Sizin reklam burada 728×90
Son dəqiqə

Ramiz Mehdiyev həbs olundu – Sabiq PA rəhbəri barəsində cinayət işi başlandı

15.10.2025 08:00 343 1 dəq oxunur
Ramiz Mehdiyev həbs olundu – Sabiq PA rəhbəri barəsində cinayət işi başlandı
Bakunews.az Teleqraf-a istinadla xəbər verir ki, Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti, akademik Ramiz Mehdiyev barəsində cinayət işi başlanılıb.

Bu gün Səbail Rayon Məhkəməsi onun barəsində 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçib.

Məlumata görə, Mehdiyev Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin aşağıdakı maddələri ilə ittiham olunur:

• 278-ci maddə – hakimiyyəti zorla ələ keçirmə və ya zorla saxlama;
• 274-cü maddə – dövlətə xəyanət;
• 193-cü maddə – cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma (yuyulma).

Qeyd edək ki, Ramiz Mehdiyev 1995–2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri, 2019–2022-ci illərdə isə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsini icra edib.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az