Sizin reklam burada 728×90
Son dəqiqə

Gəncədə müəllimə ilə bağlı qalmaqallı iddialar: Sələmçilik və etikadan kənar səs yazısı müzakirə mövzusu olub

18.07.2026 13:09 449 1 dəq oxunur
Gəncədə müəllimə ilə bağlı qalmaqallı iddialar: Sələmçilik və etikadan kənar səs yazısı müzakirə mövzusu olub
Gəncə şəhərində yerləşən 33 saylı körpələr evi–uşaq bağçasında çalışan Aysel adlı müəllimə ilə bağlı redaksiyamıza bir sıra iddialar daxil olub. Müraciətlə birlikdə təqdim edilən səs yazısında müəllimənin digər bir xanıma qarşı etik normalara uyğun gəlməyən ifadələr işlətdiyi iddia olunur.

Müraciətdə bildirilir ki, söhbətin səbəbi Aysel müəllimənin digər xanıma faizlə (sələm yolu ilə) pul verməsi və ödənişin gecikməsi fonunda yaranmış mübahisədir. İddia müəlliflərinin sözlərinə görə, bu zaman qarşı tərəfə təhqiramiz və əxlaqa uyğun olmayan ifadələr səsləndirilib.
Redaksiyamıza təqdim edilən məlumatlarda Aysel müəllimənin sələmçilik fəaliyyəti ilə məşğul olması barədə Regional Təhsil İdarəsinə də məlumat verildiyi, lakin bu günədək məsələ ilə bağlı hər hansı tədbir görülmədiyi də iddia edilir.

Qeyd edirik ki, yuxarıda sadalanan bütün məlumatlar iddia xarakteri daşıyır və onların rəsmi qurumlar tərəfindən təsdiqləndiyi barədə redaksiyamızda hər hansı məlumat yoxdur.

Məsələyə aydınlıq gətirmək və qarşı tərəfin mövqeyini öyrənmək məqsədilə Aysel müəllimə ilə əlaqə saxlamağa cəhd göstərsək də, onun əlaqə vasitələrini əldə etmək mümkün olmayıb. Bu səbəbdən qarşı tərəfin münasibətini almaq hələlik mümkün olmayıb.

Redaksiya olaraq bildiririk ki, Aysel müəllimə ilə əlaqə yaradıldığı təqdirdə onun mövqeyi, eləcə də səs yazısında səsləndirilən ifadələr və irəli sürülən digər iddialarla bağlı açıqlaması heç bir ixtisar edilmədən dərc olunacaq.

Məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarının araşdırma aparacağı təqdirdə əldə olunacaq rəsmi nəticələri də diqqətdə saxlayacaq və ictimaiyyəti məlumatlandıracağıq.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az