• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Azərbaycanın inkişafında yeni mərhələnin başlandığı gün

Cəmiyyət

15-10-2023, 17:55

2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş Prezident seçkilərində iştirak etmiş seçicilərin 76 faizdən çoxu İlham Əliyevə səs verməklə, Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına sadiq olduğunu nümayiş etdirdi. Azərbaycan xalqı sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirdi, ölkədə bu siyasətə alternativin olmadığını göstərdi. Heydər Əliyev siyasi məktəbinin ən layiqli davamçısı cənab İlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən etibarən ölkənin dayanıqlı inkişafı üçün əsaslı addımlar atdı, Azərbaycanda demokratik, hüquqi dövlət quruculuğu prosesi uğurla həyata keçirilməyə başladı. Ölkə iqtisadiyyatında qeyri-neft sektorunun çəkisinin artırılması ilə bağlı davamlı tədbirlər görülməsi istiqamətində Sərəncamlar imzaladı.
Cənab Prezidentin rəhbərliyi altında iqtisadiyyatın diversifkasiyalaşdırılması istiqamətində nəhəng infrastruktur layihələri həyata keçirildi. Azərbaycanda nəqliyyat sisteminin yenidən qurulması ölkəmizin dünyaya çıxışını təmin etdi. Həmçinin neft gəlirlərinin insan kapitalına çevrilməsi istiqamətində atılan addımlar bu gün əldə edilən uğurların təməlini qoydu. Neft-qaz sahəsində qazandığı uğurları davam etdirən ölkəmiz Trans-Anadolu və Trans-Adriatik qaz kəmərlərinin çəkilməsinə start verdi. Bununla da Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan Azərbaycan Cənub Qaz Dəhlizi layihəsinin aparıcı qüvvəsi kimi çıxış etməyə başladı.Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı kimi çox böyük tarixi hadisə baş verdi. Asiyanı Avropa ilə birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin, Azərbaycan neftini birbaşa dünya bazarına çıxaran Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsi kimi nəhəng layihələrin icrasına nail olundu. Azərbaycanın təşəbbüskarı və iştirakçısı olduğu beynəlxalq əhəmiyyətli enerji layihələri ölkəmizin beynəlxalq aləmdə yüksək nüfuz sahibi olmasını şərtləndirdi. Eyni zamanda, həyata keçirilən enerji, eləcə də nəqliyyat layihələri ölkəmizin iqtisadi baxımdan güclənməsini də təmin etməyə başladı. Olimpiya idman komplekslərinin inşası gənc nəslin sağlamlığının qorunmasına, yüzlərlə səhiyyə ocağının, müalicə-diaqnostika mərkəzlərinin inşası səhiyyə sisteminin inkişafına, minlərlə məktəb tikilməsi və təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi təhsilin zamanın tələblərinə uyğun qurulmasına mühüm töhfələr verdi.
Azərbaycançılıq fəlsəfəsi İlham Əliyev siyasətinin mənəvi dayağına çevrildi. Milli ləyaqət, milli qürur uğurlarımızın əsas şərtləri oldu. Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət etdi. Dünyada tolerantlıq məkanı kimi tanınan Azərbaycan Prezident İlham Əliyevin xidmətləri sayəsində mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi tanındı.
Prezident İlham Əliyevin uzaqgörən siyasətinin məqsədi Azərbaycanın hərtərəfli inkişafı, xalqımızın firavan həyatı, ölkənin 30 ilə yaxın pozulmuş ərazi bütövlüyünün bərpası idi. Buna görə hər bir atılan addım Azərbaycanı Qarabağın azadlığına yaxınlaşdırırdı. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi – işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev Prezident kimi 20 illik gərgin əməyinin nəticəsində Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu, xalqımızı dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanıtdı. Dünyanın hərb və siyasət tarixində xüsusi yer tutan, xalqımızın şanlı qəhrəmanlıq dastanı və Zəfər simvoluna çevrilən 44 günlük Vətən müharibəsi təkcə Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin bərpasını deyil, eyni zamanda, həm Cənubi Qafqaz regionunda, həm də Avrasiyada yeni geostrateji reallıqların yaranmasına səbəb olub. Ölkəmiz tərəfindən irəli sürülən təşəbbüslər regional və beynəlxalq təhlükəsizliyə fundamental töhfə olmaqla yanaşı, Azərbaycanın qlobal arenada mövqeyinin daha da möhkəmlənməsini təmin edir. Azərbaycanın haqq işinə dəstək verən qardaş Türkiyə ilə olan birlik isə bütün dünya üçün bir nüminə, bir örnəkdir. Azərbaycan və Türkiyə daim bir-birinə dəstək göstərir, yaxşı günlərdə də, çətin günlərdə də hər zaman bir-birinin yanındadır. Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və barış o qədər də möhkəm olacaqdır.

Fidan Hüseynova,
YAP Quba rayon təşkilatının sədri

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Siyasət

11-04-2023, 19:13

Möhkəmlənən mövqeyin nümayişi - Malik Həsənov Milli Məclisin deputatı

Ölkə

10-04-2023, 20:43

Fidan Hüseynova: Müstəqil siyasətin müəllifi

Siyasət

23-03-2023, 00:34

Fərid Şərifov: Azərbaycan var olduqca Heydər Əliyev də yaşayacaqdır

Cəmiyyət

3-10-2023, 12:35

Heydər Əliyev öz adını Azərbaycan tarixinə qızıl hərflərlə yazmış və əməlləri ilə xalqımızın əbədiyaşar liderinə çevrilmiş dahi şəxsiyyətdir

Siyasət

8-04-2023, 01:49

Fidan Hüseynova: Xalqa Zəfər bəxş edən ordu

Cəmiyyət

19-08-2022, 19:30

Dövlət və dövlətçiliyimin siyasətinə xidmət edirəm

Cəmiyyət

11-04-2023, 19:15

Sədaqət Vəliyeva: Əsrə bərabər 5 il

Siyasət

10-03-2023, 20:17

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan möhtəşəm nailiyyətlərə imza atır

Cəmiyyət

30-08-2023, 13:23

Gənclərimiz öz xalqına, vətəninə daim bağlıdır

Gündəm / Siyasət

9-10-2023, 16:50

Prezident İlham Əliyevin üçüncü dəfə ölkə rəhbəri seçilməsindən 10 il ötür

Cəmiyyət

23-06-2022, 11:26

Çingiz Qənizadə: “İnsanlara xidmət və qayğı dövlət qulluqçusunun əsas vəzifəsidir”

Cəmiyyət

20-05-2023, 01:19

Azərbaycanın hər bir uğuru Heydər Əliyev siyasətinin təntənəsidir - FOTO

Araşdırma
MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
146 nömrəli məktəbdə “qiymət təzyiqi” iddiası: Şagird attestat üçün direktordan asılı vəziyyətə salınır?
Hadisə
29-09-2026, 11:07
Bakıda məmur arvadını döydü: Şok səbəb - TƏFƏRRÜAT
28-09-2026, 09:36
Bərdədə minik avtomobili eşşək arabasına çırpılıb, ölən var
27-09-2026, 10:30
Salyanda qadın avtomobilini aşırıb, xəsarət alanlar var
26-09-2026, 15:26
Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı
24-09-2026, 12:23
51 min manatlıq kombi oğurlandı - 4 nəfər tutuldu
24-09-2026, 11:42
Xəzər dənizində zəlzələ olub
Xəbər lenti
  • Bu gün, 12:47
    ADEX 2026 - Azərbaycanın müdafiə sənayesinin idxaldan ixraca uzanan strateji yolu - ŞƏRH
  • Bu gün, 12:29
    İcra başçısı 3 nəfərə vəzifə verdi - BUNDAN SONRA...
  • Bu gün, 12:10
    İranın şərqində altı silahlı öldürülüb
  • Bu gün, 12:01
    "Xəstəxananın əməkhaqqı və maliyyə sənədləri yoxlanılsın..." - ÇAĞIRIŞ
  • Bu gün, 11:35
    Kürdəmir rayon prokurorluğu toyda baş verən kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparır
  • Bu gün, 11:23
    "Valideynləri məcbur edirlər ki, məhz həmin kitab evindən alıb istifadə etsinlər..." - GİLEY
  • Bu gün, 10:58
    Deputat Sevinc Fətəliyeva məhkəmə-hüquq sisteminin işinə necə müdaxilə edir?-ARAŞDIRMA
  • Bu gün, 10:48
    Deputat Sevinc Fətəliyeva məhkəmə-hüquq sisteminin işinə necə müdaxilə edir?-ARAŞDIRMA
  • Bu gün, 10:28
    İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb
  • Bu gün, 10:15
    “Bolt”un zayı çıxıb... - NƏ ETMƏLİ?
  • Bu gün, 09:54
    Azərbaycan nefti bahalaşıb
  • Bu gün, 09:45
    Kərəm Həsənovun kadrı başçı gətirilir? - İDDİA
  • Bu gün, 09:24
    Bu gündən əsgərlər ehtiyata buraxılır
  • Bu gün, 09:15
    Yardımlıda əlil ailəsi KÖMƏK İSTƏYİR - Prezidentə MÜRACİƏT
  • Bu gün, 08:54
    Bu gündən onlayn kredit götürənlər üçün nə dəyişir?
  • Dünən, 19:16
    MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
  • Dünən, 19:00
    İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - YENİLƏNİB
  • Dünən, 18:39
    Oktyabrın ilk günlərində bəzi rayonlara dolu düşəcək, qar yağacaq - XƏBƏRDARLIQ
  • Dünən, 18:26
    Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşüb
  • Dünən, 18:22
    Adil Vəliyev Sabunçuda rəsmən BAZAR AÇIB... - ÖZBAŞINALIQ...
  • Dünən, 18:03
    Fransızlar Makrondan üz döndərir - Fransada siyasi etimad böhranı - ŞƏRH
  • Dünən, 17:46
    Elman Rüstəmov məşhur restoranını 22 milyon manata satdı
  • Dünən, 17:27
    Azərbaycan və İran arasında hərbi sahədə əlaqələr müzakirə edilib
  • Dünən, 17:18
    Azərbaycan yeni mərmiatan dron istehsal edib
  • Dünən, 17:02
    Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri arasında "İkitərəfli Hərbi Əməkdaşlıq" planı imzalanıb
  • Dünən, 16:47
    "Bu dəyişiklik nə vaxt baş verəcək?" - HƏQİQƏTƏN DƏ...
  • Dünən, 16:17
    Dövlət qulluqçuları və hərbçilərin pensiya təyinatı mexanizmi ilə bağlı qanunvericilik təkmilləşdirilir
  • Dünən, 15:57
    Cavid Qurbanovu tənqid edən şair ONUNLA BARIŞDI - "ARA VURANLAR" var imiş...
  • Dünən, 15:31
    Milli Məclis Quba-Xəzəryanı regionu üzrə kəşfiyyat, işlənmə və hasilat sazişini ratifikasiya edib
  • Dünən, 15:17
    “Lux Residence”-dən növbəti şikayət: "məni məcburi çıxarmağa çalışırlar"
  • Dünən, 14:43
    İsrail ordusunun Baş Qərargah rəisi yüksək döyüş hazırlığı səbəbilə ABŞ səfərini ləğv edib
  • Dünən, 14:16
    İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub
  • Dünən, 14:07
    12 milyonluq “Bulvar İdarəsi” İŞİ: “Pulları Fuad müəllimə verirdim” - MƏHKƏMƏ
  • Dünən, 12:42
    Azərbaycanda sosial şəbəkələrin fəaliyyətinin qanunla tənzimlənməsi təklif olunur
  • Dünən, 12:35
    Dələduzluq edən məmur DANIŞDI: "Çoxlu borcum vardı" - TƏFƏRRÜAT
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə