• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Gömrük dəyərləndirilməsi adı altında sistemli qanunsuzluq: sahibkarlığa qarşı institusionallaşmış təzyiq mexanizmi

Cəmiyyət

20-12-2025, 18:20

Son dövrlərdə Azərbaycanda sahibkarlıq mühitinin real vəziyyətini anlamaq üçün rəsmi hesabatlara və statistik göstəricilərə baxmağa ehtiyac yoxdur. Bunun üçün gömrük bəyannamələrinin taleyinə nəzər salmaq kifayətdir. İdxal fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün gömrük artıq fiskal nəzarət orqanı funksiyasını aşaraq faktiki olaraq qiymət diktə edən, iqtisadi münasibətlərə birbaşa müdaxilə edən və bazar mexanizmlərini öz subyektiv yanaşması ilə yönləndirən bir struktura çevrilmişdir. Bu, ayrı-ayrı icraçıların səhvi deyil, uzun müddət ərzində formalaşmış və davamlı xarakter alan sistemli qanunsuzluqların nəticəsidir.
Bu mənzərənin ən aydın nümunələrindən biri “Fenix Parts Group” MMC-nin işlənmiş avtomobil ehtiyat hissələrinin idxalı zamanı üzləşdiyi vəziyyətdir. Şirkət Amerika Birləşmiş Ştatlarından malları rəsmi alqı-satqı müqavilələri, kommersiya invoysları, nəqliyyat sənədləri və ixrac bəyannamələri əsasında, beynəlxalq ticarət qaydalarına tam uyğun şəkildə idxal etdiyi halda, gömrük orqanı tərəfindən təqdim edilmiş bəyannamələr dəfələrlə əsassız, formal və hüquqi məzmundan məhrum qeydlərlə geri qaytarılmışdır. Bu qeydlər nə konkret normativ aktlara, nə də ölçülə bilən hüquqi faktlara söykənmişdir.
Gömrük orqanı iddia edir ki, bəyannamənin 31-ci qrafasında malların “tam təsviri”, “keyfiyyət göstəriciləri”, “istehsalçı” və “ticarət nişanı” barədə məlumatlar guya yetərli deyil. Halbuki söhbət işlənmiş, sökülmüş, müxtəlif avtomobillərdən çıxarılmış ehtiyat hissələrindən gedir. Bu kateqoriyaya aid mallar üçün istehsalçı, brend və artikul kodlarının göstərilməsi nə Azərbaycan Respublikası Gömrük Məcəlləsində, nə də “Gömrük tarifi haqqında” Qanunda məcburi tələb kimi nəzərdə tutulmuşdur. Gömrük tərəfindən irəli sürülən bu tələblər faktiki olaraq qanunda mövcud olmayan öhdəliklərin sahibkara yüklənməsi və hüquqi əsas olmadan yeni “qaydaların” icra edilməsi deməkdir.
Ən ağır və prinsipial pozuntu isə gömrük dəyərinin müəyyən edilməsi mərhələsində baş verir. Gömrük orqanı heç bir obyektiv, ölçülə bilən və sübuta yetirilmiş əsas təqdim etmədən “sövdələşmə qiyməti” üsulunun tətbiqindən imtina edir və avtomatik qaydada “ehtiyat üsulu”na keçdiyini bildirir. Halbuki “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə və GATT-ın VII maddəsinə əsasən, gömrük dəyərinin müəyyən edilməsində əsas və prioritet üsul məhz sövdələşmə qiymətidir və bu üsul yalnız ciddi, hüquqi cəhətdən əsaslandırılmış və sübuta yetirilmiş hallarda istisna edilə bilər.
Konkret bu iş üzrə isə sövdələşmə qiyməti rəsmi kommersiya invoysları, tərəflər arasında bağlanmış alqı-satqı müqavilələri və onların əlavələri, ABŞ-ın ixrac bəyannamələri, eləcə də nəqliyyat və yük sənədləri ilə tam, ardıcıl və bir-birini tamamlayan şəkildə təsdiq edilmişdir. Gömrük orqanı nə bu sənədlərin saxtalığını iddia edir, nə də onların etibarsız olduğunu sübuta yetirir. Sadəcə “kifayət qədər məlumat yoxdur” kimi ümumi, hüquqi nəticə doğurmayan ifadələrlə sahibkarı əlavə ödənişlərə məcbur etməyə çalışır. Bu isə artıq gömrük nəzarəti deyil, açıq-aşkar qiymət manipulyasiyasıdır.
Vəziyyəti daha da ağırlaşdıran məqam ondan ibarətdir ki, eyni sənədlər əvvəl qəbul edilir, daha sonra isə eyni əsaslarla yenidən rədd olunur. Bu davranış inzibati icraatın hüquqi müəyyənlik, sabitlik və etibarlı gözlənti prinsiplərinə açıq şəkildə ziddir. Sahibkar əvvəlcədən bilməlidir ki, hansı sənəd yetərlidir və hansı şərtlər daxilində fəaliyyəti qanuni hesab olunur. Qanun “təxminlə idarəetmə”ni tanımır.
Sahibkara məxsus yük artıq təxminən bir aydır ki, Bakı Baş Gömrük İdarəsinin ərazisində nəqliyyat vasitəsinin üzərində saxlanılır və bu vəziyyət açıq şəkildə qəsdən yaradılmış süründürməçilik təsiri bağışlayır. Gömrük orqanının hərəkət və hərəkətsizliyi nəticəsində sahibkara davamlı olaraq maddi zərər vurulur, eyni zamanda ciddi mənəvi təzyiq göstərilir. Gömrük bəyannaməsi gah tamamilə əsassız və hüquqi əsasdan məhrum bəhanələrlə geri qaytarılır, gah da heç bir qərar qəbul edilmədən həftələrlə hərəkətsiz vəziyyətdə saxlanılır.
Bu proses zamanı sahibkarın hüquqları sistemli və məqsədli şəkildə kobud formada pozulur, qanunvericilikdə nəzərdə tutulmuş müddətlər bilərəkdən gözardı edilir, sahibkar faktiki olaraq inzibati süründürməçiliyə məruz qalır. Nəticədə sahibkar gömrük orqanının qanunsuz, normativ aktlarda nəzərdə tutulmayan və hüquqi əsası olmayan tələblərini yerinə yetirməyə məcbur edilməyə çalışılır. Bu cür davranış artıq inzibati nəzarət çərçivəsindən çıxaraq, iqtisadi fəaliyyətə qarşı təzyiq və zorakı inzibati təsir mexanizminə çevrilmişdir.
Gömrük əməkdaşlarına yaxın olduğu iddia edilən karqo şirkətlərinin fəaliyyəti isə vəziyyəti daha da ağırlaşdırır və bazarda rəqabəti faktiki olaraq məhv edir. Bu karqo strukturları gömrük prosedurlarından asanlaşdırılmış, selektiv və qeyri-şəffaf şəkildə istifadə etməklə malları ölkəyə xeyli ucuz və sürətli yollarla gətirirlər. Nəticədə qanunla işləməyə çalışan heç bir müstəqil sahibkar bu cür imtiyazlı mexanizmlərlə rəqabət aparmaq imkanına malik olmur.
Beləliklə, bir tərəfdən sahibkarlar rəsmi idxal zamanı süni əngəllərlə, şişirdilmiş qiymət tələbləri və süründürməçiliklə sıxışdırılır, digər tərəfdən isə gömrük orqanlarına yaxın karqo şirkətləri üçün faktiki olaraq “yaşıl dəhliz” yaradılır. Bu ikili standart bazar iqtisadiyyatının əsas prinsiplərini açıq şəkildə pozur, sağlam rəqabəti sıradan çıxarır və gömrük nəzarətinin korrupsiya risklərini daha da dərinləşdirir.
Bu cür yanaşma yalnız bir şirkəti deyil, bütövlükdə idxal mühitini iflic edir. Sahibkar iqtisadi riskləri hesablaya bilər, lakin gömrükdə risk artıq bazar şərtlərindən deyil, subyektiv və dəyişkən qərarlardan asılıdırsa, bu, biznesin ölkədən çıxmasına səbəb olur. İdxalın azalması, qiymətlərin kəskin artması və real rəqabətin sıradan çıxması məhz bu siyasətin birbaşa nəticəsidir.
Xüsusilə vurğulanmalıdır ki, “Fenix Parts Group” MMC uzun müddət ərzində əsasən yeni, istehsalçı tərəfindən buraxılmış ehtiyat hissələrinin idxalı ilə məşğul olmuşdur. Lakin ölkədə alıcılıq qabiliyyətinin zəifləməsi və istehlakçı tələbatının dəyişməsi fonunda şirkət bazarın real ehtiyaclarına uyğun olaraq işlənmiş ehtiyat hissələrinin idxalına keçmişdir. İlkin mərhələdə bu mallar Gürcüstan və Birləşmiş Ərəb Əmirlikləri üzərindən gətirilmiş, lakin bu marşrutun iqtisadi baxımdan səmərəsiz olduğu aydın olmuşdur. Çünki həmin ölkələrdə mallar artıq gömrük rüsumlarına və vergilərə cəlb olunur, nəticədə eyni mal üzərində ikiqat fiskal yük formalaşır və əldə edilən gəlirin əsas hissəsi Azərbaycan büdcəsinə deyil, vasitəçi ölkələrin büdcəsinə yönəlir.
Bu səbəbdən daha səmərəli və şəffaf qərar qəbul edilmişdir: ehtiyat hissələrinin birbaşa Ford avtomobillərinin istehsal və əsas istismar ölkəsi olan Amerika Birləşmiş Ştatlarından idxalı. Lakin paradoks ondadır ki, məhz bu mərhələdə gömrük orqanı qanunsuz maneələr yaratmağa başlamış, ABŞ-dan birbaşa idxal olunan malların Dubay və Gürcüstan üzərindən gətirilən eyni mallardan qat-qat yüksək qiymətlərlə bəyan edilməsini tələb etmişdir. Bu yanaşma nə iqtisadi məntiqə, nə milli qanunvericiliyə, nə də beynəlxalq ticarət prinsiplərinə uyğun gəlir. Əksinə, bu, səmərəli iqtisadi qərar verən sahibkarın cəzalandırılması, qeyri-səmərəli marşrutların isə faktiki olaraq təşviq edilməsidir.
Problemin həlli üçün sahibkar birbaşa Dövlət Gömrük Komitəsinin sədrinin qəbuluna düşməyə cəhd göstərmiş, lakin Bakı şəhərində real və əlçatan qəbul mexanizminin faktiki olaraq mövcud olmadığı ilə üzləşmişdir. Bu səbəbdən sahibkar Komitə sədrinin region səfərlərini izləyərək Quba və Zaqatala şəhərlərinə getməyə məcbur olmuşdur. Lakin bu görüşlər problemin mahiyyətinin dinlənilməsi və həllinə yönəlməmiş, tələsik, formal və açıq şəkildə “tez yola vermə” xarakteri daşımışdır. Texniki və hüquqi məsələlər məqsədli şəkildə emosional müstəviyə keçirilməyə çalışılmış, sahibkara irad tutulmuş, məsuliyyət problemdən yayındırılmışdır. Heç bir konkret tapşırıq və ya göstəriş verilməmişdir. Hətta görüşlərin birində sahibkar Amerika Birləşmiş Ştatlarının hüquqi dövlət olduğunu, qlobal ticarət sistemində hegemon mövqeyə malik ölkə sayıldığını və ixracatçı tərəfindən qanunvericiliyin tələb etdiyi bütün sənədlərin tam və vaxtında təqdim edildiyini vurğuladığı halda, Komitə sədri ABŞ-ı “sadə sıradan bir ölkə” kimi təqdim etmişdir. Bundan da təəccüblüsü odur ki, görüşün bir hissəsi problemin hüquqi və iqtisadi mahiyyətinə deyil, “banan” sözünün guya düzgün işlədilməməsinə həsr edilmiş, Komitə sədrinin qəbulunda bu ifadənin istifadəsinin yolverilməz olduğu xüsusi olaraq qabardılmışdır. Belə bir yanaşma müzakirənin mahiyyətindən açıq şəkildə yayınmaqla yanaşı, problemin ciddiliyinə münasibətdə məsuliyyətsiz, qeyri-peşəkar və dövlət idarəçiliyinə yaraşmayan mövqenin tutulduğunu açıq şəkildə nümayiş etdirmişdir.
Komitə sədrinin qəbulundan hər hansı real nəticə əldə edə bilməyən sahibkar son ümid yeri kimi Dövlət Gömrük Komitəsinin Apellyasiya Şurasına müraciət etmişdir. Lakin burada da vəziyyət dəyişməmiş, şikayət mahiyyəti üzrə araşdırılmadan, faktlar və sənədlər təhlil edilmədən, formal prosedur çərçivəsində rədd edilmişdir. Praktikada Apellyasiya Şurası sahibkar üçün real hüquqi müdafiə mexanizmi rolunu oynamamış, əksinə, əvvəlcədən verilmiş qərarların “rəsmiləşdirildiyi” görüntü xarakterli bir mərhələyə çevrilmişdir.
Apellyasiya Şurasının sədri Bəhruz Quliyev iclas zamanı emosional və populist çıxış edərək Azərbaycan Respublikasının “banan ölkəsi” olmadığını və guya gömrük orqanlarının tam qanuni, şəffaf və qüsursuz fəaliyyət göstərdiyini bəyan etmişdir. Lakin bu iddialar iclasın faktiki gedişi ilə tam ziddiyyət təşkil etmişdir. Sahibkara cəmi 1–2 dəqiqəlik formal çıxış imkanı verilmiş, o, məsələni hüquqi və faktiki əsaslarla izah etməyə çalışdığı anda sözləri yarımçıq kəsilmiş və məsələ mahiyyəti üzrə müzakirə edilmədən dərhal səsvermə mərhələsinə keçilmişdir. Nəticədə, şikayət heç bir real araşdırma aparılmadan təmin edilməmişdir.
Daha da diqqətçəkən və narahatedici məqam ondan ibarətdir ki, bu qərar elan edildikdən dərhal sonra Apellyasiya Şurasının iclası zamanı aparılan video çəkiliş dayandırılmışdır. Halbuki Apellyasiya Şurasının iclaslarının video qeydə alınması məhz şəffaflıq və hesabatlılıq məqsədi daşıyan institusional praktikadır. Kamera söndürüldükdən sonra isə iclasın xarakteri kəskin şəkildə dəyişmiş, artıq ictimai nəzarət olmadığı şəraitdə sahibkar qısa müddət ərzində dinlənilmiş, məsələ şura üzvləri ilə qapalı şəkildə müzakirə edilmişdir.
Lakin bu mərhələdə də hər hansı konkret tapşırıq, göstəriş və ya hüquqi nəticə ortaya qoyulmamış, məsələ yenə də havada saxlanılmışdır. Bu fakt açıq şəkildə göstərmişdir ki, Apellyasiya Şurasının açıq iclasları mahiyyət etibarilə formal xarakter daşıyır, real müzakirə və qərarvermə isə yalnız kamera söndürüldükdən sonra, qeyri-rəsmi və nəzarətsiz müstəvidə baş verir. Belə bir praktika isə Apellyasiya Şurasının yaradılma məqsədi, hüquqi funksiyası və ictimai etimad anlayışı ilə kökündən ziddiyyət təşkil edir.
Məhz bu səbəbdən sahibkar Apellyasiya Şurasına yazılı müraciət edərək sözügedən iclasın tam video görüntüsünün ona təqdim edilməsini tələb etmişdir. Məqsəd bu materialları ictimaiyyətə açıqlamaq, sosial şəbəkələr və açıq platformalar vasitəsilə Apellyasiya Şurasının iclaslarının formal keçirildiyini, sahibkarların real dinlənilmədiyini və faktiki vəziyyətin ölkə rəhbərliyinə təhrif olunmuş şəkildə təqdim edildiyini açıq və danılmaz sübutlarla nümayiş etdirməkdir.
Sahibkar Dövlət Gömrük Komitəsi tərəfindən təşkil olunan foruma da qatılmışdır. Lakin forum çərçivəsində vəzifəli şəxslər yalnız formal çıxışlar etmiş, çıxışlarını bitirdikdən sonra zalı tərk etmiş, sahibkarların suallarını və problemlərini dinləyən olmamışdır. Bu hal bir daha göstərir ki, Komitə tərəfindən keçirilən tədbirlər real dialoqa deyil, formal görüntü yaratmağa xidmət edir və mahiyyət etibarilə ictimai iştirakçılıq funksiyasını daşımır.
Bütün bunların fonunda son illərdə KİV-lərdə gömrük orqanlarında baş vermiş qaçaqmalçılıq, vəzifə cinayətləri və milyonlarla manatlıq qanunsuz dövriyyə faktlarının ifşa olunması təsadüfi deyil. Bu hallar problemin tək-tək icraçılarla deyil, dərin institusional xarakter daşıdığını açıq şəkildə göstərir.
Nəticə etibarilə bu gün sahibkar hər tərəfdən sıxışdırılır: gömrükdə şişirdilmiş qiymət tələbləri, inzibati süründürməçilik, qeyri-bərabər rəqabət mühiti. Bu siyasətin nəticəsi bazarda süni qiymət artımı, istehlakçının zərəri və sahibkarlıq mühitinin sistemli tənəzzülüdür.
Bu artıq bir şirkətin problemi deyil. Bu, gömrük idarəçiliyinin böhranı və sahibkarlıq azadlığının faktiki olaraq boğulmasıdır. Sual isə son dərəcə sadədir: qanun işləyəcək, yoxsa “praktika” adı altında qanunsuzluq davam edəcək?
Bu sual cavabsız qaldıqca, gömrük iqtisadiyyatın boğazında dayanmağa davam edəcək.

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Siyasət

7-12-2023, 09:42

İlham Əliyevin 3 saatlıq çıxışının TAM MƏTNİ

Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Gündəm / Cəmiyyət

24-09-2024, 09:31

Məcnun olub çöllərə düşmək lazım deyil... fermerləri dinlə... YETƏR! - NAZİRİN NƏZƏRİNƏ...

Gündəm / Cəmiyyət

10-12-2024, 11:10

Nəqliyyat və Xüsusi Texnika İdarəsində baş verən qanunsuzluqların qarşısı nə vaxt alınacaq? – Zaur Mikayılova sual olunur

Gündəm / Cəmiyyət

17-07-2025, 12:28

Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –“İnşaatçı 3” MMC nazirin özəl tərəfdaşı kimi…

Gündəm / Cəmiyyət

13-08-2024, 09:18

Xanlar Fətiyev barəsindəki SKANDALLAR: Dövlət rəhbərliyinə vəd verib "YALANÇI" çıxdı, maaşlar gecikdirdi, "Kəpəz"i "kor" qoydu + XARİCDƏKİ BİZNESİ

Gündəm / Cəmiyyət

20-09-2024, 11:04

Müəmmalı “ZN TRADE” MMC 12 günə 23 milyonluq dövlət sifarişlərini necə və kimlərin əli ilə əldə edə bilib

Cəmiyyət

8-10-2025, 11:50

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətində ehtiyat hissələrinin talanı davam edir

Gündəm / Cəmiyyət

6-12-2024, 14:25

“Hovers Group” MMC Naxçıvandan 12 milyonluq tenderi necə uddu?

Gündəm / Cəmiyyət

26-12-2024, 10:47

YDM-lər nədən ÖZBAŞINA QALIB? - İstədiklərini edirlər...

Gündəm / Cəmiyyət

26-08-2024, 14:15

Gəncə şəhər stadionunun yenidən qurulması niyə məhz “İnşaatçı 3” MMC-yə verildi -İLGİNC

Cəmiyyət

2-12-2024, 15:34

Nəqliyyat və Xüsusi Texnika İdarəsindəki bu talançılığın qarşısı alınacaqmı - İTTİHAM VAR...

Araşdırma
Xaçmazda vakansiya niyə gizlədildi? – 9 nömrəli məktəbdə biologiya dərsi kimə və necə verildi?
Zərgərlik mağazalarından oğurluq edən qadın saxlanıldı - VİDEO
İKZF Xəlil Göyüşovdan 152 milyon manatlıq yaşayış sahəsi alır
“Vüsal 300“ yenə köhnə ampulasında – Yüksək faiz, qanunsuz lizinq
Fuad Qəhrəmanlı axtarışa verildi
Şəhid anası imtahandan kəsildi, imtiyazsız namizəd imtahansız işə götürüldü – Quba-Xaçmaz RTİ-də qəribə kadr seçimi
Hadisə
25-02-2026, 18:35
Özünü televiziya əməkdaşı kimi qələmə verib pul tələb edən şəxs saxlanılıb
24-02-2026, 15:25
Cəlilabadda itkin düşən 26 yaşlı qadın axtarılır
22-02-2026, 15:00
Gəncədə 3 yaşlı uşaq xəstəxanada öldü
21-02-2026, 16:14
Zabratda mağaza və evlərdən silsilə oğurluq edən şəxs saxlanılıb
19-02-2026, 20:16
Gəncədə külək işıq dirəyini aşırıb, iki avtomobilə zərər dəyib - FOTO/VİDEO
19-02-2026, 18:06
Xəzər dənizində zəlzələ olub
Xəbər lenti
  • Bu gün, 13:08
    Milli Məclisin növbəti plenar iclası martın 3-də keçiriləcək
  • Bu gün, 13:04
    Maştağa Psixiatriya Xəstəxanasında əməliyyat - Komissiya sədri saxlanıldı
  • Bu gün, 12:31
    Bakıya sulu qar yağacaq
  • Bu gün, 12:21
    Qazaxda ekoloji soyqırım: Rəcəb Babaşovun qərarı, yoxsa Elşən Şirinovun səhlənkarlığı? – VİDEO
  • Bu gün, 10:48
    Vətəndaşların “Nizami City” adlı KABUSU... - ÖZBAŞINA QALIBLAR...
  • Bu gün, 10:37
    UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılır
  • Bu gün, 10:26
    Efiopiyanın Baş nazirinin rəsmi qarşılanma mərasimi olub
  • Bu gün, 10:13
    BİZİM TƏQVİM:27 fevralda baş vermiş tarixi hadisələr
  • Bu gün, 10:01
    Sabirabad sakini məhkəmə qapılarında qalıb... - Prezidentə MÜRACİƏT
  • Bu gün, 09:42
    Efiopiyannın Baş naziri Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib
  • Bu gün, 09:32
    Gömrük Komitəsi “Temu” ilə GİZLİ SÖVDƏLƏŞDİ: Özəl karqo şirkətlərini batırma əməliyyatı başlayır
  • Bu gün, 09:15
    Sosial şəbəkələrə uşaqlarla bağlı məhdudlaşdırıcı addımların tətbiqi təklif olunur
  • Bu gün, 09:06
    “L.A Dent” klinikasında diplomsuz həkimlər ifşa olunub-Video
  • Bu gün, 08:51
    Bakıda 15 istiqamətdə tıxac müşahidə olunur
  • Dünən, 21:20
    Üç milyon manatlıq tenderin qalibi olan şirkət "qara siyahı"da: Saxta sənəd təqdim edib
  • Dünən, 21:13
    Alim aqronom: Yaşıllaşdırma Təsərrüfatı Birliyində “yaşıl biznes” qurulub
  • Dünən, 21:00
    Marketlərə müştəri kimi daxil olub oğurluq edən şəxslər saxlanılıblar
  • Dünən, 19:12
    Leyla Əliyeva qızı ilə Rəvan Əzizovun evində - Fotolar
  • Dünən, 19:00
    “Bravo”da antinatitar vəziyyət: Ətlərin dadına birinci pişik baxır-Video
  • Dünən, 18:29
    Putin və Lukaşenko İttifaq Dövləti çərçivəsində yeni qərarlar qəbul ediblər
  • Dünən, 18:19
    DTX-nin əməkdaşları Xocalı soyqırımı qurbanlarının xatirəsini anıblar
  • Dünən, 18:11
    Xəzər rayonu başçının DƏDƏ MALIDIR? - Görünəni budur: BUNA TÖHMƏT DƏ AZDIR...
  • Dünən, 17:57
    “Heç kimin ağlına bizə qarşı təxribat törətmək gəlməsin”
  • Dünən, 17:33
    Xocalı Soyqırımı Memorialının açılışından - Fotolar
  • Dünən, 17:19
    İlham Əliyev: Xocalı soyqırımını törədən cinayətkarlar məhkəmə qarşısında cavab verdilər
  • Dünən, 17:12
    Fuad Nəcəfli və Vüqar Qurbanov həbs edilir? – Yeni şok iddialar yayıldı
  • Dünən, 16:28
    Azərbaycan və Türkiyə Preferensial Ticarət Sazişinin əhatə dairəsini genişləndirir
  • Dünən, 16:21
    3100 manata görə məhkəməyə verilən qazi anası “Bank of Baku”ya QALİB GƏLDİ - "İndiyədək 6 dəfə məhkəmə olub"
  • Dünən, 15:53
    Paşinyanın 7 iyun sınağı - İtkisiz il kartı və Ermənistanın xilas kəməri - ŞƏRH
  • Dünən, 15:44
    “Al Market” işçiləri ixtisar edib pulunu kəsir — 1657 manat…
  • Dünən, 15:23
    Türkiyə MN: Qəzaya uğrayan F-16-nın pilotu katapult sistemini son anda işə salıb
  • Dünən, 15:12
    İcra hakimiyyətlərinin milyonluq tenderlərini udan şirkət sənədləri saxtalaşdırırmış - TƏFƏRRÜAT
  • Dünən, 13:05
    Medianın İnkişafı Agentliyinin kollektivi "Ana harayı" abidəsini ziyarət edib
  • Dünən, 12:56
    Saleh Məmmədovun fəaliyyəti araşdırılır - Ciddi pozuntular aşkarlanıb
  • Dünən, 12:31
    Kaxetidə Azərbaycan–Gürcüstan–Türkiyə Biznes Forumu keçirilir
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə