• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Müəllimlər yayda “putyovka” ala bilmir, direktorlar isə Avropa səfərinə göndərilir – Araz Paşayev kimin maraqlarını müdafiə edir?

Cəmiyyət

8-08-2025, 08:53

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Latviya və Litvada məktəb direktorları üçün təcrübə proqramı keçirib. Bu proqramın maliyyəsi isə təəccüblü şəkildə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən ödənilib.

Səfərə 34 nəfər direktor cəlb edilib, onlardan 20 nəfərinin bütün xərcləri Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının büdcəsindən qarşılanıb. Bu haqda ittifaqın mətbuat xidməti rəsmi məlumat yayıb.

Sual yaranır: illərlə Həmkarlar İttifaqına üzvlük haqqı ödəyən müəllimlər yay istirahətinə göndəriş tapa bilmədiyi halda, bu pullar necə olur ki, direktorların Avropaya səfərinə “hədiyyə” olunur?

Latviya və Litva – Təhsildə niyə bu ölkələr?

Latviya və Litvanın təhsil sistemləri nə beynəlxalq reytinqlərdə liderdir, nə də onların nümunələri qlobal miqyasda model kimi təqdim olunur. 2024-cü ilin PİSA nəticələrinə görə, bu ölkələr təhsil reytinqinə görə, ilk 20-likdə yer almır.

Belə olduğu halda, Azərbaycan təhsilinin hansı konkret ehtiyacları bu ölkələrin təcrübəsini öyrənməyi zəruri edir? Müəllimlərin vəsaiti hesabına direktorlar iki ölkədə konkret hansı təhsil müəssisələri və ya qurumlarda təcrübə keçiblər? Bunların heç biri açıqlanmayıb.

Nə seçimin əsasları, nə də gözlənilən nəticələr ictimaiyyətə təqdim olunub. Əgər məqsəd qabaqcıl Avropa modellərini öyrənmək idisə, Finlandiya, Estoniya, Niderland və Almaniya kimi ölkələr nə üçün nəzərə alınmayıb?

Kimlər seçildi və nə üçün?

Səfərə gedən direktorların adları, təmsil etdikləri məktəblər və onların hansı meyarlara görə seçildiyi ictimaiyyətə açıqlanmır. Proses tamamilə qapalı və qeyri-şəffaf həyata keçirilib. Hər hansı müsabiqə keçirilməyib. Seçimdə akademik göstəricilər, menecment bacarıqları və ya digər obyektiv amillər nəzərə alınıbmı? – Bilinmir.

Belə anlaşılır ki, Bakı şəhəri üzrə Təhsil İdarəsi özünə yaxın direktorları yay istirahətinə göndərib və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev də bu sifarişi icra edib.

Belə şəraitdə təhsil sistemində şəffaflıq məsələləri xeyli suallara yol açır.

Təxmini xərclər – Müəllimlərin pulu hara gedir?

Turizm sahəsində ekspertlər bildirirlər ki, bu tip səfərin təxmini xərci aşağıdakı kimidir:

Təyyarə bileti (1 nəfər): 1200 AZN → 20 nəfər: 24.000 AZN

Otel (7 gecə, 2 nəfərlik otaq): 150 AZN x 7 = 1050 AZN → 20 nəfər üçün: 10.500 AZN

Qidalanma (gündə 80 AZN x 7 gün): 560 AZN → 20 nəfər üçün: 11.200 AZN

Ümumi təxmini xərclər: 45.700 AZN

Bu rəqəmin üzərinə heç də az olmayan viza xərclərini gəlmək lazımdır.

Bu qədər maliyyə ilə ölkə üzrə onlarla zəhmətkeş müəllim yay istirahətinə göndərilə bilərdi. Amma görünür ki, Həmkarlar İttifaqı müəllimlərin yox, məktəb direktorlarının rahatlığını prioritet sayır.

Bu qədər vəsaitin bir qrup direktora sərf olunması, eyni zamanda minlərlə müəllimin yay istirahətinə çıxmaması biabırçılıqdır. Turizm şirkətləri bu cür səfərləri daha səmərəli və ucuz şəkildə təşkil edə biləcəklərini qeyd edirlər. O zaman bu israfçılıq niyə?

Sadə sual: Bu səfər kimə lazımdır?

Əgər bu səfərdən təhsilə real töhfə gözlənilirdisə, onun nəticələri ictimaiyyətlə bölüşülməliydi: Hansı innovativ model öyrənildi? Nə tətbiq olunacaq? Nə dəyişəcək? – Amma ortada yalnız fotolar və sərf olunmuş pullar var.

Əgər məqsəd sadəcə lüks tətil idisə, onda Həmkarlar İttifaqı rəsmən etiraf etməlidir ki, müəllimlərin deyil, direktorların təşkilatıdır.

Müəllimlər bildirirlər ki, illərlə Həmkarlar İttifaqına üzvlük haqqı ödəmələrinə baxmayaraq, yayda bir istirahət “putyovkası” belə ala bilmirlər. Əvəzində bu vəsaitlə məktəb direktorları Avropa ölkələrinə “təcrübə toplamağa” göndərilir.

Qeyd edək ki, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Mətbuat xidməti mövzu ilə bağlı sorğumuzu cavabsız qoyub.

//Editor.az

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Cəmiyyət / Sosial

6-08-2025, 13:33

Müəllimlər yayda “putyovka” ala bilmir, direktorlar isə Avropa səfərinə göndərilir – Araz Paşayev kimin maraqlarını müdafiə edir?

Gündəm / Cəmiyyət

5-07-2025, 16:31

Həmkarlar İttifaqı maaşlardan tutulan pullarla nə iş görür?

Gündəm / Cəmiyyət

3-01-2025, 11:33

Tovuzda Sosial – İqtisadi Kollecin müəllimləri Həmkarlar İttifaqı “papka komitənin” üzvüdürlər

Cəmiyyət

27-12-2024, 14:46

Təkcə müəllimlərdən yığılan 32 milyon manat: Həmkarlar İttifaqı bu pulu hara xərcləyir?

Təhsil

16-09-2024, 18:21

Bu il məktəbə gedənlərin sayı açıqlandı

Təhsil

21-12-2024, 12:35

Direktorların işə qəbulu üzrə imtahan keçirilir

Cəmiyyət / Ölkə

6-08-2025, 13:52

Həmkarlar İttifaqından kütləvi narazılıq: Tələdən xilas yolu…

Cəmiyyət

31-07-2023, 11:29

Bağçalara direktor vəzifəsinə elektron sənəd qəbulu başlayır

Gündəm / Cəmiyyət

1-04-2024, 12:40

Elm və Təhsil Nazirliyindən müəllimlərə XƏBƏRDARLIQ

Təhsil

28-06-2022, 20:50

Təhsil Nazirliyi məktəb direktorlarının təyinatı qaydasını dəyişdi

Cəmiyyət

28-11-2023, 12:06

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin fəaliyyət planı hazırlanıb

Araşdırma
Naxçıvanda pensiya “təqvimi” manipulyasiyası – Ödənişlər vaxtında verilmir, rəsmi açıqlamalar ağ yalandır
Zalxa Osmanovanın rəhbərlik etdiyi Suraxanı Doğum Evində “təmirdən” gəlirə uzanan yol – Şikayətlər artır, TƏBİB isə susur
“Lazeroloq Nisa” Azərbaycan xalqını alçaldan ifadələr səsləndirdi - "TikTok" artıq söyüş poliqonuna çevrilib?
Sələm oyunu ilə əllərindən alınan evlərini geri ala bilmirlər, "70 yaşlı qadının acı harayı"
Adnan Əhmədzadə və “kabus neft quyuları”: Fırıldaqçılıqdan milyaderliyə gedən yol!
Məktəb yox, bazar: "211 nömrəli məktəbdə fond pulu, imtahan rüşvəti və bahalı maşınlar"
Hadisə
Bu gün, 08:57
Kürdəmirdə ailə münaqişəsi qanla bitib
Dünən, 08:50
Azərbaycanda 16 yaşlı qız ana oldu
11-10-2025, 12:27
"Keçən ilin may ayından evimdə qaz yoxdur..." - NARAZILIQ VAR...
11-10-2025, 12:02
Masallıda narkotikləri evakuatorla daşımağa çalışan şəxslər həbs olunub
11-10-2025, 10:18
Bakı metrosunda ölüm
10-10-2025, 20:43
Masallıda qazi intiharı: Ailədaxili şantaj faciəyə səbəb olub?
Xəbər lenti
  • Bu gün, 19:01
    Prezident Misirə səfəri ilə bağlı paylaşım etdi - Video
  • Bu gün, 18:48
    AYNA: Taksi fəaliyyəti üzrə kvotanın tətbiqi xidmət keyfiyyətini artıracaq
  • Bu gün, 18:40
    Zelenski onların vətəndaşlığını ləğv etdi
  • Bu gün, 18:28
    Hikmət Hacıyev Litva səfiri ilə müzakirələr apardı
  • Bu gün, 18:16
    Odessanın meri Ukrayna vətəndaşlığından çıxarıldı
  • Bu gün, 17:34
    İsrail fələstinlilərin meyitlərini təhvil verib
  • Bu gün, 17:20
    Zakir Qaralov “Akkordu“ dirçəldir? - 15 milyonluq borc sıfırlandı
  • Bu gün, 17:09
    Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı ilə bağlı saziş təsdiqlənib
  • Bu gün, 17:00
    Prezident İİB ilə Anlaşma Memorandumunu təsdiq edib
  • Bu gün, 16:44
    Bahar Muradova Gədəbəydə vətəndaşları qəbul edəcək
  • Bu gün, 16:33
    Dövlət Gömrük Komitəsində kürsü savaşı - Müavin və idarə rəisi Şahin Bağırovun yerinə göz dikib
  • Bu gün, 15:52
    Azərbaycan əhalisinin sayı açıqlanıb
  • Bu gün, 15:42
    Qazaxda parklar “işğal” altında – yaşıllıqlar obyektlərin qurbanına çevrilib / FOTOLAR
  • Bu gün, 15:16
    Rəşt-Astara dəmiryolu layihəsinin tikintisi gələn ildən başlanılacaq
  • Bu gün, 14:34
    Bakıda taksilərlə bağlı YENİ QADAĞA - Hökumət qərar verdi
  • Bu gün, 13:25
    Rövnəq Abdullayevin "görünməz əli" Anar Əlizadə haqqında...
  • Bu gün, 13:02
    Minsk Qrupu bu tarixdə tam BAĞLANIR
  • Bu gün, 12:54
    QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:QHT sədrindən növbəti ŞOK FAKTLAR/FOTOLAR
  • Bu gün, 12:27
    Sabahın havası
  • Bu gün, 11:47
    Azərbaycan və İran nəqliyyat sahəsində birgə fəaliyyətlə bağlı fikir mübadiləsi aparıb
  • Bu gün, 11:33
    Lənkəran rayonu Liman şəhər 2 nömrəli tam orta məktəbdə qanunsuzluq...
  • Bu gün, 10:41
    İlham Əliyev "Rebuild Karabakh-2025" sərgisinin iştirakçılarına müraciət ünvanlayıb
  • Bu gün, 10:30
    Səbaildə qanunsuz tikinti…— İcra “təcili tik” əmri verdi - FOTOLAR
  • Bu gün, 10:11
    Azərbaycan nefti cüzi ucuzlaşıb
  • Bu gün, 09:53
    Sədərək ticarət mərkəzinin rəhbəri Yusif Qədimbəylinin mühafizəçiləri rəsmi şəxsləri döyüb, qovdular-Video
  • Bu gün, 09:37
    Azərbaycanın şahmat millisi bu gün dördüncü dəfə Avropa çempionu ola bilər
  • Bu gün, 08:57
    Kürdəmirdə ailə münaqişəsi qanla bitib
  • Dünən, 22:59
    Nəsimi rayonunda “Kargo Şamil”in qanunsuz əməlləri? – Sakinlər narazıdır, icra hakimiyyəti susur VİDEOFAKT
  • Dünən, 19:14
    TBMM sədri: Pakistan, Azərbaycan və Türkiyə bir millət, üç dövlətdir
  • Dünən, 19:06
    “Bu məmurlar şəhəri bölüşdürüb satır” - Bakının memarlıq abidələri əldən gedir…
  • Dünən, 18:48
    Tramp Zelenskini Vaşinqtonda qəbul etməyi planlaşdırır
  • Dünən, 18:41
    “NES Group” MMC-nin Azərbaycana gətirib apteklərdə satdığı D vitaminində uyğunsuzluq aşkarlandı
  • Dünən, 18:15
    Oqtay Həmzəyev növbətçi olanda hansı işlərlə məşgul olur?
  • Dünən, 18:00
    "CIDC-2025" kibertəhlükəsizlik festivalı başa çatıb
  • Dünən, 17:35
    Nəsimi rayonunda “Kargo Şamil”ə həyətin binasını kim satıb? -Video
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə