Sizin reklam burada 728×90
Son dəqiqə

Ukrayna NATO gəmilərini Qara dənizə gətirir

11.01.2024 10:02 422 1 dəq oxunur
Ukrayna NATO gəmilərini Qara dənizə gətirir
Ukrayna taxıl dəhlizindəki yük gəmilərinin qorunmasına hərbi gəmiləri cəlb etmək üçün NATO ölkələri ilə danışıqlar aparır.

Bunu Ukrayna Hərbi Dəniz Qüvvələrinin komandanı Aleksey Neijpapa deyib.

“Ukrayna limanlarında mülki daşımaların təhlükəsizliyini təmin etmək üçün NATO gəmilərinin cəlb edilməsi ilə bağlı danışıqlar aparılır. Bunun tətbiq edilib-edilməyəcəyi barədə hələlik məlumat yoxdur. Mən şəxsən tərəfdaşlarımızdan bu barədə xahiş etmişəm”, - Neijpapa bildirib.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az