Azərbaycanda fəaliyyət göstərən “Bravo” supermarketlər şəbəkəsi yumurta satışına müvəqqəti məhdudiyyət tətbiq edib. Sosial şəbəkələrdə yayılan görüntülərə əsasən, bir nəfərə maksimum 30 ədəd yumurta satılır.
Şirkət Bakuplus.az-a bildirib ki, qərar bazarda münasib qiymətlərlə satış fonunda yaranan kütləvi alışların qarşısını almaq məqsədi daşıyır. “Bravo”nun açıqlamasına görə, limit bütün müştərilərin məhsullara bərabər çıxışını və mağazalarda məhsul davamlılığını təmin etmək üçün tətbiq olunub.
Şirkət qeyd edib ki, məhdudiyyət müvəqqəti xarakter daşıyır və topdan alışların qarşısını almağa yönəlib
Bakuplus.az