Sizin reklam burada 728×90
Son dəqiqə

Ermənilər Laçını yandırır - Yeni görüntülər

18.08.2022 09:46 534 1 dəq oxunur
Ermənilər Laçını yandırır - Yeni görüntülər
Xəbər verdiyimiz kimi, Azərbaycanda qeyri-qanuni məskunlaşan ermənilər Laçını tərk edir.

bakunews.az qaynarinfo-ya istinadən xəbər verir ki, ermənilər növbəti dəfə Azərbaycan ərazisində ekoloji terror törədiblər. Onların ərazilərimizə od vurmasını əks etdirən yeni görüntülər yayılıb.

Dron vasitəsi ilə əldə olunan videolarda ermənilərin meşələrə, evlərə necə od vurması aydın şəkildə görünür.

Qeyd edək ki, bundan əvvəl də Laçını, Zabux və Sus kəndlərini tərk edən ermənilərin evləri, meşələri yandırması ilə bağlı videolar yayılmışdı. Baş vermiş hadisələrlə bağlı Azərbaycanın Baş Prokurorluğu tərəfindən müvafiq cinayət işi açılıb.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az