Sizin reklam burada 728×90
Son dəqiqə

Ərdoğan: İlk fürsətdə Donald Trampla üzbəüz görüşəcəyik

30.04.2025 17:53 309 1 dəq oxunur
Ərdoğan: İlk fürsətdə Donald Trampla üzbəüz görüşəcəyik
İlk fürsətdə ABŞ Prezidenti Donald Trampla üzbəüz görüşəcəyik.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliyadan dönərkən təyyarədə mediaya açıqlaması zamanı deyib.

Türkiyə Prezidenti ABŞ ilə Türkiyə münasibətlərinin daha da inkişaf edəcəyinə inandığını bildirib: "Telefon danışığımız çox səmimi, məhsuldar və dostcasına keçdi. Onun Türkiyənin həssaslığını nəzərə alan rəftarını alqışlayırıq".

Ərdoğan əlavə edib ki, iki lider olaraq Suriya məsələsində də Amerika-Türkiyə münasibətlərinin müsbət məcrada sürətlənəcəyini düşünür.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az