Sizin reklam burada 728×90
Son dəqiqə

“Ukrayna bu gecə Kursk AES-i vurmaq istəyib”

22.08.2024 16:54 389 1 dəq oxunur
“Ukrayna bu gecə Kursk AES-i vurmaq istəyib”
“Ukrayna Silahlı Qüvvələri bu gecə Kursk Atom Elektrik Stansiyasına zərbələr endirməyə cəhd ediblər”.

Bunu Rusiya Prezidenti Vladimir Putin ölkənin Belqorod, Bryansk və Kursk vilayətlərində vəziyyətlə bağlı keçirdiyi iclasda deyib. 

Onun sözlərinə görə, Rusiya artıq Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA) məsələ ilə bağlı məlumatlandırıb: “Onların vəziyyətin qiymətləndirilməsi üçün mütəxəssis göndərməyi, özləri də gəlməyi vəd edirlər. Ümid edirəm, bu, son nəticədə onlar tərəfindən həyata keçiriləcək”.

Putin müvəqqəti olaraq Kursk vilayətinin qubernatoru vəzifəsini icra edən Aleksey Smirnovdan stansiyanın hazırkı vəziyyətini soruşub. O, isə cavabında vəziyyətin sabit və nəzarət altında olduğunu bildirib.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az