• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

GÖMRÜKDƏ MİLYONLAR NECƏ TALAN EDİLİR… – Yaxud “tam şəffaf” işlədiyini iddia edən Şahin Bağırov qızıl stəkanı kimdən və nə məqsədlə hədiyyə alıb? -ŞOK FAKTLAR

Cəmiyyət

7-10-2025, 12:07

“Qaçqınkom” sədri Rövşən Bağırovun oğluna məxsus “Lexus” gömrükdən nə üçün yoxlanılmadan keçib və içərisində nə olub?

Dövlət Gömrük Komitəsinin (DGK) Samir adlı əməkdaşı tərəfindən “Hürriyyət”in redaksiyasına şok faktlar daxil olub. Polkovnik-leytenant rütbəsi daşıdığını bildirən DGK əməkdaşı müəyyən səbəblərdən hələ qəzetimizdə vəzifəsini və soyadını açıqlamağımızı istəmir. Onun “Hurriyyet TV”-nin aparıcısı, Baş redaktor Vüqar Tofiqoğluna ünvanlanan məktubunu olduğu kimi dərc edirik:

Şahin Bağırov haqda şok iddialar

“Hörmətli Vüqar bəy!

Dövlət Gömrük Komitəsi haqda o qədər doğru məlumat verirsiniz ki, biz gömrükçülər bunu həm bəyənirik, həm də təəccüblənirik ki, bu qədər real faktları belə dəqiqliklə haradan bilirsiniz? O Vüsal (Vüsal Səmədov – red.) qardaşımız da kimdirsə, o qədər real və doğru informasiya verir ki, sanki DGK-nın düz mərkəzində oturub.
Mən də DGK sədri Şahin Bağırovla müavini Bəhruz Quliyevin və digərlərinin virana qoyduqları gömrük sistemində baş verənlər haqda dəqiq bildiyim bir neçə faktı bölüşümək istərdim. Çünki, biz gömrükçülər artıq bezmişik və bu mühitdə işləmək mümkün deyil. Sizə ilk öncə Şahin Bağırov haqda məlumat verim:
Şahin Bağırov sədr təyin olunandan sonra etdiyi ilk iş, islahatlar adı altında, gömrük sistemini məhv etmək oldu. 2022-ci ilə qədər normal fəaliyyət göstərən bir sistemi “struktur dəyişikliyi” adı altında ağlar günə qoydu. Yaratdığı ARAS sistemi sanki bir oyuncaqdır və inanın ki, hazırda qaçaqmalçılar üçün ən münbit mühit deməkdir. Əslində, bu sistem məlumatların öncədən emalı hesabına yük və nəqliyyat vasitələrinin sürətli sərhəd keçidinə və gömrük rəsmiləşdirilməsinin asanlaşdırılmasına yönəlsə də, bu gün demək olar ki, ancaq öz maraqlarının və elə bu maraqların üzərində qurulan fəaliyyətlərinin, bir növ süni intellekt hesabına sığortalanmasına və pərdələnməsinə qulluq edir…

“Qaçqınkom” sədrinin oğluna məxsus “Lüxsus” gömrükdən nə üçün yoxlanılmadan keçib?

Mən Şahin Bağırova sual vermək istəyirəm. Cənab sədr, 05 may 2023-cü il tarixdə, saat 19:27-də Balakən Gömrük İdarəsinin, Mazım qaragömrük postuna Gürcüstan Respublikasından gələn və quru sərhədlərimizin bağlı olduğunu üçün TIR üzərində yük qismində sərhəddi keçən, “Qaçqınkom” sədri Rövşən Rzayevin oğlu Şükürzadə Nurlan Rövşən oğluna məxsus “Lexus” markalı, 10-LO-500 dövlət nömrə nişanlı və içərisi İtalyanın, Milan şəhərindən gətirilən çox bahalı paltarlar, ayaqqabı və s. bahalı əşyalarla dolu olan avtomaşın daxil olmuşdur. Siz öz növbənizdə, həmin yükə aid sənədləri tələb etmədən, gömrük rəsmiləşdirilməsini tam şəkildə həyata keçirmədən, dövlət büdcəsinə ödəniləcək vergi və rüsumları ödətdirməkdən yayındırmaqla, həmin vaxt Balakən Gömrük İdarəsinin rəisi olan Elçin Rüstəmova, vəzifə səlahiyyətlərinizi aşmaqla, vəzifənizdən sui-istifadə etməklə, bu “Lexus” markalı avtomaşının təcili buraxılmasına dair nə üçün qeyri-qanuni göstəriş vermişdiniz? Bu adamın sıravi vətəndaşdan nə kimi fərqli imtiyazı var kı, siz belə qanunazid bir göstəriş vermişdiniz? Başqa vaxt bizə deyirsiniz ki, mən qanunu pozmuram və vəzifəmdən sui-istifadə etmirəm? Bəs, bu faktın adı nədir, cənab sədr?! Deməli, özünüzə lazım olanda rahatca hər cür qanun pozuntusuna gedirsiniz!
Aidiyyəti hüquq-mühafizə orqanlarından xahiş edirəm ki, dediyim faktı araşdırsınlar, sərhəd keçmə tarixi, avtomaşının nömrəsi və ad-soyad bəllidir. Bu məlumat sərhəd keçmə tarixi, saatı ilə DGK-nın elektron məlumat bazasında, video-görüntülər isə arxivdə yoxlana bilər. Əlbəttə, bu təqdim etdiyim məlumatdan sonra həmin arxiv bazasını məhv etməsələr…

Diplomu olmayanlar gömrük sistemindən necə çalışır?

DGK sədri Şahin Bağırov, sədr müavini və Atestasiya Komissiyasının sədri olan Natiq Şirinov, Komitə sədrinin müavinləri Bəhruz Quliyev və Güloğlan Muradlı, sizlərin 2025-ci ilin sentyabr ayından “atestasiya” adı altında başlatdığınız və gömrükçülərin “soyqırımı” şousu olan prosesə də bir nəzər salaq. DGK-da qərara uyğun olaraq, atestasiya bu qaydada keçirilməlidir:
Birinci qayda əməkdaşların işlədiyi sahəyə uyğun elektron formada test imtahanlarına cəlb olunmaqla və ikincisi isə müsahibə qaydasında. Müsahibə istisna hal kimi, DGK-da yüksək vəzifə tutan müəyyən rəhbər şəxslərə, o cümlədən baş idarə və idarə rəislərinə, onların müavinlərinə şamildir. Digər əməkdaşlar isə, qeyd etdiyim kimi, elektron qaydada yazılı test imtahanı vermək məcburiyyətindədirlər.
Sualım Şahin Bağırov və Bəhruz Quliyevədir. Sizin hər ikinizin sürücüsü funksiyasını yerinə yetirən, xidməti avtomaşınınızı idarə edən, lakin rəsmi iş yeri DGK-nın ştat cədvəlinə uyğun olaraq Baş Gömrük Mühafizə Xidmətinin mühafizəçiləri olan, ali təhsil diplomları belə, olmadan zabit rütbəsi daşıyan Aftandili və Vüqar Mehdiyevi müsahibə qaydasında atestasiyadan niyə və nə cür keçirmisiniz? Məgər, onlar hansısa Baş idarə, İdarə rəisləri və ya onların müavinləridir ki, onlara müsahibə qaydasını tətbiq etmirsiniz?! Bunların hər ikisinin ali təhsilləri və diplomları olmadığı halda, xüsusi zabit rütbəsi daşımaları qanun pozuntusu deyil? Əgər deyilsə, bəs DGK-da çalışan digər diplomları olmayan əməkdaşları niyə bu səbəbdən işdən azad etdiniz? Bunlar niyə digər gömrük əməkdaşları kimi, elektron test yolu ilə imtahan verməklə atestasiyaya cəlb olunmayıblar? Budur, sizin şəffaflığınız? Ürəyiniz istəyən, sizə lazım olan gömrükçülərə rütbə və vəzifə verirsiniz, atestasiyadan keçirirsiniz, bir sözlə, özünüzə lazım olanda min oyundan çıxırsınız. Bəs niyə sizə uyğun olmayan, sizin “klan”ınızdan olmayan digər savadlı əməkdaşların başına oyun açırsınız, işdən qovursunuz, təzyiqlər altında məcbur edirsiniz ki, ərizə yazıb işdən getsin və s? Bəndədən qorxmursunuz, heç olmasa Allahdan qorxun!

Şahin Bağırova qızıl stəkanı kim və nə üçün bağışlayıb?

Şahin Bağırov, siz hər yerdə özünüzü təmiz, rüşvət almayan və şəffaf adam kimi qələmə verirsiniz. Bu Məlikməmməd nağıllarını sizi yaxşı tanımayan şəxslərin yanında danışa bilərsiniz, ancaq biz gömrükçülər sizi illərdir çox yaxşı, hərtərəfli tanıyırıq! Əks halda, 12 yanvar 2025-ci il tarixdə doğum gününüz, 60 illik yubileyiniz münasibətilə, istər sizdən əvvəlki rəhbərliyin vaxtında, istər də sizin vaxtınızda GENERAL olmaq arzusu ilə yaşayan, bunun üçün dəridən-qabıqdan çıxan, hamının yaxşı tanıdığı və məhz sizin vaxtınızda, sizin tərəfinizdən DGK-nın Baş Gömrük Mühafizə Xidmətimin rəisi təyin edilən, gömrükdən ümümiyyətlə anlayışı olmayan Mübariz Mustafayevdən dəyəri 10 000 manatdan çox olan, QIZIL STƏKANI hədiyyə olaraq qəbul etməzdiniz! Əslində, siz də demək olar ki, ona borclu qalmamısınız və Mübariz Mustafayevə “Toyota Highlander” markalı, 10 AF 101 nömrə nişanlı xidməti avtomaşın təqdim etmisiniz və hal-hazırda da həmin nəqliyyat vasitəsindən istifadə edir.

Bu da bizim “tam şəffaf” və “dürüst” olan sədrimiz Şahin Bağırov!

“Sanki futbol oynayırlar, biri pas verir, digəri qol vurur…”

Bir-iki kəlmə də DGK sədrinin birinci müavini olan Bəhruz Quliyev və onun ən yaxın adamı, şəriyi sayılan HNBGİ-nin rəisi Anar Cahangirov barədə bildirmək istərdim. Qeyd edim ki, bunlar tam başqa aləmdirlər. Sanki futbol oynayırlar, biri pas verir, digəri qol vurur…

Hörmətli Vüqar bəy!

Siz xaricdən ölkəyə gətirilən telefonlar və onların rəsmiləşdirilməsi barədə neqativ hallara toxunmuşdunuz. Təqdim edəcəyim bu faktı həm bir media mənsubu kimi araşdırın, həm də DTX bu işlə dərindən maraqlansın. Hal-hazırda qeyd edəcəyim və 2022-ci ildən bəri, bir neçə il ərzində davam edən qeyri-qanuni şəkildə xaricdən gətirilən telefonların gömrük rəsmiləşdirilməsi prosesi geniş içtimai resonans doğurmuşdur. Əlbəttə, bu məsələdə əsasən Bəhruz Quliyevin himayəsi altında olan HNBGİ-nin rəisi Anar Cahangirov və müavinləri xüsusi rol oynayırdı. Bunların idarə etdiyi fəaliyyətə, demək olar ki, az qala bütün gömrük sistemi cəlb olunmuşdur.

Azərbaycana qeyri-qanuni gətirilən əksər mobil telefon, planşet və s. bu qruplaşma tərəfindən qurulan böyük bir maxinasiya sxeminə əsasən rəsmiləşdirilir. Bir müddət keçdikdən sonra bu məsələ aşkara çıxır və artıq cəmiyyətdə yayıldığı üçün, bu faktla bağlı DGK-da məcburən yarı-yarımçıq və qeyri-obyektiv araşdırma başlanmışdır. Həmin cinayət əməlində iştirak etmiş şəxslərin bir çoxunun adı siyahıdan çıxarılmış, ilkin verilmiş izahatlar isə Bəhruz Quliyev və onun himayəsində olan Anar Cahangirovun təzyiqləri altında dəyişdirilmişdir. Toplanmış bu materiallar məcburiyyət qarşısında qalaraq, sonradan hüquqi qiymət verilmək üçün prokurorluğa göndərilmişdir. Lakin burada da bu iki şəxsin səyləri, əlaqələri sayəsində iş düzgün araşdırılmamış və bu oyunda “qurbanlıq” olaraq HNBGİ-nin əməkdaşı olan və həmin vaxt KOB-da çalışan Gülər adlı xanım seçilmişdir.

İdxal olunan mobil telefonlar xarici ölkə vətəndaşlarını adına rəsmiləşdirilib…

Belə ki, DGK-da məcburi qaydada başladılan ilkin araşdırma zamanı Gülər xaricdən gətirilən mobil telefonların əksəriyyətinin HNBGİ-nin rəisi Anar Cahangirovun şəxsi göstərişi əsasında, başqa-başqa xarici ölkə vətəndaşlarının, eləcə də xaricdən ölkəmizə qayıdan və özləri ilə telefon gətirməyən bir sıra Azərbaycan vətəndaşlarının adına rəsmiləşdirdiyini ilkin ifadəsində bildirir və bunu qeyd edir. Adlarına mobil telefon rəsmiləşdirlən xarici vətəndaşların əksəriyəti Biləsuvar və Astara gömrüyündən keçən iranlı TIR sürücüləridir. Belə ki, onların xarici pasportlarının foto şəkilləri, qeyd etdiyim sxemə uyğun, əvvəlcədən razılaşdırılmış qaydadada, o vaxt Cənub Ərazi Baş Gömrük İdarəsinin rəisi olmuş, hal-hazırda Xaçmaz Gömrük İdarəsinin rəisi və Bəhruz Quliyevin yerlisi, bu işdə müəyyən şəkildə ortaqlığı olan Pərviz Rəhimovun göstərişi ilə HNBGİ-nin əməkdaşı olan Gülərə göndərilirdi…

Yeri gəlmişkən, Pərviz Rəhimov bu gün də, sərnişin xəttinin bağlı olmağına baxmayaraq, Xaçmaz Gömrük İdarəsində min oyundan çıxır. Sərhəddi keçən nəqliyyat vasitələrindən müəyyən bəhanələrlə sürücüləri incidərək gündəlik pul yığdırır, Samur terminalında yerləşən TAM-da ağlasığmaz neqativ hallar baş alıb gedir. Ən böyük və külli miqdarda vəsaitin toplandığı yer isə Xudat postundalı “Fud Siti”dir. İxrac olunan hər bir məhsuldan ayrıca pul yığılır və bu vəsaitin 70-80%-i birbaşa həmin bu Pərviz Rəhimova çatır. Bunların hamısından şəxsən Şahin Bağırovun xəbəri var, lakin heç bir tədbir görmür.

Bundan əlavə, Voleybol Federasiyasına dəstək adı altında bütün gömrük idarələrində iş adamlarından külli miqdarda pul yığılır. Bu ianə ödənişini edən şirkətlərə və iş adamlarına gömrük sistemində “yaşıl işıq” yandırırlar və onların xüsisi imtiyazları olur. Bunu sizə tam məsuliyyətimlə deyirəm və xahiş edirəm ki, DTX bu məsələləri araşdırsın.

DGK-nın Gülər adlı xanım əməkdaşı necə qurban verilir…

Bu telefon şəbəkəsi ifşa olunanda ilkin aparılmış araşdırma zamanı, Anar Cahangirovun göstərişi ilə o vaxt HNBGİ-nin əməliyyat şöbəsinin rəisi, indi isə HNBGİ-nin əməliyyat və təhqiqat idarəsinin rəis müavini və Anar Cahangirovun qara işlərini görənlərdən biri - Rəşad Bəşirli tərəfindən, artıq öz ifadəsini vermiş Gülərlə əlaqə saxlanılır və ondan təcili idarəyə gəlməsi və ilkin verdiyi izahatını dəyişərək, ordan Anar Cahangirovun adını çıxarması tələb edilir və buna nail olur. Bəhruz Quliyev və Anar Cahagirov söz verirlər ki, əgər Gülər ilkin izahatında qeyd etdiyi qeyri-qanuni yolla ölkəyə gətirilən həmin telefonların bu qaydada rəsmiləşdirilməsinə dair göstərişi Anar Cahangirovun verdiyi haqda ifadəsini dəyişsə və onun adını ordan çıxarsa, bu məsələdə axıra kimi Gülərin arxasında duracaq, ona hər cür dəstək olacaqlar. Hətta Güləri təhdid edərək başa salırlar ki, bu iş qrup şəkilində məsələ kimi böyüsə, onun cəzası hamıdan ağır olacaq. Bunu dərk edən Gülər başqa çıxış yolu olmadığını anlayır. Çünki bu məsələdə cox ciddi pullar oynayırdı və əlbəttə, burda Gülərin də payına kifayət qədər vəsait düşdüyündən, təqsiri və günahı öz boynuna götürür, izahatı dəyişir, Anar Cahangirovun və digər şəxslərin adını çıxarır. Aparılan araşdırmalardan sonra Gülər həbs olunur. Bildiyim qədəri ilə bir müddət sonra himayəsində azyaşlı uşaq olduğu üçün Gülərin cəzası ev dustaqlığına dəyişdirilir.
Bəhruz Quliyevin və Anar Cahangirovun HNBGİ-də belə cinayət xarakterli işlərin sayı hesabı yoxdur. DTX tərəfindən burda yoxlama aparılarsa, hər şey ortalığa çıxar! Bunu sizə tam əminliklə bildirirəm!”.
“Hürriyyət”
Məqalədə iddia olunan məsələlərlə bağlı bütün adları çəkilən şəxs və qurumlarında mövqeyini dərc etməyə hazırıq!

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

24-08-2022, 19:29

Şahin Bağırov Bakı Gömrüyün rəisini işdən çıxardı (FOTO)

Gündəm / Cəmiyyət

6-08-2024, 10:15

`Gömrükdə hələ də rüşvət qalır` deyən Şahin Bağırova CƏZA NİYƏ KƏSİLMİR? - adam yarıtmazlığını ETİRAF EDİR...

Sosial

29-09-2023, 13:31

113 gənc bir ildir Şahin Bağırovu gözləyir... - İmtahandan keçiblər, amma...

Cəmiyyət

5-08-2022, 15:42

Səfər Mehdiyevin daha bir kadrı işdən çıxarıldı

Sosial / Olay

26-06-2023, 19:05

Şahin Bağırov Səfər Mehdiyevin aqibətini yaşayır - Vəzifədən gedir

Cəmiyyət

16-08-2022, 11:45

Səfər Mehdiyevin daha bir kadrı işdən çıxarıldı

Cəmiyyət

24-08-2022, 20:10

Polkovnik Pərviz Kəngərli vəzifəsindən azad edilib

İqtisadiyyat / Cəmiyyət

18-03-2025, 21:56

Bakı Baş Gömrük İdarəsinin rəisi Elmir Ramazanovun iş adamına qarşı addımları səngimir - Şahin Bağırovun gedişinə Ramazanov zəmin yaradır?

Siyasət

18-07-2022, 15:08

Dövlət Gömrük Komitəsinə sədrlik müvəqqəti olaraq Şahin Bağırova həvalə olunub

Gündəm / Cəmiyyət

26-09-2024, 11:22

Şahin Bağırov da YARITMADI... - "Qaçaqmalçılıqla mübarizə adı altında..."

Dünya

27-09-2024, 10:26

Şahin Bağırov da YARITMADI... - "Qaçaqmalçılıqla mübarizə adı altında..."

Gündəm / Cəmiyyət

25-01-2025, 13:38

Şahin Bağırovun TAM FİASKOSU... - BUNUN BAŞQA ADI YOXDUR...

Araşdırma
Məşhur iş adamının bahalı avtomobillərinə həbs qoyulub (FOTO)
Rüfət Hacıyevə hökm oxundu - Əmlakı da alındı
Sayalı Abbaslı Rusiyada necə ucuz təyyarə biletləri satırdı?
GDU nəzdində Regional Kollecdə Qazi ailələrinə qarşı haqsızlıq İDDİAsı – Müəllimlər Xoşqədəm Xudiyevadan Şikayətçidirlər
Gəncə Regional Kollecdə müəllimlərə təzyiq: Dərs yükünə imza atmayanlara maaş verilməyəcək – rəhbərlikdən susdurma cəhdləri
Regional Kollecdə “əmək şərtlərinin dəyişməsi”: Xoşqədəm Xudiyevanın savadsız idarəçiliyi müəllimləri narazı salır
Hadisə
11-11-2025, 15:34
Bakıda yaşayış binasında yanğın olub, bir nəfər ölüb
11-11-2025, 14:59
Qadın yolda yatdı, “ayıq sürücü” pulunu oğurladı
11-11-2025, 10:03
Bakı-Qazax yolunda pambıqla dolu maşın aşıb - FOTO
10-11-2025, 15:25
Toy karvanı qəzaya düşdü: ölən və yaralanan var
6-11-2025, 17:20
Sabiq icra başçısı Rauf Həbibovun yeni qalmaqalı: “53 min manatımı vermir, üstəlik məni məhkəməyə verməklə hədələyirlər” VİDEO
3-11-2025, 16:12
Sahib Məmmədlinin müəmmalı ölümü yenidən gündəmdə – ailə danışmağa hazırdır VİDEO
Xəbər lenti
  • Dünən, 19:10
    Sabirabadda bağça müdirəsi Sevinc Mikayılovanın qanunszuluğu niyə araşdırılmır?
  • Dünən, 19:04
    Məktəblərdə “bıçağı sümüyə dirəyən” SƏBƏB - Kişi müəllim QITLIĞI, YOXSA? VİDEO
  • Dünən, 18:35
    Prezident Fuad Nəcəflini işdən çıxardı – Yeni TƏYİNAT
  • Dünən, 18:25
     “Mənzər Nurəliyeva Mədəniyyət Nazirliyində korrupsiya ocağı açıb, amma toxunulmazdır” - İTTİHAM VAR...
  • Dünən, 18:19
    "Sahil - S İnşaat" MTK yenə öz ampluasında - Yenə saxta möhür, yenə...
  • Dünən, 18:12
    AAYDA festivaldan gələnlərə XAOS yaşatdı – VİDEO
  • Dünən, 16:13
    Məşhur iş adamının bahalı avtomobillərinə həbs qoyulub (FOTO)
  • Dünən, 16:05
    Rüfət Hacıyevə hökm oxundu - Əmlakı da alındı
  • Dünən, 16:02
    Sabahın havası açıqlandı
  • Dünən, 15:52
    Sayalı Abbaslı Rusiyada necə ucuz təyyarə biletləri satırdı?
  • Dünən, 15:46
    Türkiyənin qəzaya uğrayan hərbi yük təyyarəsinin qara qutusu tapılıb
  • Dünən, 15:01
    "Uğur 777" estetik mərkəzində qanunsuz əməliyyatlara görə CİNAYƏT İŞİ BAŞLANILDI
  • Dünən, 14:56
    12 Noyabr - Müstəqil Azərbaycanın ədalət, hüquq və dövlətçilik bayramı
  • Dünən, 14:41
    Kino Agentliyi büdcədən aldığı vəsaitin 59%-ni istifadə etməyib
  • Dünən, 14:28
    Nəsimi rayonuna yeni icra başçısı təyin edildi
  • Dünən, 14:16
    Orxan Mürsəlov Göyçaya icra başçısı göndərildi
  • Dünən, 13:46
    Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəsi təyin olunan şəxs kimdir?
  • Dünən, 13:19
    “Mənim Oğlum Qəhrəmandır!” layihəsinin himni ilk dəfə şəhid analarının və atalarının qarşısında səsləndi – VİDEO, FOTOLAR
  • Dünən, 12:58
    Prezidentdən konfrans iştirakçılarına - Müraciət
  • Dünən, 12:57
    "Qarabağ" klubu dünya reytinqində daha 17 pillə irəliləyib
  • Dünən, 12:47
    Təyyarə qəzasına görə konsertini təxirə saldı - Video
  • Dünən, 12:45
    Ramiz Mehdiyev komandası iki əsas üzvünün Rusiya biznesi – Büdcədən oğurlanan 100 milyonlar hakimiyyətə qayıdışın təminatı imiş
  • Dünən, 12:33
    Hərbi yük təyyarəsində şəhid düşən mayor 4 ay sonra ata olacaqdı - FOTO
  • Dünən, 11:29
    "Dünya Göz" klinikasının vergi borcu yarım milyonu ötdü - Klinikanı sabiq müğənni Ruhi Əliyeva ilə görün nə bağlayır/ FOTO
  • Dünən, 11:22
    Astaranın toxunulmaz icra başçısı... - GÖRÜNƏNİ BUDUR...
  • Dünən, 10:48
    Bakıda poliklinikanın həyətində torpaq sürüşməsi - Video-Yenilənib
  • Dünən, 10:12
    İlham Əliyev Konstitusiya Günü ilə bağlı paylaşım edib
  • Dünən, 09:58
    Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib
  • Dünən, 09:49
    Türkiyə Milli Müdafiə Nazirliyi təyyarə qəzasında 20 hərbçinin öldüyünü təsdiqləyib
  • Dünən, 09:43
    Rusiya onların ölkəyə girişinə qadağa qoydu
  • Dünən, 09:40
    “Azərterminalkompleks”də ilkin rütbə məsələsi: uzun illər rütbəsiz işləyən əməkdaşlar sual altındadır
  • Dünən, 09:32
     "Bu yaxınlarda isə məlum olub ki, həmin mənzil başqa bir şəxsə satılıb" - Qarabağ Qazisi NARAZILIQ EDİR...
  • 11-11-2025, 20:46
    Kərim Vəliyev başsağlığı verdi
  • 11-11-2025, 18:42
    Qəzaya uğrayan təyyarədə 20 hərbçi olub – RƏSMİ
  • 11-11-2025, 18:23
    İlham Əliyev Ərdoğana ZƏNG ETDİ
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə