Özünü “Biləcəri Təmir Quraşdırma” QTSC-nin rəhbəri kimi təqdim edən Nazim Tahirovun qanunsuz və hətta bəzi hallarda cinayət xarakterli əməlləri ilə bağlı artıq bir neçə konkret faktı həm oxucuların, həm də aidiyyatı qurumların diqqətinə çatdırmışıq. Aydın olur ki, əldə etdiyi saxta məhkəmə qərarları ilə ölkənin hüquq sisteminin ədalətini ciddi şəkildə şübhəyə alan və ən dəhşətlisi isə rəsmən ƏLƏ SALAN Nazim Tahirov məhz müxtəlif dövlət qurumlarında olan himayədarları hesabına hələ də meydan sulayır.
Məhz himayə olunmasının nəticəsidir ki, bir sahibkarın ölüm həddinə çatdırılmasında və daha neçə sahibkarın da şər-şəbədə, saxta məhkəmə qərarları yolu ilə müflis duruma salınmasında müstəsna payı olan Nazim Tahirov hələ də iş başındadır... Hələ də neçə-neçə dövlət məmurunun boynuna ip keçirərək onları öz cinayət ortağına çevirir. Və ən acınacaqlısı da odur ki, bununla bağlı yerli KİV-də dəfələrlə həyəcan təbili çalınsa da aidiyyatı qurumlar gərəkən reaksiyanı yubadırlar...
Nəticə isə göz qabağındadır. Növbəti qurbanlardan biri olan Alim Lətifov adlı sahibkar həm özünün və həm də ailə üzvlərinin məhz Nazim Tahirov tərəfindən ölümlə təhdid olunduğunu deyərək hüquq-mühafizə orqanlarına müraciət edib, kömək istəyib.
Bəli, bir daha vurğulayırıq ki, hər yerdə məhkəmə qərarlarına təsir imkanları ilə öyünən Nazim Tahirov hətta Konstitusiya Məhkəməsinin qatarlarını belə dəyişdirə biləcəyini nəinki gizlətmir, hətta yazıqlar olsun ki, sübuta da yetirib. Onun keçmiş fəaliyyətində bu kimi hallara artıq rast gəlmişik.
Bir daha vurğulayaq ki, bütün bu işlərdə ona ortaqlıq edən məmurlar da yetərincədir ki, nəhayət onlar da Nazim Tahirovla birgə qanun, xüsusən də Azərbaycan dövləti qarşısında cavab verəcəklər. Məsələn, onlardan biri Ədliyyə Nazirliyinin məhkəmə qərarlarının keçmiş baş icraçısı Nurəddin Mustafayev idi ki, artıq vəzifədə deyil, amma köhnə əlaqələri hesabına bu gün də Nazim Tahirovun qanunsuz əməllərinə ortaqlıq edir. Məsələn, digər bir səlahiyyət sahibi də var ki, onunla bağlı da hüquq mühafizə orqanlarının araşdırma aparması vacibdir. Söhbət Auditorlar Palatası sədrinin müavini Fəxrəddin İsmayılovdan gedir. Bu o Fəxrəddin İsmayılovdur ki, təkcə Nazim Tahirova saxta məhkəmə qərarlarının alınmasında köməklik etmir.. eyni zamanda məhz onun SAXTA AUDİT RƏYLƏRİ hesabına Nazim Tahirov neçə-neçə dövlət qurumlarının ayrı-ayrı tenderlərində qalib elan olunub.