• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Goranboyun büdcəsinin “ORTAĞI”: “Star Təmir Construction”– 20 manatlıq şirkətə axıdılan milyonlar… - FOTOFAKT

Cəmiyyət

22-12-2025, 17:35

Goranboy Rayon İcra Hakimiyyəti və onun Goranboy şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi bu il abadlıq, əsaslı təmir və yol işləri adı altında eyni şirkətlə – Zaur Marif oğlu Əsgərova məxsus “STAR TƏMİR CONSTRUCTION” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə yüz minlərlə manatlıq müqavilələr imzalayıb. Rəsmi məlumatlara görə, bu MMC-nin nizamnamə kapitalı cəmi 20 manat olduğu halda, ona həvalə olunan dövlət sifarişlərinin ümumi məbləği bir neçə milyon manata yaxınlaşır. Bu fakt özü-özlüyündə həm satınalma proseslərinin şəffaflığı, həm də icra olunan işlərin real dəyəri ilə bağlı ciddi suallar doğurur.

Təkcə Goranboy rayonu üzrə rəqəmlərə baxanda mənzərə daha aydın görünür. 12 noyabr 2025-ci il tarixində Goranboy Rayon İcra Hakimiyyəti Goranboy şəhərində abadlıq işlərinin satın alınması üçün “STAR TƏMİR CONSTRUCTION” MMC ilə 182.834,04 AZN məbləğində müqavilə bağlayıb. Bundan cəmi bir neçə gün öncə 4 noyabr 2025-ci ildə isə Goranboy RİH başçısının Goranboy şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi eyni təyinatlı Goranboy şəhərində abadlıq işləri üçün eyni şirkətlə 294.792,16 AZN dəyərində daha bir müqavilə imzalayıb. Yəni, qısa zaman kəsiyində eyni profilli işlər üzrə eyni şirkətə ümumilikdə 477 min manatdan artıq (daha dəqiq: 477.626,20 AZN) sifariş verilib.

Bu məbləğlərə əlavə olaraq, 10 oktyabr 2025-ci ildə Goranboy şəhəri S.Vurğun küçəsi 15 və 17 ünvanlarında yerləşən çoxmənzilli yaşayış binalarının əsaslı təmiri üçün yenə “STAR TƏMİR CONSTRUCTION” MMC ilə 155.780,95 AZN məbləğində müqavilə bağlanıb. Bundan əvvəl, 22 avqust 2025-ci ildə Goranboy şəhərində yolların əsaslı təmiri üçün eyni şirkətə 485.332,97 AZN həcmində daha bir iri sifariş verilib. Beləliklə, yalnız 2025-ci il ərzində Goranboy şəhərində abadlıq, bina təmiri və yol işləri adı ilə “STAR TƏMİR CONSTRUCTION” MMC-yə yönləndirilmiş məbləğ təxminən 1.118.940,12 AZN təşkil edir. Bu rəqəm cəmi 20 manat nizamnamə kapitalı olan bir şirkət üçün qeyri-adi, hətta absurda çatan disbalansı ortaya çıxarır.

Bu sxemə nəzər salanda bir neçə məqam xüsusi diqqət çəkir. Birincisi, müxtəlif təyinatlı iri həcmli işlərin həm ümumi abadlıq, həm çoxmənzilli binaların əsaslı təmiri, həm də yolların bərpası kimi fərqli infrastruktura aid layihələrin sistemli şəkildə eyni MMC-yə verilməsi rəqabətin real olub-olmadığı barədə şübhələr yaradır.

İkincisi, dövlət satınalmalarında iştirak edən şirkətin maliyyə, texniki və kadr potensialının belə nəhəng sifarişləri icra etməyə yetərli olub-olmaması sual altındadır: nizamnamə kapitalı cəmi 20 manat olan bir şirkət necə olur ki, bir rayonda bir ilin içində 1,1 milyon manatdan çox dəyəri olan müqavilələrin əsas benefisiarına çevrilir?

Rəqəmlərin ardıcıllığı da maraqlıdır: əvvəlcə yolların əsaslı təmiri üçün 485.332,97 AZN, ardınca binaların əsaslı təmiri üçün 155.780,95 AZN, sonra isə ümumi abadlıq işləri üçün biri 294.792,16 AZN, digəri 182.834,04 AZN olmaqla iki ayrıca müqavilə. Görünən odur ki, Goranboy şəhərinin faktiki olaraq bütün iri təmir-abadlıq spektri yollar, binalar, ümumi abadlıq demək olar ki, bir şirkətin əlində cəmlənib. Bu cür konsentrasiya həm də korrupsiya riskini artıran amillərdən hesab olunur: tender şərtlərinin “şirkətə uyğun” tərtib edilməsi, formal rəqabət, yaxud ümumiyyətlə rəqibsiz prosedurlar ehtimalı istisna edilmir.

Hüquqi baxımdan bu məlumatlar özlüyündə birbaşa qanun pozuntusunu sübut etmir. Lakin açıq rəqəmlərin müqayisəsi göstərir ki, Goranboy Rayon İcra Hakimiyyəti və onun şəhər üzrə nümayəndəliyi büdcə vəsaitlərinin xeyli hissəsini çox aşağı kapitala malik bir şirkət vasitəsilə yönləndirir.

Bu isə həm ictimai nəzarət, həm də müvafiq dövlət qurumları üçün yoxlanmalı mövzuya çevrilir: işlər həqiqətən göstərilən məbləğlərə uyğun keyfiyyətdə və həcmdə görülübmü, satınalma prosedurları qanunun tələblərinə tam uyğun təşkil olunubmu, eyni şirkətin ardıcıl qalib gəlməsinin məntiqi, obyektiv izahı varmı?

Təbii ki, rayon icra hakimiyyəti bir ildəki bütün karlı tenderləri bir şirkətə verirsə, bundan icra başçısının xəbərsiz olması mümkünsüzdür. Elə bu səbəbdəndir ki, Məhərrəm Quliyevin adı son vaxtlar DTX-nin “qonaq gedəcəyi” icra başçıları arasında hallanır.

Rayonda illərlə eyni şirkətin nizamnamə kapitalı 20 manat olan “kağız MMC-lərin” yüz minlərlə manatlıq dövlət sifarişi alması, amma əvəzində rayonun özündə ciddi dəyişiklik hiss olunmaması artıq təsadüf yox, idarəetmə modelidir. Bu modelin adı sadə dildə belədir: büdcə pulları “abadlıq”, “təmir”, “yol çəkilişi” adı ilə kağız üzərində xərclənir, faktiki isə rayon sakinləri kasad infrastruktur, bərbad yollar, işsiz gənclik və perspektivsiz həyatla baş-başa qoyulur.

Belə bir şəraitdə icra başçısının “mən bilmirəm”, “mənim xəbərim yoxdur” demək lüksü yoxdur. Əgər bilirsə və susursa bu, iştirakçılıq deməkdir. Bilmirsə bu, səriştəsizlik və vəzifəyə yararsızlıqdır. Hər iki halda Məhərrəm Quliyev üçün nəticə eynidir: Goranboyun bu gün düşdüyü duruma görə birbaşa cavabdeh odur.

Nəticə çox sadədir: Goranboyun küçəsində, məktəbində, xəstəxanasında, parkında görünməyən hər qəpik kağız üzərində bağlanmış həmin tenderlərin kölgəsində itib-batan pullardır. Və bu kölgənin arxasında duran əsas şəxs isə Məhərrəm Quliyevdir.

yenicag.az

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

1-11-2024, 16:09

SABİQ NAZİRİN “TENDER KRALI”NA ÇEVRİLƏN ŞİRKƏTİ... - Azərbaycanda “Caspel”dən başqa İT şirkəti yoxdur? -DE-FAKTO

Gündəm / Cəmiyyət

10-10-2024, 09:22

Antiinhisar Agentliyi Goranboy Suvarma İdarəsinin şişirtdiyi qiymətlərə bəs niyə göz yumub

Cəmiyyət

16-09-2024, 14:26

MSK yekun siyahını açıqladı! - Adlar

Gündəm / Cəmiyyət

17-07-2025, 12:28

Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –“İnşaatçı 3” MMC nazirin özəl tərəfdaşı kimi…

Siyasət

7-12-2023, 09:42

İlham Əliyevin 3 saatlıq çıxışının TAM MƏTNİ

Cəmiyyət

7-11-2025, 16:39

Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçusu təltif edilib

Gündəm / Siyasət

24-04-2024, 14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Cəmiyyət

24-02-2025, 15:20

Neftçala İcra Hakimiyyəti “Avtoyoltikintiservis” MMC ilə rayonda yolları hansı üsullarla təmir edirlər

Gündəm / Cəmiyyət

19-09-2024, 14:42

“Unidez Center” MMC-ni KİM HİMAYƏ EDİR? - Qaradağ MKTİB, yoxsa Antiinhisar Xidməti?

Gündəm / Cəmiyyət

26-08-2024, 14:15

Gəncə şəhər stadionunun yenidən qurulması niyə məhz “İnşaatçı 3” MMC-yə verildi -İLGİNC

Gündəm / Cəmiyyət

9-09-2024, 12:46

Gədəbəydə batan bir milyona görə niyə heç kim məsuliyyət daşımadı - BU NƏDİ BELƏ?!

Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Araşdırma
Siyəzəndə təhsil sistemi silkələnir: Himayədarlıq və saxta qeydiyyat iddiaları
Xaçmazda uşaq baxçasında qalmaqal: qanun pozuntuları niyə ört-basdır edilir?
Novxanıda “torpaq imperiyası” iddiası: sabiq bələdiyyə sədrinin sərvəti araşdırılmalıdır
Azərbaycanda qanunsuz lizinq - “Vüsal 300“ -ün adamları sosial şəbəkələri “zəbt” edib
“Dərs yox, jurnal var?” – Gəncə Regional Kollecində növbəti qanun pozuntusu iddiası video və sənədlərlə gündəmdə
“PAŞA-K” dərman şirkətindən ŞİKAYƏT - “Ailəmizi ölümlə hədələyirlər, həyatımız təhlükədədir”
Hadisə
12-05-2026, 09:21
Kəmaləddin Heydərov Lökbatanda yanğın baş verən əraziyə gəlib - YENİLƏNİB
10-05-2026, 12:30
Ceyhun Bayramov: Azərbaycan-Ermənistan sərhədində delimitasiya və demarkasiya üzrə işlər davam etdirilir
10-05-2026, 12:00
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
7-05-2026, 17:34
Gülbadə Abdullayeva hadisəsi ilə bağlı ziddiyyətli açıqlamalar: KTM rəhbərliyinə yönələn suallar artır
7-05-2026, 15:40
Türkiyədə 77 tələbə qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib
6-05-2026, 11:48
Mövlud Çavuşoğlunun qardaşı güllələnib
Xəbər lenti
  • Bu gün, 13:06
    Prezident İlham Əliyev: WUF13-də rekord sayda iştirakçıları qəbul edirik
  • Bu gün, 12:54
    Xaraba günə qalan Goranboy: Başçıdan soruşan yoxdur ki... - DÖVLƏTİN PULLARI HANI?
  • Bu gün, 12:29
    İran və Oman Hörmüz boğazı ilə bağlı yeni mexanizm üzrə danışıqlar aparır
  • Bu gün, 12:07
    Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə iştirak edir - CANLI
  • Bu gün, 11:58
    Vilyam Hacıyevin ailəsinin sürdüyü maşınlar: “Su qiymətinə” - DETALLAR
  • Bu gün, 11:32
    AQUPDK-nın 2025-ci il üzrə Məlumatı parlamentə daxil olub
  • Bu gün, 11:25
    Dövlətin yaşıl siyasətini “qara biznes”ə çevirənlər… - Ekologiyanın “boz kardinal”ı Vüqar Kərimova ağır ittihamlar
  • Bu gün, 10:36
    Gələn ay Ombudsmanların Bakı Sammiti keçiriləcək
  • Bu gün, 10:17
    Qorxmaz Hüseynov qaynı Namiq Cəbrayılovun vasitəsilə milyonlarını leqallaşdırır - Özbəkistanda
  • Bu gün, 10:02
    WUF13 çərçivəsində assambleyaların birgə bağlanış sessiyası başlayıb
  • Bu gün, 09:08
    WUF13: Bakı Təşəbbüs Qrupu beynəlxalq konfrans keçirəcək
  • Bu gün, 08:43
    Bakının bəzi yollarında sıxlıq müşahidə olunur
  • Bu gün, 01:22
    Siyəzəndə təhsil sistemi silkələnir: Himayədarlıq və saxta qeydiyyat iddiaları
  • Dünən, 18:52
    SOCAR-a məxsus YDM-də bayrağa münasibət narazılıq yaratdı – görüntülər müzakirə olunur
  • Dünən, 15:00
    Prezident Deryageldi Orazovu qəbul etdi - Foto
  • Dünən, 14:38
    Sabah 27 dərəcə isti olacaq - PROQNOZ
  • Dünən, 13:00
    İlham Əliyev Tokayevi doğum günü münasibətilə təbrik edib
  • Dünən, 12:00
    Konqo urbanizasiya və yaşayış mühiti üzrə onillik plan üzərində iş aparır
  • Dünən, 11:30
    Mirziyoyev Azərbaycana işgüzar səfər edəcək
  • Dünən, 11:00
    İlham Əliyev Pakistanın Pəncab əyalətinin Baş nazirini qəbul edib
  • 16-05-2026, 18:00
    Pakistanın Pəncab əyalətinin Baş naziri WUF13-də iştirak üçün Azərbaycana gəlib
  • 16-05-2026, 17:30
    Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
  • 16-05-2026, 17:00
    HƏMAS-ın daha bir komandiri zərərsizləşdirildi
  • 16-05-2026, 16:00
    Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
  • 16-05-2026, 15:48
    Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
  • 16-05-2026, 15:26
    WUF13 ilə bağlı daşımalara "Bakı Taksi" xidmətinin 150 nəqliyyat vasitəsi cəlb edilib
  • 16-05-2026, 15:21
    Peskov türk dilini necə öyrənməsindən danışdı
  • 16-05-2026, 15:04
    Sabah bəzi ərazilərə dolu düşəcək, dağlara qar yağacaq - PROQNOZ
  • 16-05-2026, 12:33
    4 ayda 52 min şəxs işlə təmin olunub
  • 16-05-2026, 11:47
    Kambocanın Baş nazirinin müavini Azərbaycana səfərə gəlib
  • 16-05-2026, 11:43
    Ordular hazır vəziyyətə gətirildi: ABŞ-İran savaşı hər an başlaya bilər
  • 16-05-2026, 11:28
    İlham Əliyevin Türküstan mesajı: Orta Dəhlizdən rəqəmsal suverenliyə gedən yol - ŞƏRH
  • 16-05-2026, 11:05
    İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir?
  • 16-05-2026, 10:38
    Bakıda TDT-yə üzv ölkələrin QHT-lərinin II Həmrəylik Forumu keçirilir
  • 16-05-2026, 10:32
    Susuzluqdan yansam belə... - NARAZILIQ VAR...
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə