• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Gəncə Dövlət Universitetində baş verənlər şok edir... Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: İntihar cəhdi, təhdidlər və maliyyə maxinasiyaları

Cəmiyyət

2-02-2026, 18:13

Yusif Yusibov aldığı rüşvətin üstü açılmasın deyə, öz keçmiş köməkçisi Həmidə Qasımovanı ləkələyərək işdən azad etdi və öz adamları vasitəsilə “TikTok” platformasında onun barəsində böhtan xarakterli, rüsvayedici video yaydırdı.

Rektor Elm və Təhsil Nazirliyinin vəzifəli şəxslərinin, o cümlədən Ülkər Səttarovanın, Emin Əmrullayevin və Tural Əhmədovun ünvanına burada yazılması mümkün olmayan təhqiredici sözlər işlədib

Bu iddialar Gəncə Dövlət Universitetində yaşananlarla bağlı Yenixeber.org-a daxil olmuş yazıda yer alır...

Aktuallığını nəzərə alıb, müəyyən düzəliş və ixtisarlarla yazını dərc edirik:

Gəncə Dövlət Universitetinin 75 yaşlı rektoru Yusif Yusibovun özbaşınalıqları bitmək bilmir. Təsəvvür edin ki, bu adam şəhər prokurorunu belə ... ələ aldığını iddia edir. Bu söz onun yaxın ətrafı ilə söhbət zamanı ağzından çıxıb və həmin şəxslər də bunu müxtəlif yerlərdə danışırlar. Universitetdə onun qeyri-qanuni əməlləri ilə razılaşmayan şəxslər işdən azad edilir, ləkələnir, sosial şəbəkələrdə ailələrinin yanında biabır etdirilirlər.

Bir müddət əvvəl universitetin dəftərxanasının əməkdaşı Günay Asim qızı Məmmədova ləkələnərək işdən azad edilmişdi. Bu xanım hər yerə şikayət etsə də, baxan olmadı. Nəticədə həmin qadın universitetin ərazisində damarlarını kəsib, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilsə də, onun səsi batırıldı və bu hadisə ilə bağlı heç bir araşdırma aparılmadı.

Yusif Yusibov aldığı rüşvətin üstü açılmasın deyə, öz keçmiş köməkçisi Həmidə Qasımovanı ləkələyərək işdən azad etdi və öz adamları vasitəsilə “TikTok” platformasında onun barəsində böhtan xarakterli, rüsvayedici video yaydırdı. Həmin qadın həftələrlə xəstəxanada qaldı, sonda isə evini sataraq Bakıya köçməyə məcbur oldu. Ümumiyyətlə, Yusif Yusibovun özbaşınalığının həddi-hüdudu yoxdur.

Yusif Yusibov bu yaxınlarda, 22 yanvar tarixində axşam saat 19:00-da Gəncədə yerləşən “Alov” restoranında yaxın ətrafını başına toplayaraq məclis təşkil edib. Həmin qonaqlıqda bütün prorektorlar, dekanlar, müşavirlər — bir sözlə, rektorun yaxın ətrafından 20–25 nəfər iştirak edib. Maraqlıdır ki, qonaqlığın xərcini özü ödəmək əvəzinə, pulunu dekanlardan yığıb.

Həmin qonaqlıq zamanı rektor yaşına yaraşmayan ifadələr işlədib. Bütün bu danışıqlar məqsədli şəkildə restoranın həmin otağında əvvəlcədən quraşdırılmış kamera vasitəsilə qeydə alınıb. Rektor həmin məclisdə Elm və Təhsil Nazirliyinin vəzifəli şəxslərinin, o cümlədən Ülkər Səttarovanın, Emin Əmrullayevin və Tural Əhmədovun ünvanına burada yazılması mümkün olmayan təhqiredici sözlər işlədib. O, bildirib ki, orada ən layiqli adam onun dostu Firudin Qurbanovdur, ona daim müəyyən məlumatlar verir və o da buna uyğun fəaliyyətini planlaşdırır.

O, həmçinin qeyd edib ki, İlqar Kubışev Regional Kollecdə direktor işlədiyi dövrdə orada qayda-qanun yaratmışdı, lakin Elm və Təhsil üzrə Agentlik “buraxmanın, axmağın birini” ora direktor təyin edib. Bildirib ki, onun başqa əlacı qalmayıb və bir gün gedib Xoşunu oradan “təpiklə çıxaracaq”. “Xoşu” dedikdə Gəncə Regional Kollecin direktoru Xoşqədəm Xudiyevanı nəzərdə tutur.

Xoşqədəm Xudiyevaya qarşı mətbuatda və sosial şəbəkələrdə aparılan kampaniya Yusif Yusibovun xüsusi tapşırığı ilə Ümumi işlər üzrə prorektor Samir Məmmədovun vasitəsilə maliyyələşdirilir.

Xoşqədəm Xudiyeva protokola əsasən Gəncə Dövlət Universitetinin Elmi Şurasının üzvüdür. Lakin bu günə qədər bir dəfə də olsun Elmi Şuranın iclasında iştirak etməyib. Səbəb isə Elmi Şuranın iclas vaxtı barədə ona məlumat verilməməsi və dəvət olunmamasıdır. Əksinə, rektor dəfələrlə bildirib ki, “Xoşu nə zibildir ki, bizim şurada iştirak etsin”.

Samir Məmmədov isə həmin qonaqlıqda bəyan edib:

“Yusif müəllim, universitetlə bağlı mətbuatda gedən bütün yazıları dayandırmışam, bütün jurnalistləri susdurmuşam, narahat olmayın. Kollektiv üzvlərindən də kim harada nə yazsa, ora-bura məlumat ötürsə, onu Təhlükəsizlik Orqanlarının əlinə verəcəyəm”.

Hər dəfə imtahan sessiyasından sonra, eləcə də hər ay rektor tərəfindən Ümumi işlər üzrə prorektor Samir Məmmədova xüsusi ... verilir. Samir Məmmədovun ümumiyyətlə, təhsildən anlayışı yoxdur. Lakin, buna baxmayaraq hər işə qarışır, təhsillə bağlı müxtəlif komissiyalara rəhbərlik edir və ... bütün qonaqlıqlarda başda oturur.

Məlumunuz olsun ki, İqtisadiyyat fakültəsində əyani təhsil alan, lakin aylıq pul müqabilində dərsə gəlməyən bir tələbə Gürcüstandan Azərbaycana keçən kimi dərhal həbs olunub. Məlum olub ki, həmin tələbə Gürcüstanda terrorçu kimi hazırlanıb və Azərbaycanda terror aktı törətməyi planlaşdırırmış. Deyilənə görə, ona Vətənə xəyanət maddəsi ilə cinayət işi açılıb.

Universitetin Ümumi işlər üzrə prorektoru Samir Məmmədov belə təhlükəli halların qarşısının alınması ilə məşğul olmaq əvəzinə, Yusif Yusibovun göstərişi ilə Regional Kollecin direktoru Xoşqədəm Xudiyevaya qarşı sosial şəbəkələrdə kampaniya maliyyələşdirir və kollecdə işləyən öz adamları olan bir qrup müəllimi ona qarşı qaldırır.

Halbuki bütün Gəncə sakinlərinə məlumdur ki, Xoşqədəm Xudiyeva kollecdə ciddi qayda-qanun yaradıb, rüşvətin qarşısını tamamilə alıb. Tələbələr, valideynlər və sağlam düşüncəli müəllimlər onun fəaliyyətindən tam razıdır və onu dəstəkləyirlər. Bu, danılmaz faktdır.

Məlum olduğu kimi, Elmlər Akademiyasının nəzdində olan bir neçə Elmi-Tədqiqat İnstitutu GDU-nun tabeliyinə verilib. Yusif Yusibov həmin qonaqlıqda bildirib ki, bu institutlardan 20-dən artıq əməkdaşı işdən azad edəcəyəm. Bir neçə nəfər onların işləməsinə imkan verilməsini xahiş etsə də, Yusif Yusibov spirtli içkinin təsiri altında “nə danışırsınız, yerinə başqa adam götürəcəyəm, orada yaxşı pul var” deyə cavab verib.

Bu yaxınlarda Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov universitet əməkdaşlarının maaşlarını 10 faiz artırıb.

Yusif Yusibov isə universitetdə yalnız özünə yaxın adamların maaşını qaldırır. Elmi Şurada müzakirə olunmadan rektora yaxın şəxslərə Elmi Şuranın qərarı ilə yüksək maaşlar yazılır, müəllimlərin və tədris-köməkçi heyətin maaşları isə artırılmır. Tədris-köməkçi heyət təxminən 300 manat maaş alır. Rektor iclaslarda bildirir ki, vəsait yoxdur. Maraqlıdır, bəs vəsait hara gedir?

Laboratoriyalara avadanlıq alınmır, professor-müəllim heyəti dərs vəsaitlərini, məqalələri və fənn proqramlarını öz şəxsi vəsaitləri hesabına çap etdirir, həmin materiallar universitetin kitabxanasına belə qəbul edilmir. Yalnız akkreditasiya zamanı, görüntü yaratmaq üçün müəyyən sayda kitab kitabxanaya daxil edilib. Kafedralara, şöbələrə və dekanlıqlara hətta A4 kağızı belə verilmir; kağız, papkalar, sabun, təmizləyici vasitələr və digər ləvazimatlar alınıb elə həmin gün müxtəlif obyektlərə satışa göndərilir. Universitetin tualet otaqlarında sabun və kağız belə yoxdur; bunları dekanlara məcburən aldırırlar.

Universitetdə olan kompüterlər və noutbuklar yararsız vəziyyətdədir, çünki universitetə alınarkən ən keyfiyyətsiz texnika baha qiymətə rəsmiləşdirilir.

Rektorun qəbul günü yoxdur, heç kimi qəbul etmir. O, respublikada qəbul saatı olmayan yeganə rektordur.

Nazir tərəfindən töhmət verilərək işdən azad edilmiş İlqar Kubışev Yusif Yusibov tərəfindən yenidən özünə müşavir təyin edilib. İlqar Kubışevin ixtisası maşınqayırma texnologiyasıdır. Buna baxmayaraq, o əvvəlcə Musiqi Kollecinə direktor təyin etdirilib. Kollektivin ciddi narazılığı nəticəsində, nazirin əmri ilə işdən azad edilib. Daha sonra Yusif Yusibov onu yenidən özünə köməkçi təyin edib. Müəyyən müddətdən sonra İlqar Kubışev yenidən Gəncə Regional Kollecinə direktor vəzifəsinə gətirilib. Kollecdə yenidən narazılıqlar başladığından bu şəxs bir daha Təhsil Nazirinin əmri ilə töhmət alaraq işdən çıxarılıb.

Maraqlıdır ki, Təhsil Nazirliyi tərəfindən dəfələrlə töhmət verilərək işdən azad edilmiş bir şəxsin yenidən yüksək vəzifələrə təyin olunması açıq-aşkar Nazirliyə meydan oxumaq deyilmi?

İlqar Kubışev Yusif Yusibovun qoçularından biridir. Ötən illərdə o, Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Farizə İsmayılzadəni rektorun qəbul otağında vəhşicəsinə döymüşdü. Farizə İsmayılzadə uzun müddət müxtəlif instansiyalara şikayət etsə də, nə işinə bərpa oluna bilmədi, nə də İlqar Kubışev barəsində hər hansı tədbir görülmədi.

Ən acınacaqlı və utancverici məqam isə odur ki, İlqar Kubışevin davranışları universitet əməkdaşları arasında daim mübahisə mövzusudur. Bütün gününü lazer epilyasiya salonlarında keçirən, bədəninin müxtəlif nahiyələrinin tüklərini təmizlətdirən, başına lak çəkdirən, kollektivdə hamıya süni və qeyri-ciddi şəkildə “canım, canım” deyə müraciət edən, əməkdaşların dili ilə desək “baboşluq edən” bu şəxs faktiki olaraq kollektivə rəhbərlik edir, rektorun katibəsi kimi qəbul otağına heç kimi buraxmır və rektorun əvəzinə qərarlar verir. Bunun səbəbi isə vaxtilə öz evini Yusif Yusibova və onun ... kef məclisləri keçirmək üçün verməsidir.

Bu qədər müraciətə baxmayaraq, Təhsil Nazirliyinin susqunluğunu Gəncə Dövlət Universitetinin əməkdaşları kimi başa düşə bilmirik. Təhsil Nazirliyi kimdən qorxur və niyə reaksiya vermir?

Mikayıl Cabbarov respublikada birinci adam deyil ki??? Nə vaxta qədər Mikayıl Cabbarov bu universitetdəki cinayət əməllərini Yusif Yusibova görə ört-basdır edəcək??? (Yenixeber.org )

Yazıda adları hallanan tərəflərin cavab haqqını tanıyırıq.

Gəncə Dövlət Universitetində baş verənlər şok edir... Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: İntihar cəhdi, təhdidlər və maliyyə maxinasiyaları




Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Siyasət

26-05-2025, 10:32

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Gündəm / Siyasət

25-05-2024, 19:07

Prezident əfv sərəncamı imzaladı - SİYAHI

Siyasət

7-12-2023, 09:42

İlham Əliyevin 3 saatlıq çıxışının TAM MƏTNİ

Cəmiyyət

24-12-2025, 10:33

Gəncə Dövlət Universiteti ilə bağlı ŞOK FAKTLAR:... əxlaqsızlıq, rüşvətxorluq, korrupsiya, qohumbazlıq

Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Gündəm / Cəmiyyət

11-07-2025, 12:19

Yusif Yusibovun əməlləri ifşa olunur

Gündəm / Cəmiyyət

10-03-2025, 11:29

Maliyyə nazirinin müavini Azər Bayramov rektora “krışa”lıq edir(?)! -Gəncə Dövlət Universitetində bitməyən talançılıq…

Gündəm / Təhsil

24-10-2025, 13:19

Təhsil sistemində idarəetmə işinə qeyri-professionalların irəli çəkilməsi təhlükəli tendensiyadır – Getməli olanlar kimlərdir

Gündəm / Cəmiyyət

16-07-2025, 13:15

Yusif Yusibov son akkordlarını Gəncə Dövlət Universitetində belə vurur

Təhsil

17-06-2025, 10:13

Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-MÜRACİƏT

Gündəm / Cəmiyyət

17-07-2024, 09:54

Məhkəmə iş adamını zərərçəkən kimi tanıdı, amma… - NARAZILIQ VAR...

Gündəm / Cəmiyyət

21-10-2024, 11:23

Gəncə Dövlət Universitetinin əməkdaşlarının rektora müraciəti: Cənab rektor,... fəaliyyətinizi düzəldin

Araşdırma
“Pulumu qaytarmadılar, yenidən əməliyyat təklif etdilər” – Vətəndaş estetik əməliyyatdan şikayətçidir
Qaz İxrac İdarəsində Sərxan Babaşovla bağlı yeni iddialar
Saxta ştatlar, maaş pozuntuları və polis təzyiqi iddiası – Füzulidə təhsil qalmaqalı
Siyəzəndə təhsil sistemi silkələnir: Himayədarlıq və saxta qeydiyyat iddiaları
Xaçmazda uşaq baxçasında qalmaqal: qanun pozuntuları niyə ört-basdır edilir?
Novxanıda “torpaq imperiyası” iddiası: sabiq bələdiyyə sədrinin sərvəti araşdırılmalıdır
Hadisə
Dünən, 16:25
9 ildir aliment ödəməyən kişi - 9 aylıq həbs edildi
23-06-2026, 19:00
Türkiyədə sursat anbarında partlayış olub, 2 nəfər ölüb, 2-si yaralanıb
23-06-2026, 18:00
Gürcüstanda azərbaycanlı tələbə partlayışda həlak oldu
23-06-2026, 16:31
Məktəb direktoruna kabinetində xəsarət yetirdi və cəza aldı
17-06-2026, 09:28
Ağstafa su kanalında kişi batıb
14-06-2026, 12:00
Azərbaycanda mağazaya ildırım düşdü - Yanğın başladı
Xəbər lenti
  • Bu gün, 13:10
    Sabahın hava proqnozu açıqlanıb
  • Bu gün, 12:57
    Gömrük Komitəsi vəzifəli şəxslərinə 181 min manatlıq geyim alır - DETALLAR
  • Bu gün, 12:42
    Vilayət Eyvazov Lerikdə vətəndaş qəbulu, Lənkəranda sıra baxışı keçirəcək
  • Bu gün, 12:38
    “AFB Bank”ın filial müdiri 12 min “otkat” alıb - TƏFƏRRÜAT
  • Bu gün, 12:12
    SEPAH yeni Hörmüz marşrutundan istifadə edən gəmiləri hədəf alacağı ilə hədələyir
  • Bu gün, 12:01
    İçməli suyun məmur bağlarına və villalara yönləndirilməsi sakinləri susuz qoyub - ETİRAZ VAR...
  • Bu gün, 11:37
    İlham Əliyev sloveniyalı həmkarını təbrik edib
  • Bu gün, 11:25
    FHN Qaz İxrac İdarəsinin FƏALİYYƏTİNİ YOXLAMALIDIR! - İLGİNC FAKTLAR...
  • Bu gün, 11:00
    Səbinə Əliyeva: "Güclü audit sistemi korrupsiya risklərinin azaldılmasına töhfə verir"
  • Bu gün, 10:47
    "Kontakt Home”, “Baku Electronics” və “Music Gallery”nin endirim kampaniyalarına inanmayın!
  • Bu gün, 10:17
    Milli Məclis "Toxumçuluq haqqında" qanun layihəsini müzakirə edir
  • Bu gün, 10:01
    Təkcə yeməkxanaların icarəsindən aylıq 80 MİN MANAT! - YE Kİ YEYƏSƏN...
  • Bu gün, 09:34
    Aşura günü ilə əlaqədar Təzəpir məscidində qanvermə aksiyası keçirilir
  • Bu gün, 09:22
    “Yeməkləri evlərinə aparırlar” - İTTİHAM VAR...
  • Bu gün, 08:58
    Venesuelada dağıdıcı zəlzələ itkilərə və dağıntılara səbəb olub - YENİLƏNİB
  • Dünən, 19:00
    Krasnodarda helikopter qəzaya uğrayıb
  • Dünən, 18:30
    İlham Əliyev Qalibafa: Arzu edirəm ki, bölgədə heç bir müharibə olmasın
  • Dünən, 18:14
    Əli Əsədov Numan Kurtulmuşla görüşüb
  • Dünən, 18:04
    Azərbaycanlılar Tbilisi vağzalında qalıb - Qatar biletləri tapılmır, ADY cavab vermir...
  • Dünən, 17:42
    "Azərikard" kart hesablarındakı problemlə bağlı açıqlama yayıb
  • Dünən, 17:28
    251 nömrəli məktəbdə "SON ZƏNG" adı ilə 100 min pul toplanıb? - Hər şagird 1800 manat...
  • Dünən, 17:07
    Kubada Venesuela variantına hazırlıq – "Azadlıq adası"nın "halına yanan gərək" - ŞƏRH
  • Dünən, 17:01
    “Maqnusu məğlub etmək ən böyük arzum deyildi” - Aydın Süleymanlı
  • Dünən, 16:35
    Bakıda məhkumun azadlıqda olarkən basdırdığı avtomat aşkarlanıb
  • Dünən, 16:25
    9 ildir aliment ödəməyən kişi - 9 aylıq həbs edildi
  • Dünən, 16:10
    Tramp: İran Hörmüz boğazından keçən gəmilərdən ödəniş tələb etsə, danışıqlar dərhal dayandırılacaq
  • Dünən, 16:03
    Mədəniyyət Nazirliyinin gözündən uzaq qalan Səngəçal karvansarayı baxımsızlıqdan "tarix"ə qarışır
  • Dünən, 15:27
    Pakistanın Azərbaycandakı səfirliyi iki gün işləməyəcək
  • Dünən, 15:11
    Rəşad müəllimin bu işçilərindən XƏBƏRİ VARMI? - DƏLİXANADIR, VALLAH...
  • Dünən, 14:56
    Pakistan XİN: ABŞ-İran texniki danışıqları gələn həftə bərpa olunacaq
  • Dünən, 13:23
    Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
  • Dünən, 13:11
    Sabah Bakıda və rayonlarda yağış yağacaq
  • Dünən, 13:02
    Gələn həftə direktorların işə qəbulu üzrə elektron qeydiyyatı başlayacaq
  • Dünən, 12:54
    İlham Əzimovu AAYDA sədri Vüsal Nəsirliyə kim tapşırıb? - İLGİNC İDDİA
  • Dünən, 12:30
    Şuşada TDT ölkələrinin dini qurumlarının rəhbərlərinin Birinci görüşü keçiriləcək
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə