Sizin reklam burada 728×90
Son dəqiqə

Hakimiyyəti zorla dəyişə bilməyəcəksiniz - Vuçiç

25.12.2023 02:05 281 1 dəq oxunur
Hakimiyyəti zorla dəyişə bilməyəcəksiniz - Vuçiç
Belqradda müxalifətin etirazları və təxribat xarakterli bəyanatları heç bir nəticə verməyəcək, çünki ölkədə hakimiyyət ancaq seçkilərdə dəyişir.

Axar.az xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç deyib.

“Deyin görüm, etiraz və iğtişaşlardan başqa məqsədiniz nədir? Həqiqətən nə istəyirsiniz? Seçki iradəsini dəyişmək üçün kiməsə təzyiq göstərin, öz sifarişinizlə seçkilərdə səs oğurlayın ki, hakimiyyətə gələsiniz? Xalq sizi istəmir, amma siz qərara gəldiniz ki, özünüzü çox sevirsiniz və seçicilərin iradəsini dəyişmək istəyirsiniz. Onlar nə etməyə çalışsalar da, Serbiyada heç bir zorakılıq yolu ilə hakimiyyət dəyişikliyi olmayacaq”, - Vuçiç bildirib.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az