• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

“Azəriqaz”ın mühəndisi rəhbərliklə bağlı şok faktlar açıqladı

Cəmiyyət / Sosial

6-07-2023, 16:56

Siz hər 5-ci gün, cümə günləri hər zaman cəmiyyətin suallarına cavab verdiyiniz üçün, mən də Azəriqaz İstehsalat Birliyində 13 il qüsursuz xidmət edən əməkdaş kimi sizə bir məsələ haqqında müraciət edirəm. Düzdür, əvvələr də dəfələrlə yazdıqlarımı oxusanız da buna cavab verməmisiniz. Ruslan müəllim, təyin etiyiniz indiki kadrların çoxu Əkbər Hacıyevin zamanında rüşvət aldıqlarına və ya işdə yol verdikləri ciddi nöqsanlara görə vəzifədən uzaqlaşdırılmışdılar. İndi onların çoxu Bakı Regional Qazın satışı Departamentində və Bakı Regional İstismar Departamentində yüksək vəzifələrdə çalışırlar. Yenə rüşvət alırlar, yenə bizim kimi niyyəti xidmət etmək olan işcilərin əsəbləri ilə oynayırlar, öz yarımçıq qalan işlərinə davam edirlər. Hamısının arxasında kimlərsə durur, himayədarlıq edir. Bu nə vaxta qədər davam edəcək?”.

“MediaPost”a daxil olan məlumata görə, bu fikirlər Azəriqaz İstehsalat Birliyinin Bakı Regional Qazın satışı Departamentinin İstehlakçılara satılan qaza nəzarət şöbəsinin mühəndisi, Nərimanov rayonu üzrə qrup rəhbəri Ramil Əliyevin Azəriqaz İstehsalat Birliyinin sədri Ruslan Əliyevə ünvanladığı məktubda yer alıb.
Məktubda həmçinin bildirilib: “Müzəffər Ali Baş Komandan, Cənab Prezident İlham Əliyevin dediyi kimi, hər bir məmur vətəndaşın xidmətçisidir. O zaman bu kirli işləri görənlər və onların arxasında dayananlar kimə xidmət edir? Mən onsuzda istər ictimai fəal, istərsə də QHT sədri olaraq hər sahədə millətimə və vətənimə xidmət edirəm. Ona görə də vəzifədə təmsil olunmaq haqqım olduğu halda, heç vaxt bu barədə düşünməmişəm. Ancaq son illərdə Bakı Regional Qazın Satışı Departamentində (BRQSD) vəzifəyə gətirilənlərin etdiyi haqsızlıqlar, məni də məcbur edir ki, bu haqsızlığa dur demək üçün haqqım olduğu yerdə olmağı tələb edim. Mən, Cənab Prezidentin dəstəkçisi kimi onun gördüyü işlərə kölgə salanlara qarşı çıxmağı özümə borc bilirəm. İctimai fəaliyyət göstərən şəxs kimi bütün sahələrdə buna qarşı çıxdığım halda, fəaliyyət göstərdiyim sahədə belə halların mövcudluğu məni narahat edir.
Ötən il biz, sizinlə görüşmüşdük. Siz, mənim ictimai fəaliyyətim və “Azəriqaz”da bu günə qədər olan xidmətlərimi nəzərə alaraq, müavininiz Rəşad Cavadova tapşırıq verdiniz ki, məni şəffaflığın təmin olunması üçün BRQSD-nin nəzarət şöbəsinə müavin təyin etsin. Ancaq üzərindən 1 il keçməsinə baxmayaraq, aramsız gələn yoxlamalar xaricində, heç bir dəyişiklik yoxdur. İndi mən həm sizin əməkdaşınız, həm ictimai fəal kimi bilmək istəyirəm ki, sizin yanınızdakılar sizi aldadır, yoxsa aldadılan tərəf mənəm? Ümid edirəm ki, bu yazım da, daha əvvəl sizə yazdığım yazılar kimi, oxunaraq arxivə atılmayacaq və sizin tərəfdən cavablandırılacaq. İnanmaq istəyirəm ki, “Azəriqaz”da olan rüşvətxorluq və özbaşınalıq mənim kimi sizi də narahat edir. Əmin olun ki, belə neqativ hallarla mübarizədə sizinlə əməkdaşlıq etməyə hazıram”.
Ramil Əliyev məsələ ilə bağlı “MediaPost”a açıqlamasında 13 ildir nöqsansız xidmət etdiyini bildirib:
“Bu müddət ərzində heç bir zaman neqativ hallarda adım hallanmayıb. Əvəllər Binəqədi rayonunda xidmət sahəsində qrup rəhbəri vəzifəsində çalışmışam. O zaman sənaye obyektlərinə cavabdeh olan Emin Bədəlov adlı mühəndis bir neçə sənaye obyektinə qeyri-qanuni qoşulmalara, sayğacdan kənar qazdan istifadə etmələrinə şərait yaratmışdı. Mən də qrup rəhbəri olaraq bunu aşkarlayıb, əvvəlki baş direktor Əkbər Hacıyevə məlumat verərək həmin əməkdaşı işdən kənarlaşdırdım. O zamankı və indiki himayədarları onu himayə edərək, Xətai xidmət sahəsinə təyinat almasına nail oldular. Bu məsələ Əkbər Hacıyevin baş direktor vəzifəsində qaldığı müddətə qədər davam etdi. Ruslan Əliyev baş direktor təyin olunandan sonra Emin Bədəlova himayədarlıq edən rəhbər şəxslər onun bu dəfə daha yüksək vəzifəyə təyin olunmasına nail oldular. O, Bakı şəhəri BRQSD-nin sənaye obyektləri üzrə satış rəisinin müavini təyin edildi. Yenə də yarımçıq qalan işlərini davam etdirdi. Onu da bildirmək istəyirəm ki, həmin komandanın himayədarlığı ilə – Fövqəladə Hallar Nazirliyi və Energetika Nazirliyi tərəfindən bina zirzəmisində sənaye obyektlərinin qazdan istifadəsi qadağan edildiyi halda, ciddi təhlükə mənbəyi olan binaaltı və zirzəmilərdə sənaye obyektlərinə qazdan istifadəyə şərait yaradıldı. Bu kimi halların qarşısının alınması və təkrarlanmaması üçün təxirəsalınmaz tədbirlərin görülməsi zəruridir. Dediklərimi sübut edən faktların bir neçəsinin şəkli və videosunu təqdim edirəm”.Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

BakuNews.Az

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

26-08-2022, 17:12

Şəhid ailələri və qazilərə göstərilən xidmətlə bağlı hesabat açıqlandı

İqtisadiyyat

12-08-2022, 13:55

Bu il abonentlərin 68 %-dən çoxu qazdan aşağı tariflə istifadə edib

Cəmiyyət

19-08-2022, 16:05

Yanğınlar 9 kəndi qazsız qoyub - “Azəriqaz”ın baş direktoru

İqtisadiyyat

12-08-2022, 12:53

“Azəriqaz” qaz itkilərinin həcmini açıqlayıb

İqtisadiyyat

29-07-2022, 19:30

“Azəriqaz” İB-nin fəaliyyəti ilə bağlı keçirilən sorğunun nəticələri açıqlandı - Fotolar

İqtisadiyyat

14-07-2022, 13:06

Sabah “Azəriqaz”ın növbəti “Açıq qapı” aksiyası baş tutacaq

İqtisadiyyat

12-08-2022, 13:56

Bu il “Azəriqaz”ın 14 əməkdaşı işdən çıxarılıb

İqtisadiyyat

28-07-2022, 23:20

"Azəriqaz"dan YENİLİK - Pulsuz olacaq

İqtisadiyyat

20-08-2022, 12:10

Növbəti həftə daha 5 rayonda “Azəriqaz”ın “Açıq mikrofon”u qurulacaq

Ölkə

1-02-2023, 20:12

SOCAR “Azəriqaz” İB “AYIN QAZÇILARI” layihəsinə start verdi

Cəmiyyət

30-08-2022, 10:35

Şəmkir sakini "Azəriqaz"a təşəkkür etdi

İqtisadiyyat

12-08-2022, 13:34

Azərbaycanda təbii qaza görə ödənişlər 17 %-dən çox artıb

Araşdırma
Gəncədə 44 günlük müharibənin yaralarının bağlanmasına şərait yaratmayan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi - SAKİNLƏRDƏN SENSASİON İDDİALAR
Ağsu bazarında maşınlardan pul tələb edilir? – “Hara istəyirsiniz şikayət edin” deyən şəxslə bağlı iddialar
3 minlik burun əməliyyatı əks effekt verdi – “Vip Milan”ın həkimi ilə bağlı yeni araşdırma
“KUEHNE+NAGEL” adı, böyük qazanc vədləri və itirilən pullar: Azərbaycanda yeni şəbəkə iddiaları araşdırılır FOTOLAR
Təcili Yardım qarajında qalmaqal: Özünü rəhbər kimi tanıdan işçi, iki müdir iddiası və özbaşınalıq səs-küy yaradıb
240 minlik "Bentley", geri qaytarılmayan pullar və 54 şikayət – iddiaların mərkəzində kim dayanır?
Hadisə
Bu gün, 09:16
Tovuzda avtomobil su kanalına düşüb, iki nəfər ölüb - YENİLƏNİB
Dünən, 18:20
Şəmkirdə minik avtomobilləri toqquşub, 3 nəfər ölüb
Dünən, 10:45
Qaradağda yük maşını aşıb
13-08-2026, 09:41
Yevlaxda avtoqəzada ölən şəxslərin kimliyi məlum olub, cinayət işi başlanılıb
11-08-2026, 16:09
Bakıda usta evdən 10 min manatlıq qızıl oğurlayıb
10-08-2026, 18:25
Şahbuzda avtomobil aşıb, sərnişin ölüb
Xəbər lenti
  • Bu gün, 15:29
    Rezidenturaya qəbul üzrə keçirilmiş müsabiqənin nəticələri elan olunub
  • Bu gün, 15:18
    Qarabağ Universitetinin Klinikası təlim üçün Tanyer Denizə 11 min manat ödəyəcək - DETALLAR
  • Bu gün, 14:53
    Ukrayna Rusiyaya məxsus 6 PUA idarəetmə məntəqəsini vurub
  • Bu gün, 14:39
    Səbuhi Əhmədov “Qaçqınkom”da şübhəli satınalmalarını davam etdirir – Bu dəfə “Ağa-EE İnşaat” MMC ilə
  • Bu gün, 14:17
    IJF İlham Zəkiyevin 10-cu dəfə Avropa çempionu olmasını əsas simvolik məqam kimi qiymətləndirib
  • Bu gün, 13:48
    “Kafe O”da adı “O”, xidmət “0”mı? — 27 manatlıq samovar, soyuq çay və müəmmalı hesab
  • Bu gün, 13:36
    XİN Rusiya səfirinə Azərbaycan əleyhinə səsləndirilən açıqlamalarla bağlı qəti etiraz bildirib
  • Bu gün, 13:21
    “Koordinat Construction” MMC-nin “udduğu” tenderlərdə rolu subartezian quyularını təmir etməkdir, yoxsa…
  • Bu gün, 13:08
    Sabah Azərbaycanda 37 dərəcə isti olacaq
  • Bu gün, 12:50
    İlhamə Quliyevanın oğlu haqda ŞOK FAKTI açıqladı: - “İki ildir axtarırıq, son dəfə danışanda deyib ki...”
  • Bu gün, 12:25
    Azərbaycan qeyri-neft-qaz sektorunda iqtisadi artımla bağlı proqnozunu yeniləyib
  • Bu gün, 12:09
    Dələduzluqda ittiham olununan David Selivestrov danışdı - AZƏRBAYCANA QAYIDACAĞAM!..
  • Bu gün, 11:55
    Mətbuat Şurası: Rusiyanın informasiya məkanında Azərbaycana qarşı təhqiramiz fikirlər yolverilməzdir
  • Bu gün, 11:43
    “Yüzlərlə sakinin həyatı təhlükədədir” - “AAAF Park”da QALMAQAL
  • Bu gün, 10:59
    Anar Əliyev Qəbələdə vətəndaşları qəbul edəcək
  • Bu gün, 10:32
    Dövlət Sərhəd Xidmətinin yaradılmasının 107-ci ildönümüdür
  • Bu gün, 10:15
    Qazax-Bakı qatarında təhlükəli anlar: Pəncərə çatlayıb - VİDEO
  • Bu gün, 09:42
    Azərbaycan nefti ucuzlaşmaqda davam edir
  • Bu gün, 09:33
    “Pilgrim Edu” abituriyentləri aldadır? — Xaricdə təhsil vədi, ödənişlər və saxta sənəd iddiaları
  • Bu gün, 09:16
    Tovuzda avtomobil su kanalına düşüb, iki nəfər ölüb - YENİLƏNİB
  • Bu gün, 09:08
    “Universal Hospital”da sertifikatsız həkim - yeni faktlar
  • Bu gün, 08:46
    Bakıda yalnız beş istiqamətdə tıxac yaranıb
  • Dünən, 22:10
    Elxan Qaraxanlıdan “Xəmsə Palace 2021” MTK-ya SƏRT İTTİHAM: “Prezidentin mənzil verdiyi yazıçılardan pul tələb olunur”
  • Dünən, 22:08
    Məhərrəm Novruzovun “Qurtuluş-93”ündə təhlükə siqnalı: Sakinlər binaların vəziyyətindən narahatdır
  • Dünən, 19:30
    Baş Prokurorluq Azərbaycana qarşı terror çağırışları edən üç Rusiya vətəndaşını beynəlxalq axtarışa verib
  • Dünən, 19:04
    Səfalı MTK ilə bağlı növbəti qalmaqal: Bu binada sakinlər qorxu içindədir -ŞİKAYƏT
  • Dünən, 18:20
    Şəmkirdə minik avtomobilləri toqquşub, 3 nəfər ölüb
  • Dünən, 18:09
    Nazir dostunu həbsdən qoruya bilərmi? –“Rabitəçi” Sənan Mənsimli və Qarabağ təhsilində ciddi korrupsiya iddiaları
  • Dünən, 17:32
     “Xəmsə Palace 2021” MTK yenə də PROBLEM YARADIR...
  • Dünən, 17:13
    Avqustun 20-dən şagirdlərin elektron yerdəyişməsi başlayır
  • Dünən, 16:53
    Səfalı MTK ilə bağlı növbəti qalmaqal - Bu binada sakinlər qorxu içindədir
  • Dünən, 16:35
    "Qarabağ"ın Niderlanda səfər planı müəyyənləşib
  • Dünən, 16:29
    Köhnə marşrut lövhələri və Anar Rzayevin AYNA-sı - Biabırçılıq
  • Dünən, 16:12
    Tramp: Hörmüz boğazındakı fəaliyyətə mane olacağı təqdirdə Omanı bombalayacağıq
  • Dünən, 12:49
    Bir qrup hərbçi və mülki işçi ölümündən sonra "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə