Qəzza müharibəsində həyatını itirən fələstinlilərin meyitləri İsrail tərəfindən təhvil verilib.
Bu barədə Qəzzada səhiyyə rəsmiləri “Reuters“ə məlumat veriblər.
Onların sözlərinə görə, meyitlərin ilk partiyası Qəzzaya gətirilib.
Meyitlərin sayı barədə məlumat verilməyib.
Buna baxmayaraq hələ də İsrailin əlində yüzlərlə fələstinlinin meyiti qalmaqda davam edir.