Rusiya İranın “Xəyyam” peykindən istifadə edərək Ukraynada casusluq etmək niyyətindədir.
bakunews.az axar.az-a istinadən xəbər verir ki, bu barədə “Vaşinqton Post” məlumat yayıb.
“Rusiya İrana Ukraynadakı hədəfləri izləmək üçün peykdən müstəqil istifadə etmək niyyəti barədə məlumat verib. Peyk avqustun 9-da Baykonur Kosmodromundan “Soyuz” raketindən istifadə edilərək orbitə buraxılacaq. Rusiya “Xəyyam” üçün mühüm obyektləri demək olar ki, fasiləsiz izləməyə imkan verən yüksək ayırdetmə qabiliyyətinə malik Kanopus-V sisteminin qurulmasına razılıq verib. Peyk vasitəsilə Tehran da bütün Yaxın Şərqi izləyə biləcək”, - məlumatda bildirlir.
bakunews.az