"15 ildir Şəkidə hökmranlı qedən elxan Usubov rayonumuzun bəxtinə düşən ən qara günlərin memarıdır. Bu gün Şəki niyə geridə qalır, Azərbaycanın bu tarixi yurdu, qədim abidələri ilə zəngin olan Şəkimiz nədən turizm bölgəsinə çevrilə bilmədi... Bütün bunları analiz etdikdə, tək bir səbəb görürük: YARITMAZ İCRA BAŞÇISI..." "Dia.az" xəbər verir ki, bu ifadələr redaksiyamıza göndərilən məqalədə yer alıb.
Məqalədə daha sonra deyilir: "15 ildir ki, Elxan Usubov Şəkiyə ayrılan büdcə pullarının qarşısını bir əjdaha kimi kəsib. Əgər cənab Prezidentin Şəki ilə bağlı sərəncamları icra olunsaydı, ayrılan pullar ünvanı üzrə xərclənsəydi, indi Şəkimiz cənnətə çevrilmişdi.
Amma indi biz Şəkiyə ürək ağrısı ilə baxırıq. Bütün küçələr qazılıb... Həm də 10 ildir... Deyirlər bizim icra başçısımız qızıl axtarandır. Olsun... axtarsın... Amma küçələrdən də qızıl axtarır? 10 ildir ki, Şəkinin küçələrini qazıb, son bir ildə bəzi küçələr təmir olunsa da, ümumilikdə ortadakı vəziyyət bir şeyi deyir: GÖRÜNÜR... ayrılan pullar yeyildiyindən Elxan Usubov dağıtdığı küçələri bərpa edə bilmir.
Biz Şəki camaatı artıq qonşu rayonlara həsrətlə baxmaqdan da yorulmuşuq. Deyirlər, Şəki turizm bölgəsidir. Amma ilboyu Şəkidə olan turistləri barmaqla saymaq olar... Onlar da yolüstü gələnlərdir... Adam qonşu Yevlaxa baxır, orda görülən işlərə baxır, həsəd aparır... Turist hətta təbiət baxımından, coğrafi quruluş baxımından Şəkidən qat-qat geri qalan Yevlaxa gedir, amma Şəkiyə gəlmir. Səbəbi isə yenə də birdir: TAMAHKAR İCRA BAŞÇISI..."
Məsələ diqqətimizdədir...
Dia.az