• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

“Burda xaos vəziyyətidir, bəzən intihar etmək istəyirik” – “QADIN KOLONU”NDAN “HÜRRİYYƏT”Ə SENSASİON MƏKTUB

Cəmiyyət

5-07-2022, 18:51

“Yeni binaya köçsək də, indi lap zülm çəkirik…”

“Qadın kolonu” kimi tanınan 4 saylı Cəzaçəkmə Müəsisəsindəki “xaos vəziyyət” heç də yeni deyil. Xatırladaq ki, hələ 2020-ci ilin sonunda İşgəncələrin Qarşısının Alınması üzrə Avropa Komitəsinin nümayəndələri Azərbaycan Respublikası Ədliyyəi Nazirliyi Penitensiar Xidmətinin bir neçə cəzaçəkmə müəssisəsinə baş çəkmişdilər. Bunların arasında 4 saylı Cəzaçəkmə Müəssisəsi də vardı və həmin vaxt beynəlxalq müşahidəçilər burada çox sayda neqativ hallar aşkarlamışdılar…

Azərbaycan cəzaçəkmə müəssisələrində baş verən neqativ olaylar, çoxsaylı qanunsuzluqlarla bağlı mətbuatda və sosial şəbəkələrdə demək olar ki, hər həftə informasiya verilməkdədir. Həmçinin, “Hürriyyət” qəzetində də bu haqda tez-tez müxtəlif səpkili yazılar, şikayət məktubları dərc olunmaqdadır. Bunlar arasında türmələrdən göndərilən məktublar üstünlük təşkil edir. Hansı ki, bu məktubların hər birində Ədliyyə Nazirliyinin strukturuna daxil olan Penitensiar Xidmətin yarıtmaz fəaliyyəti əks olunsa da, sözügedən qurum qeyd olunan problemləri həll etmək əvəzinə, tez-tələsik mətbuatda təkzib mətnləri ilə çıxış edərək, cəzaçəkmə müəssisələrində baş verən qanunsuzluqları pərdələməyə, ört-basdır etməyə çalışır. Təbii ki, bu halda da Penitensiar Xidmətin tabeliyində olan cəzaçəkmə müəssisələrində neqativ hadisələrin sayı günbəgün artır. Əslində, redaksiyamıza daxil olan sonuncu şikayət məktubu da belə qənaətə gəlməyə əsas verir.

Qeyd edək ki, bu dəfə “Hürriyyət”ə “Qadın kolonu” kimi tanınan 4 saylı Cəzaçəkmə Müəssisəsindən məktub daxil olub. Şikayətin məzmununa keçmədən öncə dəyərli oxucularımıza xatırladaq ki, Zabrat qəsəbəsində yerləşən bu müəssisə 2021-ci idə təhvil verilib və 2022-ci ilin mart ayında Prezident İlham Əliyev müəssisədə yaradılan şəraitlə yaxından tanış olub. 350 yerlik qadın cəzaçəkmə və 150 nəfərlik yetkinlik yaşına çatmayan məhkumlar üçün tərbiyə müəssisəsində məhbuslar üçün yüksək şərait yaradılsa da, redaksiyamıza daxil olan məktub belə deməyə əsas verir ki, əksər həbsxanalarda olduğu kimi, burada da vəziyyət acınacaqlıdır.

“Şikayət edəni, səsi çıxanı aparıb “karsa” basırlar”

“Qadın kolonu”nda baş verən hadisələrlə tanış olmazdan əvvəl onu da diqqətinizə çatdıraq ki, təxminən bir ay əvvəl bir qrup qadın məhbus tərəfindən 4 saylı Cəzaçəkmə Müəssisəsində baş verən qanunsuzluqlarla bağlı Prezident İlham Əliyevə də müraciət olunub. Lakin onların bu müraciəti heç bir müsbət nəticə vermədiyi üçün, məhbus qadınlar öz problemlərini ictimailəşdirməyə qərar veriblər. Qeyd edək ki, müəlliflərin xahişini nəzərə alıb, şikayətçilərin adını açıqlamırıq. Çünki kimlikləri ortaya çıxarsa, cəzaçəkmə müəssisəsinin rəhbərliyi tərəfindən ən sərt şəkildə cəzalandırılacaqlarını bilirlər. “Burada şikayət edəni, səsi çıxanı aparıb “karsa” basırlar”, – deyə onlar bildirirlər.


“Hürriyyət” vasitəsilə ölkə rəhbərliyinə müraciət edən şikayətçilər bildirirlər: “Biz Sizə 4 saylı Cəzaçəkmə Müəssisəsində baş verən özbaşınalıqlar və qanunsuz əməllər barədə yazırıq. İnanırıq ki, Sizə etdiyimiz müraciətimiz qarşılıqsız qalmayacaq və müvafiq tədbir görəcəksiniz”.

Məktub müəllifləri qeyd edirlər ki, cəzaçəkmə müəssisəsində məhbuslara verilən yemək çox keyfiyyətsiz olduğundan, əksəriyyət ondan imtina edir. Bunun üçün məhbusların bir çoxuna öz yaxınları tərəfindən hər ay 2-3 dəfə yemək gətirilir. Dediklərinə görə, onlara ay ərzində 2 dəfə yemək gətirilərsə, bu, yaxınlarına, ailə üzvlərinə təxminən 400-500 manata başa gəlir. Üstəlik, əksər hallarda həbsxanaya gətirilən ərzaqların çox olması bəhanə edilərək, onlardan əlavə pullar alınır: “Guya ərzağın norması 15-20 kq-dır, qalanları pul müqabilində bizə buraxılır. Məsələn, 2-3 paçka çay, 2 kletka yumurta, 6 çörək gətirilirsə, bunun üçün də ayrıca pul tələb olunur”. Üstəlik, müəssisənin ərzaqları ilə bişirilən nisbətən keyfiyyətli, məhkumlar tərəfindən “kafe yeməkləri” adlandırılan yeməklər onlara pulla satılır.

“Üç günlük görüş 300 manata başa gəlir”


Şikayətçilər yazır ki, məhkumlara gələn pullar mühasibatlığın hesabına oturmalı olsa da, hamısı müəssisə rəhbbərliyinin əlində cəmləşir: “4 saylı kolonda qeyri-rəsmi “mühasib” Şəmiyeva Aygüldür. Adı nəzarətçi olsa da, rəisin “sağ əli” olaraq, bizə gələn pul Aygülün əlində cəmləşir. O, ailələrimiz tərəfindən göndərilən pulun “başına oyun açır”. Belə ki, hər yüz manatın 10 manatı üstündən götürülür. Hesab edin, məhkuma 500 manat gəlirsə, onun 50 manatı, üstəlik 20-30 manat da “görüş haqqı” kimi müəssisə rəhbərliyinə çatır. İçəri daxil olan ərzaq üçün də ayrıca 10-20 manat alınır”.

Məhbus qadınlar deyir ki, uzunmüddətli, yəni üçgünlük görüş üçün də əlavə pul tələb olunur: “Üç günlük görüşə gəlmək istəyən yaxınlarımıza növbəyə yazılmaq 100-200 manata, bəzən isə 300 manata başa gəlir. Bundan başqa, görüş zamanı da müxtəlif məbləğlərdə pul alınır – 20 manatdan 50 manata qədər. Təzə gələn məhkumlarla görüş qiyməti tamamilə dəyişkəndir, yəni onların yaxınlarından ən azı iki dəfə çox pul tələb olunur”.

“1-ci mərtəbədəki yerlər 200-400 manata satılır…”

Məlumata əsasən, cəzaçəkmə müəssisəsindəki kameraların qiyməti də mərtəbəsinə və yerinə görə dəyişir: “1-ci mərtəbədəki yerlər 200-400 manata satılır. Kim pul verirsə, onu istədiyi kameraya salırlar. Burada xüsusi bir yer də var, imkanlı məhkumlara Tibb Sanitar Hissəsinin bir tərəfini kirayə veriblər, onun da hər ayı 300 manatdan 500 manata qədərdir. Burdakı yeyintilərdən, rüşvətdən, korrupsiyadan heç kimin xəbər olmur. Çünki pul haqq-hesabı görüş otrağında baş verir. Biz bilmək istəyirik ki, bu pul haqq-hesabı niyə mühasibatlıqda deyil, görüş otağında baş verir?!”

“Burda xaos vəziyyətidir”

Qadın məhbuslar onlara ayrılan vəsaitin də uzun illərdir dəyişməz olaraq qaldığını yazırlar: “Qiymətlər dəfələrlə artsa da, məhkumlara köhnə sovet dövründən qalan məbləğ ayrılır. Niyə məhkumun aylıq xərci illərlə dəyişməz olaraq qalır?! Pul neçə dəfə dövriyyədə dəyərini itirsə də, məhkumlara ayrılan məbləğ eynidir. Niyə bu qanunda dəyişiklik olmur? Üstəlik, bizə gələn pulların bir hissəsini alır, həftədə iki dəfə telefonla pulsuz danışıq haqqımız olsa da, onun üçün də bizdən əlavə pul tələb edilir və hamısı rəisin cibinə gedir. Bu barədə dəfələrlə müraciət etsək də, tədbir görən yoxdur. Onu da qeyd edək ki, hal-hazırda biz yeni binaya köçmüşük. Amma indi lap zülm çəkirik. Bəzən intihar etmək istəyirik. Burda xaos vəziyyətidir”.

Yeri gəlmişkən, “Qadın kolonu” kimi tanınan 4 saylı Cəzaçəkmə Müəsisəsindəki “xaos vəziyyət” heç də yeni deyil. Xatırladaq ki, hələ 2020-ci ilin sonunda İşgəncələrin Qarşısının Alınması üzrə Avropa Komitəsinin nümayəndələri Azərbaycan Respublikası Ədliyyəi Nazirliyi Penitensiar Xidmətinin bir neçə cəzaçəkmə müəssisəsinə baş çəkmişdilər. Bunların arasında 4 saylı Cəzaçəkmə Müəssisəsi də vardı və həmin vaxt beynəlxalq müşahidəçilər burada çox sayda neqativ hallar aşkarlamışdılar.

Lakin çox təəssüflə qeyd etməliyik ki, son illər Azərbaycanda əksər sahələrdə, hətta Ədliyyə Nazirliyinin bir çox idarə və müəssisələrində müsbət dəyişikliklər həyata keçirilsə də, nədənsə, ölkədə aparılan islahatlar Penitensiar Xidmətdən yan keçir. //Hurriyyet.az

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

2-08-2022, 16:20

Bakıda həbsxanada ÖLÜM: qadın məhkum...

Hadisə

3-08-2022, 15:52

Bakıda həbsxanada ÖLÜM: qadın məhkum...

Cəmiyyət

1-08-2022, 20:00

Həbsdən azad olunan jurnalist Bəhruz Əliyevə yasaq qoyuldu - Narazılıq

Cəmiyyət

15-08-2022, 15:18

Ev tikdirərkən magistral su xəttinin yerini dəyişmək istədi

Hadisə

4-08-2022, 14:52

Məmur şikayət etdi, yutubda video yayan şəxs həbs edildi

Cəmiyyət

19-05-2023, 18:08

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin təşəbbüsü ilə Sumqayıt şəhərində regional konfrans keçirilib

Siyasət

16-01-2023, 19:15

“Vasif Talıbovun işdən çıxarılmağına baxmayaraq, hələ də...”

Cəmiyyət

12-08-2022, 10:11

Güzəştli mənzil almaq istəyənlərin NƏZƏRİNƏ

Gündəm / Cəmiyyət

4-05-2023, 13:21

Heydər Əliyev və Cəza siyasətində humanizm ideyaları – Etibar Toğrul yazır

Cəmiyyət

24-08-2022, 16:37

FHN-nin intim videoları yayılan qadın əməkdaşından DƏHŞƏTLİ ƏMƏL

Cəmiyyət

24-08-2022, 15:02

FHN-nin intim videoları yayılan qadın əməkdaşı intihara cəhd etdi

Hadisə

3-07-2022, 13:51

Şirvanda 2020-ci ildə törədilən oğurluq hadisəsinin üstü açılıb

Araşdırma
Pənah Babayevin Serviz oyunu fiaskoya uğradı - Azyaşlı uşaqların sağlamlığı təhlükə altındadı...? VİDEO
Texniki filialında təmirsiz otaqlar, tələbələr soyuqdan donur, təhqir edilir – Gəncə Regional Kollecdə təhsil yoxsa səbr imtahanı?
"Azəriqaz"İB-də DƏRƏBƏYLİK: Sənədi olmayan obiyektə necə sayğac quraşdırılır?
KTN-də qalmaqallı təyinat gözlənilir – Korrupsioner məmur yenidən direktor olacaq?
"AKA BUSİNESS" MMC vətəndaşlara qarşı hansı dələduzluq metodundan istifadə edib?: Elmar Ağasoylu vəziyyətdən necə çıxır?
Ali Məhkəmə Müşfiq Atakişiyevin bacısı oğlu ilə bağlı qərar verdi
Hadisə
Bu gün, 14:46
Biləsuvarda yaşayış binasında mənzil yanaraq kül olub
Bu gün, 10:02
Lənkəranda vəzifəli şəxsin qohumu adı ilə dələduzluq edən şəxs saxlanılıb
24-12-2025, 19:04
Siyəzəndə faciə: 2 yaşlı uşaq maşında yandı
24-12-2025, 10:41
Gürcüstanda bu il ərzində ikinci məscid yanıb
23-12-2025, 12:20
Küçədən qadın meyiti tapıldı
21-12-2025, 18:00
Bakıda qəza - 19 yaşlı oğlan həyatını itirdi
Xəbər lenti
  • Bu gün, 20:19
    “Ruqya” Sağlamlıq Mərkəzində Karate ustası olan “cin”lə “mübarizə” VİDEO
  • Bu gün, 19:00
    Nazir XİN-in "qara siyahı"sı ilə bağlı mövcud vəziyyətə aydınlıq gətirib
  • Bu gün, 18:19
    Bəzi rayonlara qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
  • Bu gün, 18:02
    Binəqədi rayonunda layihədən kənar tikintiyə hansı şərtlərlə “icazə” verilib? VİDEOFAKT
  • Bu gün, 17:57
    Şirvan sakini “saxta vəkil” tərəfindən aldadıldığını iddia edir – 1980 manatlıq dələduzluq və təhqir
  • Bu gün, 17:48
    Milli Məclisin payız sessiyası çərçivəsində son iclasının gündəliyi açıqlanıb
  • Bu gün, 16:39
    Neftçala sakini saxta orderlə aldadıldığını iddia edir – 500 manatlıq dələduzluq faktı
  • Bu gün, 16:21
    Almaniya Ukraynaya növbəti dəfə hava hücumundan müdafiə kompleksini verib
  • Bu gün, 16:08
    Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası
  • Bu gün, 15:52
    XİN: Sülh sazişi üçün Ermənistan konstitusiyasının dəyişməsi və TRIPP üzrə öhdəliklərin tam icrası mütləqdir
  • Bu gün, 15:50
    Akademik Arif Həşimov: “Dövlət başçısının qarşıya qoyduğu vəzifələr sənayenin inkişafında yeni strateji istiqamətlərin formalaşmasını şərtləndirir”
  • Bu gün, 15:39
    Kəmaləddin Qafarovun şirkəti 103 milyon manatlıq tender qazanıb?
  • Bu gün, 15:18
    Azərbaycanda üç nəfər sənədlərin saxtalaşdırılmasına görə futboldan uzaqlaşdırılıb
  • Bu gün, 14:57
    “İstanbul Klinika”da qanunsuz tibb fəaliyyət göstərilib
  • Bu gün, 14:46
    Biləsuvarda yaşayış binasında mənzil yanaraq kül olub
  • Bu gün, 13:03
    Bakıda mərkəzi küçələrindən birində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
  • Bu gün, 12:44
    “Duman” restoranında təhlükəli vəziyyət-Videofakt
  • Bu gün, 12:11
    Parlamentdə uşaqların virtual asılılığının azaldılmasına dair dinləmə keçirilməsi təklif olunub
  • Bu gün, 12:03
    “AYNA-nın ödənişli parklanması hüquqi boşluqlardan biridir”
  • Bu gün, 11:34
    Prezident İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib
  • Bu gün, 11:18
    Həbsdəki eks-icra başçılarından yalnız - Biri amnistiyaya düşür
  • Bu gün, 10:58
    Ərdoğan COP31-ə prezident təyin edib
  • Bu gün, 10:31
    “Halal Dad”ın kolbasalarında zərərli qida əlavələri aşkarlandı – Foto
  • Bu gün, 10:12
    Zaqatalaya 10 sm qar yağdı, 10 dərəcə şaxta var - FAKTİKİ HAVA
  • Bu gün, 10:02
    Lənkəranda vəzifəli şəxsin qohumu adı ilə dələduzluq edən şəxs saxlanılıb
  • Bu gün, 09:50
    Deputatlar yenidən toplaşır - Gündəlikdə 9 məsələ var
  • Dünən, 19:00
    Binəqədidə ekoloji cinayət: ağaclar beton altında boğulur-FOTOFAKT
  • Dünən, 18:47
    AZAL təyyarəsinin zədələnməsi döyüş başlığının dağıdıcı elementləri səbəbindən baş verib - ARALIQ HESABAT
  • Dünən, 18:26
    Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SİYAHI
  • Dünən, 18:04
    Ukrayna Britaniya raketləri ilə Rusiyada neft emalı zavoduna zərbə endirib, partlayışlar baş verib
  • Dünən, 17:45
    Kiberpolis 1 milyon manatlıq kriptovalyutanı qanunsuz yolla ələ keçirən şəxsləri saxladı
  • Dünən, 17:44
    Ombudsmanın nümayəndəsi İƏT Ombudsmanlar Assosiasiyasının Alt Komitəsinin ilk iclasında onlayn qaydada iştirak edib
  • Dünən, 17:42
    “Rahatlığın məkanı Gold” sakinlərin rahatlığını pozub – poliklinikanın binası satıldı, yol bağlandı
  • Dünən, 17:36
    Mais Məmmədov qanunsuz obyekətə hansı şərtlərlə icazə verib?-Video
  • Dünən, 17:18
    Prezidentin Ağdam səfəri: Azad edilmiş ərazilərdə dirçəliş Azərbaycanın dövlət iradəsinin göstəricisidir - TƏHLİL
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə