• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Addım-addım və qətiyyətlə - Laçın şəhəri təmizləndikdən sonra növbə Qarabağındır

Cəmiyyət

13-08-2022, 14:43

Prezident İlham Əliyev avqustun 12-də İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibə verib. Dövlət başçısı həm beynəlxalq aktorlara, həm də Ermənistan hərbi-siyasi rəhbərliyinə ciddi mesajlar ünvanlayıb. Ölkə rəhbəri bildirib ki, “Qisas” əməliyyatı qısa müddətli, amma çox təsirli cəza tədbiri idi. Həmçinin Prezident ermənilərin torpaqlarımızdan, o cümlədən Laçından çıxarılmasının vacibliyini söyləyib. Dövlət başçısı diqqətə çatıdırıb ki, Azərbaycanın öz ərazisində hərbi əməliyyatlar aparmasına kimsə mane ola bilməz.

Prezidentin müsahibəsindəki ismarıcları bakunews.az-ya report-a istinadən təhlil edən Bakı Politoloqlar Klubunun rəhbəri, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri Zaur Məmmədov deyib ki, regional və buradakı proseslərdə maraqlı olan aktorlar səslənən bəyanatlardan dərs götürməlidirlər:

“Dövlət başçısı bizim nəyi, nə zaman, necə etməyi bildiyimizi bir daha xatırlatdı. Əsas hədəflərin bizim üçün məlum olduğunu bildirdi. Ölkə rəhbəri vurğuladı ki, Azərbaycan öz ərazisində istənilən vaxt hərbi əməliyyatlar apara bilər. Yəni qanunsuz erməni hərbi birləşmələri torpaqlarımızdan çıxmazlarsa, biz yeni antiterror əməliyyatlarına başlaya bilərik. Çox güman ki, Laçın şəhəri boşaldıldıqdan sonra həll edilməli növbəti məsələ erməni terrorçularının Qarabağdan çıxarılması olacaq. Prezidentin Qarabağdakı ermənilər haqqında söylədikləri də ciddi mesajdır. Onlar ölkəmizdə digər etnik qruplar kimi yaşayacaqlar, ermənilərə heç bir əlavə imtiyaz, hüquq verilməyəcək. Son vaxtlar bəzi dövlətlər ermənilərə hansısa statusun verilməsi məsələsini gündəmə gətirirlər. Onlar başa düşməlidirlər ki, bunlar sadəcə illüziyadır”.

Z.Məmmədovun sözlərinə görə, hazırda regional proseslərdə əsas siyasi oyunçu Azərbaycandır:

“Artıq beynəlxalq aktorlar Azərbaycanın dövlət maraqlarını nəzərə alırlar və bizimlə hesablaşırlar. Ermənistan, o cümlədən Qarabağdakı ermənilər də yeni reallığı qəbul etməlidirlər. Həm Ermənistan iqtidarı, həm də müxalifəti artıq yeni mərhələnin başlandığını anlamalıdırlar. Əslində, onlar vəziyyətin nədən ibarət olduğunu bilirlər. Əks halda, əvvəl olduğu kimi, yenə də etirazçıların müxtəlif bəyanatlarını, aksiyalarını görərdik. Lakin bu dəfə belə mitinqlərin şahidi olmadıq. Müxalifət proseslərin hansı istiqamət üzrə inkişaf edəcəyini anlayır. Sadəcə, müxtəlif siyasətçilər bəzən ənənələrinə sadiq qalaraq xalqı aldatmağa çalışırlar. İrəvan bilməlidir ki, Azərbaycana qarşı ərazi iddiaları davam edərsə, biz də tarixi torpaqlarımız olan Zəngəzur, İrəvan və Göyçənin taleyi məsələsini gündəmə gətirə bilərik”.

Politoloqun fikrincə, rəsmi Bakı bundan sonra da tələblərinin yerinə yetirilməsinə nail olacaq:


“Ermənistan ən çox Qarabağdakı Rusiya sülhməramlıların mövcudluğuna arxayın idi. Qarşı tərəf elə düşünürdü ki, Azərbaycan bunu nəzərə alıb əməliyyatlara başlamaz. Hətta ola bilsin ki, İrəvan Bakı ilə Moskva arasında münasibətlərin pozulacağına ümid edirdi. Lakin biz “Qisas” əməliyyatı nəticəsində sülhməramlılarla hansısa fiziki təmasa ehtiyac olmadığını göstərdik. Azərbaycan hava yolu ilə düşmənin istənilən hədəfini məhv edə bilər. İkinci bir tərəfdən, Ukraynadakı müharibə, Türkiyə və Azərbaycanla dialoqu nəzərə alan Rusiya başa düşür ki, biz yeni istək irəli sürmürük, sadəcə, üçtərəfli razılaşmanın şərtlərinin icra olunmasını tələb edirik. Laçın dəhlizinin ləğvi və onun yeni yolla əvəz edilməsi, həmçinin qanunsuz erməni hərbi birləşmələrinin Qarabağdan çıxarılması bizim əsas tələblərimiz sırasındadır. Terrorçuların Qarabağdan çıxarılması məsələsində, əlbəttə, sülhməramlıların üzərinə böyük məsuliyyət düşür”.

Analitik düşünür ki, Laçın dəhlizinin ləğvi ciddi nəticədir:

“Çünki onlar bu yolla Qarabağın dağlıq hissəsinə gedirdilər. Biz yenə onlara bu şansı veririk. Lakin daha söhbət dəhlizdən yox, yoldan gedir. Ermənistan özünü qeyri-adekvat apararsa, ərazidə keçid məntəqələri yaradıla, giriş-çıxış məhdudlaşa bilər. Hazırda Qarabağın dağlıq hissəsində yaşayan 10 min erməni saylarının azalmamasını istəyirsə, sülhü arzulayırlarsa, ən yaxın zamanda Azərbaycana inteqrasiya olmalıdırlar".

"Düşünürəm ki, ermənilər dedikləri kimi, avqustun 25-nə qədər Laçından çıxacaqlar. Bəzi xarici media orqanları onların doğma yurdlarını tərk edəcəklərini yazırlar. Bu, tamamilə absurddur. Ermənilər Laçına 1994-cü ildən sonra gəliblər. Onların əksər hissəsi Livan və Suriyadan köçürülüblər. Digər ərazilərdə, o cümlədən Xankəndi və Ağdərədə yaşayan ermənilər başa düşməlidirlər ki, düzgün yolu seçməsələr, onları da eyni tale gözləyir. Prezident çox konkret formada bizi kimsənin dayandıra bilməyəcəyini söylədi. Bu, həm qonşu dövlətlər, həm də Qərb üçün ciddi ismarıcdır. Ermənilər də daha kimsəyə ümid etməməlidirlər. Azərbaycan kimsədən soruşmadan öz torpaqlarında istənilən addımı ata bilər. Beynəlxalq güclər isə maraqlarının təmsil olunmalarını istəyirsə, Bakının yanında olmalıdırlar”, - politoloq vurğulayıb.

bakunews.az

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Siyasət

12-08-2022, 19:02

Prezidentdən göstəriş: Zabuxa böyük qayıdış başlayır

Siyasət

13-08-2022, 15:02

Laçın şəhərinə, Zabux və Sus kəndlərinə qayıdışın təşkili üçün tədbirlər müəyyən edilib

Siyasət

20-08-2022, 01:38

Prezident İlham Əliyev bölgələrdə yeni reallığın memarıdır

Siyasət

15-08-2022, 16:44

İstənilən təxribat Ermənistana baha başa gələcək

Siyasət

6-08-2022, 12:35

Şarl Mişel İlham Əliyevə zəng etdi

Siyasət

26-07-2022, 01:32

ABŞ dövlət katibi Prezident İlham Əliyevə zəng edib

Siyasət

15-08-2022, 18:46

Dövlət Komitəsində Zabux və Sus kəndlərinin bir qrup sakini ilə görüş keçirilib

Siyasət

21-08-2022, 17:05

Prezident İlham Əliyev Azərbaycanın və Serbiyanın uğurla əməkdaşlıq etdiyini vurğulayıb

Siyasət

25-08-2022, 16:48

Prezident Bosniya və Herseqovinanın yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB

Siyasət

23-04-2023, 19:19

Jalə Əhmədova: “Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində bir sıra aktual məsələlərə toxundu və mühüm mesajlar verdi”

Ölkə

24-02-2023, 18:29

Azərbaycanın növbəti siyasi-diplomatik qələbəsi

Siyasət

16-09-2022, 13:43

Azərbaycan Prezidenti İlham Əliyevin Səmərqənddə Pakistanın Baş naziri Şahbaz Şərif ilə görüşü olub

Araşdırma
Balakən səhiyyəsində uzun illərin rəhbərliyi bitdi: Dilbər Quliyeva vəzifədən azad edildi – qərarın səbəbi nədir?
Qəbələ Peşə Təhsil Mərkəzində təmir qalmaqalı böyüyür: “Lider-Line” 4500 manatlıq borcu rədd edir, 9220 manat ödəniş etdiyini bildirir
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 4500 manatlıq əməkhaqqı qalmaqalı: “İşi gördürdülər, pulumuzu istəyəndə bizi qapıdan çıxardılar”
Həkimlərdən “fond pulu”, yoxa çıxan dərmanlar, işə gəlməyən əməkdaşlar – Gəncə xəstəxanasında qalmaqallı iddialar
Gəncədə 44 günlük müharibənin yaralarının bağlanmasına şərait yaratmayan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi - SAKİNLƏRDƏN SENSASİON İDDİALAR
Ağsu bazarında maşınlardan pul tələb edilir? – “Hara istəyirsiniz şikayət edin” deyən şəxslə bağlı iddialar
Hadisə
Dünən, 18:59
Antiinhisar Agentliyinin etibarsız saydığı “FLORA HOLLAND” MMC-ni Su Ehtiyatları Agentliyi necə qalib seçə bilir
11-09-2026, 11:14
Ağdərədə atlı minaya düşüb, xəsarət alıb
10-09-2026, 10:40
Şəkidəki hadisə ilə bağlı cinayət işi başlandı - Qəzanın səbəbi açıqlandı
10-09-2026, 10:15
Xocalıda mina partlayışı olub, ANAMA əməkdaşı xəsarət alıb - YENİLƏNİB
9-09-2026, 18:30
Məclisdən evə qayıdarkən qəzaya düşüblər - 5 nəfərin öldüyü hadisənin təfərrüatı
9-09-2026, 17:45
Ana qolları olmadığı üçün körpəsindən imtina etdi - Foto
Xəbər lenti
  • Dünən, 21:46
    İcra başçısı 5 min manat təzminat tələb edir Nuranə Abdullayeva məhkəməyə vəsatət verdi
  • Dünən, 21:31
    Balakən səhiyyəsində uzun illərin rəhbərliyi bitdi: Dilbər Quliyeva vəzifədən azad edildi – qərarın səbəbi nədir?
  • Dünən, 18:59
    Antiinhisar Agentliyinin etibarsız saydığı “FLORA HOLLAND” MMC-ni Su Ehtiyatları Agentliyi necə qalib seçə bilir
  • Dünən, 18:14
    Prezident İlham Əliyev: Türk dünyasını, Qafqaz bölgəsini sülh şəraitində saxlamaq üçün böyük səylər göstərməliyik
  • Dünən, 17:44
    Anar Bayramov deputatın qohumunu işdən çıxardı - ƏMR
  • Dünən, 17:12
    İlham Əliyev: Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz
  • Dünən, 16:57
    Statistika Komitəsinin şöbə müdirləri işdən çıxarıldı - ƏMR
  • Dünən, 16:07
    Sabah rayonlarda leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
  • Dünən, 15:54
    Peşə təhsilində müqavilə biabırçılığı - Yüzlərlə müəllim və usta yeri boş saxlanılıb - ŞOK FAKTLAR
  • Dünən, 14:59
    Hakan Fidan Rusiya-Ukrayna müharibəsi fonunda Qara dənizdə gəmilərə hücumları pisləyib
  • Dünən, 14:47
     Ramiz Mehdiyev işində sensasion adlar - Adı hallanan Sərdar Cəlaloğlu isə deyir ki...
  • Dünən, 14:20
    Hakim tərəfindən təkbaşına baxılacaq apellyasiya şikayətləri müəyyənləşir
  • Dünən, 14:04
    Bakıda 165 ailə Kəmaləddin Heydərovdan kömək gözləyir... - Cənab nazir, FHN-də söz verildi, amma...
  • Dünən, 13:50
    Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
  • Dünən, 12:39
    Azərbaycanda sabah 35 dərəcə isti olacaq
  • Dünən, 12:30
    Suraxanı rayonunda "Daş abidə"parkını söküblər?
  • Dünən, 12:11
    Ukrayna və Azərbaycan Orta Dəhlizin imkanlarının genişləndirilməsini müzakirə ediblər
  • Dünən, 12:04
    Yasamal icra başçısı nə düşünür? - Piyada səkisi darmadağındır - Video
  • Dünən, 11:20
    Astaranın üç kəndinin qaz təchizatı dayandırılıb
  • Dünən, 11:06
    DSMF 13 il sonra əlil şəxsin pensiyasını dayandırıb - Hələ 3 ilin pulunu geri istəyir
  • Dünən, 10:41
    Hikmət Hacıyev: Azərbaycan Cənubi Qafqazda ABŞ-nin etibarlı tərəfdaşıdır
  • Dünən, 10:25
    Hadı Rəcəblinin oğlu borcunu niyə qaytarmır?
  • Dünən, 10:13
    XİN: Bakının azad edilməsi Azərbaycanın dövlətçilik mübarizəsində mühüm dönüş nöqtəsi oldu
  • Dünən, 10:02
    AYNA ilə bağlı qalmaqallı detallar üzə çıxdı – Anar Rzayev nəyi gözləyir?
  • Dünən, 09:46
    Emin Əmrullayev: Bu il 125 mindən çox azərbaycanlı birinci sinfə qədəm qoyur
  • Dünən, 09:08
    Bakının erməni-bolşevik işğalından azad olunmasından 108 il ötür
  • Dünən, 08:49
    Azərbaycanda Bilik Günüdür
  • 14-09-2026, 18:58
    Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında 6 sənəd imzalanıb
  • 14-09-2026, 18:38
    Yüksək balla işə qəbul olunan müəllimlərin dərs saatları "oğurlanır"? - Məktəblərdə qalmaqal
  • 14-09-2026, 18:05
    Sabahdan Bakıda dövlət qurumlarında iş rejimi dəyişir
  • 14-09-2026, 17:50
    Hər il eyni qalib: “Qaçqınkom” “Grey Group”la üçüncü dəfə anlaşdı
  • 14-09-2026, 17:13
    Almaniyada təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
  • 14-09-2026, 16:55
    “Bəy Mamed” yaşayış kompleksinin həyətini hasarlayıb özünə villa tikdirir” - Fotolar
  • 14-09-2026, 16:40
    Nazir: Təhsilin keyfiyyəti aşağı olan kənd məktəblərinin bağlanması məsələsinə baxılır
  • 14-09-2026, 16:19
    "Temu" ilə də yollarımız ayrılır - Uçuz məhsullar rəqabət məcəlləsini pozur?
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə