• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Məişət zorakılığı hansı səbəb və hallardan qaynaqlanır...?

Cəmiyyət

13-05-2023, 19:43

Məişət zorakılığı günümüzün ən ağrılı problemlərindən biri kimi geniş yayılmış, həlli yolları olduqca çətin, bəzən də əfsuslar olsun ki, faciəli nəticələrə səbəb olan həyati situasiyadır. Məişət zəminində törədilən zorakılıq halları bu gün cəmiyyətin istənilən təbəqəsində rast gəlinsdə, lakin günümüzdə problemin qurbanları olaraq qadınlar daha çoxluq təşkil edirlər. Dövlət Statistika Komitəsinin məlumatına görə 2017-ci ildə məişət zorakılığı ilə bağlı cinayətlərdən zərərçəkənlərin sayı 1268 nəfər olmuşdur ki, bunlardan da 964-ü qadın 304-ü isə kişi olmuşdur. 2018-ci ildə isə 915-i qadın, 306-ı kişi olmaqla 1221, 2021-ci ildə isə 1205-i qadın, 331-i kişi olmaqla 1536 zərərçəkən olmuşdur.

Nədir axı bunun səbəbi, nədən qaynaqlanır? Niyə həlli yolu bu qədər çətin, bəzən isə mümkünsüzdür? Problemin mənşəyini yaşadığım şəhərdə və bilavasitə insanların öz dilindən eşitməklə qiymətləndirməyi daha doğru oldugunu düşünərək onlar arasında mini sorğu keçirməyə qərar verdim. Quba şəhərində 20-60 yaş arasında, 50 qadın və 50 kişi olmaqla 100 nəfər arasında keçirdiyim sorğunun nəticələri ailədə qadınlara qarşı zorakılığın səbəblərini ortaya çıxarmağa ipucları vermişdir. Rəyi soruşulanların 43%-i mövcud problemin əsas səbəbi kimi cəmiyyətdə olan gender stereoiplərini və yaxud patriarxal münasibətləri qeyd ediblər. Respondentləri 29%-i hesab edir ki, hüquqlarını bilməmək, savadsızlıq kimi səbəblər qadınlara qarşı zorakılığa yol açan ən geniş yayılmış səbəblərdəndir. Problemə təsir edən növbəti ən geniş amil kimi isə kasıblıq hesab edilir – 17%. Zərərli vərdişlər (narkotika, qumar, spirtli içkiyə aludəçilik), sosial şəbəkələrin təsirləri, ailə dəyərlərinin zəifləməsi, tərəflərin xəyanəti kimi amillər isə sorguda 11% yer almışdır.

Praktik vəziyyət və gündəlik həyatda rastlaşdığımız vəziyyət də əslində rəy sorğusunun nəticələri ilə bu və ya digər şəkildə üst-üstə düşür. Bilavasitə özümün şahidi oldugum praktika da deyilənlərin təsdiqidir. Şərti adı Gülnar ilə Rahim olan cütlük kənardan ailə kimi görünsə də daxili gərginlikləri ilə seçilən ailə modeli idi. Gülnar dəfələrlə ailə münaqişəsi zəminində evdə dalaşaraq ata evinə gedirdi. Və hər dəfə atasına və anasına ayrılmaq istəyirəm yola getmirik desə də heç vaxt ailəsindən özünə dəstək almırdı. Hər dəfə “bizi biabır etmə, get otur evində” deyə geri qaytarırdılar. İllər kecdi və bir gün olduğca biabırçı, mental dəyərlərimizi kölgədə qoyan bir xəbər aləmi bürüdü. Gülnar artıq iki gün idiki evdən yoxa çıxmışdı. Axtarırdılar və bu məqamda daha bir xəbər onu üstələyir. Həyat yoldaşının qonşuluğda yaşayan əmisi oğlu da neçə gündür yox idi. Uzun axtarışdan sonra məlum olur ki, onlar birlikdədirlər. İş o, yerə çatır ki, kənd əhli bu əməli etdikləri üçün onların hər ikisini öldürmək qərarlaşdırırlar. Qızı ələ keçirə bilməyən bir neçə nəfər oğlanı döyərək öldürürlər və bir neçə ailənin faciəsi bir-birinə qarışır...

Bütün bunların səbəbi nə idi? Niyə bu həddə çatdı? Bilirsinizmi niyə? Vaxtında zamanında ailənin bu vəziyyətə laqeyd yanaşması...Ata, ananın övladına sahiblənməməsi, ictimai qınaq qorxusu və s. Təqdim olunan nümunədə də məişət zorakılığı halları zamanında araşdırılmır və ictimailəşdırılmir. Belə hallar vaxtında kütləvi informasiya vasitələrinin imkanlarından istifadə etməklə ictimai qınağın formalaşdırılmasının təmin edilməsi, əhalinin maarifləndirilməsi, milli-mənəvi dəyərlərin, sağlam ailə münasibətlərinin təbliğ edilməsini, televiziya və sosial şəbəkələrdə mövzuya həsr olunmuş geniş diskussiya və müzakirələrin aparılmasını təmin etməliyik. Mətbuat, televiziya bu sahədə apardığı araşdırmalarla, hazırladığı maarifləndirici tədbirlərə qarşıya qoyulan bu vəzifələrin yerinə yetirilməsinə mühüm töhfə verə bilər. Bunlarla yanaşı sosial media, sosial şəbəkələrdə də bu təbliğat davam etdirilməlidir. Müasir dövr həm də dövlət qurumlarının fəaliyyətinin effektivliyini sosial media sahəsində nə dərəcədə fəal olmaları şərtləndirir. Bu, günümüzün birmənalı reallığıdır. Çünki ənənəvi media ilə bərabər sosial medianın cəmiyyətə təsiri sürətlə artmaqdadır. Bu gün efirlərimizdə gedən sosial layihələri bir çoxları pisləyir. Amma məntiqlə düşünsək görərik ki, qadınlarımızın başına gətirilən bu zorakılıq halları ictimailəşdirildiyində başqalarına bir həyat dərsi olur, bu kimi hallardan çəkindirir. Bəlkə də bir ictimailəşmiş media məlumatı nə qədər ailə faciəsininin qaşısını almışdır. Bəli bizim yetərincə bu halların sonlanmasına düşünülmüş hüquqi sənədlərimiz mövcuddur. Amma gəlin etiraf edək ki, öz hüququnu bilməyən qadınlarımız, kişilərimiz var. Statistikaya nəzər salsaq görərik ki, məişət zorakılığından əziyyət çəkən qadınların əksəriyyəti, təhsilsiz, öz hüquqlarından bixəbər, özgüvənsiz, ailədə davamlı psixoloji basqı altında yaşayan insanlardır.

Məişət zorakılığı cəmiyyətin ən çətin həll olunan problemlərindən biridir. Gəlin etiraf edək ki, cəmiyyətin inkişafı istiqmətində institusional cavabdehliyi üzərinə götürməsindən çox şey asılıdır. Azərbaycanda isə məişət zorakılığına hələ də sosial yüklü və dövlət əhəmiyyətli bir problem kimi yanaşılmır. Digər patriarxal normaların güclü olduğu ölkələrdə olduğu kimi Azərbaycanda da cəmiyyət hələ kişini evin sahibi və arxa-dayağı hesab edir buna görə də onun xanımına qarşı cəza tətbiq etməsi və şiddət törətməsi normal hal kimi qarşılanır. “Kişi döyər də, sevər də”, “Öz arvadıdır özü bilər”, “Arvadın nə haqqı var kişinin bir sözünü iki eləsin?” kimi ifadələri misal gətirərək kişinin əməllərinə haqq qazandıranlar çoxluq təşkil edir.
Ailə münasibətlərinin kəskinləşməsi, məişət zorakılığı intiharlara da səbəb ola bilir. Bu o demək deyil ki, burda təkcə ailə quran fərdlər əziyyət çəkir, son günlərin statistikası göstərir ki, onların arasında yeniyetmələr, gənclər də var. Təhsil müəssisələrində psixoloqlarının işini gücləndirməsi vacib şərtlərdəndir. Yeniyetmələrdə məişət zorakılığını ilk məktəb aşkarlaya bilər. Məktəblilərin dərsə davamiyyətindən və hazırlıq səviyyəsinin aşağı düşməsindən müəllim onun ümumi əhval-ruhiyyəsini hiss etməyə bilməz. Məktəb psixoloqları hər gün şagirdlərlə təmasda olmalıdırlar və risk qrupuna aid olan ailələri müəyyənləşdirməlidirlər, valideynlərlə və şagirdlərlə görüşməlidirlər.və daha ağr hal başa düşərsə bu məsələni qabardaraq həlli yollarının üərində işlər aparılmalıdır.

Ölkəmizdə yerli icra hakimiyyəti orqanlarında gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qruplarının fəaliyyət göstərir. Məişət zorakılığı hallarının qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlərin görülməsində bələdiyyələr də aktiv rol oynamalıdır. Mühafizə orderlərinin vaxtında, operativ verilməsi təmin olunur və bu çox halda hallarda məsələnin həllinə kömək edir. Digər bir amil isə mənfi mədəni normaların inkişafında və vətəndaşların iştirakçılıq bacarığının zəifləməsində məişət zorakılığının mənfi roludur. Araşdırmalar göstərir ki, daima zorakılıq, şifahi aqressiya, fiziki, cinsi və emosional alçaltma baş verən mühitdə zorakı olmayan sosial bacarıqların inkişafına şərait yaranmır. Məişət zorakılığının davamlı olaraq baş verməsi cəmiyyətdə mənfi mədəni normaların inkişaf etməsinə səbəb olur.

Təcrübə göstərir ki, məişət zorakılığna son qoyma yolları arasında ən uğurlu yollardan biri problem motivlərini ictimailəşdirməkdir. Mediada dərc olunan xəbərlər, televiziya verlişlərində verilən məlumatlar əsasında araşdırmalar aparılırmalıdır. Televiziya, media işçiləri məişət zorakılığına məruz qalan şəxs və ya zorakılığı törətmiş şəxslə bağlı etibarlı və müstəqil məlumat mənbələrindən istifadə etməlidirlər. Mümkün hallarda, mövcud olan etibarlı rəsmi mənbələrdən (polis, məhkəmə, sosial xidmətlər, qadınlara qarşı zorakılıq və ya gender bərabərliyi üzrə ekspertlər və s.) istifadə edilməlidir. Media işçiləri milli, regional və beynəlxalq protokollar və hüquqi çərçivələrlə tanış olmalı və mövcud çərçivə barədə müvafiq məlumatları materiala daxil etməlidir.

Nəhayət Məhəmməd qızı Şirinova
“Qadınlar arasında həmrəylik” İctimai Birliyinin, Avropa İttifaqının, BMT-nin İnsan Hüquqları üzrə Ali Kommissarlığının dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanda məişət zoraklılığına qarşı mübarizə” layihəsi çərçivəsindəki müsabiqəyə təqdim olunur.

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

9-03-2023, 21:16

"Biganəliyin qurbanları" sənədli filmi İmişlidə nümayiş olundu - FOTO

Gündəm / Cəmiyyət

2-03-2023, 00:51

“Biganəliyin qurbanları" sənədli filminin Şirvan şəhərində təqdimatı oldu

Cəmiyyət

1-02-2023, 16:47

Sosial Tərəqqinin Dəstəklənməsi İctimai Birliyi layihənin icrasına başladı

İdman

7-08-2022, 15:44

Hamilə sevgilisinin qarnını təpikləyən futbolçunu 10 ilədək həbs gözləyir

Cəmiyyət

15-04-2023, 20:40

Biləsuvar rayonunda 12 aprel 2023-cü il tarixindən başlayaraq 3 günlük təlimlər keçirilib - VİDEO

Cəmiyyət

31-08-2022, 18:40

Küçə, yoxsa zibil poliqonu?

Bölgə

3-02-2023, 20:58

DİN: "Ucarda maarifləndirmə tədbiri keçirilib"

Hadisə

6-09-2022, 20:38

Qadın 49 yaşlı sevgilisini bıçaqladı - Yeməyə görə

Cəmiyyət

26-08-2022, 10:56

Qadın maskalı şəxslərin evinə basqın etməsi ilə bağlı polisə yalan məlumat verib

Dünya

10-08-2022, 16:50

Kişini balkondan itələyən qadına 8 il həbs cəzası verilib

Şou-biznes

20-07-2022, 16:53

“Müəllimlərim deyirdi ki, Elnarə axşam toya gedəcək, onu niyə bostana gətirmisiniz..?”

İdman

23-08-2022, 17:03

İki İslamiadanın müqayisəsi: İrəli-geri gedənlər və yerində sayanlar - ARAŞDIRMA

Araşdırma
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
146 nömrəli məktəbdə “qiymət təzyiqi” iddiası: Şagird attestat üçün direktordan asılı vəziyyətə salınır?
Balakən səhiyyəsində uzun illərin rəhbərliyi bitdi: Dilbər Quliyeva vəzifədən azad edildi – qərarın səbəbi nədir?
Hadisə
Bu gün, 09:36
Bərdədə minik avtomobili eşşək arabasına çırpılıb, ölən var
Dünən, 10:30
Salyanda qadın avtomobilini aşırıb, xəsarət alanlar var
26-09-2026, 15:26
Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı
24-09-2026, 12:23
51 min manatlıq kombi oğurlandı - 4 nəfər tutuldu
24-09-2026, 11:42
Xəzər dənizində zəlzələ olub
23-09-2026, 10:45
Yemək vermədiyi üçün arvadını bıçaqlayan ər - Sərbəst buraxıldı
Xəbər lenti
  • Bu gün, 15:06
    Türkiyə Milli Müdafiə Nazirliyi "Birliyin gücü - 2026"dan maraqlı görüntülər paylaşıb
  • Bu gün, 14:56
    Binəqədi rəsmən SAHİBSİZ QALIB... - NARAZILIQ VAR...
  • Bu gün, 14:42
    Sabah Azərbaycanda leysan olacaq - XƏBƏRDARLIQ
  • Bu gün, 13:08
    Nazirlik “Bravo”dan 58 min manata 3 ədəd stend icarəyə götürəcək - DETALLAR
  • Bu gün, 12:50
    Xarkova endirilən zərbələr nəticəsində 10-u uşaq olmaqla 29 nəfər yaralanıb
  • Bu gün, 12:45
    Məhkəmə-Tibbi Ekspertizada “kreslo savaşı”: Cavid Cahangirov Ədalət Həsənovun postuna göz dikib?
  • Bu gün, 12:02
    Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
  • Bu gün, 11:38
    İlham Əliyev bir qrup prokurorluq əməkdaşını təltif edib - SİYAHI
  • Bu gün, 11:10
    Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verilib - SƏRƏNCAM
  • Bu gün, 10:58
    Rusiyalı turistlərin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda MACƏRASI - "ÇYORT POBERİ"
  • Bu gün, 10:36
    Bakıda iki yolun kəsişməsində yeni tunel inşa ediləcək
  • Bu gün, 10:13
    Hövsanda məktəb skandalı: Sinif rəhbərinin təzyiqindən sonra 8-ci sinif şagirdi evə qayıtmadı
  • Bu gün, 09:36
    Bərdədə minik avtomobili eşşək arabasına çırpılıb, ölən var
  • Bu gün, 09:34
    "TTY-nin Mərkəzi Klinika ilə nə işi var?" - HƏQİQƏTƏN DƏ...
  • Bu gün, 09:02
    Yasamal və Nizami rayonlarının bir sıra ərazilərində bu gün işıq olmayacaq
  • Dünən, 16:38
    ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
  • Dünən, 16:18
    “AzerGold” QSC şəhid ailələrinin Şuşaya səfərini təşkil edib FOTOLAR
  • Dünən, 15:00
    Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb
  • Dünən, 14:00
    Sent-Vinsent və Qrenadinlərdə atışma nəticəsində 4 nəfər ölüb
  • Dünən, 13:30
    Hörmüz boğazından sutkada təxminən 13 milyon barel neft keçir
  • Dünən, 13:00
    Rusiya və ABŞ hərbi süni intellektlə bağlı əsas məhdudiyyətləri sənəddən çıxarıb
  • Dünən, 12:00
    Günün qoroskopu: ​Sevgi həyatınız stabil görünmür
  • Dünən, 11:21
    2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik” mövzusunda panel sessiya keçirilib FOTOLAR
  • Dünən, 11:00
    İrana qayıdan Pezeşkian ABŞ səfəri ilə bağlı açıqlama verib
  • Dünən, 10:30
    Salyanda qadın avtomobilini aşırıb, xəsarət alanlar var
  • Dünən, 08:42
    Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib
  • Dünən, 01:37
    İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edilib
  • Dünən, 01:21
    Azərbaycanda Anım Günüdür
  • 26-09-2026, 19:00
    Çin XİN: Si Cinpin ABŞ-ı Tayvanın müstəqilliyinə qarşı mövqeyini qorumağa çağırıb
  • 26-09-2026, 18:30
    Azərbaycan ABŞ şirkəti ilə enerji keçidi və enerji saxlanc məsələlərini nəzərdən keçirib
  • 26-09-2026, 18:00
    Tokayev Xəzərdə hərbçilərin ölümündən sonra Müdafiə Nazirliyində kompleks yoxlama üçün komissiya yaradıb
  • 26-09-2026, 17:30
    Mahir Emreli: "Litvaya yaxşı nəticə qazanmaq üçün gəlmişik"
  • 26-09-2026, 17:00
    İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb
  • 26-09-2026, 16:12
    Ukrayna ordusu Rostov vilayətində optik-mexanika zavodunu vurub
  • 26-09-2026, 16:08
    “Hər dialoqdan sonra sanksiya və zərbələr artır” - Pezeşkian
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə