Ukrayna Rusiyaya qarşı müharibədə AGM-88 HARM yüksək sürətli anti-radar raketlərindən istifadə etməyə başlayıb.
bakunews.az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Biznes İnsayder" məlumat yayıb.
"Belə raketlərin olması artıq Rusiya hava hücumundan müdafiə radarlarının işini çətinləşdirir. Həmçinin Ukrayna artilleriyası və RYAS-larını aşkar etmək üçün istifadə edilən əks-batareya radarlarına ciddi problem yaradır", - məlumatda deyilib.
Qeyd olunur ki, bir müddət öncə də ABŞ-ın Ukraynaya AGM-88 HARM anti-radar raketlərini verdiyi ilə bağlı məlumat yayılsa da, rəsmi qurumlar bunu təkzib etmişdilər. Lakin rusiyalı bloqerlərin bu raketlərin fraqmentlərinin aşkarlanması barədə məlumatından sonra HARM-ların Ukraynaya ötürülməsini təsdiqləyib.
bakunews.az