• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Çoxvektorlu xarici siyasətin uğuru - ŞƏT-Azərbaycan strateji tərəfdaşlığı - ŞƏRH

Cəmiyyət

1-09-2025, 19:02

Azərbaycanın irəli sürdüyü sülh gündəliyinin ötən ay Vaşinqtonda ABŞ prezidenti Donald Trampın iştirakı ilə Ermənistanla əldə olunmuş razılaşmalarda əksini tapması rəsmi Bakının dünyada etibarlı tərəfdaş kimi qəbul olunmasının daha bir təzahürü idi.

Əldə olunmuş razılaşmalar Cənubi Qafqazda davamlı sülh və sabitliyə xidmət etməklə yanaşı, Cənubi Qafqaza olan qlobal marağın da artmasına səbəb olub ki, bu da bölgənin lideri olan Azərbaycanın əhəmiyyətini biraz da artırıb.

Bu isə çoxvektorlu xarici siyasət yürüdən, regional və qlobal əhəmiyyətli layihələrin aparıcı qüvvəsi olan rəsmi Bakı üçün dünya gücləri həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı dərinləşdirmək imkanı yaradıb.

Yeri gəlmişkən, bu gün dünyanın diqqəti Çinin Tiencin şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitinə yönəlib. Təşkilata üzv ölkələrin Dövlət Başçıları Şurasının iclasına ölkəmizin dəvət olunması da artan əməkdaşlıqdan və ölkəmizə verilən yüksək önəmdən xəbər verir. ŞƏT ilə əlaqələr coğrafi paylaşımına və əhalisinə görə dünyanın ən böyük təşkilatı ilə əməkdaşlıq deməkdir və Azərbaycan bu təşkilatla münasibətlərdə mühüm mərhələlərdən keçib.

Xüsusilə 2015-ci ildə Ufada keçirilən sammitdə ölkəmizə dialoq tərəfdaşı statusunun verilməsi Azərbaycanın Avrasiya geosiyasətində strateji mövqeyinin beynəlxalq təşkilatlar tərəfindən də təsdiq edildiyini göstərib. Azərbaycanın təşkilatla rəsmi əməkdaşlığına start verən bu qərar ölkənin regional güc mərkəzləri ilə yaxınlaşmasının əsasını qoyub. 2016-cı ildə isə Azərbaycan və ŞƏT arasında imzalanan və əməkdaşlığın hüquqi bazasını möhkəmləndirən memorandum siyasi dialoq, iqtisadi əməkdaşlıq, mədəni-humanitar mübadilə sahələrini əhatə edirdi. Son on ildə isə Azərbaycan təşkilatın müxtəlif sammitlərində, forumlarında, ekspert görüşlərində iştirak etməklə yanaşı, regional enerji və nəqliyyat layihələrini də ŞƏT gündəliyinə çıxarmağa nail olub.

Çoxvektorlu xarici siyasətin uğuru - ŞƏT-Azərbaycan strateji tərəfdaşlığı - ŞƏRH

Azərbaycan regionda Çinin etibarlı tərəfdaşıdır

Sammitdə çıxış edən Prezident İlham Əliyev ali tribunadan bir sıra tarixi mesajları ilə yadda qalıb. Prezident sammitə ev sahibliyi edən Çinlə Azərbaycan arasında səmimi dostluq münasibətləri və hərtərəfli strateji tərəfdaşlıq bağları mövcud olduğunu deyib: "Bu əlaqələrin dərinləşdirilməsi Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biridir. Son iki ildə əlaqələr keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Ötən il Astanada keçirilmiş ŞƏT Sammiti çərçivəsində biz strateji tərəfdaşlıq qurduq. Bu il mənim Çinə dövlət səfərim zamanı hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin təsis edilməsi barədə Birgə Bəyanat imzalandı. Bu tarixi hadisə Azərbaycan-Çin münasibətlərində yeni bir səhifə açdı".

Prezident xüsusi vurğulayıb ki, Azərbaycan regionda Çinin etibarlı tərəfdaşıdır, hər iki ölkə beynəlxalq və regional sülhün və təhlükəsizliyin qorunmasına töhfə verir, genişmiqyaslı iqtisadi, nəqliyyat və enerji layihələri həyata keçirir.

Dövlətimizin başçısının sammitdə verdiyi ən mühüm mesajlardan biri Zəngəzur dəhlizi ilə bağlı olub. "Əminəm ki, yaxın gələcəkdə Zəngəzur dəhlizi həm Orta Dəhlizin, həm də Şimal-Cənub dəhlizinin növbəti mühüm seqmentinə çevriləcək, sülhü, çoxtərəfli tərəfdaşlığı möhkəmləndirəcək və Azərbaycan sərhədinin şərqində, qərbində, şimalında və cənubunda yerləşən yaxın və uzaq qonşularımıza fayda gətirəcək". Qeyd edək ki, ŞƏT ölkələrinin əksəriyyəti bu dəhlizin reallaşmasında maraqlıdır.

Xatırladaq ki, "ŞƏT plyus" formatında keçirilən görüşə 20-dən ölkənin liderləri və 10 beynəlxalq təşkilat rəhbəri qatılıb. Azərbaycan Prezidenti İlham Əliyev bundan əvvəl 2022-ci ildə Səmərqənddə və 2024-cü ildə Astanada ŞƏT-in Zirvə toplantılarının iştirakçısı olub. ŞƏT-in məqsədi regionda sabitliyin və təhlükəsizliyin təmin edilməsi, iqtisadi əməkdaşlığın, enerji tərəfdaşlığının, elmi və mədəni fəaliyyətin inkişafıdır. Təşkilata üzv dövlətlərin başçılarının görüşləri 2002-ci ildən hər il keçirilir.

Sammitin Azərbaycan üçün önəmi

Regionun ən güclü dövlətlərinin qatıldığı sammitin yekununda imzalanan sənədlər ölkəmiz üçün də mühüm əhəmiyyət kəsb edir. İclasda təşkilatın növbəti onilliklər üçün gələcəyini müəyyən edən 20 strateji sənəddən ibarət paket imzalanıb. Bunların arasında əsas sənəd Tiencin Bəyannaməsi olub ki, bu da beynəlxalq münasibətlər üçün yeni istiqamətlər müəyyən edir. Bu sənədin əsas müddəaları daxili işlərə qarışmama prinsipinə sadiqliyin təsdiqi, güc tətbiqindən imtina və təhlükəsizlik çağırışları və təhdidlərinə qarşı birgə mübarizənin vacibliyinin vurğulanmasıdır. Xüsusi diqqət çəkən məqam bu sənədi imzalayanlar arasında uzunmüddətli, dərin və həll olunmamış münaqişəyə malik olan Hindistan və Pakistanın olmasıdır.

Bəyannamənin qəbul edilməsi Çinin qlobal siyasətdə rolunun güclənməsini əks etdirir. Pekin ŞƏT ölkələri üçün sadəcə aparıcı iqtisadi tərəfdaş deyil, həm də dünya sistemində yeni davranış normalarını formalaşdıran siyasi cəlbetmə mərkəzinə çevrilir. Xüsusilə, ŞƏT İnkişaf Bankının və təşkilat üzvü olan dövlətlərin təhlükəsizlik çağırışları və təhdidlərinə qarşı mübarizə üzrə Universal Mərkəzin yaradılması - bunlar təkcə institusional addımlar deyil, həm də Çinin "bəşəriyyətin ümumi gələcəyi" strategiyasının elementləridir.

Bundan əlavə, Tiencin Bəyannaməsi ŞƏT-in beynəlxalq koordinat sistemində nüfuzunu artırır. Əgər əvvəllər bu təşkilat ilk növbədə müzakirələr üçün regional platforma kimi qəbul edilirdisə, indi o, tam hüquqlu qərar qəbuletmə mərkəzinə çevrilir. İnkişaf institutları, təhlükəsizlik sahəsində koordinasiya, ümumi siyasi prinsiplər - bütün bunlar ŞƏT-i bir neçə il əvvəlkindən daha əhəmiyyətli struktura çevirir.

Burada qeyd etmək vacibdir ki, Azərbaycan hələ Şanxay təşkilatının tam hüquqlu üzvü olmasa da, bu bəyannamənin bir çox müddəaları Bakının həyata keçirdiyi siyasətlə birbaşa əlaqəlidir. Məsələn, daxili işlərə qarışmama prinsipi, hansı ki, həmçinin Azərbaycanın xarici siyasətinin əsas mövqelərindən biridir, xüsusilə qonşularla münasibətlər, regional və qlobal məsələlər üzrə beynəlxalq müzakirələr kontekstində.

Növbəti vacib məqam - nəqliyyat və iqtisadi əlaqələrin inkişafıdır. Burada hər şey son dərəcə sadə və aydındır. Tiencin Bəyannaməsi Bakının artıq uzun müddətdir Şərqlə Qərb arasında əlaqələndirici həlqə kimi fəaliyyət göstərdiyi çərçivələri möhkəmləndirir. Eyni zamanda vurğulamaq lazımdır ki, Azərbaycan Çinin planlarında və müvafiq olaraq ŞƏT-in strateji sahəsində xüsusi yer tutur, çünki o, ÇXR-i Mərkəzi Asiya, Qafqaz və Türkiyə vasitəsilə Avropa ilə birləşdirən Orta Dəhlizin mərkəzi həlqəsidir.

Nəhayət, regional münaqişələr fonunda Azərbaycan sabit hakimiyyət institutları və proqnozlaşdırıla bilən xarici siyasəti olan ölkə olaraq qalır.

Beləliklə, Tiencin Bəyannaməsi təkcə ŞƏT ölkələrinin qlobal çağırışlar qarşısında konsolidasiyasını əks etdirən sənəd deyil. ŞƏT mühüm beynəlxalq instituta çevrilir və bu, Azərbaycan üçün investisiyaların cəlb edilməsindən tutmuş nəqliyyat və enerji rolunun gücləndirilməsinə qədər yeni üfüqlər açır. Ölkəmiz də şübhəsiz ki, yeni imkanlardan maksimum istifadə edəcək.

Göründüyü kimi, ŞƏT son 25 ildə regional təşəbbüsdən Avrasiya diplomatiyasının konturlarını müəyyən edən əsas beynəlxalq platformalardan birinə çevrilib. Asiyanın və Avrasiyanın ən böyük dövlətlərini birləşdirən təşkilat təhlükəsizliyin təmin olunması, iqtisadi əlaqələrin inkişafı və Qlobal Cənub dövlətlərinin maraqlarının müdafiəsi alətinə çevrilib. Qlobal qeyri-sabitlik və çoxqütblü dünyaya keçid fonunda ŞƏT-in rolu daha da nəzərə çarpır.

Beləliklə, 20-dən çox dünya lideri və 10 beynəlxalq təşkilatın nümayəndə heyətlərinin iştirak etdiyi sammit regionda sabitliyin təmin olunmasında mühüm rol oynaya bilər. Bu bir faktdır ki, ŞƏT tədricən mühüm sabitləşdirici faktora çevrilib və daha çox formal institutlara deyil, funksional əməkdaşlığa əsaslanır. Regional Antiterror Strukturu terrorizm, ekstremizm və narkotik qaçaqmalçılığı ilə mübarizədə real nəticələr göstərir. Bu uğurlar ənənəvi ittifaqların böhran yaşadığı bir dövrdə ŞƏT-in təhlükəsizlik sahəsində tərəfdaş kimi nüfuzunu artırır. Eləcə də, simvolik olaraq bu il ŞƏT çərçivəsində Dayanıqlı İnkişaf İli elan olunub. Bu, "yaşıl artım"a keçidi, rəqəmsal infrastrukturun inkişafını və inklüziv iqtisadi bərpanı nəzərdə tutur.

Önəmli olan odur ki, Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsi ŞƏT ölkələrinin də marağındadır. Artıq Ermənistanla sülhü bərqərar edən Azərbaycan bu müstəvidə yeni əməkdaşlıq imkanları əldə edə və genişləndirə bilər. Azərbaycan–ŞƏT münasibətləri artıq formallıq mərhələsini keçərək praktik əməkdaşlıq fazasına qədəm qoyub. Enerji, nəqliyyat, təhlükəsizlik və mədəniyyət sahələrində qarşılıqlı maraqlar bu əməkdaşlığı daha da gücləndirir. Azərbaycanın Avrasiya məkanında strateji mövqeyi və artan beynəlxalq nüfuzu nəzərə alındıqda, ŞƏT-lə əlaqələrin inkişafı ölkəmizin çoxvektorlu xarici siyasət kursunun mühüm istiqamətlərindən biri olaraq qalacaq.(Report)

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

12-02-2024, 19:51

Azərbaycan Cənubi Qafqazda strateji və etibarlı tərəfdaşdır

Siyasət

12-02-2025, 18:38

Prezidentin nüfuzlu telekanala müsahibəsi: Azərbaycan dünyanın siyasi və iqtisadi xəritəsində öz yerini tutub - ŞƏRH

Cəmiyyət

11-03-2025, 12:51

Gürcüstan Prezidenti: Cənubi Qafqazda sülh və sabitliyi dəstəkləyirik

Gündəm / Siyasət

14-07-2022, 14:27

Prezident: "Cənubi Qafqazdakı yeni geosiyasi reallıq davamlı sülh və regional iqtisadi əməkdaşlıq üçün əlverişli zəmin yaradıb"

Siyasət

15-03-2023, 21:16

X Qlobal Bakı Forumu Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından çox böyük əhəmiyyətə malikdir

Siyasət

7-03-2023, 22:20

Azərbaycanın növbəti diplomatik uğuru

Siyasət

2-09-2022, 19:24

"Prezidentin Forumda iştirakı nüfuzlu lider kimi qəbul olunduğunu bir daha təsdiq edir"

Cəmiyyət

31-10-2023, 12:54

Azərbaycan özünün müstəqil enerji siyasətini həyata keçirir

Siyasət

8-04-2023, 01:37

Sevinc Fətəliyeva: Yeni reallıqlar Azərbaycanın daha böyük uğurlar əldə etməsinə hədəflənib

Cəmiyyət / Sosial

28-07-2023, 10:35

Təhlil edilməli və nəticə çıxarılmalıdır!

Siyasət

29-05-2025, 16:33

Trampın Azərbaycana verdiyi önəm – ABŞ Bakı ilə daha dərin tərəfdaşlığa ümid edir - ŞƏRH

Dünya

14-08-2025, 12:31

Antonio Koşta Azərbaycanla Ermənistan arasında sülh sazişin paraflanması münasibətilə İlham Əliyevi təbrik edib

Araşdırma
Gəncədə 44 günlük müharibənin yaralarının bağlanmasına şərait yaratmayan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi - SAKİNLƏRDƏN SENSASİON İDDİALAR
Ağsu bazarında maşınlardan pul tələb edilir? – “Hara istəyirsiniz şikayət edin” deyən şəxslə bağlı iddialar
3 minlik burun əməliyyatı əks effekt verdi – “Vip Milan”ın həkimi ilə bağlı yeni araşdırma
“KUEHNE+NAGEL” adı, böyük qazanc vədləri və itirilən pullar: Azərbaycanda yeni şəbəkə iddiaları araşdırılır FOTOLAR
Təcili Yardım qarajında qalmaqal: Özünü rəhbər kimi tanıdan işçi, iki müdir iddiası və özbaşınalıq səs-küy yaradıb
240 minlik "Bentley", geri qaytarılmayan pullar və 54 şikayət – iddiaların mərkəzində kim dayanır?
Hadisə
30-08-2026, 10:30
Şəkidə itlərin hücumuna məruz qalan Niderland vətəndaşı təxliyə edilib, xəsarətləri ağırdır
29-08-2026, 18:30
Ötən gün qanunsuz saxlanan 8 silah aşkarlanıb
29-08-2026, 18:00
Azərbaycandakı məscidlərdə 1500 nəfərə yaxın din xadimi fəaliyyət göstərir
29-08-2026, 17:35
Goranboyda yol qəzası - Yaralılar var
29-08-2026, 17:30
Xətaidə narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib
29-08-2026, 11:01
Gəncədə neft çənlərində yanğının söndürülməsi üzrə təlim keçirilib
Xəbər lenti
  • Bu gün, 10:48
    Bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
  • Bu gün, 10:33
    Bişkekdə İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla görüşü olub - YENİLƏNİB
  • Bu gün, 10:24
    Pensiyalarda artım oldu: 594 manat nədir? – DETALLAR
  • Bu gün, 10:11
    İlham Əliyevin "ŞƏT plyus" formatında görüşdə çıxışı gözlənilir
  • Bu gün, 10:00
    Nabranın “Palermo” klubunda qiymətlər və depozit biabırçılığı - 35 manata qarpız...
  • Bu gün, 09:40
    Sabunçu rayonunun bəzi ərazilərində qaz olmayacaq
  • Bu gün, 09:27
    Naxçıvan Təhsil Nazirliyi bu özbaşınalığa nə vaxta kimi göz yumacaq? - ÖZBAŞINA QALIBLAR...
  • Bu gün, 09:04
    Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
  • Dünən, 19:05
    “Rüfət Əzizov və ətrafı Fətullah Gülən şəbəkəsinin adamlarıdır” - Keçmiş iş yoldaşından rektora sərt ittihamlar
  • Dünən, 18:39
    Bakıda itkin düşmüş şəxslərlə bağlı keçiriləcək beynəlxalq konfransın gündəliyi açıqlanıb
  • Dünən, 18:18
    Yasamalda 98 saylı dövlət bağçası ilə bağlı şok iddia: uşağın qanında psixotrop maddə aşkarlandığı bildirilir
  • Dünən, 18:01
    Cənubi Qafqaz - Mərkəzi Asiya ortaq təhlükəsizlik sistemi: Təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH
  • Dünən, 17:29
    Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilir
  • Dünən, 17:15
    Peşə təhsilinin görünməyən üzü: Pul xərclənir, bəs nəticə haradadır?
  • Dünən, 16:45
    Əli Əsədov Şimali Kiprin Baş nazirinə başsağlığı verib
  • Dünən, 16:33
    Elnur Əliyevin layihə imperiyası: Dövlət vəsaiti hara getdi, nəticə nə oldu?
  • Dünən, 16:10
    "DSports": "Sabah" müasir futbol məntiqinə meydan oxuyub
  • Dünən, 15:49
    Azərbaycan və Ermənistan liderləri sülh prosesinin irəlilədilməsi üzrə addımları davam etdirmək barədə razılaşıblar
  • Dünən, 15:37
    22 minlik rüşvət QALMAQALI - İcra hakimiyyətinin rəsmiləri aldıqları pulu sənədlə təsdiqləyiblər
  • Dünən, 15:07
    Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib
  • Dünən, 14:29
    Azərbaycan-ŞƏT münasibətləri: Çoxşaxəli əməkdaşlıqdan strateji tərəfdaşlığa - ŞƏRH
  • Dünən, 14:14
    İlham Əliyevin sosial media hesablarında Bişkekdə Nikol Paşinyanla görüşünə dair paylaşım edilib
  • Dünən, 14:01
    Sertifikatı olmasa da, özünü plastik cərrah kimi reklam edir: Elnur Mehrəli qanunu saymır? - DƏLİXANADIR, VALLAH...
  • Dünən, 13:46
    Kamran Əliyev: Azərbaycan və Çin Baş prokurorluqları arasında səmərəli əməkdaşlıq mövcuddur
  • Dünən, 13:10
    Bişkekdə Prezident İlham Əliyevlə Nikol Paşinyan arasında görüş olacaq
  • Dünən, 13:03
    QHT-lərə Dövlət Dəstəyi Agentliyinin qrant imperiyası ifşa olunur! -Dövlətin milyonları necə yoxa çıxır?
  • Dünən, 12:50
    Xüsusi icra məmuru olmaq istəyənlər üçün müsahibə mərhələsi başlayır
  • Dünən, 12:05
    İlham Əliyev Qırğız Respublikasına işgüzar səfərə gəlib
  • Dünən, 11:54
    İran tənqidçilərinə qarşı əcnəbi cinayətkarlardan istifadə edir - Aralarında azərbaycanlılar da var
  • Dünən, 11:35
    İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətlərinin tarixində yeni mərhələnin əsası qoyulub
  • Dünən, 11:14
    Tağı İbrahimova məxsus olduğu bildirilən "Bakı" ASC-nin dövlətə olan borcu artdı - Özü həbsdə olsa da...
  • Dünən, 10:52
    İlham Əliyev Şimali Kiprin Prezidentinə başsağlığı verib
  • Dünən, 10:39
    Daha bir araşdırma: 11,5 milyon manatlıq tender: Nazirin qaynı, müşaviri və dostları - Elm və Təhsil Nazirliyində nə baş verir?
  • Dünən, 10:15
    Müəllimlərin təkrar sertifikasiyasının müsahibə mərhələsinə başlanılır
  • Dünən, 09:55
    Gecə saatlarında Bakıda biabırçı mənzərə: - şəhəri necə xilas edək?
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə