Sizin reklam burada 728×90
Son dəqiqə

Belarus Ermənistana nota verdi 

21.06.2024 18:27 390 1 dəq oxunur
Belarus Ermənistana nota verdi 
Belarusun Xarici İşlər Nazirliyi ötən gün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla Svetlana Tixanovskaya arasında keçirilən görüş səbəbindən İrəvana etiraz notası verib.

Bu barədə Belarusun Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Ermənistanın bu ölkədəki müvəqqəti işlər vəkili Narek Tiraturyan nazirliyə çağırılıb və ona yuxarıda bəhs olunan görüşlə bağlı etiraz notası verilib.

Qeyd edək ki, Vilnüsdə baş tutan və rəsmi Minskin etirazına səbəb olan görüşdə müxalifət lideri Tixanovskaya Belarus hakimiyyəti və şəxsən prezident Aleksandr Lukaşenko ilə bağlı qətiyyətli mövqeyinə görə rəsmi İrəvana təşəkkür edib.

O, həmçinin Belarusdakı demokratik qüvvələrlə Ermənistan arasında sıx əməkdaşlığın davam etdiriləcəyinə əminliyini bildirib.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az