Sizin reklam burada 728×90
Son dəqiqə

Vaşinqtonda silahlı hücumda 2 nəfər ölüb, 5 nəfər yaralanıb

17.03.2024 17:30 399 1 dəq oxunur
Vaşinqtonda silahlı hücumda 2 nəfər ölüb, 5 nəfər yaralanıb
ABŞ-nin paytaxtı Vaşinqtonda açılmış atəş nəticəsində iki nəfər ölüb, beş nəfər yaralanıb.

Bakunews.az cnn-ə istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanları bildirib.

İstirahət mərkəzinin yaxınlığında baş verən insidentlə bağlı məlumat yerli vaxtla saat 03:00 (Bakı vaxtı ilə 11:00) radələrində daxil olub. Bütün zərərçəkənlər xəstəxanalara çatdırılıb, onların vəziyyəti barədə məlumat verilmir.

cnn qeyd edib ki, polis insidentlə bağlı hələlik hər hansı həbs barədə məlumat verməyib.

Bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az