Sizin reklam burada 728×90
Son dəqiqə

Peskov: Rusiya və ABŞ diplomatlarının İstanbul görüşü məsələsində irəli qaçmaq lazım deyil

27.02.2025 14:47 340 1 dəq oxunur
Peskov: Rusiya və ABŞ diplomatlarının İstanbul görüşü məsələsində irəli qaçmaq lazım deyil
Rusiya və ABŞ nümayəndə heyətləri arasında İstanbulda aparılan danışıqların nəticələri ilə bağlı məlumat təqdim olunacaq, irəli qaçmağa gərək yoxdur.

Bu barədə Rusiya KİV-i ölkə prezidentinin mətbuat katibi Dmitri Peskova istinadən məlumat yayıb.

"Bu məsələ ilə bağlı Ər-Riyadda əldə olunmuş prinsipial razılaşmalar var. Hazırda İstanbulda ekspertlər səviyyəsində görüş keçirilir, diplomatlarımız iki prezident arasında telefon danışığı zamanı əldə olunan anlaşmanı və Ər-Riyadda yüksək səviyyəli nümayəndə heyətləri arasında əldə olunmuş razılaşmaları inkişaf etdirmək üzərində işləyirlər. Hələlik qabağa qaçmaq lazım deyil. Danışıqların nəticələri barədə məlumat bu və ya digər şəkildə veriləcək “, - Peskov qeyd edib.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az