda yük maşınının vurduğu piyada ölüb
  • Bu gün, 09:00
    İtaliyanın İrandakı səfirliyi Bakıdan fəaliyyət göstərəcək
  • Bu gün, 08:30
    Tramp İranın raket potensialının əhəmiyyətli hissəsinin məhv edildiyini bildirib
  • Dünən, 20:15
    Molla rejimini vəlvələyə salan çıxış - Sərhəddən çəkilirlər
  • Dünən, 19:13
    Ceyhun Bayramov İranın xarici işlər naziri Seyid Abbas Əraqçi ilə danışıb
  • Dünən, 19:04
    7 saylı Xüsusi Təyinatlı Yol İdarəsi ilə bağlı iddialar – işçilərdən şikayət
  • Dünən, 18:27
    Xırdalanda "Kristal Abşeron"nun binasında "bədxassəli şiş" - “Manqal Dönər” qanun-qayda tanımır? - VİDEO
  • Dünən, 17:55
    İranın Azərbaycana dron hücumu – Tehran bütün körpüləri yandırır - ŞƏRH
  • Dünən, 17:22
    İlham Əliyev: Azərbaycan dövləti İranda yaşayan bir çox azərbaycanlılar üçün ümid yeridir
  • Dünən, 16:59
    İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə