• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Son zamanlar uşaqların iştirakı ilə baş vermiş neqativ hallarla bağlı Ombudsman açıqlaması

Cəmiyyət

6-02-2026, 21:58

Son zamanlar uşaqlar tərəfindən həmyaşıdlarına və digər şəxslərə qarşı aqressiv davranışın göstərilməsi, hüquq pozuntusu törədilməsi halları ciddi narahatçılıq doğurur. Uşaqların psixoloji vəziyyətinin qiymətləndirilməsi, onların davranışlarına, o cümlədən onların rəqəmsal platformalardan istifadə etmələrinə nəzarət edilməsi uşaqların və ümumilikdə cəmiyyətin sağlamlığı və təhlükəsizliyinin qorunması baxımından xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinə dair müraciətində son illər uşaqlar arasında geniş yayılmış onlayn oyun və interaktiv platformaların, xüsusilə “Roblox” platformasının yaratdığı risklər barədə analitik təhlilə əsaslanan məlumatlar verilmiş, aidiyyəti dövlət orqanları uşaqların rəqəmsal təhlükəsizliyinin təmin edilməsi məqsədilə onlayn platformalar üzərində nəzarət mexanizmlərini gücləndirməyə, risklərin hüquqi qiymətləndirilməsinin aparılmasına və preventiv fəaliyyətin həyata keçirilməsi sahəsində zəruri tədbirlər görməyə dəvət olunmuşdur.
Qeyd olunan problemlərin aradan qaldırılmasında valideynlərin də rolu danılmazdır. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Baş verən hadisələr onu göstərir ki, valideynlər tərəfindən uşaqlara daha diqqətlə yanaşılması, onlarla etibarlı ünsiyyətin təmin edilməsi və uşaqların olduğu hər bir yerdə təhlükəsizliyin gücləndirilməsi çox vacibdir.
Media subyektlərinin nümayəndələri tərəfindən uşaqlarla bağlı məlumatların yayılmasında qanunvericiliyin tələblərinə əməl edilməsi, uşaqların mənafelərinin üstün tutulması, məsələlərə uşaq hüquqlarının müdafiəsi prizmasından yanaşılaraq ictimaiyyətin düzgün məlumatlandırılması zəruridir.
Ombudsman tərəfindən mediada uşaq hüquqlarının pozulması halları ilə bağlı media subyektlərinə və jurnalistlərə ünvanlanmış açıq müraciətdə bu sahədə onların vəzifələri və məsuliyyəti əks etdirilmiş, onlara peşə fəaliyyətlərini həyata keçirdikləri zaman uşaqların mənafelərini üstün tutmaları və uşaqlarla bağlı məlumatların yayılmasında həssas yanaşma nümayiş etdirmələri tövsiyə olunmuşdur.
06 fevral 2026-cı il tarixində “İdrak” liseyində baş vermiş insidentlə bağlı media nümayəndələri tərəfindən şagirdlərdən müsahibə götürülməsi və məlumatların işıqlandırılması üsulu təəssüf doğurur.
Bir daha media nümayəndələrinə “Media haqqında” Azərbaycan Respublikasının Qanununun, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun, “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”nın və digər hüquqi aktların tələblərini xatırladaraq, onları bu sahədə məsuliyyətli mövqe nümayiş etdirməyə dəvət edirəm.
Qeyd edək ki, belə hallarla bağlı tərəfimizdən aidiyyəti qurumlara müraciət edilərək zəruri tədbirlərin görülməsi təmin edilir.
Uşaqların hüquqlarının müdafiəsi, onların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin olunması məqsədilə bir daha əlaqədar dövlət orqanlarını qeyd olunan sahədə nəzarəti daha da gücləndirməyə, valideynləri daha məsuliyyətli davranmağa, media subyektlərini uşaqlarla bağlı məlumatlar hazırlanarkən qanunvericiliyin tələblərinə əməl edərək uşaqların mənafelərin üstün tutmağa dəvət edirəm.

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Siyasət

7-12-2023, 09:42

İlham Əliyevin 3 saatlıq çıxışının TAM MƏTNİ

Siyasət

4-08-2022, 14:10

Prezident 7 fərman, 1 sərəncam imzaladı

Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Siyasət

26-05-2025, 10:32

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Cəmiyyət

6-12-2025, 19:11

Dövlət müstəqilliyinin təməli hüquq və ədalətdir

Gündəm / Cəmiyyət

20-12-2024, 09:47

 Özəl, yoxsa ÖZBAŞINA bağçalar? – “İlk müəllim travması”

Təhsil

14-01-2025, 21:05

Rektorlar arasında İNTRİQA QIZIŞIR...- ELÇİN BABAYEV UNEC-Ə REKTOR GƏLMƏK İSTƏYİR ?

Gündəm / Siyasət

18-01-2024, 10:55

MM Fransa Senatının qətnaməsi ilə bağlı bəyanat yaydı

Maraqlı

4-02-2026, 16:33

Yüksək postlarda çalışan azərbaycanlı qadın rəhbərlər - ƏTRAFLI

Gündəm / Siyasət

8-11-2025, 13:10

Prezident və Mehriban Əliyeva Zəfər muzeyinin açılışında - FOTOLAR

Gündəm / Siyasət

25-05-2024, 19:07

Prezident əfv sərəncamı imzaladı - SİYAHI

Gündəm

5-04-2024, 20:55

Deputatlar bu gün nələri müzakirə etdi...

Araşdırma
“Pulumu qaytarmadılar, yenidən əməliyyat təklif etdilər” – Vətəndaş estetik əməliyyatdan şikayətçidir
Qaz İxrac İdarəsində Sərxan Babaşovla bağlı yeni iddialar
Saxta ştatlar, maaş pozuntuları və polis təzyiqi iddiası – Füzulidə təhsil qalmaqalı
Siyəzəndə təhsil sistemi silkələnir: Himayədarlıq və saxta qeydiyyat iddiaları
Xaçmazda uşaq baxçasında qalmaqal: qanun pozuntuları niyə ört-basdır edilir?
Novxanıda “torpaq imperiyası” iddiası: sabiq bələdiyyə sədrinin sərvəti araşdırılmalıdır
Hadisə
Bu gün, 16:09
53 yaşlı qadın göldə boğuldu
28-06-2026, 11:00
Polis motosikleti təhlükəli sürən şəxsi saxladı
27-06-2026, 18:00
Doqquzuncu sinif şagirdi vəfat etdi
24-06-2026, 16:25
9 ildir aliment ödəməyən kişi - 9 aylıq həbs edildi
23-06-2026, 19:00
Türkiyədə sursat anbarında partlayış olub, 2 nəfər ölüb, 2-si yaralanıb
23-06-2026, 18:00
Gürcüstanda azərbaycanlı tələbə partlayışda həlak oldu
Xəbər lenti
  • Bu gün, 20:09
    İlham Əliyev: Bizim üçün sülh artıq reallıqdır
  • Bu gün, 18:00
    “AnewZ” Fransanın Afrikadakı təsirinin azalmasına dair film hazırlayıb - Video
  • Bu gün, 17:30
    Bakıda musiqiçini maşın vurub öldürdü
  • Bu gün, 17:08
    Ursula fon der Lyayen: Aİ Azərbaycanla tərəfdaşlığı dərinləşdirmək niyyətindədir
  • Bu gün, 16:58
    Ursula Fon der Lyayen Azərbaycana səfərə gəlib
  • Bu gün, 16:53
    Anar Əliyevin “qənaəti“ - Şöbə müdirinin müavininə də stol və paltar dolabı alır
  • Bu gün, 16:24
    DÇ-2026: İngiltərə, Belçika və ABŞ milliləri 1/16 final matçına çıxırlar
  • Bu gün, 16:09
    53 yaşlı qadın göldə boğuldu
  • Bu gün, 15:44
    Azərbaycan və Türkiyə arasında hüquqi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub
  • Bu gün, 15:28
    Nazir oğlu ilə əlaqəli şirkət 2 universitetə ofis icarəyə verib - 1 milyon manatlıq
  • Bu gün, 15:10
    Leyla Əliyeva "Onlardan biri: Emil" adlı anım tədbirində iştirak edib
  • Bu gün, 14:59
    Zakir Nuriyev və ailə üzvü “Rabitəbank”dan nə qədər qazanır? - RƏQƏMLƏR
  • Bu gün, 14:40
    Çap və onlayn mediası subyektlərinə dəstək müsabiqəsinin nəticələri açıqlanıb - ƏLAVƏ OLUNUB
  • Bu gün, 14:31
    Biləcəridə qanunsuz tikinti, müqaviləsiz işçilər, yoxa çıxan nəzarət - BU NƏDİ BELƏ?
  • Bu gün, 14:12
    Sabah 35 dərəcə isti olacaq
  • Bu gün, 14:06
    İcra başçısı niyə şəhid anasını dinləmək istəmir?
  • Bu gün, 12:16
    Azərbaycan Prezidenti Kanadanın General-Qubernatorunu təbrik edib
  • Bu gün, 12:02
    Tikinti şirkətləri çıxarışı olmayan evləri vətəndaşların razılığı olmadan sökə bilərlər? – AÇIQLAMA
  • Bu gün, 11:50
    İlham Əliyev Somali Prezidentini milli bayramları münasibəti ilə təbrik edib
  • Bu gün, 11:31
    QHT-lərə Dövlət Dəstəyi Agentliyi ilə Gülnarə Vəlixanlını nə birləşdirir? - …xeyli məbləğdə vəsait toplanıb
  • Bu gün, 11:08
    Ukrayna Penzaya zərbə endirib, zavodlardan birinin ərazisində yanğın baş verib
  • Bu gün, 11:01
    Xaçmaz təhsilində OYUNBAZLIQ... - İTTİHAM VAR...
  • Bu gün, 10:21
    Kəmaləddin Heydərovun vətəndaş qəbulunun vaxtı dəyişib
  • Bu gün, 10:15
    Xaçmaz səhiyyəsində VƏZİFƏ DAVASI - İLGİNC İDDİALAR
  • Bu gün, 09:55
    "Qarabağ" bu gün Avstriyada iki yoxlama oyunu keçirəcək
  • Bu gün, 09:48
    Vüqar Novruzov çayxanaya getdi, sakinlər kostyumda gəldilər – VİDEO
  • Bu gün, 09:33
    Bu gündən Azərbaycanda kişi və qadınların pensiya yaşı bərabərləşib
  • Bu gün, 09:22
    NİYƏ BU AYNA... ƏYRİ GÖRÜR ÖZÜNÜ...
  • Bu gün, 08:59
    Azərbaycan - İrlandiya diplomatik münasibətlərinin qurulmasının 30-cu ildönümüdür
  • Dünən, 18:58
    Leyla Əliyevanın təşəbbüsü ilə Hövsanda yeni ictimai çimərlik istifadəyə verilib
  • Dünən, 18:46
    Pakistanda tədris mərkəzinin damı çöküb, azı 7 uşaq ölüb
  • Dünən, 18:35
    Çexiya da Zelenskini ali ordendən məhrum etmək istəyir
  • Dünən, 18:24
    Serialdan sonra sevgili oldular
  • Dünən, 18:11
    İlham Əliyev Venesuelada zəlzələdə insan tələfatına görə başsağlığı verib
  • Dünən, 18:00
    “Bravo“da kiflənmiş “Holland pendiri“ satılıb? - Müştərilərdən ard-arda şikayətlər
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə